4
“ƏKİNÇİ” - Azərbaycanda ilk
milli qəzet. 1875-77-ci illərdə Bakı-
da (iki həftədən bir) nəşr edilmiş-
dir. İlk nömrəsi 1875-ci il iyulun
22-də çıxmışdır. Cəmi 56 nöm-
rə (1875-ci ildə12, 1876-cı ildə24,
1877-ci ildə20) buraxılmışdır. Qə-
zetin 1877-ci il nəşrinə kiçik for-
matlı beş əlavə nüsxə də çıxmışdır
(№ 1, 6, 7, 13, 15). Azərbaycanda
peşəkar dövri mətbuatın başlanğı-
cı sayılan «Əkinçi»nin banisi, re-
daktoru, naşiri, korrektoru, bəzən
hətta mürəttibi Həsən bəy Zərdabi
olmuşdur. Qəzetdə 1200-ə qədər
məqalə, məktub, xəbər, felyeton,
şeir, redaksiya qeydi və s.veril-
mişdir. Maarifçi-demokratik ide-
yaların carçısı və tribunası olan
“Əkinçi”nin ətrafında toplanmış
qabaqcıl ziyalılar - M.F.Axundza-
də, onun davamçıları N.Vəzirov,
S.Ə.Şirvani, Ə.Gorani (Adıgözə-
lov), Əhsənül-Qəvaid, Ə.Heydəri,
Məhbus Dərbəndi və b. mürtəcə
və mühafizəkar qüvvələr, cəhalət,
nadanlıq, gerilik, köhnəlmiş adət-
ənənələr, çarizm və yerli feodal
istismarı əleyhinə, elm, maarif və
mədəniyyətin tərəqqisi uğrun-
da ardıcıl mübarizə aparmışlar.
“Əkinçi”nin Azərbaycan mədə-
niyyəti tarixindəki mühüm xid-
mətlərindən biri maarifçi realist
ədəbiyyat və incəsənətin inkişafı
uğrunda mübarizə aparmasıdır.
“Əkinçi”nin nəşri Azərbaycan di-
linin saflığı və zənginləşməsi yo-
lunda mühüm hadisə olmuşdur.
Mürtəce qüvvələrin arasıkəsilməz
hücumlarına, senzuranın təqib-
lərinə məruz qalan qəzetin nəşri
1877-ci ilin sentyabrında dayandı.
«Əkinçi» Azərbaycan ictimai, elmi
və ədəbi-bədii fikri tarixində, XIX
ərsin sonu - XX əsrin əvvəllərin-
də milli ziyalılığın və milli azad-
lıq ideyalarının formalaşmasında,
Azərbaycan Xalq Cümhuriyyəti li-
derlərinin və ideoloqlarının nəzə-
ri görüşlərinin əsasını təşkil edən
Azərbaycançılıq ideologiyasının
təşəkkülündə və inkişafında mü-
hüm rol oynamışdır. “Əkinçi”nin
nəşri milli istiqlala doğru gedən
yolda mühüm hadisə idi. 1979-cu
ildə Bakıda “Əkinçi”nin tam mət-
ni kitab halında (ərəb əlifbası ilə)
buraxılmışdır.
«KASPİ» - ictimai-siyasi, ədəbi
qəzet. 1881-ci ilin yanvarından
1919-cu ilin martınadək Bakı-
da rus dilində nəşr olunmuşdur.
10065 nömrəsi çıxmışdır. İlk 28
nömrəsi həftədə iki dəfə, 1881-
ci ilin iyulundan həftədə 3 dəfə,
1884-cü ildən isə gündəlik çıxmış-
dır. «Kaspi»nin yaradılması ideya-
sı «Bakinskiye izvestiya» qəzetinin
redaktoru V.V.Kuzminə məxsus
idi. Müxtəlif vaxtlarda qəzetin re-
daktorları və naşirləri V.Kuzmin,
V.Liçkus-Xomutov,
Əlimərdan
bəy Topçubaşov, Həsən bəy Zər-
dabi, Əli bəy Hüseynzadə və b.
olmuşlar. 1897-ci ildə «Kaspi»ni
Hacı Zeynalabdin Tağıyev almış
və qəzetin redaktorluğunu Ə.Top-
çubaşova həvalə etmişdir.
H.Z.Tağıyev milli ziyalıları qəze-
tin ətrafına toplayırdı. Rusca çıx-
masına baxmayaraq, 90-cı illərdən
etibarən «Kaspi»nin səhifələrində
milli məfkurə məsələləri geniş yer
aldı. «Kaspi» Ə.Topçubaşovun, ha-
belə sonralar Ə.Hüseynzadənin,
H.Zərdabinin redaktorluğu döv-
ründə rusdilli, milli düşüncəli mət-
buat orqanına, milli ideyanm başlı-
ca müzakirə mərkəzlərindən birinə
çevrildi. Mütərəqqi, demokratik
Azərbaycan ziyalılarının görkəm-
li nümayəndələri - H.Zərdabi,
F.Köçərli, M.Mahmudbəyov, Ə.A-
ğayev (Ağa oğlu), M.Şahtaxtinski,
C.Məmmədquluzadə və b. «Kaspi»
ilə əməkdaşlıq edirdilər. Qəzetin sə-
hifələrində Azərbaycanın ictimai-si-
yasi, iqtisadi və mədəni həyatının
bütün sahələri işıqlandırılırdı.
1918-ci ilin martında bolşevik-daş-
nak quldurlarının Bakıda azərbay-
canlılara qarşı törətdiyi soyqırımı
zamanı «Kaspi» qəzetinin mətbəə-
si də yandırılmışdı.
* * * *
«ŞƏRQİ-RUS» - Tiflisdə Azərbay-
can dilində həftədə üç dəfə çıxmış,
ictimai-siyasi, iqtisadi, elmi-ədəbi
qəzet. İlk nömrəsi 1903-cü il mar-
tın 30-da, sonuncusu 1905-ci il
yanvarın 15-də (cəmi 392 nömrə;
1905-ci ilin əvvəlində həm də Ba-
kıda «Şərqi-Rus»un teleqramları»
adlı axşam xəbərlərinin bir neçə
nömrəsi) çıxmışdır. Naşiri və re-
daktoru M.Şahtaxtlı, son 45 nöm-
rəsinin redaktoru isə C.Məmmə-
dquluzadə idi. Qəzetdə dünyəvi
elmlər, ana dili, qadın azadlığı ilə
bağlı mütərəqqi fikirlər öz əksini
tapırdı. L.Tolstoydan Azərbaycan
dilinə ilk tərcümələr bu qəzetdə
verilmişdir, «Şərqi-Rus» qəzeti
C.Məmmədquluzadə, M.Ə.Sabir,
A.Səhhət, Ö.F.Nemanzadə, H.Ca-
vid. M.S.Ordubadi. Ə.Qəmküsar,
Ə.Nəzmi kimi görkəmli maarif-
çiləri ətrafında birləşdirmişdi. Bu
yaradıcı heyət Azərbaycanda mət-
buatın yeni inkişaf mərhələsinin
baş lanmasına («Molla Nəsrəd-
din») zəmin yaratdı.
