Bakı Dövlət Universiteti
hüquq fakültəsinin dekanı
____________________Prof. Ə.İ.ƏLİYEV
Bakı “____” “_______________” 2017-ci il
20016/2017-cı tədris ilində Mülki
hüquq kafedrasının fəaliyyətinə dair
H E S A B A T
B A K I - 2 0 17
GİRİŞ
Mülki hüquq kafedrasının əməkdaşları 2016/2017-cı tədris ilində tədris, elmi-
tədqiqat və tələbələrlə təlim-tərbiyə işlərini müvəffəqiyyətlə yerinə yetirmişlər.
Tədris planına müvafiq olaraq bütün dərs saatları vaxtında və tamamilə yerinə
yetirmiş,bir sıra elmi və tədris metodik xarakterli vəsaitlər dərc etdirmişlər.
Bunlardan əlavə kafedranın əməkdaşları bir sıra beynəlxalq və Respublika
əhəmiyyətli konfrans, seminar, müşavirə və simpoziumlarda elmi və praktiki
əhəmiyyətli məruzələrlə çıxış etmişlər. Tələbələrin peşəkarlığının artırılması,
onlara təcrübi vərdişlərin aşılanması məqsədilə məhkəmə, ədliyyə və prokurorluq
orqanları ilə işgüzar əlaqələr xeyli genişlənmişdir.
Tələbələrin hüquq mühafizə orqanları və məhkəmələrin iş təcrübəsinin
öyrənilməsinə xüsusi diqqət verilmişdir. İstehsalat və tədris təcrübələrinin
məhkəmə və s. orqanlarda təşkil edilməsi həmin məqsədə nail olmağa imkan
vermişdir.
Kafedra əməkdaşları tərəfindən xeyli tədris metodik vəsaitlər hazırlanıb dərc
etdirilmiş, onlar beynəlxalq və respublika əhəmiyyətli konfrans və
simpoziumlarda məruzələrlə çıxış etmişlər. Bu çıxışların əksəriyyəti konfrans və
simpoziumların materiallarına həsr olunmuş məcmuələrdə öz əksini tapmışdır.
Mülki hüquq kafedrası elmi-tədqiqat işlərini keyfiyyət göstəricilərinə xüsusi diqqət
vermişdir. Bu məqsədlə elmi-tədqiqat işlərində irəli sürülən təkliflər
ümumiləşdirilərək qanunvericiliyin təkmilləşdirilməsi üçün qanunvericilik
təşəbbüsü olan orqanlara konkret olaraq Ali Məhkəməyə təqdim edilmişdir.
Prof. M.D.Dəmirçiyeva Hüquq fakültəsinin Müdafiə Şurasının
üzvüdür.
Kafedranın professor-müəllim heyəti bir necə müdafiə şurasının üzvələri
olmuşdular.
Kafedra əməkdaşları tərəfindən xeyli tədris metodik vəsaitlər hazırlanıb dərc
etdirilmiş, onlar beynəlxalq və respublika əhəmiyyətli konfrans və
simpoziumlarda məruzələrlə çıxış etmişlər. Bu çıxışların əksəriyyəti konfrans və
simpoziumların materiallarına həsr olunmuş məcmuələrdə öz əksini tapmışdır.
2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ
Hesabat ilində Mülki hüquq kafedrası aşağıdakı tərkibdə işləmişdir:
1.
M.D.DƏMİRÇİYEVA
H.e.d., prof., kafedra müdiri
1957
2.
İ.Ə.VƏLİYEV
H.ü.f.d., dos.
1948
3.
R.Ə.BAYRAMOV
H.ü.f.d., dos.
1953
4.
A.S.TALIBOV
H.ü.f.d., dos.
1968
5.
S.S.SÜLEYMANLI
H.ü.f.d., dos. (0,5 ştat)
1972
6.
F.F.MİRZƏYEVA
H.ü.f.d., dos.
1982
7.
Ş.M.YUSİFOV
H.ü.f.d., dos.
1970
8.
A.S.RƏSULOV
müəllim (0,5 ştat)
1963
9.
Ü.A.ƏKBƏRLİ
H.ü.f.d., müəllim (0,5 ştat)
1989
10.
İ.B.ƏHMƏDOV
H.ü.f.d., dos. (0,25 əvəzçiliklə)
1965
11.
A.X.QƏDİROV
H.ü.f.d., dos. (0,5 əvəzçiliklə)
1971
12.
N.Ə.BAXŞİYEVA
müəllim (0,25 əvəzçiliklə)
1983
13.
P.A. ƏLİYEVA
müəllim (saathesabı)
1980
14.
A.V.TALIBOV
müəllim (saathesabı)
1970
15.
A.Y.TALIBOVA
müəllim (saathesabı)
1991
16.
S.A.MAHMUDOV
müəllim (saathesabı)
1987
T Ə D R İ S İ Ş İ
Tədris işi həmişə olduğu kimi 2016/2017-cı tədris ilində də mülki hüquq
kafedrasının diqqət mərkəzində olmuşdur. Tədrisdə müasir və mütərəqqi üsul və
vasitələrdən istifadə etməklə tələbələrin nəzəri biliklərinin yüksəldilməsinə, təcrübi
vərdişlərə yiyələnməsinə xüsusi əhəmiyyət verilmişdir.
Mülki hüquq kafedrasının əməkdaşları Universitetin hüquq fakültəsində
bakalavr tədris pilləsində «Mülki hüquq», «Roma hüququ», «Vərəsəlik hüququ»,
«Ailə hüququ», « Notariat hüququ», «Əqli mülkiyyət hüququ» fənnlərindən
mühazirə, seminar və təcrübi məşgələlər aparmışlar. Bundan başqa kafedranın
müəllimləri hüquq fakültəsinin magistratura tədris pilləsi üzrə isə «Mülki təminat
hüququ», «Məhdud əşya hüququ», «Mülkiyyət üzərində sərəncam vermək
öhdəliyi», «Ailədə uşaqların tərbiyəsinin sosial və hüquqi problemləri», «Ümumi
öhdəlik hüququ», və s. mühazirələr oxumuş, praktiki məşgələlər aparmışlar.
Tədris planına və fərdi planlara əsasən kafedra üzvlərinin tədris yüküm
(4372 s.) aşağıdakı kimi olmuşdur:
1.
