Amma toydan bir neçə gün sonra Səhra şah sübh tezdən qəfildən arvadını
bəzənməmiş gördü və onun qara, ləkəli üzünə, eybəcər, əyri
-üyri burnuna
baxanda qorxdu.Çirkinliy
indəən diksindi. Çox peşman olsa da abırına,
həyasına bələnib, səsini çıxartmadı. Öz
-
özünə təsəlli verdi:
″Heç olmasa ağıllıdır, verdiyim elə
çətin suallara cavab verdi. Şah arvadının
gözəlliyi vacib deyil, təki ağıllı, tədbirli olsun″.
Nağıl dili yüyürər, yüyrək olar deyərlər. Şahın məmləkəti üzərindən
gündüz zamanında beş yüz dəfə Günəş keçdi, gecə vaxtında beş yüz dəfə Ay
ötdü, amma hökmdarın ürəyi açılmadı ki, açılmadı. Sindi nə gözəlliyi, nə də
ağlı ilə şahı sevindirmədi.Həmçinin şah bir tərəfdən də övdsızlığın xiffətini
çəkdi.
Şah həmişə bikef gəzdi. Onun övladsızlıq dərd
-
qüssəsi gün
-
gündən artdı,
heç yerdən dərdinə dərman tapa bilmədi ki bilmədi.
Şahın dərdli günlərindən birində ona xəbər verdilər ki, məmləkətdə bir
nurani dərviş peyda olub, bütün dərdlərə dərman edir, dərman edə
bilmədiyinin isə çarəsini deyir.
Şah əmr edib dərvişi yanına çağırtdırdı.
Onunla üz-
üzə oturub taleyindən,
dünyanın etibarsızlığından gileyləndi. Şah yaşca özündən böyük olan dərvişə
ilk söhbətdən övladsızlıqdan söhbət açmağı ayıb saydı. Dərviş isə aqil
adamdı. Bunu o saat başa düşdü:
-
Şahım,
-
dedi. Sənə əzab verən dərdin mənə əyandır. Bala həsrəti,
övladsızlıq həsrəti üzüb səni. Amma səbr et. Bütün dərdlərin çarəsi var. Səbirli
ol!
Dərvişin sözlərindən sonra elə bil, şahın çiynindən yük götürüldü. Dərindən ah
çəkib, dedi:
-
Dərviş baba, səbrim tükənib, neçə illərdir ki, dərdimi demədiyim
təbib qalmayıb. Heç yerdən çarə olmayıb. Axırda yorulub oturmuşam. Amma
qəlbimdəki ağrı məni tə
rk etmir, taxt-
tacımın bir gün boş qalacağını yadıma
salanda ahu-
zarım ürəyimi deşir.Dərdim mənə rahatlıq vermir.
Dərviş şaha təsəlli verdi:
-
Dərd verən, dərmanı da göndərir, onu tapmaq lazımdır, şahım!
Dərviş bunu deyib tapşırdı
ki, bağçadan iki qönçə qızılgül dərib
gətirsinlər. Sonra isə o, bir kasa torpaq,bir kasa su istədi.
Onları gətirən kimi dərviş qızılgülləri şaha verib dedi:
-Qibleyi-
aləm! Sən və xanımın bu gülləri iyləyib mənə verin!
Şah dərviş deyəni elədi. Dərviş gülün birini kasadakı torpağa sancdı.
Gül torpağa
dəyən kimi ləçəkləri də, yarpaqları da yerə töküldü.
Dərviş təəssüflə baçını yellədi. Bu dəfə ikinci qızılgülü kasadakı suya
saldı.
Dərviş bu dəfə gülü suya salan kimi qönçə gül açdı, daha da gözəlləşdi.
Dərviş dərindən bir ah çəkdi. Şah dərvişin ah çəkməsinin səbəbini
soruşdu:
-
Ağa dərviş, gah başını peşiman
-
peşiman yelləyirsən, gah dərindən
ah çəkirsən. Bizə də desənə açdığın fal nə göstərir? Mən nigarançılıqdan
qurtula biləcəyəmmi? Ömrümün axırında olsa, övlad üzü görə biləcəyəmmi?
