23
keçid faktiki olaraq makroiqtisadi manevr xarakteri daşıyaraq, milli iqtisadiyyatın
şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlib.
Mərkəzi Bank bank sektorunun restrukturizasiyası prosesinə başlayıb,
sektorun maliyyə dayanıqlığının gücləndirilməsi və risklərin idarə edilməsi
tədbirlərini daha da artırıb. Bank sektorunun kredit portfelinin keyfiyyətinin
qorunması məqsədilə borcalanların maliyyə yükünün azaldılmasına yönəldilmiş
kompleks tədbirlər görülməsi nəzərdə tutulur. Bu istiqamətdə Mərkəzi Bank
tərəfindən bəzi tələblər yumşaldılmış, kreditlərin aktiv restrukturizasiyası üzrə
bankların imkanları artırılmaqla, xarici kapitalın cəlb edilməsi imkanları da
genişləndirilmişdir. Eyni zamanda, bank sektorunda maliyyə dayanıqlığının
qorunması və kreditləşmənin dəstəklənməsi ilə bağlı kapitala tələblər də
optimallaşdırılmışdır.
Real sektorun, bütövlükdə iqtisadiyyatın manata olan tələbatının
qarşılanması məqsədilə Mərkəzi Bank yeni mexanizm tətbiq etməklə bankların
manat likvidliyini tənzimləməklə, bankların öhdəliklərinin valyuta strukturunun
dəyişməsinin səmərəsini yumşaltmışdır. Bundan əlavə, açıq valyuta mövqeləri ilə
bağlı limitlərə müəyyən güzəştlər edilərək əhalinin əmanətlərinin istənilən
valyutaya rahat konvertasiya edilə bilməsi üzrə bankların imkanları xeyli artırılıb.
Mərkəzi Bank tərəfindən tətbiq olunan kontrsiklik yanaşma və dəstəkləyici
tədbirlər bank sektorunda riskləri adekvat səviyyələrində idarə etməyə imkan
verməklə, bankların şoklara qarşı dayanıqlı imkanlarını artırmalıdır.
Bank sektoru ölkənin iqtisadi inkişafına dəstək verməklə, xarici sərmayənin
də cəlb olunması üçün səmərəli tədbirləri davam etdirməlidir. Statistik
məlumatlara görə 2016-cı ilin əvvəlinə bankların aktivləri 35 milyard manat,
iqtisadiyyata kredit qoyuluşlarının həcmi 21 milyard manat təşkil etmiş, bunun da
75 faizi biznes kreditlərinin payına düşür.
Ödəniş sistemlərinin sabit və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və
inkişafı Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. Milli Ödəniş
Sistemi (MÖS) ilə 2015-ci ildə həyata keçirilən ödənişlərin sayı 13 faizdən çox
artmış, ödənişlərin həcmi isə ÜDM-in 2,4 mislini təşkil etmişdir.
24
Xarici sərmayələrin ölkə banklarına cəlb edilməsində mühüm təsiredici
qüvvə, qanunvericilik bazasıdır ki, bu da xarici sərmayədarları həvəsləndirməyə
təsir etməlidir. Xarici sərmayədarların ölkəyə cəlb edilməsi üçün hökumət
tərəfindən əsaslı addımlar atılmaqdadır. Bunlardan başlıcası mövcud maneələrin
tamamilə aradan qaldırılmasına nail olmaqdır. Bunlardan ikiqat vergitutmanın
aradan qaldırılması, mənfəətin başqa valyutalara maneəsiz çevrilməsi, mənfəətin
istənilən ölkəyə köçürülməsi və s. göstərmək olar.