M.D.DƏMİRÇİYEVA
254
2.
İ.Ə.VƏLİYEV
500
3.
R.Ə.BAYRAMOV
500
4.
A.S.TALIBOV
500
5.
S.S.SÜLEYMANLI
251
Tədris işinin təkmilləşdirilməsi və yüksək səviyyədə təşkil olunması həmişə
Mülki hüquq kafedrasının diqqət mərkəzində olmuş, bu sahələrdədə müntəzəm
məqsədyönülü tədbirlər həyata keçirilmişdir.
Hələ tədris ilinin əvvəlində – 2016-ci il sentyabr ayının 14-də kecirilən
kafedra iclasında 2016/2017-cı tədris ili üçün tədris yükü müəllimlər arasında
bölünüməsi, kafedra müəllimlərinin fənn sillabusları, təqvim planlarının müzakirə
və təsdiqi; 2016/2017-cı tədris ili üçün kafedranın illik iş planının müzakirə və
təsdiqinin, 2016/2017-cı tədris ili üçün «Mülki hüquq» fənni üzrə hazırlanmış kurs
işlərinin mövzuları təsdiq edilsin, 2016/2017-cı tədris ili üçün buraxılış və magistr
dissertasiya işlərinin təxmini mövzularının müzakirə və təsdiqi məsələləri
müzakirəsi edilmişdir.
2016-ci il oktyabr 7-də ayının 2016/2017-cı tədris ilində Mülki hüquq
kafedrasının əyani şöbə üzrə qəbul olunmuş magistrantlara elmi rəhbərlərin təyin
edilməsi və dissertasiya mövzularının təsdiqi barədə, 2016/2017-cı tədris ili üçün
buraxılış işlərinin təxmini mövzuları müzakirəsi və təstiqi məsələlərinə
baxılmışdır.
2016-ci ilin oktyabr ayının 17-da keçirilən kafedra iclasında Mülki hüquq
kafedrasının müəllimi dos. Süleymanlı Sərvər Süleyman oğlu tərəfindən
hazırlanmış «Qanunvericilikdəmülkiyyət haqqında və mülki qanunveriçilik
6.
F.F.MİRZƏYEVA
500
7.
Ş.M.YUSİFOV
500
8.
A.S.RƏSULOV
250
9.
Ü.A.ƏKBƏRLİ
180
10.
İ.B.ƏHMƏDOV (0,25 əvəzçiliklə)
125
11.
A.X.QƏDİROV (saathesabı)
250
12.
N.Ə.BAXŞİYEVA (0,25 əvəzçiliklə)
135
13.
P.A. ƏLİYEVA (saathesabı)
126
14.
A.V.TALIBOV (saathesabı)
30
15.
A.Y.TALIBOVA (saathesabı)
211
16.
S.A.MAHMUDOV (saathesabı)
60
sisteminə zidd olan ipoteka ilə bəzi müddəalar:problemlər vgə həlli yolları»
mövzusunda məqaləsinin çapa məsləhət görülməsi.
2016-ci il noyabr ayının 2-də Mülki hüquq kafedrasının növbəti iclası
keçirilmişdir. Bu iclasda 31 oktyabr 2016 il tarixdə əyani şöbənin3 kurs, qr.1446
qrupunda «Vərəsəlik hüququ» fənnindən «Vəsiyyət üzrə vərəsəlik» mövzusunda
keçirdiyi açıq dərsinin müzakirəsi və qiyabi şöbə tələbələri üçün imtahan
biletlərinin təstiqi məsələləri müzakirə oluniuşdur.
2016-ci il dekabr ayının 2-də 2016/2017-cı tədris ilində BDU-nun Böyük
Elmi Şurasının yeni tərkibinin formalaşması üzrə namizədlərin irəli sürülməsi və
əyani şöbə tələbələri üçün imtahan biletlərinin təstiqi məsələləri müzakirə
olunmuşdur.
2016-ci il dekabr ayının 7-də Mülki hüquq kafedrasının növbəti iclası
keçirilmişdir. Bu iclasda qış imtahan sessiyasının keçirilməsi, 2016-çı il üçün elmi-
tədqiqat işlərinin müzakirəsi və təstiqi, doktorantların atesstasiyası v. sair məsələlər
müzakirə olunmuşdur.
2017-ci il fevral ayının 13-də Mülki hüquq kafedrasının növbəti iclasında
Mülki hüquq kafedrasının əməkdaşlarının əmək haqlarının artırılmısı, doktorant
Yusubova Türkan və magistrant Şifananova Gunelin təqdim etdikləri
məqalələrinin çapa məsləhət görüləsi məsələlər müzakirə olunmuşdur.
2017-ci il mart ayının 17-də Mülki hüquq kafedrasının növbəti iclasında II
kurs əyani şöbənin magistrantlarının və qiyabi şöbə (ümumi əsaslar) V kurs
tələbələrinin təcrübəlinin yekunları müzakirə olunmuşdur.
2017-ci il aprel ayının 17-də Mülki hüquq kafedrasının növbəti iclasında rektorun
R-15, R-18 saylı əmrləri ilə kafedra üzvləri tanış olmuşdular.
2017-ci il may ayının 10-da Mülki hüquq kafedrasının növbəti iclasında
«Azərbaycan » qazetinin 18 mart 2017 tarixli 60 sayında Mülki hüquq kafedrasının
müdiri vəzifəsini tutmaq ücün daxil olan ərizənin müzakirəsi olunmuşdur və
rektorun R-47 saylı əmri ilə kafedra üzvləri tanış olunmuşdular.
2017-ci il iyun ayının 2-də Mülki hüquq kafedrasının növbəti iclasında
diplom işlərinin ilkin müzakirəsi, II kurs əyani macistrantların dissertasiya
işlərinin açıq müdafiəyə buraxılması və dosent Azad Talıbovun və doktorant Fidan
Usubovanın təqdim etdikləri məqalələrinin çapa məsləhət görülməsi məsələləri
müzakirə olunmuşdur.