«HÜMMƏT» - Azərbaycan dilin-
də ilk qeyri-leqal qəzet, sosial-de-
mokrat «Hümmət» təşkilatının
orqanı. 1904-cü ilin sonlarından
1905-ci ilin fevralına qədər Bakıda
nəşr olunmuşdur. Cəmi 6 nömrəsi
çıxmışdır. «Hümmət»in səhifələ-
rində inqilabi ideyalar yayılırdı.
Qəzet 1905-ci il fevralın ortaların-
da «zərərli istiqamətinə görə» po-
lis tərəfindən bağlandı, bəzi əmək-
daşları isə həbs edildi. 1906-cı ilin
dekabrında “hümmət”çilər «İr-
şad» mətbəəsində Mehdi bəy Ha-
cınskinin adına 1907-ci ilin martına
qədər çıxmış «Təkamül» qəzetinin
buraxılmasına icazə ala bildilər.
Elə həmin ilin avqustundan sent-
yabrınadək “hümmət”çilər «Yol-
daş» qəzetini nəşr etdirdilər. Bu
qəzetlər, əslində, “Hümmət”in va-
risi və ideya davamçıları idi. Qəzet
1917-ci il iyulun 3-də «Hümmət»
təşkilatının orqanı kimi yenidən
nəşrə başladı. Ancaq bu zaman
M.Ə.Rəsulzadənin başçılıq etdiyi
bir qrup ziyalı artıq «Hümmət»
təşkilatından uzaqlaşmışdılar.
Bu zaman “Hümmət”in redaktoru
Nəriman Nərimanov idi.
“Hümmət”in səhifələrində, əsa-
sən, fəhlələri sosialist inqilabına
səsləyən məqalələr dərc edilirdi.
Bakıda sovet hakimiyyəti qurul-
duqdan sonra qəzet daşnak-bolşe-
viklərin rəhbərlik etdiyi Bakı Xalq
Komissarları Sovetinin tədbirləri-
ni işıqlandırmışdır. 1918-ci il iyu-
lun 31-də Bakı Xalq Komissarları
Sovetinin (“Bakı kommunası”)
süqut etməsi ilə “Hümmət”in nəş-
ri dayandırıldı. Qəzet 1919-cu ilin
mayından 1920-ci ilin mayına qə-
dər Həştərxanda çap olunmuşdur.
Bu müddət ərzində “Hümmət”in
cəmi 44 nömrəsi çıxmışdır.
* * * *
«YENİ HƏQİQƏT» - gündəlik
qəzet. 1911-ci ildə Bakıda nəşr
olunmuşdur. İlk nömrəsi yanva-
rın 21-də, sonuncu, 44-cü nömrəsi
martın 18-də çıxmışdır. «Günəş»
və «Həqiqət» qəzetlərinin davamı
idi. «Yeni həqiqət»də müxtəlif si-
yasi-inzibati regionların həyatına
dair informasiyalar, beynəlxalq
siyasətə, dini məsələlərə dair mə-
qalələr, bədii ədəbiyyat nümu nə-
ləri dərc olunurdu. Qəzetin naşiri
və baş redaktoru Oruc Orucov,
əsas müəllifləri Əhməd bəy Ağa-
yev (Ağaoğlu), Mirzə Ələkbər Sa-
bir, Əli qulu Qəmküsar və b. idi.
Avropa dövlətlərinin Şərqdə müs-
təmləkəçilik siyasətinin tənqidi,
dünya müsəlmanlarının birliyi,
«İttihadi-islam» ideyasının təbliği
«Yeni həqiqət»in əsas ideya isti-
qa mətini təşkil edirdi. Buradakı
yazılarda imperialist dövlətlərin,
o cümlədən Rusiyanın müsəlman
xalqlarına qarşı yürütdükləri tə-
cavüzkarlıq siyasəti ifşa olunur-
du. Məhz buna görə də 1911-ci
il martın 19-da «Yeni həqiqət»in
nəşri dayandırıldı, naşir-redak-
toru Oruc Orucov həbs olunaraq
Rusiyanın daxili quberniyalarına
sürgün edildi.
Qısa müddətdə çıxmasına baxma-
yaraq, «Yeni həqiqət» milli, icti-
mai-siyasi şüurun, istiqlal ideya-
larının oyanışında müəyyən rol
oynamışdır.
* * * *
«İQBAL» - gündəlik qəzet. 1912-
15-ci illərdə Bakıda Azərbaycan
dilində nəşr olunmuşdur.1023
nöm rəsi çıxmışdır. “İqbal”ın əsas
müəl lifləri Sənətulla Eynulla-
yev - İbrahimov, Seyid Hüseyn,
Məhəm məd Əmin Rəsulzadə,
Ha cı İbrahim Qasımov, Nəriman
Nə ri manov, Məhəmməd Hadi,
Abdulla Şaiq, Abbas Səhhət, Əli
Nəzmi, Xəlil İbrahim, Əkbər Ək-
bərov və b. idi.
Qəzetin məqsəd və məramı onun
birinci sayında dərc edilmiş baş
məqalədə
şərh
olunmuşdur.
Müstəmləkəçi imperialist dövlət-
lərin Yaxın və Orta Şərqdə törət-
dikləri təxribatların, Rusiya im-
periyasının müstəmləkəçilik və
ruslaşdırma siyasətinin tənqidi,
milli dirçəliş ideyalarının təbliği,
milli ədəbiyyatın inkişafı, ana di-
linin müstəqilliyi və yad təsirlər-
dən təmizlənməsi, qadın azadlığı,
maarifin xalqa yaxınlaşması və
milliləşməsi “İqbal”ın toxunduğu
əsas mövzular idi. “İqbal”ın naşir
və baş mühərrirləri, müəlliflərinin
böyük əksəriyyəti sonralar Azər-
baycan Xalq Cümhuriyyətinin qu-
rucuları oldular.
* * * *
«AÇIQ SÖZ» - Bakıda nəşr olun-
muş gündəlik ictimai-siyasi, ədəbi
qəzet. «İqbal» (1912-15) qəzetinin
davamı olub, «Müsavat» partiya-
sının rəsmi orqanına çevrilmişdi.
«Açıq söz» qəzetinin ilk sayı 1915-
ci il oktyabrın 2-də «İqdam» mət-
bəəsində çap edilmişdir. Qəzetin
sonuncu sayının nə vaxt çıxması
barədə fikirlər müxtəlifdir.