Dərviş şahı nigaran qoymaq istəmədi. Amma şad xəbər deyə bilməsə
də, xoş xəbər də demədi:
-
Şahım, səbirli ol. Mən deyənə diqqətlə qulaq ver. Gördüyün qızılgül
torpaqda soldu. Fal göstərdi ki, sənin dərdinə dərman torpaqda yoxdur. Ikinci
qızılgül suda gül açdı, gözəlləşdi. Onda bildim ki, dərdinin çarəsi sudadır.
.Şahın səbri çatmadı:
-Ya quruda, ya suda, d
ərviş, çarə de dərdimə!
Dərviş şahı sakitləşdirdi:
-
Şah sağ olsun, bir azca səbirli olsan, onu da deyərəm!
Sonra dərviş gülü sudan çıxartdı, onu özü də qoxulayıb kənara qoydu.
Baçına qara bir dəsmal saldı. Əyildi kasanın üstünə, dua oxumağa başladı.
Birdən nə gördüsə, dəsmalı başından kənara atdı. Qan
-
tər içində
kasadakı suda
-
falda gördüklərini şaha nağıl eləməyə başladı:
-
Kasada dərya gördüm. Dəryanın dibində ağappaq mirvarilər. Həmin
o m
irvariləri tapdırıb gətirtməlisən, şahım! Ondan iki qolbaq düzəltdirməlisən.
Birini özünün, digərini isə xanımının qoluna taxmalısan. Həmin mirvarilər
yavaş
-
yavaş balalamağa, artmağa başlayacaqlar. Onlarda olan analıq dühası
sənin xanımına da keçəcək və o,hamilə olacaq. Həmin qolbaq düz doqquz ay,
doqquz gün, doqquz gecə xanımın qolunda qalmalıdır. Hər ikiniz uşaq
doğulana qədər qolbağıları qoruyub qolunuzda saxlamalısınız.
Şah diqqətlə dərvişə qulaq asandan sonra dedi:
-
Xəzinəmdə nə qədər desən mirvari var. Xəzinadara əmr edərəm,
elə indi gətirər.
Dərviş etiraz elədi:
-
Yox, şahım!Mirvarilər ancaq dənizin dibindən çıxarılmalı, kimsənin
qoluna taxılmamalı, yad qadın əlinə dəyməməlidir. Həmin mirvarilər yalnız və
yalnız sənə və xanımına məxsus olmalı, sizin qolunuzdan asılmalıdır! Uşağın
doğulmasına az müddət qalmış gələcəyəm. Sonra nə etmək lazım olduğunu
onda deyəcəyəm.
Səhra şah dərvişin dediyinə çox da inanmadı. Bunu dərviş başa
düşdü. Qalxdı ayağa, şaha baş əydi, istədi çıxıb getsin, şah dedi:
-
Ayaq saxla,dərviş, dediklərin çox inandırıcı olmasa da,başqa əlacım
yoxdur,eləməlıyəm. Ona görə də bir müddət qal mənimlə, dərdimə çarə eylə.
Nə desən, etməyə, nə istəsən,verməyə razıyam, təki taxt
-
tacım boş qalmasın!
Dərviş şaha baş əydi. Təzədən heybəsini yerə qoyub oturdu.
Şah
razılıq elədi:
-
Sağ ol, dərviş,dərdimə şərik olduğuna və ona çarə axtardığına görə! Indi isə
sən əmr et, mən yerinə yetirim!
Dərviş işə başladı:
-
Şahım, əmr sahibi sənsən! Əmr et ki, yaxşı üzə bilənlər dənizin dibindən
mirvarilər gətirsinlər.
Şah əmr etdi. Yaxşı üzməyi bacaranları şahın hüzuruna gətirdilər.
Şah dənizin dibindən mirvari tapıb gətirənlərə çoxlu qızıl vəd elədi.
Qızıl adı eşidəndə üzə bilənlər dənizə çıxıb mirvari yığmaq üçün dənizin
dibinə üzdülər.