not misalında göstərilən şəkildə ifa olunur.
Naxçıvanın musiqi folkloru nümunələri
folklor
mühitindən asılı olaraq öz inkişafında musiqi forma və
janrların, musiqi ifa üslubunun necə dəyişdiyini və bununla
da mühitin musiqi inkişaf aspektlərinin hansı istiqamətdə
intişar tapdığının şahidi oluruq. Burada həm reçitativli ifa
üsulu, həm də melodik ifada səs tonlarının yarım ton və
əksidilmiş kvarta münasibətlərində olan səslərə hərəkəti
izlənilir. Belə ifa forması folklor musiqi nümunələrinin
nisbətən inkişaf aspektlərini nümayiş etdirir və ifanın daha
peşəkar ifaçılar tərəfindən icra olunmasını göstərir.
Ordubad rayonundan toplanmış musiqi folkloru
nümunələri arasında «Xanbəzəmə», «Can gülüm», «Çöm-
çəxatun» nəğmələrinə başqa folklor mühitlərində rast
gəlinmir. Bu faktın özü həmin nəğmələrin bölgənin folklor
mühiti ilə sıx bağlı olmasına dəlalət edir və bu ərazinin özəl
xüsusiyyətlərindən xəbər verir.
«Novruz» bayramı ənənələrində keçirilən «Xanbəzə
mə» mərasimi kütləvi xarakter daşıyır. Adətən bu məra
simin keçirilməsindən qabaq xüsusi hazırlıq işləri görülər
və idmançılar meydana dəvət olunar. Açıq havada keçirilən
bu mərasimdə xalq kütləsi geniş dairə ətrafında dövrə
qurar, zorxanaçılar isə meydanın mərkəzində güləşdən
qabaq müxtəlif bədən qızışdırıcı hərəkətləri edərlər. Bunun
üçün idmançıların müxtəlif ağırlıq çəkiləri olan idman
alətləri meydana gətirilər, idmançılar hərəkətə başlamaz
dan əvvəl zurnaçılardan, zərb aləti ifaçılarından ibarət
musiqiçilər dəstəsi meydana girər və «Cəngi» rəqsi
əsasında müxtəlif ritmləri, döyüş və mübarizə ruhiu ritmik
formulları ifa edərlər. 8-16 xanədən ibarət olan «Cəngi»
rəqsi xarakterli ritmik fiqurların ifasından sonra zurnaların
yüksək registrdə çaldıqları musiqi başlayar. Bu musiqi ha
vası güləşçilərin meydana çıxmasına hazırlıq üçün nəzərdə
tutulduğuna görə güləşin başlanğıcına bir növ «Giriş»
xarakteri daşıyır. Belə havaların sayı adətən bir neçə
variantda olur. Xarakterinə görə ağır, orta və tez templərdə
olan bu havaların ifası yarım saata qədər davam edir. Bağlı
zalda keçirilən belə mərasimlərdə zorxanaçılar meydanın,
yəni zalın ortasında, iştirakçılar isə kənarda oturub
tamaşaçı sifətində iştirak edirlər.
Bu tip rəqslər, rəqs musiqi janrında kütləvi-rəqslərə
aiddir. Zorxana rəqs havalarını idmançılar, yəni güləşçilər
özləri müəyyən yüngül idman hərəkətlərini etməklə
oxuyarlar. Bu tip rəqslər ruhverici, mübarizəyə hazırlıq
nidaları altında keçirildiyi üçün idmançılara yüksək təsir
edir və onları psixoloji cəhətdən mübarizəyə hazırlayır.
Mahnı bitdikdən sonra güləşçilər növbəti «Cəngi» ritmi
əsasında olan hərəkətləri-rəqsləri edib yarışa başlayarlar.
Yarış, mahnının mətni bitdikdən sonra başlanar. Güləşçiləri
daima müxtəlif qəhrəmani, şücaət, mübarizə ruhlu rəqs
musiqiləri müşayiət edər.