Bəzi mənbələrdə («Azərbaycanda
dövri mətbuat (1832-1920)», B.,
1965) qəzetin 1918-ci il martın 18-
də sonuncu - 704-cü sayının çıxdı-
ğı göstərilsə də, «Açıq söz» 1918-ci
il 6 oktyabr tarixli 718-ci sayında
özündən asılı olmayan səbəblərə
görə fasiləyə yol verdiyi üçün
oxuculardan üzr istəyərək yazır-
dı: «Qanlı mart hadisəsi zamanı
mətbəəmiz fəhlə şurası və erməni
qoşunları tərəfindən talan edilib
yandırıldığı üçün qəzetimiz dayan-
dırılmağa məcbur olunmuşdu».
«Azərbaycan dövri mətbuatı.
1832-1920» kitabında (1987) «Açıq
söz» qəzetinin 724 sayının çıxdı-
ğı göstərilir. Digər məlumatlara
görə, qəzetin 750 sayı işıq üzü gör-
müşdür.
«Açıq söz» qəzetinin naşirləri
və redaktorları müxtəlif vaxtlar-
da Məhəmməd Əmin Rəsulzadə,
Məmmədəli Rəsul-zadə, Üzeyir bəy
Hacıbəyli, Orac, Qənbər və Abuzər
Orucov qardaşları olmuşlar.
* * * *
«BƏSİRƏT» - Bakıda Azərbay-
can dilində nəşr edilmiş, həftə-
lik və bayram günlərində dərc
olunmuş siyasi, ictimai, iqtisadi
və ədəbi qəzet. İlk sayı 1914-cü il
aprelin 12-də, son sayı 1920-ci il
mayın 15-də çıxmışdır. 1918-ci ilin
mart-sentyabr aylarında nəşr edil-
məmişdir. Azərbaycan Xalq Cüm-
huriyyəti dövründə nəşri bərpa
olunmuş, üç nömrəsi sovet haki-
miyyəti dövründə (cəmi 286 nöm-
rə) çıxmışdır. Baş redaktoru Hacı
İbrahim Qasımov, naşiri Qulamrza
Şərifzadə idi. “Bəsirətin mövzu
dairəsi geniş idi. Burada XX əsrin
10-cu illərinin mühüm hadisələri
əksini tapmış, xüsusilə bolşevik
daşnakların müsəlman-türk əha-
lisinə qarşı 1918-ci il mart qırğını
zamanı törətdikləri görünməmiş
cinayət və vəhşiliklər haqqında
məlumatlar verilmiş, bu yazılarda
Şaumyan mart qırğınlarının “məş-
hur qəhrəmanı” adlandırılmışdır.
1918-20-ci illərdə çıxan bu yeganə
müstəqil, bitərəf qəzetin səhifələ-
rində Azərbaycan Xalq Cümhu-
riyyətinin fəaliyyətinin təsviri
geniş işıqlandırılırdı. “Bəsirət”də
Azərbaycan qəzalarında vəziyyət,
Rusiya, İran, Türkiyə, Gürcüstan
və Ermənistanda baş verən siyasi
proseslər, Bakının mədəni həyatı
ilə bağlı yazılar dərc olunmuşdur.
* * * *
«MUSULMANSKİYE İZVESTİ-
YA» - Bakı müsəlman ictimai təşki-
latları komitəsinin mətbu orqanı.
«Kaspi» qəzetinin redaksiyası ilə
komitənin mətbuat orqanın nəşri
haqqında razılığa əsasən, qəzetin
30 aprel 1917-ci il 95-ci sayından
etibarən 4-cü səhifəsi «Bakı müsəl-
man ictimai təşkilatları komitə-
sinin xəbərləri» adı ilə çıxmağa
başlamışdı. İyunun 9-dan etibarən
«Xəbərlər»in müvəqqəti redaktoru
Ceyhun bəy Hacıbəyli idi. Burada
millətlərin öz müqəddəratını təyin
etməsi problemi başlıca məsələ
kimi işıqlandırılırdı. «Xəbərlər»də
«Hazırkı vəzifələrə dair», «Milli
komitədə», «Biz necə işləməliyik»,
«Vəzifələrimiz» başlıqları altında
materiallar dərc edilirdi. Qəzetdə
müntəzəm olaraq Şimali Qafqaz,
Türküstan, Volqaboyu və digər
türk diyarlarından xəbərlər dərc
edilir, Rusiya xalqları arasında
müsəlman və türk həmrəyliyi,
Rusiyanın və dünyanın türk və
müsəlman cəmiyyətlərinin quru-
luşu haqqında, «Müsavat» parti-
yasının təsir dairəsinin genişlən-
diyi, hətta Stavropolda öz şöbəsini
yaratdığı barədə məlumatlar veri-
lirdi. Qəzetdə müsəlman memar-
lıq abidələri haqqında məqalələr
dərc edilir, Bakıdakı Şirvanşah-
lar sarayının tarixi əhəmiyyəti,
çar hakimiyyətinin ona etinasız
münasibət bəslədiyi göstərilirdi.
«Xəbərlər» Azərbaycanın rusdilli
ziyalılarında və bütövlükdə, Azər-
baycan xalqının siyasi şüurunun
formalaşmasında əhəmiyyətli rol
oynamışdır.
* * * *
“İTTİHAD” - siyasi, ictimai, ədə-
bi qəzet. Ceyhun bəy Hacıbəy-
li tərəfındən təsis edilmiş və ilk
nömrəsi 1917-ci il dekabrın 4-də
onun baş redaktorluğu ilə çıx-
mışdır. “Güc ittihaddadır” şüarı
ilə çap olunurdu.1918-ci ilin əv-
vəllərində C.Hacıbəyli “Azərbay-
can” qəzetinin rəhbərliyinə dəvət
olunandan sonra “İttihad” 59-cu
nömrəsindən etibarən “Rusiya-
da müsəlmanlıq” fırqəsinin rəsmi
orqanına çevrilmişdi. Daşnakların
azərbaycanlılara qarşı törətdikləri
Mart soyqırımı (1918) nəticəsində
nəşri müvəqqəti olaraq dayandı-
rılan qəzet 1919-cu ilin fevralın-
dan partiya orqanı kimi yenidən
çap olunmağa başladı. “İttihad”ın
1918-ci il və 1919-cu ilin aprelinə
qədərki nömrələri redaksiya heyə-
tinin (heyəti-təhririyyə) rəhbərliyi
ilə çıxırdı. 1919-cu ilin aprelində
isə qəzetə “Acaralı Camal” təxəl-
lüsü ilə “Qafqaz İttihad Firqəsi”
Mərkəzi Komitəsinin üzvü Camal
əfəndi Nakaşidze baş mühərrir tə-
yin olundu. 1920-ci ilin yanvarın-
dan isə “Qafqaz İttihad Firqəsi”nin
ikinci qurultayının qərarına əsasən,
partiyanın sədri Qara bəy Qarabəyli
rəhbərlik etməyə başladı. İlk vaxtlar
gündəlik çıxan “İttihad” 1919-20-ci
illərdə ayda yalnız bir-iki dəfə çap
olunurdu. Aprel işğalından (1920)
sonra qəzetin nəşri dayandırılmış-
dır.