Həyata keçirilmiş tədbirlər mülki hüquq kafedrası üzrə tələbələr və
magistrantlar yüksək göstəricilər əldə etmiş və aşağıdakı qiymətlərlə buraxılış
işlərini və magistr dissertasiyalarını müdafiə etmişlər:
Əyani və qiyabi şöbələr üzrə
№
Soyadı, adı və
atasının adı
Orta
bal
ÜOMG
Mövzu
Qiymət
1
Quliyeva Fidan
Nazim q.
a/b, qr.1428
88,56 “Uşağın mənşəyinin müəyyən
olunması”
98(A)
2
Novruzova Laura
Aydın q.
a/b,qr.1428
88,56 “Alimentin ödənilməsi barədə
saziş”
98(A)
3
Xanlarova Lalə
Rafiq q.
a/b, qr. 1430
89,34 “Yük daşınması müqaviləsi və
onun növləri”
95(A)
4
Dadaşzadə Ağadadaş
Etibar o
i/b, qr.ing-3
90,68
“Yaradıcılıq
fəaliyyətinin
nəticələri
mülki
hüququn
obyekti kimi”
98(A)
5
Zülfüqarlı Nərmin
Həsən q.
a/b, qr.H2S
85,13
“Alqı-satqı müqavilələri üzrə
alıcıların
hüquqlarının
müdafiəsi mexanizmi”
88(B)
Magistratura tədris pilləsi üzrə
Əyani şöbə üzrə
Mülki hüquq kafedrasında təcrübədə nəzəri biliklərin düzgün tətbiq edilməsi
vərdişini aşılamaq üçün tələbələrin və magistrantların tədris, istehsalat və elmi-
№
Magistrantın adı, soyadı,
atasının adı
qiymət
1.
1
Məmmədli Nərgiz
A (50)
2.
2
Şifananova Gunel
A (50)
pedaqoji təcrübə keçmələrinə xüsusi diqqət verilmişdir. Fakültənin ümumi tədris
planına əsasən tələbələrin və magistrantların tədris, istehsalat və elmi-pedaqoji
təcrübə keçmələri təşkil edilmişdir.
Təcrübənin gedişatına təcrübə rəhbərləri tərəfindən müntəzəm nəzarət edilmiş
və məqbullar keçirilmişdir.
Elmi tədqiqat işlərinin əsas istiqamətləri,
mövzuların qısa annotasiyası və yerinə yetirilməsi
VƏ YERİNƏ YETİRİLMƏSİ
PROBLEM: Azərbaycanda mülkiyyət münasibətlərinin hüquqi tənziminin
problemləri (01.01.2016-31.12.2016)
İŞ: Ər-arvadın əmlakının qanuni rejimi
Mərhələ: Ər-arvadın birgə mülkiyyətinin qanuni rejiminin anlayışı Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin 31 -ci maddəsində verilmişdir. Ər-arvadın birgə
mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah
müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi
fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsindəki bu müddəa ailə
kəndli təsərrüfatının üzvləri olan ər-arvada şamil edilmir. Mülki qanunvericiliyə
görə ümumi mülkiyyət iki növ mülkiyyətə bölünür. Iki və ya bir neçə şəxsin
mülkiyyətində olan əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı
müəyyənləşdirilibsə,
mülkiyyət
paylı
hesab
edilir,
belə
paylar
müəyyənləşdirilmədikdə ümumi mülkiyyət birgə mülkiyyət adlanır. Əşyaya
ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının
nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyət hesab edilir. Mülki
qanunvericiliyə görə ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən
əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Yəni
əşya bölünməz və ya qanunla bölünməli olmayan əşya deyildirsə, onun üzərində
olan ümumi mülkiyyət paylı mülkiyyətdir. Ər-arvadın əmlakının qanuni rejimi
deyərkən rəsmi nikah qeydiyyatında olan və nikah dövründə əldə edilən əmlakın
nikaha xitam verilərkən qanunla müəyyən olunmuş qaydada bölgüsü nəzərdə
tutulur. Qanunla müəyyən olunmuş ər-arvadın ümumi birgə mülkiyyətinin bölgüsü
nikaha xitam verilmədəndə məhkəmə qaydasında müəyyən edilə bilər.
/İcraçı - Prof. M.D.Dəmirçiyeva/
İŞ: Qeyri mülkiyyətçi mənzil istifadəçilərinin hüquq və vəzifələri
Məqsəd: Elmi-tədqiqat işinin məqsədi qeyri mülkiyyətçi mənzil istifaçilərinin
Mülki Məcəllənin qüvvə yə mindiyi tarixədək /01.09.2000/ əmələ gəlməşi istifadə
hüquqlarının tabe olduğu hüquqi rejimi tədqiq etmək, sonra MM-nin qüvvəyə
mindiyi tarixdən 14.12.2005 tarixədək olan dövr ərzində qeyri mülkiyyətçilərin
əmələ gələn istifadə hüquqlarının tabe olduğu hüquqi rejimi müəyyən etmək və
nəhayət MM-nin 228.5 maddəsinin qüvvəyə mindiyi tarixdən /14.12.2005/ Yeni
Mənzil Məcəlləsinin qüvvəyə mindiyi /01.12.2009/ tarixədək dövr ərzində qeyri
mülkiyyətçilər üçün əmələ gələn istifadə hüquqlarının tabe olduğu rejimi müəyyən
etmək.
Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona
məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə
onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin
himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri
kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma
yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər
istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla
birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə
və onun saxlanmasını təmin etməyə borcludurlar.
Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma
yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin
yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə
məsuliyyət daşıyırlar.
Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa
razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam
verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ
saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış
sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata
keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə
üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə
təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə
məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin
qərarı əsasında saxlanıla bilər.
Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa
razılaşma yoxdursa, məhkəmənin Mənzil Məcəllənin 30.4-cü maddəsinin
müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış
sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən
istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə
üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə
mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə
belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
Məhkəmənin Mənzil Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə
alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş
ailə üzvü Mənzil Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə
və məsuliyyəti daşıyır.
Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş
belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq
vəzifə və məsuliyyət daşıyır.