Mərasim bitdikdən sonra, bayram davam etdirilər,
şənlik öz məcrası üzrə gedər. Bu zaman qəhrəmani
havaları, məzəli, yumor xarakterli mahnı-rəqslər əvəz edər.
«Novruz» bayramı günlərində keçirilən belə mərasimlər
dən sonra «Kosa-kosa» oyunu şənliyə bir qədər də röv-
nəqlik, bayram əhval-ruhiyyəsi gətirir.
«Novruz» bayramı ərəfəsində ilin axır çərşənbəsində
«Can gülüm» mərasiminin keçirilməsi də bölgənin folklor
mühitinə aid özəlliklərindən biridir. Folklorşünas-alim
Ə.Şamilov bu nəğmənin «bayatı» şeir formasında olmasmı
qeyd edir və onun mahnı mətnləri kimi kuplet və nəqə
ratdan ibarət olmasını göstərir. Bu mərasimdə subay oğlan
və qızlar ilin axır çərşənbəsində bir növ bəxtlərini sınamaq
məqsədi ilə baxıcı arvadın ətrafına toplaşıb mərasimi
keçirərdilər. Baxıcı arvad gənclərin qabağına bir iri tas
qoyur və mərasimə toplaşan gənclər hərə bir şeyi bu tasın
içinə atır. Baxıcı arvad isə öz növbəsində tasm yanında bir
uşaq oturdur və ondan sonra bayatı deməyə başlayır.
Oxunan mərasim nəğməsi mahnı-dialoq formasmda olub,
solo-xor ifa tərzində həyata keçirilir. Xor şəklində oxuyan
gənclər sadəcə «Can gülüm, can-can» sözlərini deklamasiya
formasında təksəsli şəkildə icra edirlər. Baxıcı qadm isə solo
ifa formasında melodik ahənglə oxuyur. Lirik melodik
tərzdə olan havam baxıcı aşağıdakı sözlərlə başlayır:
Xırda yarın dəstəsi,
Oldum yarın xəstəsi,
Yarım gəlir uzaqdan,
Əlində gül dəstəsi.
Baxıcı solo ifasını bitirdikdən sonra tasın kənarında
oturan uşaq tasdan bir əşyanı çıxarıb baxıcıya verir. Baxıcı
ikinci beyti artıq nəqarət formasmda, əşyamn sahibinə
müraciət şəklində oxuyaraq onu aşağıdakı bayatı ilə çağırır:
Can gülüm oldu gəl-gəl,
Gülləri soldu gəl-gəl,
Tələsmə dəli könlüm,
Dediyin oldu gəl-gəl.
Bundan sonra tasdan çıxarılan əşyanın sahibi irəliyə
çıxaraq onu götürür və «Can gülüm, can-can» sözlərini
oxuyarkən bütün gənclər onunla bir yerdə bu sözləri təkrar
edirlər (10, s.22).
Naxçıvanın musiqi folklorunda məişət nəğmələri
arasında gözdən qorunmaq, yəni göz dəyməni dəf etmək
ənənəsi ilə bağlı «Üzərliksalma» mərasim nəğməsi də
olmuşdur. Bu nəğmənin mövzu dairəsi bədnəzərdən
qorunmaqdır. Mətnin poetik-semantik strukturu üzərliyin
təsir dairəsinin genişliyi və əhatəliliyini göstərir. «Min bir
dərdə davasan» sözləri mətnin bədii və poetik struk
turunun mahiyyətini, əsas semantikasım təşkil edir. Qədim
əcdadlarımız bu gün də öz əhəmiyyətini və keçirilmə
• •
formasını itirməyən «Üzərliksalma» ənənəsində aşağıdakı
sözləri oxuyarmışlar:
Uzərliksək, havasan,
Min bir dərdə davasan,
Çıxdım uca bir dağa
Çox yalvardım Allaha.
Dostları ilə paylaş: |