* * * *
«İSTİQLAL» - həftəlik qəzet.
Türk Ədəmi-Mərkəziyyət firqəsi
«Müsavat”ın orqanı. Bakıda nəşr
olunmuşdur. İlk nömrəsi 1919-
cu il fevralın 4-də, son nömrəsi
1920-ci il aprelin 23-də çıxmışdır.
42 nömrəsi buraxılmışdır. Qəze-
tin məsləki, məqsəd və vəzifəsi
Məhəmməd Əmin Rəsulzadənin
birinci nömrədə çap olunmuş «İs-
tiqlal» adlı baş məqaləsində şərh
olunmuşdu. «Heyəti-təhririyyə»
(redaksiya heyəti) tərəfındən idarə
edilən qəzet «Turan» mətbəəsində
çap olunurdu.
«İSTİQLAL» - Azərbaycan Xalq
Cümhuriyyətinin
süqutundan
sonra Vətəni tərk etməyə məcbur
olan Azərbaycan siyasi mühacirlə-
rinin 1932-34-cü illərdə Almaniya-
nın Berlin şəhərində Azərbaycan
dilində nəşr etdirdiyi ictimai-si-
yasi qəzet. İlk nömrəsi 1932-ci il
yanvarın 10-da buraxılmışdı. «İn-
sanlara hürriyyət! Millətlərə istiq-
lal!» şüarı ilə nəşr olunan qəzetin
redaktoru Məhəmməd Əmin Rə-
sulzadə idi.
Sovet hökumətinin dəfələrlə tə-
kidli tələbləri nəticəsində Türkiyə
Cümhuriyyəti hökuməti öz əra-
zisində fəaliyyət göstərən Azər-
baycan siyasi mühacirətinə qəzet
və jurnalların nəşrini qadağan et-
məyə məcbur olduğundan Azər-
baycan mühacirətinin rəhbəri
M.Ə.Rə sulzadə bu məqsədlə fəa-
liyyət mərkəzini Almaniyaya-Ber-
linə köçürmüşdü.
* * * *
«NAŞ QOLOS» - gündəlik ədəbi,
ictimai-siyasi, menşevik qəzeti.
19-25 iyul 2018-ci il
l
MƏTBUAT HAQQINDA NİZAMNAMƏ Azər-
baycan Xalq Cümhuriyyəti dövründə mətbuat
məsələlərini tənzimləyən sənəd olaraq, 1919-cu il
oktyabrın 30-da parlament tərəfindən qəbul olun-
muşdu. Hökumətin 1919-cu il 30 aprel tarixli qə-
rarına əsasən, nizamnamə layihəsini hazırlamaq
Ədliyyə Nazirliyinə tapşırılmışdı. Lakin 1919-cu
il iyunun 20-də hökumət Daxili İşlər Nazirliyinin
təqdim etdiyi qanun layihəsini bəyəndi və onu par-
lamentin müzakirəsinə çıxardı. Nizamnamə söz və
mətbuat azadlığı prinsiplərinə əsaslanırdı. Sənəddə
deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi,
mətbuat da azadlıqla anarxiya arasında sərhədi
müəyyən edən qanunlara tabe olmalıdır.
Layihənin parlamentdə hər üç oxunuşu qızğın mü-
zakirələrlə keçdi. «Hümmət» partiyası və sosialist
fraksiyası layihənin əleyhinə çıxır və bildirirdilər
ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq
olmaz, Nizamnamə demokratiya və müstəqil döv-
lətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrı-
lıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət
və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsi-
li, yaş senzi, mətbəə yaradılmasına icazə verilməsi
barədə maddələr geniş diskussiya doğurdu. İclas-
ların birində bəzi bəndlərin qəbul olunması ilə ra-
zılaşmayan sosialistlər salonu nümayişkaranə tərk
etmişdilər.
Mətbuat haqqında Nizamnamə oktyabrın 23-dən 30-
dək parlamentin 87-90-cı iclaslarında müzakirə edil-
di və üçüncü oxunuşda 1 deputat bitərəf qalmaqla,
21 səsə qarşı 28 səslə qəbul olundu. Nizamnaməyə
əsasən, mətbəə açmaq, çap məhsullarını nəşr etmək,
buraxmaq və satmaq üçün hökumətin heç bir icazəsi
tələb edilmirdi. Yetkinlik yaşına çatmış hər bir vətən-
daş mətbu nəşrin məsul redaktoru ola bilərdi. Mət-
bəə açmaq və ya mətbu nəşr buraxmaq istəyənlər
mətbuat işləri üzrə baş müfəttişə bu barədə müəy-
yən edilmiş formada ərizə verməli idilər.
Nizamnamənin bir sıra maddələrini pozmaqda
təqsirli bilinən naşir, mətbəə sahibi və redaktor
pulla cərimə ödəməli və ya həbs cəzasına məhkum
edilməli idi. Nizamnaməyə mətbuat işləri üzrə baş
müfəttiş ştatı əlavə olunmuşdu.
İsmayıl bəy Qaspralı, Həsən bəy Zərdabi və
Əlimərdan bəy Topçubaşov (Bakı, 1907)
5
19-25 iyul 2018-ci il
l
1-ci nömrəsi 1918-ci il yanvarın
6-da, sonuncu (59-cu) nömrəsi hə-
min ilin martında Bakıda çıxmış-
dır. Qəzet redaksiya heyəti tərə-
findən buraxılırdı. Erməni-daşnak
silahlı dəstələrinin Bakıda Azər-
baycan xalqına qarşı törətdiyi
Mart soyqırımı (1918) günlərində
«Naş qolos» şəhərdəki vəziyyəti
geniş işıqlandırmışdı.
«AZƏRBAYCAN» - qəzet, Azər-
baycan Xalq Cümhuriyyəti hö-
kumətinin orqanı. Gəncədə, son-
ralar isə Bakıda Azərbaycan və
rus dillərində nəşr olunmuşdur.
4 nömrəsi Gəncədə, sonrakı nöm-
rələri isə Bakıda çıxmışdır. Qəzetin
ilk nömrəsi 1918-ci il sentyabrın
15-də Gəncə qubernatorunun mət-
bəəsində çap edilmişdir. Qəzetin
birinci nömrəsində «Heyəti-təhriy-
yə» («Redaksiya heyəti») imzası ilə
böyük bir yazı verilmişdir.
