9
Ġkiçayarasında yaranmıĢ Nuh əfsanəsi uzun müddət xalqların oyku-
menlər üzrə yayılması haqqında bilginin əsasını təĢkil etmiĢ və bu bilgi
m.ö. I minildə dövrün durumuna uyğunlaĢdırılıb yəhudi Bibliyasında yeni
çalarlarla
əks
olunmuĢ,
bu qutsal kitabda verilən «xalqlar
Ģəcərəsi»
baĢqa
dillərə tərcümədə,
özəlliklə yunan dilinə çevriləndə müəyyən dəyiĢmələrə
uğramıĢdır.
Quranda Nuh motivi sonrakı Ġslam
qaynaqlarına,
ərəb, fars
və türkcə yazılan tarixi və çoğrafi əsərlərə keçmiĢdir. Hər iki qutsal kitab
qoq-maqoqları (yəcuc-məcuclar)
quzey oykumendə verir və bu ad
altında
Bibliyada
saqa-qamər türkləri,
Quranda
isə bozqır
xalqı təsəvvür edilir.
Yəhudi dinini qəbul edən Xəzər xaqanı da xəzərlərin soykökünü və
soydaĢları olan türk boylarını Bibliya gələnəyi ilə sadalayır. Azərlərin
tarixi coğrafiyası
baxımından
həmin məktubun böyük əhəmiyəti vardır.
Lakin Nuhla bağlı xalqların yayılma oykumeni əfsanədir, həm də xalqların
yaddaĢında
dərin
iz buraxan bir mifdir.
Yunan əsatirlərində
də ucqar
oy-
kumen kimi Qafqazın qeyd olunması, Prometeyin Qafqaz dağlarında
çarmıxa çəkilməsi, Heraklın
«ölüm
Ģahlığının
qapısı»
sayılan bu bölgəyə
gəlib onu xilas etməsi,
arqonavtların
qızıl əldə
etməyin
sirri yazılmıĢ
«Dəri» kitab üçün Güney Qafqazın
Kolxida
bölgəsinə
gəlməsi barədə
miflər
ilkin
türk-yunan kontaktlarının nəticəsi idi. Belə mənbələrdən is-
tifadə edərkən, sadəcə, oradakı yarımgerçək faktları seçib,
sinxron qay-
naqların verdiyi bəlgələrlə uzlaĢan məqamları nəzərə almaq lazım gəlir.
Azərbaycan
tarixĢünaslığında
Skandinav
qaynaqları nəzərə
alınmır.
Halbuki bu quzey german xalqlarının soykökü yaddaĢından süzülüb onla-
rın Ģifahi ədəbiyatında formalaĢan saqa və eddalarda qədim Azərbaycanla
əlaqəli çox qiymətli bəlgələr vardır. Burada təkrar-təkrar
verilən qədim
asların köçü,
onların
Troya ilə əlaqəsi,
Qaradənizin quzey yaxalarına gəlib
oradan
Quzey
Avropaya,
oradan da Ġslandiya
adasına keçməsi haqqındakı
məlumatlar olduqca gərəkli
bəlgədir.
6
Skandinav saqalarında
saqa türkləri,
hunlar və xəzərlərlə əlaqələr də geniĢ yer tutur.
Tarixi-coğrafiya
haqqında bilgi müxtəlif mənbələrdən əldə
olunur.
Belə qaynaqlardan biri antik dövrdən üzübəri qədim xəritələrə köçürülən
toponimiyadır. KeçmiĢdə tərtib olunan xəritələr primitiv olsa da, bir çox
tarixi adları əks etdirdiyi üçün qiymətlidir. Bu baxımdan, qədim yol-
lardan bəhs edən itinerariya (yollar bilgisi) adlı sxem-kartlar da böyük
önəm daĢıyır
,
belə
ki
,
burada bölgə-ölkə
və
ayrı-ayrı yaĢayıĢ məskənləri
,
6
Ъялилов, 1988 a, 101-102.
