musiqi folklorunda aşıq musiqi yaradıcılığının mühüm
əhəmiyyət kəsb etməsini göstərir. «Naxçıvani», «Ağır
Şərili» (30, s.62) havalarının aşıq musiqisində labüd olması
deyilən fikri bir daha təsdiq edir. Naxçıvan aşıq mühitində
Göyçədə olduğu kimi, özünəməxsus aşıq məktəbi olmasa
da bölgənin aşıqları dövrünün tanınmış sənətkarları idi.
Aşıq havalarının əksəriyyəti meroritmik xüsusiyyətlərinə
görə zəngin ritmoformulları özündə ehtiva etmişdir. Başqa
bölgələrdə olduğu kimi burada da aşıq şeir şəkillərinin
hamısından aşıq yaradıcılığında geniş istifadə olunmuşdur.
Naxçıvan aşıqları bölgədə janr xüsusiyyətlərinə görə bir-
birindən fərqlənən çoxsaylı dastanların yayılmasında
böyük xidmətlər göstərmişlər. Yaddaşdan-yaddaşa ötürü
lərək tarix boyu yaşadılan rəngarəng dastanların böyük
əksəriyyəti bu bölgənin folklorunun bəzəyinə çevrilmişdir.
Ən çox yayılmış dastanlardan «Qurbani», «Aslan şah»,
«İbrahim-Hürnisə», «Şah İsmayıl- Gülzar», «Abbas-Gül-
gəz», «Hüseyn-Reyhan» və başqaları bir neçə gecəlik təşkil
olunmuş dastan məclislərində çalınıb oxunmuşdur.
Folklorşünas-alim Y.Səfərov özünün «Naxçıvan aşıq
ədəbi mühiti» adlı monoqrafiyasında Naxçıvan bölgəsinin
aşıq mühitini şərti olaraq üç qrupa bölmüşdür: Naxçıvan-
Şahbuz aşıq mühiti, Şərur-Kəngərli aşıq mühiti, Ordubad-
Culfa aşıq mühiti (78, s.9).
Naxçıvan, ərazisinə görə Şərqdə ən böyük və nü-
fuzlu aşıq məktəblərindən sayılan Göyçə, İrəvan, Dərələyəz
və s. aşıq məktəblərinə yaxın olduğu üçün bu məktəblərin
ifa üslubu, zəngin dastan, qaravəlli, nağıl söyləmə ənənəsi
regionun aşıq yaradıcılığına da öz təsirini göstərmişdir.
Aşıq musiqi tədqiqatçısı Ə.Eldarova aşıq havalarının
repertuarından yazarkən qeyd edir ki, «folklorçu Əhliman
Axundovun Tovuzda, Şamxorda və Naxçıvanda topladığı
materiallar içərisində 118 hava adma rast gəlirik. Belə
güman etmək olar ki, bu rəqəm eyni bir havanın başqa-
başqa zonalarda müxtəlif şəkildə adlanmasından irəli
gəlmişdir» (31, s.64). Aşıq sənəti sinkretik sənət nümunəsi
kimi bir neçə ədəbi və musiqi janrlarını əhatə edir. Bu
mənada onun geniş əhatəliliyi, nüfuzu, aşıq sənətinin milli
mədəniyyətin inkişafında rolunu çox böyüdür. Aşıq sənəti
milli mədəni prosesin formalaşmasında, bir çox janrları
özündə ehtiva etmiş və bununla da ümummədəni inkişafın
tərəqqisinə geniş imkanlar açmışdır. Bu janrlara diqqət
yetirək:
Aşıq yaradıcılığı ədəbi prosesin inkişafında çox dərin
və əhəmiyyətli iz qoymuş və bununla da onun inkişaf as
pektlərinin müəyyənləşdirilməsində həlledici rol oyna
mışdır. Bu sahədə xüsusi tədqiqat aparmış folklorşünas
alimlərimizdən M.H.Təhmasib
(84),
Ə.Axundov (8),
İ.Abbaslı (1,2), H.İsmayılov (54), M. Allahmanlı (16,17),
İ.Babayev və P.Əfəndiyev (21), R.Əfəndiyev (33,34),
O.Əfəndiyev (32), M.Həkimov (44,45,46,) aşıq sənəti və
yaradıcılığında mövcud olan şeir şəkilləri, janrları haqqında
geniş bilgi vermişlər.