/İcraçı - Dos.R.A.Bayramov/
İŞ: Mülkiyyət hüququnun məhdudlaşdırılması
MƏRHƏLƏ: Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan
götürmüşdür. Romada mülkiyyət hüququnu ifadə etmək üçün «proprietas»
istilahından istifadə olunurdu. Roma hüquqşünasları mülkiyyət hüququnun dəqiq
tərifini verməmişdilər. Mülkiyyətə sadəcə olaraq, şəxs /mülkiyyətçi/ olmayan və ya
dövriyyə qabiliyyətli hər cür əşya kimi baxılırdı. Onlar yalnız mülkiyyət
hüququnun məzmununu /elementlərini/, yəni mülkiyyətçinin səlahiyyətlərini
müəyyən etmişdilər. Mülkiyyətçinin özünə məxsus əşya barəsində aşağıdakı
hüquqlara malikdir: əşyadan istifadə hüququ; əşyadan gəlir; bəhər almaq hüququ;
sərəncam hüququ Roma hüququ mülkiyyət hüququnun,elementlrinin, yəni
mülkiyyətçinin ayrı-ayrı səlahiyyətlərinin siyahısını qəti olaraq müəyyən etmirdi.
Bu onunla əlaqədar idi ki, roma hüququna görə, mülkiyyətçi ona məxsus olan əşya
barəsində qanunla birbaşa qadağan olmayan hər şey edə bilərdi. Belə təsəvvür
yaranır ki, Roma hüquqşünasları vahid mülkiyyət anlayışı, mülkiyyət hüququ
sahəsində dəqiq hüquqi termin işləyib hazırdamasalarda, onların mülkiyyət
hüququnun elementləri barəsində müəyyən etdikləri qayda müasir qanunvericiliyin
prinsipial əsasını təşkil edir.
Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliukdə
təsbit olunan normaların mükəmməlləşdirilməsinə ciddi ehtiyac duyulduğu üçün
qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq. Onun üçün nəzəri
ədəbiyyatın və təcrübənin tədqiq edilməsi nəzərdə tutulmuşdur.
/ İcraçı - Dos.İ.Ə.Vəliyev/
İŞ: Mülki hüquqların müdafəsi üsullarının( tədbirlərinin) Mülki Məcəllənin
ayrica fəslində tənzimlənilməsinin aktuallığı
MƏRHƏLƏ: Müasir AR Mülki Məcəlləsində mülki hüquqların müdafiəsinin
formaları, vasitələri və üsulları dəqiq sistemləşdirilməmişdir. Bu məhkəmə
təcrübəsində bir sıra problemlərə gətirib çıxarır. Məhs bu səbəbdən də mülki
hüquqların müdafiəsinin forma, üsul və vasitələrinin MM-nin ayrıca fəslində
nəzərdə tutulması ,onların tətbiqi mexanizminin fərqləndirilməsi, aktual
məsələlərdir.Bu kimi aktual məsələni elmi müstəvidə tədqiq edilməsi mövzusunun
məqsədini təşkil edir.
/İcraçı - Dos.A.S.Talıbov/
İŞ: Ər-ərvadın ümumi əmlakı üzərində hüquqları və hər birinin mülkiyyət
hüququ
MƏRHƏLƏ: Bu mövzuya xas olan bəzi xüsusiyyətlər var, onlara nikahın
bağlanması nöqteyi-nəzərdən baxılmalıdır. Nikah bir hüquqi faktdır və onun baş
verməsi hüquqi nəticələr doğurur. Nikahın bağlanmasından sonra ər və arvadın
müəyyən hüquqi statusa malik olduğunu və onların müəyyən hüquq və vəzifələri
yaranır. AR Ailə Məcəlləsi ər və arvadın şəxsi və əmlak hüquqlarını müəyyən
edir. Nikahın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatından sonra, əgər nikah
müqaviləsində başqa şərt qoyulmayıbsa, ər və arvadın tərəfindən alınacaq əmlak
onların
birgə
mülkiyyəti
hesab
olunur,
lakin
bəzi
istisnalar
da
mövcuddur. Mövzunu tədqiq edərkən nəyin ər və arvadın birgə mülkiyyəti
olmadığını qeyd etmək vacibdir. Nikaha daxil olanadək ər və arvada məxsus olan
əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər
əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca
mülkiyyətindədir. Fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-
arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində
olubsa, ona məxsusdur, lakin zinət əşyaları istisna təşkil edir.
Nikah dövründə ər-arvad tərəfindən alınan hər bir əmlak onların ümumi birgə
mülkiyyətinə keçir. Əmlak üzərində sərəncam,istifadə və sahiblik hüquqlarına
malikdirlər. Ər-arvad bu hüquqlarını bir-biri ilə razılaşdırıb həyata keçirirlər. Lakin
vərəsəlik qaydasında və ya hədiyyə şəklində və digər əvəzsiz əqdlər üzrə alınan
əmlak onların hər birinin şəxsi əmlakı sayılır.
/İcraçı - Müəl.F.F.Mirzəyeva/
İŞ :Ümumi paylı mülkiyyət nizamını pozan paylı mülkiyyətçinin mülki
məsuliyyəti ilə bağlı problemlər və həlli yolları
MƏRHƏLƏ: Tədqiqat işində ümumi paylı mülkiyyətdə olan əşyanın mül-
kiyyətçilərinin hər hansı birinin qanunda nəzərdə tutulan vəzifələrinin kobud
şəkildə davamlı olaraq pozması nəticəsində digər mülkiyyətçilərin öz hüquqlarının
həyata keçirilməsi bir çox hallarda praktiki olaraq mümkünsüz hala gəlməsi
nəticəsində problemlər analiz ediləcək. Bu analiz nəticəsində məsələ ilə bağlı
praktiki cəhətdən mövcud qaydaların düzgün və məqsədəuyğun təfsir edilməsi ilə
bağlı həlli yolları göstəriləcək və eyni zamanda qanunvericilikdə məsələ ilə bağlı
hər gürə qeyri müəyyənliklərin aradan qaldırılması məqsədi ilə təklifılər nəzərdə
tutulacaq. Belə ki, paylı mülkiyyəçi ümumi paylı mülkiyyət nizamı ilə bağlı
qaydaları bu cür ağır şəkildə pozduqda bu pozuntu onun üçün hüquqi məsuliyyət
əmələ gətirməlidir. Bu cür pozuntu hallarında digər paylı mülkiyyətçilərin yalnızca
maddi təzminat (kompensasiya) tələblərinin olduğu ilə kifayətlənmək əksər
hallarda hüquqların səmərəli şəkildə qorunmasını təmin etmir. Çünki əksər
hallarda bu maddi zərərlər həm az olur, həm də bunların sübut olunması
mümkünsüz olur. Halbuki, bu cür ağır pozuntu digər paylı mülkiyyətçilərin
pozanla birlikdə paylı mülkiyyət mülkiyyət münasibətini davam etdirmək iradəsini
sarsıdır və bu kimi hallarda yalınızca yuxarıda qeyd olunan şəkildə maddi təzminat
tələbləri ilə kifayətlənilməsi hüquqların lazımi şəkildə qorunması məqsədinə
xidmət etmir. Nəticədə, bir paylı mülkiyyətçi tərəfindən paylı mülkiyyət nizamının
ağır və kobud şəkildə pozulması qarşısında digər paylı mülkiyyətçilər üçün
yalnızca maddi təzminat tələbləri ilə kifayətlənilməsi faktiki olaraq onları hüquqi
baxımdan çarəsiz hala gətirmək deməkdir.
