17
Genişlənmə ilə xarakterizə olunan insan hüquqlarının mürək-
kəbləşməsi və zənginləşməsi prosesləri məhz normaların aydın-
laşmasına, zənginləşməsinə və çoxalmasına gətirib çıxarır.
Genişlənmə özündə məna etibarilə birxətli mütləqliyi də əks
etdirir. Məsələn, insanların baza hüquq və azadlıqları ifadəsi hər
bir məsələdə, hər bir münasibət və əlaqədə təbii ki, mütləqdir,
həqiqətdir. Ümumiyyətlə, aşkar olunan bütün hüquqlar zəruridir,
mütləqdir və həqiqətdir.
Hüquqların ədalətli mahiyyəti düzgünlüyün özündə əks
olunur. Bu baxımdan da hüquqi biliklər düzgünlükdən ibarət
olan biliklərdir. Çünki hüquqi biliklər real maraqları da ifadə
edir. Hüquqi biliklər faydalı olduğuna görə universal həqiqəti
yaradır. Düzgünlük də müəyyən məkandakı elementlər
tarazlığında bərabərlik və qeyri-bərabərlikdə özünü təsdiq etmiş
olur. Düzgünlük burada həm də bərabər olmayan, ədalətin
pozulmuş olduğu məkanda əks olunur. Deməli, fəlsəfə tərkibin
kəmiyyətinə bağlıdır. Fəlsəfədə pozitivliklə kəmiyyət (element
tərkibinin nə dərəcədə xeyirli olması) vəhdətdə mövcud olur.
Fəlsəfə idrakda, fikir təlimlərində universallaşdırıcı və məxsusi-
ləşdirici əməliyyatları məntiqin yolu ilə həyata keçirir. Burada
məntiq böyük funksiya daşıyır, qeyri-müəyyənlikləri aşkarlayır.
Məntiq fəlsəfənin obyektləri arasında disskusiyalar, aydın-
laşdırılmalar yolu ilə əlaqələrin vəhdətini, bağlayıcılığı və bu
bağlayıcılıqda elementlərin eyniliyini və fərqliliyini, həmçinin
eynilik, oxşarlıq və fərqlilik trayektoriyalarını meydana gətirir.
Ziddiyyətlərin aşkar edilməsi elə həqiqiliyin aşkar edilməsi
funksiyasından ibarət olur. Həqiqilik büruzə verilən istiqa-
mətlərdə, axınlarda mövcud olur. Həqiqilik elə mənaları
aşkarlayır. Məzmunları ortaya çıxarır. Fəlsəfə kontekstlər ara-
sında bağlayıcılığı yaradır, bu zaman müəyyən müstəvidə
keçidlər edilir. Keçidlər də oxşarlıqlar və fərqliliklər (yəni
müxtəlif bucaqlardan olan oxşarlıqlar və eyniliklər) əsasında
müəyyən olunur. Məsələn, hüquq normaları sistemində keçidlər
(bağlayıcılar) fərqli subyektlərin və tərəflərin fərqli məkanlarda
18
olan hüquqlarını özündə ehtiva edir. Keçidlər bir şərti sahə üzrə
hüquq normalarının da şaxələnməsini təmin edir. Keçidlər
edilərkən fərqli məkanlar aşkarlanır, aşkar olan xətlərin davamı
olaraq qeyri-müəyyən olanları müəyyənliklər əvəzləyir. Burada
həmçinin qeyri-müəyyənliklər yeni xətləri də ortaya çıxarır.
Sistemin daxili struktur elementləri arasında olan əlaqələr daha
da yaxşı öyrənilir. Bağlayıcılığın çox məkanlar və məsafələr
üzrə əsasları fikirlərdə formalaşmış olur ki, bu da ardıcıl
düşüncələrdən və dərinləşən məzmundan meydana gəlir.
