114
Koreya Konstitusiyası onu da qeyd edir ki, bütün dövlət vəzifəli
şəxslər xalqa xidmət edirlər və xalq qarşısında məsuliyyət
daşıyırlar. (maddə 7).
Dövlət dəyərləri, xalqın dəyərlərini qoruyan tərəf kimi çıxış
edir. Bu baxımdan da Polşa Respublikasının Konstitusiyasında
qeyd olunur ki, Polşa Respublikası öz müstəqilliyini və
ərazisinin toxunulmazlığını qoruyur, insan və vətəndaş
hüquqlarını və azadlıqlarını, həmçinin vətəndaş təhlükəsizliyini
təmin edir, xalqın
irsini qoruyur, həmçinin bərabər tarazlı inkişaf
prinsipini əldə rəhbər tutaraq ətraf mühitin qorunmasını təmin
edir. (Maddə. 5.)
2
Ər-arvad ittifaqı olan nigah, ailə, analıq və valideynlik Polşa
Respublikasının Polşa Respublikasının müdafiəsi və himayəsi
altındadır. (Maddə 18.). Polşa Respublikası müstəqillik uğrunda
mübarizə aparan veteranlara, xüsusilə,
müharibə əlillərinə xüsusi
qayğı göstərir. (Maddə.19)
3
. Cənubi Koreya Konstitusiyasına
əsasən, dövlətin öhdəliyi Koreya Respublikasının hüdudlarından
kənarda yaşayan vətəndaşları müdafiə etməkdən ibarətdir.
(maddə 2. ). Normaların dəyərləri qoruyan və inkişaf etdirən
dəyərlərdən ibarət olmasının nəzəri əsaslarına dair daha bir misal
olaraq qeyd etmək olar ki, 23 may 2007-ci ildə qəbul olunan
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası
təhlükəsizlik mühiti, ölkənin milli maraqları, milli təhlükəsizliyə
təhdidlər, milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri kimi
sahələri və fəaliyyət predmetlərini əhatə edir. Konsepsiyada
qeyd
olunur
ki,
Azərbaycan
Respublikasının
milli
təhlükəsizliyinin təmin edilməsində əsas vəzifələrdən biri onun
milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması və ya
nəzarətdə saxlanılmasıdır. Təhdidlər ölkənin müstəqilliyi
suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşuna qarşı
2
КОНСТИТУЦИЯ ПОЛЬСКОЙ РЕСПУБЛИКИ.www.uznal.org/
constitution.php?text=Poland&language=r
3
Yenə orada