/İcraçı - Dos.S.S.Suleymanlı/
İŞ Mülkiyyət hüququna xitam verilən zaman nəzəriyyədə və təcrübədə rast
gəlinən problemlər və onların həlli yolları
MƏRHƏLƏ: Tədqiqat işinin əsas məqsədi AR-sı mülki qanunvericiliyində
mülkiyyət hüququnun xitamı əsaslarını araşdırmaq, qanunvericilikdə mövcud olan
boşluqlara münasibət bildirmək, müqayisəli təhlillər aparmaqla qanunvericiliyin
təkmilləşdirilməsi istiqamətində təkliflər vermək, həmçinin doktorinada və
təcrübədə rast gəlinən problemləri araşdırmaq, bu istiqamətdə təkliflər irəli sür-
mək.
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o
cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində
daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına
və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun
barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır.
Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri
kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun
effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə
mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında
göstərilmişdir.
Bütün bunlar mülkiyyət hüququnun yaranması əsaslarının aktuallığını artırır.
Bu
mövzu,Azərbaycanda
bazar
iqtisadiyyatına
keçid
və
əmtəə-pul
münasibətlərinin inkişafı baxımından da aktual olan bir mövzudur. Mülkiyyət
hüquqlarının yaranması əsaslarının öyrənilməsi, mülki hüququn ən vacib
məsələlərindəndir. Belə ki, mülkiyyətin normal mülki dövriyədə heç bir hüquq
münasibətini, mülkiyyət hüququnun yaranması, ləğv edilməsi dəqiq qaydası
olmadan təsəvvür edə bilmərik. Mülkiyyət hüququ, maddi və əqli dəyərləri
yaratmaq, əldə etmək, əldə saxlamaq, bunlar barədə sərəncam vermək hüququ
mənasını verən bir termin olaraq istər xüsusi hüquq, istərsə də ümumi hüquq
baxımından büyük əhəmiyyətə malik olan anlayışdır. Xüsusi hüquq, mülkiyyətin
fiziki və hüquqi şəxslər tərəfindən əldə edilməsi, istifadəsi və itirilməsiylə
maraqlanırsa, ümumi huquq, bunu insan hüquqlarından biri kimi qəbul etməklə
birlikdə, ümumi mülkiyyət mövzusu ilə yanaşı, bu hüququn dövlət tərəfindən
məhdudlaşdırılması ilə əlaqədar nəzəri, praktik məsələlərlə maraqlanır. Mülkiyyət
hüququ iqtisadiyyat və siyasət tarixində həmişə mübahisələrə səbəb olmaqla
birlikdə, ümumi huququn da ən çox mübahisə edilən mövzularından olmuşdur.
Mülkiyyət hüququnun əsas etibarilə nə mənaya gəldiyi, əhatə dairəsi, insan hüququ
kimi mahiyyəti, başqa insanlar qarşısında irəli sürülmə tərzləri kimi mövzular,
ümumi hüquq içərisində fərqli məktəb, anlayış və sistemlərin yaranmasına, dünya
iqtisadi və siyasi sistemində isə başda marksist və kapitalist düşüncələr olmaq
üzərə fərqli yanaşmaların meydana gəlməsinə səbəb olmuşdur.
/İcraçı - Ş.M.Yusifov/
İŞ: Nəzarətsiz heyvanlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi
MƏRHƏLƏ: Tədqiqat işinin əsas məqsədi mülkiyyət hüququnun yaranma
əsaslarından biri kimi nəzarətsiz heyvanlarla bağlı qanunvericiliyi təhlil etmək,
Roma hüququ ənənələrinə əsaslanmaqla bu institutun hüquqi tənzimi məsələlərini
araşdırmaq, bir sıra xarici ölkələrin qanunvericiliklərini təhlil etməklə bu
istiqamətdə AR-sı MM-nin təkmilləşdirilməsi məqsədi ilə təkliflər irəli sürmək.
Nəzarətsiz heyvan haqqında danışmazdan öncə diqqət yetirməli olan məsələ
odur ki, nəzarətsiz heyvanlar hansı heyvanlardır. Qanun bu heyvanların dairəsini
müəyyən etmir. Bunun ev heyvanı və ya vəhşi heyvan olması barədə də heç bir
norma yoxdur. Ev heyvanlarının mühafizəsi haqqında Avropa konvensiyasında
sahibsiz heyvana anlayış verilmişdir. Orada qeyd olunur ki, Sahibsiz heyvan
dedikdə, küçədə, yaxud sahibinin evindən kənar ərazidə yaşayan, sahibinin
nəzarəti altında olmayan ev heyvanı nəzərdə tutulur odur ki, həmin heyvan
tutulduğu anda heç kəsin təsərrüfatında sayılmır. Ancaq dolayısı ilə qanunun
məntiqi təhlili onu göstəriri ki, söhbət burda ev heyvanlarından gedir. Qanunda
göstərilən normadan belə qənaətə gəlmək olar ki, nəzarətsiz heyvan heç kimin
təsərrüfatında olmayan heyvandır ki, öz sahibinin təsərrüfatından hansısa səbəbdən
ayrı düşmüşdür. AR MM-in 192-ci maddəsinə əsasən nəzarətsiz və ya otlamağa
buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları
mülkiyyətçisinə qaytarmalıdır, heyvanların mülkiyyətçisi və ya onun olduğu yer
bilinmədikdə isə, onları tutduğu andan ən geci üç gün keçənədək aşkar etdiyi
heyvanlar barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün
tədbirlər görməlidir.
