11
əhəmiyyətə malik deyil. Fəaliyyətin təşkilati formalarından asılı olaraq banklar unitar,
pay və səhmdar banklara bölünür.
Unitar banklar təkhakimlik əsasında qurulmuş və dövlət yaxud özəl şəxs olmasında
yeganə sahibkarı olan bir qurumdur. Pay bankları isə müxtəlif fiziki və hüquqi şəxslərin
onların şəxsi kapitalının formalaşmasında kollektiv, pay iştirakı əsasında təşkil olunur.
Onların iki əsas növü məlumdur: ortaqlıq və səhmdar cəmiyyətləri. Hal-hazırda qüvvədə
olan qanunvericiliyə görə unitar bankların yaradılması ölkəmizdə mümkün deyil, çünki
bankın nizamnamə kapitalı ən azı üç iştirakçının vəsaitlərindən formalaşır. Kredit sistemi
islahatının ilk mərhələsində kommersiya bankları başlıca olaraq pay əsasında,
formalaşırdısa, müasir mərhələdə yeni yaranan banklar səhmdar cəmiyyətləri kimi
fəaliyyət göstərir. Pay bankları isə tədricən səhmdar banklara çevrilir. Səhmdar banklar
üçün səciyyəvi hal ondan ibarətdir ki, onun kapitalının sahibi cəmiyyətin, yəni bankın
özüdür. Pay kommersiya bankları isə hüquqi şəxs kimi öz kapitalının sahibi deyil, çünki
payların (ortaqların) hər birisi kapitaldakı payına mülkiyyət hüququnu özündə saxlayır,
banka vermir. Pay kommersiya bankları məhdud məsuliyyətli ortaqlılar kimi təşkil
olunur. Burada hər ortağın, payçının məsuliyyəti bankın ümumi kapitalında onun
iştirakının həcmilə məhdudlaşır, hər bir payçıya qiymətli kağızlara aid edilməyən
şəhadətnamə verilir. Payçı bankın digər iştirakçıların razılığı ilə öz payını və yaxud onun
bir hissəsini bankın digər payçılarına və üçüncü şəxsə güzəştə gedə bilər. Belə hallarda
payla birlikdə hüquq və vəzifələr də digər şəxsə keçir. Hər bir ortağın payı ortaqlıq
tərəfindən də alına bilər, lakin o, bir il ərzində onu digər ortaqlara və yaxud üçüncü şəxsə
öturməlidir. Pay bankın nizamnamə kapitalı mövcud iştirakçıların paylarının artırılması
və yaxud yeni ortaqların qəbul edilməsi ilə artırıla bilər. Yeni iştirakçıların qəbul edilməsi
və onların bankın nizamnamə kapitalına edəcəkləri qoyuluşların həcmi barədə məsələ
ortaqların ümumi yığıncağında həll edilir. Məhdud məsuliyyətli ortaqlıqlar kimi yara-
dılmış banklar bir qayda olaraq səhm və istiqraz buraxmaq hüququna malik deyillər.
Əksinə, səhmdar cəmiyyətləri şəklində fəaliyyət göstərən kommersiya bankların
nizamnamə kapitalı, hüquqi və fiziki şəxslər arasında yerləşdirilən bərabər nominal
dəyərli səhmlərə bölünür. Bankın öhdəlikləri üzrə səhmdarlar yalnız ümumi nizamnamə
12
kapitalına özlərinin iştirakı hüdurlarda məsuliyyət daşıyırlar. Səhmdarlar bankdan öz
paylarının geri qaytarılmasını tələb edə bilməzlər. Bu, əlbəttə ki, bankın sahibliyi öz
etibarlılığını artırır və onun likvidliyinin idarə edilməsi üçün möhkəm zəmin yaradır.
