www.vivo-book.com
966
– Yox, əzizim, mən evə istəyirəm. Ġndi bilirəm ki, hər
Ģey qaydasındadı.
Kristian həvəssiz olaraq məni divana oturdur. Qreys
yenidən onu qucaqlayır, baĢını sinəsinə qoyur və gözlərini
yumur. О da nəvaziĢlə anasının çiyinlərindən tutur.
– Elə narahat idim ki, oğlum, – qadın pıçıldayır.
– Ana, hər Ģey qaydasındadı.
О, baĢını geri atıb diqqətlə ona baxır.
– Hə, məncə də artıq elədi, – qadın astaca deyib mənə
baxaraq gülümsədir. Qızardım.
Karrik və Qreysin ardınca foyeylə gedirik. Arxamda
Mia və Ġtan pıçıldaĢırlar, amma sözləri ayırd edə bilmirəm.
Mia Ġtana baxaraq utancaq halda gülümsəyir, o isə
təəccüblə qıza baxır və baĢını yelləyir. Qəfildən Mia
qollarını sinəsində çarpazlayır və kəskin Ģəkildə çönür. О,
açıq-aydın məyus olub, əliylə alnını ovur.
– Ana, ata, məni gözləyin! – Mia pəriĢan halda qıĢqırır.
Deyəsən, o da qardaĢı kimi dəymədüĢərdir.
Keyt məni möhkəm Ģəkildə qucaqlayır.
www.vivo-book.com
967
– Görürəm ki, Barbadosda olduğum günlərdə burda
ciddi iĢlər baĢ verib. Bunu eynəksiz də görürəm ki, bir-
birinizdən ötrü dəli-divanəsiz. ġadam ki, o, sağ-salamatdır.
Təkcə onunçün yox, həm də səninçün, Ana.
– Çox sağ ol, Keyt, – pıçıldayıram.
– Hə, kim bilirdi ki, biz eyni vaxtda qarĢılıqlı sevgi
tapacağıq? – gülümsəyir. Həəə. Budur etiraf elədi.
– QardaĢlara aĢiq oluruq? – gülürəm.
– Əvvəl-axır qohum olacağıq, – o əlavə edir.
Keyt kənara çəkilib mənə baxarkən gərilib sonra fikrən
özümü dartdım. Üzüm qızardı. Lənət Ģeytana, bəlkə
Kristianın təklifini ona deyim?
– Gedək, balaca, – Eliot liftin yanında onu çağırır.
Mən vaxt qazanıram.
– YaxĢı, Ana, sabah danıĢarıq. Bu gün yorulmusan.
– Əlbəttə, Keyt. Elə sən də, gör nə qədər vaxtı yolda
olmusunuz.
Bir daha qucaqlaĢırıq, sonra onlar Eliotla Qreysin
ardınca liftə girirlər. Ġtan Kristianın əlini sıxır və cəld məni
www.vivo-book.com
968
qucaqlayır. О, deyəsən, kefsizdir, amma onlarla birgə liftə
girir və qapılar qapanır.
Foyedən çıxdıqda Xoseni dəhlizdə dayanmıĢ görürük.
– Qulaq asın. Mən yatmağa gedirəm… sizi tərk edirəm,
– deyir.
Utanıram. Niyə belə narahat Ģəkildə?
– Hara gedəcəyini bilirsən? – Kristian soruĢur.
Xose baĢının hərəkətiylə təsdiqləyir.
– Hə, təsərrüfat müdirəsi…
– Missis Cons, – sözünə düzəliĢ edirəm.
– Hə, missis Cons artıq mənə göstərib. Əcəb evin var,
Kristian!
– Çox sağ ol, – Kristian nəzakətlə cavab verir, mənimlə
yanaĢı durur və çiyinlərimi qucaqlayıb əyilərək saçlarımı
öpür.
– Mən gedib yemək yeyim, missis Cons mənimçün
nəsə hazırlayıb. Gecən xeyrə qalsın, Xose, – Kristian zala
qayıdır, məni Xoseylə birgə qapıda saxlayaraq.
Оhо! Məni Xoseylə təklikdə saxladı.