/İcraçı- Müəl.A.S.Rəsulov/
4. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI
Prof.M.D.Dəmirçiyeva
1. Azərbycan Respublikasında nikahsiz birgə yaşama və nikah.
Məqalə.
Azərbaycan xalqının Ümümmilli lideri H.Əliyevin anadan olmasının 93-ci il
dönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr
olunmuş «Hüquq elminin müasirproblemləri: Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları « mövzusunda elmi
nəzəri konfransın materialları. Bakı, 2016 (46-49)
2. Müasir dövrdə Azərbaycanda multikulturalizm ənənələrinin ailə münasibətlərinə
tətbiqinin inkişaf harmoniyası. Məqalə. Mədəni müxtəliflik: dünya və Azərbaycan.
Beynəlxalq elmi-praktik konfrans 29 aprel 2016-cı il. Bakı, 2016. (183-187)
3.
Mülkiyyət hüququnun yaranmasi əsaslari. Azərbaycan xalqinin ümummilli
lideri Heydər Əliyevin anadan olmasinin 93-cü ildönümünə həsr olunmuş “Heydər
Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-
praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il. (234-237) .
4. Nikah müqaviləsinin inkişaf tarixi. Nəqliyyat hüququ. № 1. Bakı , 2017. ss 75-
84
5. Ailə qanunvericiliyinin inkişaf tarixinın qısa oçerki.
Dos. R.Ə.Bayramov
1.
Деликатная ответственность за вред, причиненный государственными
органами, органами местного самоуправления и их должностными
лицами. Məqalə. Azərbaycan xalqının Ümümmilli lideri H.Əliyevin anadan
olmasının 93-ci il dönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq
İnstitutunun 70-illiyinə həsr olunmuş «Hüquq elminin müasirproblemləri:
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni
tendensiyaları» mövzusunda elmi nəzəri konfransın materialları. Bakı, 2016
(173-176)
2.
Обязательства, возникающие вследствие причинения вреда. Azərbaycan
xalqinin ümummilli lideri Heydər Əliyevin anadan olmasinin 93-cü
ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət
quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları.
BAKI, 3 iyun 2016-c
ı il. (247-252) .
Dos. İ.Ə.Vəliyev
1.
AR MM-nin (ümumi hissə) kommetariyası. Həmmüəllif. Bakı, 2017.
2.
Vəsiyyət tapşiriği ilə əlaqədar mülki hüquqi tənziminin problemləri və
prespektivlər. Azərbaycan xalqinin ümummilli lideri Heydər Əliyevin anadan
olmasinin 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda
hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
materialları. BAKI, 3 iyun 2016-cı il. (237-239) .
Dos. S.S.Süleymanlı
1.
Qanunvericilikdə mülkiyyət haqqına (hüququna) və mülki qanunvericilik sisteminə
zidd olan ipoteka ilə bağlı bəzi müddəalar: problemlər və həlli yolları. Qanun
jurnalı. Bakı,№12 (266), 2016.(72-82) .
Dos.A.S.Talıbov
1.
Система управления жильём в Азербайджане. Обучение управляющих
жильём - практика и перспективы. Минск. 09 ноября 2016 8-ая
Международная конференция МАМН "«Инициативы по созданию системы
подготовки и переподготовки управляющих жилой недвижимостью и
системы информирования собственников жилья». Материалы конференции.
Dos.Ş.M. Yusifov
1.
Kredit müqaviləsinin hüquqi tənziminin bəzi problemləri. Məqalə. Azərbaycan
xalqının Ümümmilli lideri H.Əliyevin anadan olmasının 93-ci il dönümünə və
Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr olunmuş «Hüquq
elminin müasirproblemləri: Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin yeni tendensiyaları « mövzusunda elmi nəzəri
konfransın materialları. Bakı, 2016 (173-176)
2.
Kredit müqaviləsinin növləri. Azərbaycan xalqinin ümummilli lideri Heydər
Əliyevin anadan olmasinin 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və
Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki
konfrans materialları. BAKI, 3 iyun 2016-cı il. (242-244) .
Dos.F.F.Mirzəyeva
1.
Способы усовершенствования процесса заключения брака как мера
правовой защиты семьи в Азербайджанской Республике. Məqalə. Azərbaycan
xalqının Ümümmilli lideri H.Əliyevin anadan olmasının 93-ci il dönümünə və
Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr olunmuş «Hüquq
elminin müasirproblemləri: Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin yeni tendensiyaları» mövzusunda elmi nəzəri
konfransın materialları. Bakı, 2016 (181-185)
2.
Защита прав и интересов супругов, детей и родителей при унификации норм
семейного права. Azərbaycan xalqinin ümummilli lideri Heydər Əliyevin anadan
olmasinin 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi
dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları.
BAKI, 3 iyun 2016-c
ı il. (239-242) .
3.
Способы, формы и методы защиты семейных прав и укрепления семьи по
законодательству Азербайджанской Республики. Bakı,Qanun jurnalı, 01,
2016. №1
müəl. A.S.Rəsulov
1.
Miras qoyanın əmlak hüquq və vəzifələri. Azərbaycan xalqinin ümummilli
lideri Heydər Əliyevin anadan olmasinin 93-cü ildönümünə həsr olunmuş “Heydər
Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-
praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il.(252-255)
h.ü.f.d. N.Ə. Baxşiyeva
DOKTORANTLAR
Yusubova Türkan Aydın qızı - -doktorant
1. Məqalə “Məhdud əşya istifadə hüquqlarının inkişaf tarixi” Azərbaycan
xalqinin ümummilli lideri Heydər Əliyevin anadan olmasinin 93-cü ildönümünə
həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”
mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları, Bakı, 2016
2. Statğə “Teoretiçeskie i praktiçeskie aspektı izcətiə zemelğnıx uçastkov
dlə qosudarstvennıx nujd kak odna iz form oqraniçeniə prava sobstvennosti” Jurnal
Qradostroitelğnoe pravo, Moskva, No. 1, ənvarğ, 2017;
3. Statğə «Sobstvennostğ kak gkonomiçeskaə i öridiçeskaə kateqoriə» v
materialax mejdunarodnoy nauçno-praktiçeskoy konferenüii pod nazvaniem
«Vliənie inteqraüionnıx tendenüiy na razvitie oteçestvennoqo prava» Odesskoqo
Qosudarstvennoqo Universiteta Vnutrennix Del, Odessa, fevralğ, 2017
4. Məqalə “Sahiblik hüququnun mahiyyəti və mülki qanunvericilikdə yeri”
Bakı, Qanun jurnalı No. 5 (271), may, 2017
5. Məqalə “Mülkiyyət hüququnun iqtisadi münasibətləri” Azərbaycan
xalqinin ümummilli lideri Heydər Əliyevin anadan olmasinin 94-cü ildönümünə
həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və
təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktiki
konfrans materialları, Bakı, iyun, 2017
Usubova Fidan Cəbrayıl qızı –doktorant
1.