«Azərbaycan» qəzetinin Bakıda
Azərbaycan dilində nəşr olunmuş
beşinci nömrəsi 1918-ci il oktyab-
rın 3-də, rus dilində isə oktyabrın
7-də buraxılmışdır. Bu nömrə-
dən etibarən qəzetin adı altında
«Gündəlik siyasi, ictimai, ədəbi,
iqtisadi türk qəzetəsidir» sözlə-
ri yazılmağa başlamışdır. Qəzet
Azərbaycan dilində çıxan altıncı
nömrəsindən, rus dilində isə be-
şinci nömrəsindən «mühərrirləri:
Ceyhun bəy Hacıbəyli və Şəfi bəy
Rüstəmbəyli» imzaları ilə buraxıl-
mışdır. Həmin il noyabrın 28-dən
isə Azərbaycan dilində olan nöm-
rələr Ceyhun bəy Hacıbəylinin,
rus dilində olan nömrələr Şəfi bəy
Rüstəmbəylinin redaktorluğu ilə
nəşr edilmişdir.
1918-ci il dekabrın 31-nə qədər
«Azərbaycan» qəzetinin Azərbay-
can dilində 75 nömrəsi, rus dilində
isə 70 nömrəsi işıq üzü görmüşdür.
1919-cu il yanvarın 16-da buraxıl-
mış 89-cu nömrəsindən etibarən
«Azərbaycan» qəzetini Üzeyir bəy
Hacıbəyli imzalamışdır. Həmin il
iyulun 4-də çapdan çıxmış 216-cı
nömrəsindən qəzetə «müvəqqə-
ti müdir Xəlil İbrahim» rəhbərlik
etmişdir. 1919-cu il sentyabrın
3-dən 1920-ci il aprelin 28-nə kimi
Üzeyir bəy Hacıbəyli yenidən qə-
zetin redaktoru olmuşdur. «Azər-
baycan» qəzetinin 1918-ci il sent-
yabrın 15-dən 1919-cu il dekabrın
31-nə qədər 358 nömrəsi, 1920-ci
il yanvarın 1-dən aprelin 28-nə qə-
dər isə 85 nömrəsi çap olunmuş-
dur. Bütövlükdə, 1918-20-ci illər
arasında qəzetin cəmi 443 nömrəsi
çıxmışdır.
«Azərbaycan» qəzeti o zaman öz
istiqlalına qovuşmuş Azərbaycan
xalqının milli oyanışında çox mü-
hüm rol oynamışdır.
* * * *
“AZƏRBAYCAN CÜMHURİY-
YƏ Tİ HÖKUMƏTİNİN XƏ-
BƏR LƏ Rİ» - qəzet, Azərbaycan
Xalq Cüm huriyyəti hökumətinin
rəsmi or qanı. «Azərbaycan Cüm-
huriyyəti hökumətinin xəbərlə-
ri»nin nəşrinə başlamaq haqqında
qərar 1918-ci il iyulun 3-də qəbul
edilmişdir. İlk nömrəsi 1919-cu il
yanvarın 25-də çıxmışdır. 1919-cu
il iyulun 19-dan həftədə bir, 1920-
ci il yanvarın 1-dən isə həftədə iki
nömrəsi Azərbaycan və rus dillə-
rində buraxılırdı. «Xəbərlər»də,
əsasən, hökumətin qərarları, na-
zirliklərin sərəncam, əmr və təli-
matları, ayrı-ayrı şəxslərin vəzi-
fə yə təyin və ya azad edilmələri
ba rədə məlumatlar, elanlar və s.
dərc edilirdi.
* * * *
AZƏRBAYCAN
TELEQRAF
AGENTLİYİ (AZƏRTAC) - Azər-
baycan Xalq Cümhuriyyətinin
dövlət informasiya orqanı. Azər-
baycan Xalq Cümhuriyyəti hö-
kumətinin 1919-cu il 3 mart tarixli
qərarı ilə yaradılmışdır. Həmin
qərara əsasən, əvvəllər Maarif Na-
zirliyi yanında fəaliyyət göstərir-
di. Sonra Poçt və Teleqraf Nazirli-
yinin sərəncamına verilmiş, yalnız
1919-cu ilin avqustundan müstəqil
fəaliyyətə başlamışdır. Hökumət
1920-ci il fevralın 2-də poçt və
teleqraf nazirinin təqdimatı ilə
Azərbaycan Teleqraf Agentliyinin
yaradılması haqqında yeni qərar
qəbul etmişdir. AZƏRTAC 1920-ci
il martın 1-dən Azərbaycan Xalq
Cümhuriyyətinin Nazirlər Şurası
yanında müstəqil quruma çevril-
mişdi.Agentliyin axırıncı xəbərləri
1920-ci il 28 aprel tarixli qəzetlərdə
verilmişdi. Aprel işğalından (1920)
sonra AZƏRTAC Azərbaycan
Mətbuat Mərkəzinin tərkibində
Rusiya Teleqraf Agentliyi Qafqaz
Ölkə Müvəkkilliyinin şöbəsi kimi
fəaliyyət göstərmiş, Azərbaycan
SSR Xalq Komissarları Sovetinin
qərarı ilə 1921-ci ildən Azərbaycan
Teleqraf Agentliyinə (Azər.TA)
çevrilmişdi. 1972-ci ildən «Azə-
rinform» adlanırdı. Sovet İttifaqı
Teleqraf Agentliyinin (SİTA) tərki-
binə daxil idi. Azərbaycan yenidən
dövlət müstəqilliyi qazandıqdan
sonra Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 18 dekabr
tarixli sərəncamı ilə bu qurumun
tarixi adı (AZƏRTAC) özünə qay-
tarılmışdır. Azərbaycan Respubli-
kası Prezidentinin 1995-ci il 3 mart
tarixli fərmanı ilə ənənəvi adı sax-
lanılmaqla, Azərbaycan Respubli-
kasının Nazirlər Kabineti yanında
Dövlət Teleqraf Agentliyinə, 2000-
ci il 17 yanvar tarixli fərmanla isə
müstəqil Azərbaycan Dövlət Te-
leqraf Agentliyinə çevrilmişdir.
* * * *
“XALQ SÖZÜ” - gündəlik qəzet.
İlk nömrəsi 1919-cu il iyunun 17-
də çıxmışdır. Üçüncü nömrəsindən
sonra fəaliyyəti dayanmışdır. Əsas
müəllifləri Seyid Hüseyn, Qədir
Hüseynzadə, Məmmədəli Sidqi və
Mirzə Bala Məmmədzadə idi.