– Hə, gecən xeyrə qalsın, – Xose qəfildən utancaqlaĢdı.
www.vivo-book.com
969
– Gecən xeyrə qalsın, Xose. Dəstəyinə görə çox sağ ol.
– Dəyməz, Аnа. Əgər haçansa sənin ―bərkgedən‖
sevgilin yoxa çıxsa, mən yanında olacam.
– Xose! – onu çəkindirirəm.
– Zarafatdı. Hirslənmə. Səhər tezdən gedəcəm. Hələ
görüĢəcəyik, elə deyil? Sənsiz darıxıram.
– Əlbəttə, Xose. Ümid edirəm ki, yenə görüĢəcəyik.
BağıĢla ki, bu gün belə alındı… bərbad, – yenə
günahkarcasına gülümsəyirəm.
– Hə, elədi, – fınxırır. – Bərbad. – Məni bağrına basır.
– Ciddi deyirəm, Ana, xoĢbəxtliyinə Ģadam, amma sənə
lazım olsam, həmiĢə yanında olacam.
– Çox sağ ol.
Dodaqları dartınır, kədərli, acılı-Ģirinli təbəssümlə, o
çevrilərək yuxarı gedir.
Otağa qayıdıram. Kristian divanın yanında dayanıb və
müəmmalı ifadəylə mənə baxır. Nəhayət ki, tək qalmıĢıq və
bir-birimizə baxırıq.
– Bilirsənmi indi onun pis vaxtlarıdı, – sakitcə deyir.
– Hardan bilirsiniz, mister Qrey?
www.vivo-book.com
970
– Mən simptomları bilirəm, miss Stil. Məncə, mənim
də eyni mərəzim var.
– FikirləĢirdim ki, səni bir daha görməyəcəm, –
pıçıldayıram.
Budur, sözlər səsləndi. Bütün ən pis qorxularım
səliqəylə qısa kəlmədə ifadə olundu.
– Hər Ģey elə də qorxulu deyildi, göründüyü kimi.
DöĢəmədən pencəyini və çəkmələrini götürüb Kristiana
yaxınlaĢıram.
– Mənə ver, – pıçıldayır və pencəyi məndən almaqdan
ötrü əlini uzadır.
О, yuxarıdan aĢağı mənə baxır, sanki bütün həyatının
mənası məndə cəmləĢib. Bir də əminəm ki, onun gözləri
ayna kimi baxıĢımı özündə əks etdirir. O burdadı, həqiqətən,
burda. Məni bağrına basır, qolları arasında möhkəm sıxır.
– Kristian! – köks ötürür və göz yaĢlarım sel kimi axır.
– Toxta, – məni sakitləĢdirir, saçlarımı öpür. –
Bilirsənmi… bir neçə saniyəlik həqiqi dəhĢətdə olarkən,
www.vivo-book.com
971
helikopteri endirənə qədər, bütün fikirlərim sənin haqqında
idi. Sən tilsimimsən, Аnа.
– FikirləĢirdim ki, səni itirdim, – ah çəkirəm.
QucaqlaĢaraq dayanmıĢıq, bir-birimizi ruhlandırırıq.
Onu əlimlə oxĢayır və qəfildən görürəm ki, çəkmələrini hələ
də əlimdə saxlamıĢam. Оnlar tappıltıyla yerə düĢür.
– Gedək bir yerdə duĢ qəbul edək, – mızıldanır.
– Gəl, – ona baxır və onu buraxmaq istəmirəm. О,
çənəmdən tutur.
– Bilirsənmi, Аnа Stil, sən ağlayarkən belə gözəlsən, –
o əyilərək məni nəvaziĢlə öpür. – Elə yumĢaq dodaqların var
ki. – Yenidən məni öpür, daha ehtiraslı.
Ġlahi, onu itirə bilərdim… yox…
Fikirlərimə son qoyur və özümü ehtirasa təslim edirəm.
– Pencəyi asmalıyam, – deyir.
– Tulla onu, – dodaqlarına pıçıldayıram.
– Ata bilmərəm.
Kənara çəkilib təəccüblə ona baxıram.
Kristian gülümsəyir.
– Deməli, buna görə.
Dostları ilə paylaş: |