Nikahin bağlanma qaydasi və şərtləri.
Qanun.Elmi hüquq jurnalı. Bakı , 2017.
2.
XX əsrin birinci yarısında ailə qanunvericiliyinin inkişaf tarixi. Odlar Yurdu
Universitetinin elmi-pedaqoji xəbərləri. №46. Bakı , 2017.
Vüsal İsmayılov doktorant
1. İpoteka dlə bezrabotnoqo ili kak poluçitğ kredit bez trudoustroystva. Qanun.
Elmi hüquq jurnalı. № 03 (269). Bakı , 2017. s. 62-65-
MAGİSTRANTLAR
Məmmədli Nərgiz
1. Uşaq hüquqlarını müdafiə edən orqan, birlik və təşkilatlar. // Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə
həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”
mövzusunda beynəlxalq elmi-praktiki konfrans. II cild. 2016. s. 318-321
2. Fiziki şəxslərin mülki hüquq qabiliyyətinin əmələ gəlməsi,
məhdudlaşdırılması və xitamı əsasları. // Qanun elmi hüquq jurnalı.
№
01 (267),
2017. s. 111-115.
Şifahanova Gunel
1. Mülki hüquqi məsuliyyətin anlayışı və əlamətlərinin təhlili. // Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə
həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”
mövzusunda beynəlxalq elmi-praktiki konfrans. II cild. 3 iyun 2016-cı il. s.316-
318
2. Mülki hüquqda təqsirsiz məsuliyyət. // Qanun elmi hüquq jurnalı. № 5, 2017.
ELMİ-TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏDBİQİ
Kafedra əməkdaşları tərəfindən yerinə yetirilən elmi-tədqiqat işləri tədris və
qanun yaradıcılığı, məhkəmə və notariat təcrübəsində tədbiq edilmişdir. Belə ki,
Mülki hüquq fənninin tədrisini daha da yaxşılaşdırmaq məqsədi ilə kafedra üzvləri
tərəfindən işlənib hazırlanmış tövsiyyələr tədris işinə - mühazirə və təcrübi
məşğələlərin aparılmasına tədbiq edilir. Kafedra üzvlərinin qanunvericiliyin
təkmilləşdirilməsi sahəsində irəli sürdükləri təkliflər və tövsiyyələr qanun və qanun
qüvvəli aktların layihələrinin hazırlanmasında nəzərə alınmışdır.
Fakültədə elmi və elmi-pedaqoji kadrların hazırlanması
dissertasiya müdafiəsi və İxtisaslaşmış şuraların fəaliyyti
Mülki hüquq kafedrasında aspirantlar və dissertantlarla iş davam et-
dirilmişdir.
Kafedrada doktorant və dissertantlarının işgüzarlığını artırmaq və dis-
sertasiya işlərini vaxtında müdafiəyə təqdim etmək məqsədilə müəyyən işlər
görülmüş.
Tələbələrin və gənc tədqiqatçıların(magistrantların)
elmi tədqiqat işləri, konfransda iştirakı
1) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-
cü ildönümününə həsr olunmu «Heydər Əliyev və Azərbaycanda hüquq
quruculuğu» mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı,
2016.
Elmi-tədqiqat işlərinin nəticələrinin tədbiqi
Kafedra əməkdaşları tərəfindən yerinə yetirilən elmi-tədqiqat işləri tədris və
qanun yaradıcılığı, məhkəmə və notariat təcrübəsində tədbiq edilmişdir. Belə ki,
Mülki hüquq fənninin tədrisini daha da yaxşılaşdırmaq məqsədi ilə kafedra üzvləri
tərəfindən işlənib hazırlanmış tövsiyyələr tədris işinə - mühazirə və təcrübi
məşğələlərin aparılmasına tədbiq edilir. Kafedra üzvlərinin qanunvericiliyin
təkmilləşdirilməsi sahəsində irəli sürdükləri təkliflər və tövsiyyələr qanun və qanun
qüvvəli aktların layihələrinin hazırlanmasında nəzərə alınmışdır.
Fakültədə elmi və elmi-pedaqoji kadrların hazırlanması
dissertasiya müdafiəsi və İxtisaslaşmış şuraların fəaliyyti
Mülki hüquq kafedrasında aspirantlar və dissertantlarla iş davam et-
dirilmişdir.
Kafedrada aspirant və dissertantların işgüzarlığını artırmaq və dissertasiya
işlərini vaxtında müdafiəyə təqdim etmək məqsədilə müəyyən işlər görülmüş, belə
ki, müntəzəm olaraq onlarla söhbətlər aparılmış, fərdi iş planlarının yerinə
yetirilməsi ilə əlaqədar onların hesabatları dinlənilmişdir.
Mülki hüquq kafedrasında 4 doktorant (onlardan 1 nəfəri İran İslam
Respublikasının vətəndaşları) . Tədris ilində onların hesabatları dinlənilmiş, fərdi iş
planlarını yerinə yetirmələri məqbul hesab edilmişdir. Aspirant və dissertantlarla
söhbətlərdən məlum olur ki, onlar xarici ölkələrin ədəbiyyatlarını əldə etməkdə
çətinlik çəkirlər. Bu məqsədlə Universitetin kitabxanasında müvafiq şöbənin təşkili
edilməsi
və
ədəbiyyatların sifarişlə respublikaya gətirilməsi işinin
yaxşılaşdırılmasına ehtiyac vardır.