«MOLLA NƏSRƏDDİN» - həftə-
lik, illüstrasiyalı ilk Azərbaycan
satirik jurnalı. Birinci nömrəsi
1906-cı il aprelin 7-də (20-də) Tif-
lisdə çapdan çıxmışdır. 1906-17-ci
illərdə Tiflisdə, 1921-ci ildə Təbriz-
də, 1922-31-ci illərdə Bakıda nəşr
olunmuşdur. Redaktoru və naşiri
Cəlil Məmmədquluzadə idi. 25 il ər-
zində 748 nömrəsi (340-ı Tiflisdə,
8-i Təbrizdə, 400-ü Bakıda) çıxmış-
dır. Mütərəqqi ideyaların carçısı
olan «Molla Nəsrəddin» zəhmət-
keş xalq və demokratiya cəbhəsin-
də duraraq, azadlıq düşmənlərini
- çar mütləqiyyətini, hakim tə-
bəqələrin ağalığını, imperializmin
müstəmləkəçilik siyasətini, gerili-
yi, mövhumat, cəhalət və xurafa-
tı amansız satira atəşinə tutmuş,
Azərbaycan xalqının milli oyanı-
şında, əhalinin geniş təbəqələri
içərisində istiqlal ideyalarının ya-
yılmasında mühüm rol oynamış-
dır. Jurnal, eyni zamanda, maarif
və mədəniyyətin tərəqqisi, qadın
azadlığı, Azərbaycan dilinin saflı-
ğı uğrunda ardıcıl mübarizə apa-
rırdı. Kəskin və cəsarətli tənqidi
çıxışlarına, «acı həqiqətləri» söylə-
diyinə görə daim hücum və təqib-
lərə məruz qalan jurnalm nəşri
çar senzurası tərəfindən tez-tez
dayandırılmış, bir sıra nömrələ-
ri müsadirə olunmuş, redaktoru
dəfələrlə məhkəmə məsuliyyətinə
cəlb olunmuş, cərimə edilmişdir.
Lakin bütün təqib və təzyiqlərə
bax mayaraq, «Molla Nəsrəd-
din»in haqq səsi çox keçmədən
şi mallı-cənublu bütün Azərbay-
canın, Qafqazın hüdudlarını aşıb
Rusiyada, Yaxın və Orta Şərqdə
eşidilmişdi. Jurnalın Tiflis, Bakı,
İrəvan, Təbriz, Naxçıvan, Gəncə,
Şamaxı, Şəki, Dərbəndlə yanaşı,
Orta Asiyada, Krımda, Kazan, Ufa,
Həştərxan, Orenburq, Tehran, Ər-
zurum, İstanbul, Qahirə, Bombey,
Kəlkətə və s. şəhərlərdə də çoxlu
oxucusu var idi. C.Məmmədqu-
luzadənin dediyi kimi, zəmanə-
nin yaratdığı «Molla Nəsrəddin»
dövrünün mühüm ictimai-siyasi
hadisələrinə səs verir, onları inqi-
labi-demokratik baxımdan şərh
edirdi. «Molla Nəsrəddin» İran,
Türkiyə və Şərq ölkələrində ge-
nişlənən milli azadlıq hərəkatını
diqqətlə izləyir, beynəlxalq irtica
qüvvələrini, yerli istibdadı ifşa
edirdi. Sərtarxan, Bağırxan, Xiya-
bani kimi azadlıq mücahidlərinin
başçılığı ilə Cənubi Azərbaycanda
və bütün İranda gedən milli-de-
mokratik mübarizə haqqında jur-
nalın yazıları və rəsmləri yüksək
vətənpərvərlik nümunələri idi.
«Molla Nəsrəddin» Azərbaycan
xalqının mütərəqqi qüvvələrini,
demokratik ziyalıları öz ətrafında
toplamış, Azərbaycan Xalq Cüm-
huriyyətinin meydana gəlməsilə
nəticələnən milli azadlıq ideya-
larının təbliğində mühüm rol
oynamışdır. Jurnalda Ömər Faiq
Nemanzadə, Mirzə Ələkbər Sabir,
Əbdürrəhim bəy Haqverdiyev,
Əli Nəzmi, Əliqulu Qəmküsar,
Məmməd Səid Ordubadi, Mirzəli
Möcüz və b. şair, yazıçı və juma-
listlər, O.Şmerlinq, İ.Rotter. Əzim
Əzimzadə kimi rəssamlar fəaliyyət
göstərirdilər. Jurnal 1926-cı ildən
«Heyəti-təhririyyə» imzası ilə bu-
raxılmışdır.
«Molla Nəsrəddin»in yalnız Azər-
baycanın deyil, eləcə də Yaxın Şərq
ölkələrinin ictimai və ədəbi-bədii
fikir tarixində müstəsna rolu ol-
muşdur.
* * * *
«NEFTYANOYE DELO» - Bakı-
da ayda iki dəfə rus dilində nəşr
olunan jurnal, Bakı Neft Sənayeçilə-
ri Qurultayı Şurasının orqanı. İlk
nömrəsi 1899-cu ilin yanvarında,
sonuncusu 1920-ci ilin aprelində
çıxmışdır. Neft sənayeçilərinin
mənafeyini müdafiə etmişdir.
«Neftyanoye delo» Azərbaycan
Xalq Cümhuriyyətinin siyasi ta-
rixini öyrənmək üçün də qiymət-
li mənbədir. Jurnalın 1918-20-ci
illərdə buraxılmış saylarında neft
sənayeçiləri qurultayı şurasının
dövlət hakimiyyətinin həyata ke-
çirdiyi tədbirlərə münasibəti ifadə
edilmişdir. Rusiyada bolşeviklərin
mərkəzi hakimiyyəti ələ keçirməsi
jurnalda kəskin pislənirdi. Rusiya
burjuaziyası kimi, Bakı burjuaziya-
sı da Sovet hakimiyyətinin yeritdi-
yi siyasətdən narazı idi. Bakı Xalq
Komissarları Sovetinin neft müəs-
sisələrini və Xəzər ticarət donan-
masını milliləşdirmək haqqında
dekretlərindon sonra jurnal sovet
hakimiyyətinə qarşı açıq çıxış et-
məyə başladı. «Sentrokaspi diktatu-
rası» dövründə çıxan nömrəsində
isə (9 sentyabr) bolşeviklər 1918-ci
ilin martında hakimiyyəti qəsb et-
məkdə günahlandırılırdılar. Bakı
nefti uğrunda mübarizə dövründə
ingilislərin neft sənayesini böh-
randan çıxaracağına inanan neft
sənayeçilərinin milli və dövlətçilik
ideallarına biganə mövqeyi jurnal-
da dərc olunan məqalələrdə əksini
tapmışdır. Azərbaycan Xalq Cüm-
huriyyətinə düşmənçilik mövqe-
yindən yanaşan jurnal Bakının
azad olunması ərəfəsində ingi-
lislərə üstünlük versə də, alman-
ların müdaxiləsinin də əleyhinə
olmamışdır. Bununla belə, jurnal
Bakıda Azərbaycan Xalq Cümhu-
riyyəti hakimiyyətinin bərqərar
olmasını neft sənayeçiləri üçün
yeni mərhələnin başlanğıcı kimi
səciyyələndirmişdi. Neft sənayesi-
nin milliləşdirilməsinin Fətəli xan
Xoyski hökuməti tərəfındən ləğvi
təqdir olunsa da, bu sahənin işinə
sərt nəzarət qərarı razılıqla qarşı-
lanmamışdı. Neft məhsullarının
ixracı probleminin yalnız Rusiya
ilə sərbəst mal mübadiləsinin bər-
pası sayəsində həll edilməsinin
mümkünlüyü qeyd olunurdu.