Aşıq yaradıcılığının musiqi qolu, sənəti, onun forma
və janrları haqqında musiqişünaslardan Ü.Hacıbəyov,
Bülbül, M.S.İsmayılov,
Ə. Eldarova,
R .Z ö h ra b o v ,
R.
Məmmədova, R.Imrani, T. Məmmədov və başqa alimlər
geniş məlumatlar verərək bu sənətin milli musiqi
mədəniyyətinin yaranışından bəri oynadığı çox mühüm
rolu, əvəzsiz xidməti öz tədqiqatlarında xüsusi olaraq
işıqlandırmışlar. Bu xüsusda Ü.Hacıbəyov yazır ki, «bu
sənət xalqa, kütlələrə daha yaxındır, xalqın həyəcan və
arzularım xalq musiqisinin başqa növlərinə nisbətən daha
parlaq əks etdirir. Sazəndədən fərqli olaraq, aşıq ictimai
mövqeyinə görə kəndliyə, zəhmətkeş xalqa yaxındır» (42,
s.253). Bu fikri davam etdirən və onu bir qədər də
dərinləşdirən
görkəmli
xanəndə
Bülbül
yazır
ki,
«Azərbaycan oxuma üslubunun əsil ustaları və yaradıcıları
aşıqlar olmuşlar; onlar xalq yaradıcılığının təbliğatçıları və
ifadəçiləridirlər. Xanəndələr isə öz ifaçılıqlarmın əsil xəlqi
xüsusiyyətini yalnız aşıqların təsiri altında mənimsəmişlər.
Aşıqlar Azərbaycan xalqının ən qədim ifaçıları olub onun
idealları və arzuları ilə yaşamışlar» (27, s.149).
Aşıq yaradıcılığının janrları haqqında Ə.Eldarova
yazır ki, «çox cəhətli xalq yaradıcılığının qüvvətli qol
larından biri olan aşıq musiqili-ədəbi janrı əsrlər boyu
yeniləşmək, zənginləşmək və billurlaşmaq ilə yanaşı, bir
sıra əsaslı dəyişikliklərə də uğramışdır. Bununla birlikdə
zəmanəmizə qədər gəlib çatan rəngarəng janrların bir sıra
sabit keyfiyyətlərə malik olduğunu əyani şəkildə görürük.
Bütün bunlar aşıq sənətini sözün əsl mənasında xalq
tərəfindən sevilən və həmişə yaşama xüsusiyyətinə malik
olan bir janr kimi, bir ədəbi irs kimi nəzərdən keçirməyə
imkan verir...Məlum olduğu kimi, aşıq ədəbiyyatının
janrları içərisində sənətkarın ifadə etmək istədiyi ideya
məzmundan və seçdiyi mövzudan asılı olaraq həm iri
formalara-dastanlara, həm də kiçik poetik formalara-bayatı,
gəraylı, qoşma, divani, (31, s.44).təcnis, müxəmməsə və s.
təsadüf edilir»
Qeyd edilən ədəbi-musiqi forma və janrlar bölgənin
mədəni inkişafında çox böyük iz və təsirlər qoymuşdur.
Deyilən fikirlərə əlavə olaraq qeyd edək ki, aşıq və muğam
ifaçılığmda mövcud olmuş «təsnif», «pişro» janrlarından da
Naxçıvanın musiqi folklorunda musiqi sənətkarları geniş
istifadə etmişlər. Bu haqda məlumat verən folklorşünas
M.Həkimov yazır ki, «Aşıq ədəbiyyatında «Təsnif» adı ilə
işlək məqamı geniş olan lirik forma Ağ Aşıq, Aşıq Alı,
Hüseyn Şəmkirli, Molla Cümə, Aşıq Bəsti, şair Vəli kimi
görkəmli saz-söz ustadlarımızın yaradıcılığında aparıcı şeir
şəkillərindəndir» (46, s.4). Qeyd edilən «təsnif»lərə mərasim
ənənələrində, toy düyünlərdə bu gün də rast gəlinir. Belə
«təsnif»ə misal olaraq aşağıdakı beytləri göstərə bilərik:
Xalçada tirmə,
Tozunu silmə
Xonçada dürmə
\
Gəlir qızımçün.
Xonça qabağı,
Gümüş belbağı
Qızıl qolbağı,
Gəlir qızımçün * 2.
L Qeyd: Dürmə - boxça mənasındadır.
2- Qeyd: Bu beytləri, adlarını qeyd etdiklərimizi folklor söyləyicilərindən
toplanmışdır.
N
Dostları ilə paylaş: |