Hər il olduğu kimi cari tədris ilində də aspirant və dissertantların elmi
rəhbərlərlə təmin edilməsi məsələsi problem olmuşdur.
Respublikada mülki hüquq ixtisasından elmlər doktorları və professorların
olmaması bu problemin həllinə mənfi təsir göstərir. Buna görə dosent elmi adı olan
müəllimlərə müstəsna hal kimi aspirant və dissertantlara rəhbərlik etməyə icazə
verilməlidir.
12. FAKÜLTƏDƏ ELMİ VƏ ELMİ-PEDAQOJİ
KADRLARIN HAZIRLANMASI
Kafedrada doktorantların işgüzarlığını artırmaq və dissertasiya işlərini
vaxtında müdafiəyə təqdim etmək məqsədilə müəyyən işlər görülmüş, belə ki,
müntəzəm olaraq onlarla söhbətlər aparılmış, fərdi iş planlarının yerinə yetirilməsi
ilə əlaqədar onların hesabatları dinlənilmişdir.
Mülki hüquq kafedrasında 4 doktorant. Tədris ilində onların hesabatları
dinlənilmiş, fərdi iş planlarını yerinə yetirmələri məqbul hesab edilmişdir.
Hər il olduğu kimi cari tədris ilində də aspirant və doktorantların elmi
rəhbərlərlə təmin edilməsi məsələsi problem olmuşdur.
Respublikada mülki hüquq ixtisasından elmlər doktorları və professorların
olmaması bu problemin həllinə mənfi təsir göstərir. Buna görə dosent elmi adı olan
müəllimlərə müstəsna hal kimi aspirant və dissertantlara rəhbərlik etməyə icazə
verilməlidir.
13. DİSSERTASİYA MÜDAFİƏSİ VƏ İXTİSASLAŞMIŞ
ŞURALARIN FƏALİYYƏTİ
Kafedranın professor-müəllim heyəti bir necə müdafiə şurasının üzvələri
olmuşdular.
Prof.M.D.Dəmirçiyeva AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun daimi
müdafiə şuranın üzvüdür.
Dos.Ş.M.Yusifov Hüquq fakültəsi Metod şurasının üzvüdür.
Dos. İ.Ə.Vəliyev Hüquq fakültəsi Elmi Şurasının üzvüdür.
Dos. R.Ə.Bayramov və dos. Ş.M.Yusifov isə aşağıdakı doktorant və
dissertantların müdafiə şuralarının (hüquq üzrə fəlsəfə doktoru) üzvü olmuşdular:
1.
Humay Elçin qızı Əfəndiyeva
2.
Ülkər Asif qızı Əkbərli
3.
Leyla Kamil qızı Səlimova
4.
Reyhan Fəhrat qızı Cəfərova
5.
Qulam Heybət oğlu Şükürov
6.
Pərvinnə Fəzail qızıİsmayılova
7.
Mehriban Eldar qızı Babaxanova
8.
İlham Malik oğlu Əliyev
9.
Tavakol Səfər oğlu Lotfi
10.
Aqşin isabala oğlu Quliyev
11.
Səbinə Yaşar qızı Ədiyeva
12.
Sahil Zahir oğlu Hüseynov
13.
Şəhriyar ibrahim oğlu Əliyev (hüquq üzrə elmlər doktoru)
14.
Həbib Fərhad oğlu Abdullayev
15.
Sima Azər qızı Süleymanlı
16.
Leyla Fəqani qızı Fardilova
17.
Ülkər Baqram qızı Yusifova
18.
Ruslan Hikmət oğlu Məmmədli
19.
Rəşad Əflatun oğlu Axundov
14. TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN
(MAGİSTRANTLARIN) ELMİ TƏDQİQAT İŞLƏRİ
(KONFRANSDA İŞTİRAKI)
Kafedra müdiri prof. M.D.Dəmirçiyeva (həmdə konfransların təşkilatcı) və
əməkdaşları 2016-ci ildə aşağıdakı konfranslarında iştrak etmişdilər:
elmi-praktiki konfranslar:
1 ) BAKI, 24-25 noyabr 2016-cı il.
Hüququn və hüquqi təhsilin keçid dövründə olan ölkələrin inkişafında rolu:
Azərbaycan nümunə kimi.
2) BAKI, 20 dekabr 2016-cı il
Əziz Əsədovun anadan olmasının 100-cü ildönümünə həsr olunmuş «Azərbaycan
Respublikasında mülki hüquq elminin formalaşması və inkişaf perspektivləri»
mövzusunda Respublika səviyyəsində elmi-praktiki konfrans.
3)
MİNSK. 09 noyabr 2016-cı il
8-ci Beynəlxalq konfrans MAMN «Инициативы по созданию системы
подготовки и пререподготовки управлюяющих жилой недвижимостью и
системы информирования собственников жилья». Dosent A.S.Talıbov
“Система управления жильем в Азербайджане. Обучение управляющих
жильем” adlı məruzə ilə cıxış etmişdir.
15. 2017 -ci İLDƏ HANSI AVADANLIQLARIN ALINMASINA EHTİYAC
DUYULUR:
Mülki hüquq kafedrasında aşağıdakı avadanlıqlara ehtiyac var:
1.
Kompüter - 2 ədəd
2.
Printer - 2 ədəd
3.
Sürətçıxarma apparatı - 1 ədəd
4.
Skayner - 1 ədəd
16. ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR
Kafedra əməkdaşları tərəfindən yeni dərsliklər,
dərs vəsaiti, elmi, tədris-
metodik vəsaitlər dərc edilmişdir. Kafedra əməkdaşları Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsində dəfələrlə ekspert qismində iştrak etmiş, respublika və
beynəlxalq konfranslarda müxtəlif mövzularda tezis və məqalələri ilə çıxış
etmişlər.
Mülki hüquq kafedrasının müdiri: Prof.M.D.Dəmirçiyeva
Document Outline - Bakı “____” “_______________” 2017-ci il
- H E S A B A T
- 4. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI
- Tələbələrin və gənc tədqiqatçıların(magistrantların)
- elmi tədqiqat işləri, konfransda iştirakı
- 14. TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN (MAGİSTRANTLARIN) ELMİ TƏDQİQAT İŞLƏRİ
- (KONFRANSDA İŞTİRAKI)
Dostları ilə paylaş: |