Yeni dövlət qurumlarının yaran-
masının iqtisadi maraqlara zidd
olduğunu göstərən jurnal ümum-
rusiya bazarında sərbəst əmtəə
mübadiləsini müdafiə edir, hö-
kumətin neft məhsullarının ixracı-
na aksiz tətbiqi qanunundan kəs-
kin narazılığını bildirirdi. Jurnalın
1920-ci il aprelin 30-da çıxmış so-
nuncu nömrəsindəki məqalələrin
başlıqları – «Бакинская нефть
для советской России (“Bakı nef-
ti Sovet Rusiyası üçün”), «Победу
советской России и Бакинский
нефтяной экспорт» («Sovet Ru-
siyasının qələbəsi və Bakı neftinin
ixracı») Aprel işğalının (1920) ma-
hiyyətini açmaq baxımından sə-
ciyyəvidir.
* * * *
«FÜYUZAT» - həftəlik elmi, ədə-
bi, ictimai-siyasi, şəkilli jurnal.
1906-cı il noyabrın 1-dən, 1907-ci
il noyabrın 1-dək Bakıda Azər-
baycan dilində nəşr edilmişdir.
Cəmi 32 nömrəsi çıxmışdır. «Fü-
yuzat» Hacı Zeynalabdin Tağı-
yevin vəsaiti ilə nəşr olunurdu.
Jurnalın müdiri və baş mühərriri
Əli bəy Hüseynzadə idi. Redaksiya-
sı H.Z.Tağıyevin Nikolay (indiki
İstiqlaliyyət) küçəsindəki evində
yerləşir, «Kaspi» mətbəəsində çap
olunurdu. Müsəlman-türk vətən-
daşlarını maarifləndirib, mədəni
səviyyələrini yüksəltmək, ictimai
və milli şüurunu oyadıb, dövlət-
çilik hisslərini qüvvətləndirmək,
bu yolla siyasi birliyini yaradıb,
xoşbəxt həyata qovuşdurmaq «Fü-
yuzat”ın əsas amalını təşkil edir-
di. «Füyuzat»da bədii ədəbiyyat
mərkəzi yer tuturdu. Bir il ərzində
jurnal 102 şeir, 3 pyes dərc etmiş,
romantik ədəbiyyatın yaranması-
na qüvvətli təsir göstərmişdir.
Azərbaycan xalqının mədəni üfüq-
lərini genişləndirmək, dünya ədə-
biyyatını təbliğ etməklə mil li ədə-
biyyatın inkişafına yeni isti qamət
vermək “Füyuzat”ın fəaliyyətində
önəmli yer tuturdu. «Füyuzat»
Azərbaycanda milli istiqlal ideya-
larının formalaşmasında mühüm
rol oynamışdır.
* * * *
«YENİ FÜYUZAT» - Bakıda Azər-
baycan dilində nəşr edilən həftəlik
illüstrasiyalı jurnal (1910-11). «Fü-
yuzat» (1906-07) ənənələrinin da-
vamçısı olan jurnalın naşiri və mə-
sul müdiri Əlipaşa Hüseynzadə
(Səbur), baş mühərriri Əhməd Ka-
mal Rasim oğlu idi. İslam birliyi,
milli istiqlaliyyət, siyasi dirçəliş,
vətənpərvərlik ideyalarının təbli-
ği, şah, sultan istibdadının, Rusiya
və İngiltərə dövlətlərinin Yaxm və
Orta Şərq ölkələrində - Misirdə,
Ərəbistanda, İranda, Türkiyədə,
Əfqanıstanda qanlı müstəmləkəçi-
lik siyasətinin tənqidi jurnalın əsas
ideya istiqamətini təşkil edirdi.
«Yeni füyuzat”da islam birliyinin
təbliği xüsusilə güclü idi. İmperi-
alist dövlətlərin Şərqdə müstəm-
ləkəçilik siyasətinin tənqidi jan-
darm idarəsinin diqqətini cəlb
etmiş, 1911-ci il martın 19-da naşi-
rin və baş redaktorun evində axta-
rış aparılmış, naşir və məsul mü-
dir Əlipaşa Hüseynzadə (Səbur)
Həştərxana sürgün olunmuş, baş
redaktor Əhməd Kamal isə Rusi-
ya hüdudlarından çıxarılıb, vətəni
Türkiyəyə göndərilmiş, bununla
da «Yeni füyuzat»ın fəaliyyəti da-
yandırılmışdır.
* * * *
«MƏKTƏB» - demokratik isti-
qa mətli, elmi-ədəbi-bədii jurnal.
Bakıda (rəsmən 2 həftədə 1 dəfə)
Azərbaycan dilində nəşr olunmuş-
dur. İlk nömrəsi 1911-ci il 29-da,
sonuncusu 1920-ci il martın 21-də
(cəmi 95 nömrə) çıxmışdır. Redak-
torları Qafur Rəşad (həm də naşiri)
və Ə.Əfəndizadə olmuşlar. 1-ci
nömrəsindən Nəriman Nərima-
novun «Əziz balalar!» başlığı ilə
uşaqlara müraciəti verilmişdir.
«Məktəb» jurnalının səhifələrində
milli dirçəliş, istiqlal ideyası, ana
dilinə bağlılıq, vətənə məhəbbət,
övladlıq borcu, ədəb-ərkan, yoldaş-
lıq, qayğıkeşlik, səmimi münasibət
mövzularında yazılar və kiçik uşaq
hekayələri, eyni zamanda, xalqın
müdrikliyindən, mübariz ruhun-
dan bəhs edən folklor nümunələri,
xüsusilə nağıllar, lətifələr, oyun və
əyləncələr çap olunurdu. Jurnalda
Həsən bəy Zərdabi, Mirzə Ələk-
bər Sabir, Süleyman Sani Axundov,
Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq,
Abbas Səhhət, Cəfər Cabbarlı və b.-
nın yazıları ilə yanaşı, xarici dillər-
dən tərcümələr də dərc edilmişdir.