Səhmdar banklar açıq və ya qapalı tipli ola bilər. Qapalı səhmdar bankları səhmləri yalnız
səhmdarların əksəriyyətinin razılığı olduqda əldən-ələ keçə bilər. Açıq bankların isə
məhz sər-bəst yerləşdirilmə və satış üçün nəzərdə tutulur. Buna açıq abunə deyilir. Abunə
o vaxt açıqdır ki, qiymətli kağızların alıcılarının siyahısı emitent bankın təsisçiləri və ya
rəhbər orqanları tərəfindən əvvəlcədən müəyyən edilmir və səhmləri hər bir şəxs əldə edə
bilər. Səhmdar bankın təşkilati quruluşu bütün səhmdar cəmiyyətlərdə qəbul edilmiş
sxemaya əsaslanır. Səhmdar kommersiya bankının ali idarəetmə orqanı səhmdarların
ümumi iclasıdır.O, bank fəaliyyətinin strateji məsələlərini həll edir. Bunlar bankın təsis
edilməsi haqqında qərarın qəbul edilməsi, bankın işgüzar siyasətinin aktlarını, sənədlərini
təsdiq edir, bankın nizamnaməsini qəbul edir, bankın işi haqqında hesabatı, bank
fəaliyyətinin nəticələrini öyrənir və təsdiqləyir, əldə olunmuş mənfətin istifadəsi və yaxud
zərərlərin örtülməsi haqqında, bank fondların formalaşması haqqında qərarlar qəbul edir,
ən nəhayət bankın icraedici və nəzarət orqanlarının üzvlərini və bankın direktorunu, yəni
idarə heyətinin sədrini seçir. Kommersiya bankın idarəetmə orqanı öz funksiya və
vəzifələrini birbaşa icraedici orqanlar, həmçinin ona bütövlükdə tabe olan nəzarət
orqanları vasitəsilə həyata keçirir. İcraedici və nəzarət orqanların tərkibi yüksək ixtisaslı
bank işçilərindən təşkil olunur. Bankın idarə heyətinin sədri nizamnaməyə əsasən ali
idarəetmə orqanı tərəfindən seçilir və onun icraedici orqanının üzvü olur. İdarə heyəti
sədrinin (direktorunun) hüquqları, vəzifələri və məsuliyyəti bankın nizamnaməsilə
təsdiqlənir. İdarə heyətinə sədrdən başqa onun müavinləri və adi üzvləri daxildir. Lakin
bankın fəaliyyətinə ümumi rəhbərliyi bank şurası həyata keçirir. O, idarə heyətinin işinə
nəzarət edir. Bank şurası bank fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir, bankın
kredit və digər planlarını nəzərdən keçirir, bankın gəlirlər və xərclər və mənfəət planlarını
təsdiqləyir, bank filiallarının açılması və bağlanması məsələlərinə və bank fəaliyyəti,
onun müştərilərinin qarşılıqlı münasibətləri və inkişaf perspektivlərilə bağlı digər
məsələlərə baxır. Şuranın yaxud idarə heyətinin yanında adətən kredit və təştif komitələri
13
yaradılır. Kredit komitəsi bankın kredit siyasətini, cəlb edilən vəsaitlərin və onların
yerləşdirilməsi quruluşunu hazırlayır, ən iri borcların, müəyyən edilmiş limitlərdən artıq
olan borcların verilməsi, ayrı-ayrı kredit növləri üzrə faiz dərəcələrinin səviyyələri üzrə
qərarları hazırlayır, fondların investisiya edilməsi, trast əməliyyatlarının aparılması ilə
bağlı məsələlərə baxır və s. Təftiş komitəsi – səhmdarların ümumi iclası tərəfindən
seçilir. Bankda hər bir vəzifə tutan şəxs təftiş komitəsinin üzvü ola bilər. Təftiş komitəsi
bank tərəfindən qanun-vericiliyə və digər aktlara riayət etməsini, bank nəzarətinin təşkil
edilməsini, əməliyyat ili ərzində bankın keçirdiyi kredit, hesablaşma, valyuta və s.
əməliyyatlarını, kassa və əmlakın vəziyyətini yoxlayır. O, bank şurasına, səhmdarlar
iclasına və ölkənin mərkəzi bankına keçirilmiş təftişlər haqqında hesabatı və qüsurların
aradan qaldırılması üzrə tövsiyyələrini təqdim edir. Lazım gəldikdə komitələrin funk-
siyaları genişləndirilə bilər. Bu, bankın yerinə yetirdiyi aktiv və passiv əməliyyatlarının
növlərindən və həcmindən asılıdır.
Bank sistemində kapitalın labüd olan mərkəzləşməsi və təmərküzləşməsi prosesinin
iqtisadiyyatın real bölməsindəki oxşar proseslə çulğalaşacağını ehtimal edərək səhmdar
bankların xüsusi çəkisinin artmasını müsbət hal kimi qiymətləndirmək olar. Səhmdar
cəmiyyətlərin formalaşması və inkişafı müasir sahibkarlığın təşkili və idarəedilmə sis-
teminin təkmilləşdirilməsinin obyektiv axarı ilə müəyyənləşir. Əhalinin səhmdar kapi-
talın formalaşması proseslərinə cəlb edilməsi miqyaslarının genişlənməsi, şirkətlərin, o
cümlədən bankların, səhmdar kapitalında fəhlə və qulluqçuların xüsusi çəkisinin artırıl-
ması cəmiyyətin iqtisadi həyatının demok-ratikləşdirilməsinin mühüm amillərindəndir.
Bu isə bank resursların formalaşması prosesi üçün geniş və daimi zəminin yaranması
deməkdir.
1.2. Kommersiya banklarının fəaliyyət prinsipləri və funksiyaları
İnkişaf etmiş ölkələrin müasir bank sistemlərində iki tip bank fəaliyyət göstərir –
kommersiya bankları və mərkəzi banklar. Ayrı-ayrı ölkələrdə kommersiya banklarına
müxtəlif strukturlu və fərqli mülkiyyət münasibətlərinə əsaslanan bir sıra institutlar aid
edilir. Bu və ya digər ölkədə “kommersiya bankları” anlayışının açılışı da müxtəlif cür
Dostları ilə paylaş: |