Ölkəyə xarici kapitalın cəlb edilməsi daha çox vergi sisteminin
təkmilləşdirilməsindən
qaynaqlanır. Sahibkarların fəaliyyətlərinin həyata
keçirilməsində vergi güzəştlərinin tətbiqi mühüm rol oynayır. Dünyanın əksər
ölkələrində yüksək vergilərin tətbiqi nəticəsində investorlar öz mənfəətlərinin
təxminən yarısından məhrum olurlar. Bu vergilər içərisində əsas yeri mənfəət
vergisi tutur. Bu vergi üzrə güzəştlər vergi dərəcələrinin azaldılması və ya onun
ödənilməsinə uzunmüddətli möhlət verilməsi həm yerli, həm də xarici
sərmayədarları xeyli həvəsləndirərdi. Bundan başqa, əmlak vergisi, torpaq vergisi,
sadələşdirilmiş vergi, nəqliyyat xidməti üzrə vergi və s. bu qəbildən olan
məsələlərdəndir. Azərbaycan hökuməti xarici sərmayənin cəlb edilməsini
canlandırmaq məqsədilə, xarici ölkələrin təcrübəsini nəzərə alaraq vergi siyasətini
təkmilləşdirməyə başlamışdır.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı demişdir: «Azərbaycanda azad
sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun
başlanğıcındayıq. Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə
şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə
inkişaf edəcəkdir»
1
. Bütün bu tədbirlər Azərbaycana xarici sərmayənin daha böyük
həcmdə göstərilməsinə səbəb olacaqdır. Çünki, xarici sərmayəni cəlb etmək üçün
hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi və qanunun aliliyi təmin edilməlidir
ki, bu sahədə də son vaxtlar ölkə başçısı qətiyyətli addımlar atmaqdadır.
1
«Xalq qəzeti», 10 aprel, 2016
25
İnkişaf etmiş ölkələrin təcrübəsindən məlum olur ki, sürətli inkişaf yoluna
qədəm qoymuş ölkələr bu yolla gediblər və öz ölkələrini xarici sərmayə üçün
cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb
etməyə çalışır. Çünki, bu həm əlavə vəsaitdir – maliyyə resursudur. Həm də əlavə
imkanların yaradılmasıdır ki, ölkəmiz də bundan yararlanmalıdır. Respublikamızda
«investisiyaların təşviqi» üçün də lazımi addımlar atılmışdır. Cari ilin yanvar
ayında Prezident fərmanı ilə investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər
haqqında fərman imzalanmışdır. Bu fərman əsasında Azərbaycana qoyulacaq
sərmayələrin həcmi xeyli artacaqdır.
Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir.
Maliyyə nəzarətinin gücləndirilməsi də bank sektorunun inkişafına xidmət
edəcəkdir. Əmanətlərin tam sığortalanması da əhalinin bank sektoruna inamını
artırmalıdır. İndi bütün əmanətlər sığortalanır ki, bu da gələcəkdə «dollarlaşma»
meyllərinin qarşısını almağa kömək edəcəkdir.
Manatın məzənnəsi sabitləşərsə, tədricən vəziyyət müsbətə doğru inkişaf
edəcəkdir. Yerli valyutaya inamın artması, insanlara yeni yanaşma üçün əsas ola
bilər. Burada heç nəyi diktə etmək olmaz. Adamlar öz arzuları ilə əmanətlərini
manatla saxlamaqla maraqlı olacaqlar.
Qeyri-neft sektorunun sürətli inkişafı prioritet olaraq yaxın gələcəkdə də
davam etdiriləcəkdir. Hazırda 2 milyard manata yaxın dəyəri olan layihələrin icra
edilməsi gündəmdədir. İş adamları, özəl banklar, eləcə də dövlət qurumları bu
layihələrin reallaşdırılmasını həyata keçirməlidir. Banklar indi kredit vermək üçün
layihələr axtarırlar ki, onlar gəlir gətirsin. Deməli, dövlət, özəl sektor və
kommersiya bankları tərəfdaşlıq şəraitində işləyərək, ölkə iqtisadiyyatını sürətlə
inkişaf etdirməlidir.
Yerlərdə, icra orqanları sahibkarlar üçün münbit şərait yaratmalıdır. Bu həm
də regionların sosial-iqtisadi inkişafını təmin etməklə, yeni iş yerləri, yeni istehsal
sahələri yaratmaqla, regionlarda «sənaye zonalarının» yaradılmasına imkan
verəcəkdir. Ölkəyə xarici sərmayənin cəlb edilməsində nəqliyyat sektorunun da
Dostları ilə paylaş: |