129
körtəbii alınır. Şüşə ilə bölünmüş iki sərnişin kabinəsinə malik xüsusi
avtomobildə yerimizi tuturuq. Arxa kabinədə təlimatçılarımız və start
komandanlığının xidməti işçiləri əyləşir. Həkimlər və general Leonovun
müşayiəti ilə sürücünün arxasındakı kabinədə əyləşirik. Avtomobilin
içi sərindir, soyutma sistemi əla işləyir. Sürücünün narahat olmasını
görürəm. Onun köməkçisi videomaqnitofonunda Canavar və Dovşan
haqqında filmə baxmağı təklif edir. Məmnuniyyətlə razılaşırıq.
Bir azdan iki balaca televizorda həmin məşhur qəhrəmanlar
cürbəcür hoqqalar çıxarırlar. Bu aksiyaları təqib edə bilmirəm. Çöldə
çox maraqlı hadisələr baş verir. Vidalaşanların sayı daha da artır. Bizi
aparan milis maşınları və motosikllər bütün xəbərdarlıq siqnallarını
qoşurlar. Yola düşürük. Bəli, kosmosa aparan yolun əvvəli həqiqətə
çevrildi. Vidalaşanlar bizə yaxşı uçuş arzu edirlər. Təntənəli əhval-
ruhiyyə var. Qadınlarını gözü dolub, deyəsən, elə bizim də. Boğazım
quruyur. Sakit qalmaq və üzümdəki ifadəni gizlətmək istəyirəm, çünki
gözümün ucu ilə operatorlar və fotoreportyorların intensiv işlədiklərini
görürəm. Yolumuzun üstündən keçən maşın və insanlar dayanırlar.
Şəhərin küçələri ilə gedərkən bizə əl edən yüzlərlə insan görürəm və
emosiyalar daha da artır. Rəsmi olaraq heyətin yola düşməsini heç kəs
elan etməyib. Lakin bütün sakinlər bunu bilirlər. Sakinlərin böyük hissəsi
kosmodromda işləyir. Səkidə duranlar, balkondan, evin damından,
hətta dirəyin üstünə qalxanlar təbriklər göndərirlər. Ağacların üstündə
heç kəsi görmədim. Burada, çöllükdə ağac müqəddəs sayılır. Böyük
çətinliklə, süni şəkildə plantasiyaları suvararaq, hətta gözəl ağaclar
yetişdirmək olar. Yaşıllıq burada simvol dəyərindədir və yazılmamış
qanunla qorunur. Yerli insanlar bitkilərin dəyərini həmişə anlamırlar,
adət-ənənələrinə əsaslanan vərdişlərinə sadiqdirlər. Neçə illik səydən
sonra bir kənddə qovaq ağacları böyüyür. Bu ağaclar sakinlərin
iftixarına çevrilmişdi, lakin yaşlı sakinlər gecə ilə onları kəsirlər, çünki
ahılların dediklərinə görə, “çöllüyə tamaşa etməyə mane olurdu”. Elə
məhz qazax torpaqlarında bəşəriyyətin arzuları
həyata keçir, Kosmosa
insanlar uçur. Yerli sakinlər bundan agahdırlar, bununla fəxr edirlər.
Sakitcə gedirik. Düzənliyin içi ilə aparan yolu hərə bir cür yaşayır.
Düzənlik qızmar günəşdən yanıb, qonur-kərpici rəngə boyanıb. Torpaq
çat-çatdır və ancaq bəzi yerlərdə çox az, ota bənzər bitkilər var. Qoyun
sürüsü və yerindən qımıldanmayan, sanki mənzərənin gözəlliyini
tamamlamaq üçün durmuş bir neçə dəvə görürəm.
Birdən anlaşılmaz hadisə baş verir. Sürü tərəfdən yola, bizə tərəf,
mühafizəyə fikir verməyən bir insan qaçır. Elə geyinib ki, sanki
düzənlikdə 42 dərəcə isti deyil, şaxta var. Yun paltar, ağır ayaqqabı və
böyük qara papaq! Kortejdə balaca çaşqınlıq duyuram. Lakin həmin
BAYKONUR KOSMODROMU – 27 İYUN - “2 SAYLI PERRON”