Fəlsəfi obyektlərin elm yolu ilə öyrənilməsi ən müxtəlif
məzmunlu və tərkibli, həm də fərqli təyinatlı kiçik elementlərin
öyrənilməsini, quruculuqda və yaradıcılıqda isə meydana
gətirilməsini (müxtəlif elementlərin qarışığından ibarət olan yeni
məzmun və formanın yaradılmasını) şərtləndirir. Buradan da
fərqli elementlərdən estetik məzmunlu vahidlər (strukturlar,
maddələr) əldə olunur. Məsələn, müxtəlif növ inşaat materi-
allarından memarlıq təxəyyülünə müvafiq olaraq çoxlu sayda
fərqli bütövləri, memarlıq incilərini meydana gətirmək
mümkündür. Burada seçim imkanlarının çoxluğu bir tərəfdən
sürəti artırır (yaradıcılıq və quruculu üzərində qurulan fəaliy-
yətin sürətini), zamanı qısaldır, digər tərəfdən keyfiyyət üçün
resursların əldə olunmasını təmin edir, başqa bir tərəfdən isə
müxtəlifliyi və estetikliyin seçim imkanlarını genişləndirir və
zənginləşdirir. Təxəyyül sistemə salınanda nəticə etibarilə fəlsəfi
məzmun ortaya çıxır, sistemli təfəkkür formalaşır. Eləcə də yeni
bir inkişaf sahəsi, istiqaməti ortaya çıxanda resurslardan
istifadəni səməri etmək və stimul yaratmaq məqsədilə hüquq
normaları sistemləri formalaşdırılır. Burada hüquqi yaradıcılıq
fəlsəfi məzmunu ortaya çıxarır. Strukturların say çoxluğu və
kəmiyyətin çoxluğu etik-estetik zənginliyin əsaslarını meydana
gətirmiş olur. Digər bir misal olaraq qeyd etmək yerinə düşər ki,
hüquq normalarının çoxluğu hüquq sistemini yaradır, sahələr
arasında bağlayıcılığı meydana gətirir, bir-birini təmin edən,
şaxələndirən hüquq normaları sistemini formalaşdırır. Lakin çox
19
aşkarlanma da mənfi xüsusiyyətləri yaradır, elementlərin
əhəmiyyətini aşağı endirir. Ancaq bütün bu fikirlər öz-özlüyündə
fəlsəfi mahiyyətə malik olur.
Etika və estetika vahidlərin müxtəlif bucaqlarda, ancaq
xətlər üzrə birləşməsindən yaranır. Məsələn, qeyd olunduğu
kimi, insan hüquqları fəlsəfi məzmundur və konseptual
əhəmiyyətə malikdir. İnsan hüquqlarını daşıyan bütün tərəflər
cəm halda pozitiv əsasları, fəlsəfi aspektləri yaradır. Xeyirli
məqsədlər və vəzifələr ana xətti təşkil edir. İnsan hüquqlarına
həm ayrı-ayrı fərdin, həm də kollektivin məxsusluğu (aşkar
şəkildə mövcudluğu) prizmasından yanaşılır. Hüquq normaları
ümumi olaraq bütün aidiyyatı şəxslərə şamil olunur. Burada
ayrı-ayrılıqda fərdlərin hüquqları təmin edilir. Burada fikir
müxtəlifliyi fikir zənginliyini və sistemliliyini ortaya qoyur. Hər
bir fikir sistemdə və müstəvidə öz məkanına malik olur. Həmin
məkanı digər fikir də əvəz edə bilir. Məntiqi ardıcıllıq və
əvəzləmə törəməni meydana gətirir. Fikir başqa bir fikirlə əvəz
olunarkən məkan əvəzlənməsi prosesləri baş verir. Bu halda həm
aydınlaşma prosesləri gedir, həm də müəyyənliyin qeyri-
müəyyənliyə çevrilməsi halları yaşanır. İnsan hüquqları
anlayışına müxtəlif bucaqlardan (sahələrdən, istiqamətlərdən)
yanaşma etmək təbii olaraq ona zəngin məna vermək deməkdir.
Bu anda insan hüquqlarının mahiyyəti daha çox gerçəkləşir.
Müəyyən məkanı əhatə edən fikirlərdə subyektivliyin çoxalması
təbii ki, bol obyektivliyi yaradır. Obyektivlik özündə həqiqiliklə
yanaşı, düzgünlüyü də meydana gətirir. Bu baxımdan da insan
hüquqlarının epistemoloji, yəni, gerçək biliklər kimi əsasları
genişlənir, baxış təlimi formalaşır. İnsan hüquqlarının nəzəri
məzmununda gerçək biliklər təbii olaraq subyektlərin, hüquq
daşıyıcılarının münasibət və əlaqələrində öz əksini tapmış olur.
Təcrübədən meydana gələn maraq, fəaliyyət istiqamətləri insan
hüquqlarının fəlsəfi məzmununda daimi genişlənməni və həqiqi
bilikləri formalaşdırır. Hər bir şəxsin hüquqları insan
hüquqlarının gerçək mahiyyətində büruzə verir. Deməli,
Dostları ilə paylaş: |