«Məktəb» pedaqoji biliyin və dün-
yagörüşünün
genişlənməsində,
maarifə, elmə həvəsin artmasında,
uşaqlara yüksək mənəvi-əxlaqi
keyfiyyətlərin aşılanmasında əhə-
miyyətli rol oynamışdır.
* * * *
«ŞEYPUR» - Bakıda Azərbaycan
dilində nəşr olunan həftəlik satirik
jurnal. İlk sayı 1918-ci il oktyabrın
5-də, sonuncu sayı isə 1919-cu il
yanvarın 18-də (cəmi 14 nömrə)
çıxmışdır. Redaktoru Məmmədə-
li Sidqi, naşiri Səməd Mənsur idi.
Satirik jurnalistikanın qaydalarına
uyğun olaraq, “Şeypur”da publi-
sistik və bədii materiallar üstüör-
tülü imzalarla dərc edilmişdir.
Jurnalda Səməd Mənsurun satirik
şeirləri, əsasən, “Pampuşəli” imza-
sı ilə dərc olunmuşdur. Baş mühər-
rir Məmmədəli Sidqi isə daha çox
«Şeypur» imzası ilə çıxış etmişdir.
Jurnalda «Dağlı», «Dağlızadə»(C.
Cabbarlı), «Qozqurab bəy» (Əmin
Abid), habelə «Yaf-tuməli», «Çal-
ma», «Qoçu Mauzerzadə». «Mö-
min çinovnik», «Lağlağı», «Müsa-
hib», «Hamınalsuvar» və s. gizli
imzalar da işlənmişdir.
Jurnal Azərbaycanın Xalq Cüm-
huriyyətinin müstəqillik idealları-
nı təbliğ edir, bu yoldakı əngəlləri,
bolşevik-daşnak fitnəkarlıqlarını,
Bakı neftini ələ keçirməyə can atan
əcnəbi dövlətlər arasındakı çəkiş-
mələri ifşa edirdi.
«Molla Nəsrəddin» jurnalının ənə-
nələrini davam etdirən «Şeypur»-
da müxtəlif satirik-yumoristik
üsullardan istifadə olunurdu.
* * * *
«ZƏNBUR» - Azərbaycan dilində
həftəlik illüstrasiyalı satirik jurnal.
1918-ci ilin aprel-noyabr aylarında
«Türk nəşriyyat cəmiyyəti» tərəfin-
dən Bakıda nəşr edilmişdir (cəmi 24
nömrə).
«Zənbur» Azərbaycan Xalq Cüm-
huriyyəti hökumətinin orqanı olub,
redaksiya heyəti tərəfindən buraxı-
lırdı. Naşiri 1909-19-cu illərdə çıx-
mış eyni adlı satira jurnalının sahibi,
tibb elmləri doktoru, yazıçı, ictimai
xadim Mirzə Əbdülxalıq Axundov,
əsas rəssamı Əzim Əzimza də, be-
şinci nömrədən «NN» imzalı rəs-
sam, sonralar isə Səfizadəidi. Jur-
nalda Əlabbas Müznib, Əli Nəzmi,
Səməd Mənsur, Hacı Qasım Səy-
yah, B.Səttar oğluvə b. müəlliflər
fəal iştirak edirdilər.
“Zənbur”un əsas mövzusu və
tənqid hədəfi dövrün aktual mə-
sələləri, kəskin ictimai-siyasi ha-
disələri idi. Jurnalda Rusiyanın
(Lenin və Kerenskinin timsalında)
Azərbaycanı işğal etmək niyyətlə-
ri, erməni-daşnak silahlı dəstələri-
nin Zəngəzurda və Bakıda törət-
dikləri soyqırımları, beynəlxalq
imperializm qüvvələrinin neft Ba-
kısını işğal etmək üçün Azərbayca-
na müdaxiləsi, dövlət idarələrində
köks alıb qalan və milli dövlətçi-
liyə əngəl olan «nikolay pərəst» və
s. mürtəce qüvvələr, habelə dövlət
qurumlarındakı özbaşınalıqlar, lo-
vğa nitqlərlə xalqı aldadan nazir-
lər, «padşah yerişli naçalniklər”,
“müstəbid çinovniklər”, kənd-
lilərin “qabıqlarını soğan qabığı
kimi soyan” pristavlar, şəxsi mə-
nafelərini xalqa xidmətdən üstün
tutan parlament üzvləri, külək
əsən tərəfə əyilən partiya liderləri,
sosialistlər yığcam formalı şeir və
publisist yazılarda tənqid edilirdi.
“Zənbur” “Molla Nəsrəddin” jur-
nalının satira ənənələrindən geniş
bəhrələnirdi.
JURNALİSTLƏR VƏ ƏDİB-
LƏR İTTİFAQI - Azərbaycan
Xalq Cüm huriyyəti dövründə
qey ri-hö kumət yaradıcılıq birli-
yi. 1919-cu ilin oktyabrında ya-
radılmışdı. Həmkarlar İttifaqı
səciyyəsi daşıyan qurum milli
mənsubiyyətin dən asılı olmaya-
raq, jurnalist və yazıçıları birləş-
dirirdi. Sədri L.P.Umanski, sədr
müavini Xəlil İbra himov (Xəlil
İbrahim), xəzi nə darı Xudadat
bəy Əzizov idi. Üzeyir Hacıbəyli
ittifaqın idarə heyətinin üzvü ol-
muşdur. Nizamnaməsinə əsasən,
bütün mü ba hisəli məsələlərə təş-
kilatın nəz dində yaradılmış arbit-
raj komissiyasında baxılırdı. İttifaq
fəal mədəni-maarif və xeyriyyəçi-
lik fəaliyyəti göstərirdi. Belə ki,
1919-cu ilin noyabrında ittifaqın
yoxsul üzvləri üçün pul fondu ya-
radılmış, noyabrın 23-də fondun
nəfınə tamaşa göstərilmişdi. Elə
həmin vaxt «jurnalist günü»nün
keçirilməsi qərara alınmış, Döv-
lət Teatrında (indiki Azərbaycan
Dövlət Opera və Balet Teatırı) ta-
maşa-bal təşkil edilmiş, jurnalist
günü ilə əlaqədar bir günlük qəzet
buraxılmışdı. Jurnalistlər və ədib-
lər ittifaqı Azərbaycanda demok-
ratik mətbuatın inkişafında, Cüm-
huriyyət ideyalarının, hökumətin
həyata keçirdiyi ictimai-siyasi, iq-
tisadi və sosial-mədəni tədbirlərin
işıqlandırılmasında mühüm rol
oynamışdır. İttifaq Aprel işğalı
(1920) nəticəsində fəaliyyətini
dayandırmışdır.