10
dağ-çay adları,
keçidlər ilə yanaĢı,
məntəqələr arasındakı məsafə ölçüləri
də var.
7
Antik dövr müəllifləri yollar bilgisini tərtib edərkən Doğu ilə
Batı
arasında ticarət-karvan yollarını,
müharibə edən qoĢunların marĢru-
tunu, Ġpək yolu haqqındakı bəlgələri, səyyahların yol qeydlərini nəzərə
almıĢlar. Xristianlıqdan sonra müxtəlif yönlərdən Qüdsə ziyarət yolunu
əks
etdirən xeyli yol sxem-kartları yaranmıĢdır.
Makedoniyalı Ġskəndərin
yürüĢündən sonra (m.ö. IV əsr) Asiya haqqında batı xalqlarının biliyi
xeyli artdı. Dəniz yolları
haqqındakı
əvvəlki
biliklər Kolumbdan neçə əsr
öncə Amerikaya qədər gedib çıxan, Ġslandiya
və Qrenlandiyaya üzən
vi-
kinqlərin dövründə xeyli artmıĢ oldu. Ġslamdan sonrakı ərəbdilli qaynaq-
larda da iqlimlər,
ölkələr və yollar
haqqında çoxlu yeni bilgilər toplanırdı.
Azər
xalqının tarixi-coğrafiyası türk etnosunun
,
o
da
öz
növbəsində
bəĢəriyətin
ümumi
coğrafiyasının
tərkib hissəsidir.
Türklərin
tarixi
demoqrafiyası ay-
rılıqda yox, dünya xalqlarının tarixi demoqrafiyası
fonunda aydın görünür. Bugün bir ucu Batıda Bal-
kan-Anadolu,
digər ucu da saxaların yaĢadığı Uzaq
Doğu bölgələrinə qədər uzanan və Avrasiyanın böyük bir qurĢağını tutan
türk məskənləri, əlbəttə, sonrakı miqrasiyaların nəticəsidir. Belə yayılma
təkcə türk etnosunun deyil, əksər dünya xalqlarının müxtəlif istiqamətlərə
olan köçlərində özünü göstərir. Lakin köçdən köçə də fərq vardır: uzaq-
yaxın köçlər, böyük-kiçik köçlər, kütləvi
və
kiçik
qruplarla
yerdəyiĢmə-
lər. Hər bir konkret köçün
də öz
səbəbi olur: zəlzələ, doğal durumun
qə-
fil
pozulması, savaĢ
və epidemiya,
kəskin
iqlim
dəyiĢməsi,
yeni məhsul-
dar torpaq axtarıĢı
kimi
müxtəlif
səbəblər
insanları
yerdəyiĢməyə məcbur
etmiĢdir.
Qədim demoqrafiya fonunda baĢ vermiĢ bu
yerdəyiĢmə sistemində
türk etnosunun
yerini müəyyən edib, türklərə aid bəlgələri ayırmaq lazım
gəlir.
Bu prosesin tarixi isə yalnız son
25-30
minilin payına düĢür,
daha ön-
cəki
dövrlər isə etnosöncəsi çağları əhatə edir. Oykumenlərin çoxalması
iqtisadiyatla bağlı yığımdan istehsala keçid nəticəsində
sürətləndi
və
Yer kürəsində əhalinin sayı
15 dəfə artdı: əgər əvvəllər Ön Asiyada
insan sıxlığı hər 100 km
2
sahə üçün 5-6 nəfər idisə, artıq maldar-əkinçi
təsərrüfatı çağında bu rəqəm minə çatdı.
8
Yer üzünə
insanların
yayılma
tarixi çox qədimdir, hələ paleolit çağında bir-birindən uzaq
bölgələrdə
7
Elter, 1908; Miller, 1916; Markwart, 1928.
8
Массон, 1989, 47.
Demoqrafiya
Dostları ilə paylaş: |