78
kateqoriyaları sözügedәn istiqamәtdә indiyә qәdәr әn çox cәnub-qәrb vә ya oğuz qrupu türk
dillәrinin materialları әsasında öyrәnilmişdir.
A. P. Potseluevskinin “Cәnub-qәrb qrupu türk dillәrindә indiki zaman formalarının
mәnşәyi haqqındakı problemә dair” (1948) adlı әsәrindә felin zaman kateqoriyası araşdırmaya
cәlb olunmuşdur. A. Borçakovun “Cәnub-qәrb qrupu türk dillәrindә iş adları vә ya mәsdәr”
(1976) adlı kitabında feildәn düzәlәn hәrәkәt adları vә mәsdәr kateqoriyası araşdırılmışdır.
Himmet Birayın “Cәnub-qupu türk әdәbi dillәrindә isim” (1999) adlı kitabı bütövlükdә isim
kateqoriyasına hәsr edilmişdir. B. Hocayevin “Cәnub-qәrb qrupu türk dillәrindә feli sifәt
formaları” (1977) vә M. Soyeqovun “Cәnub-qәrb qrupu türk dillәrindә feli bağlamalar” (1981)
adlı monoqrafiyalarında isә felin tәsriflәnmәyәn formaları öyrәnilmişdir.
Sözügedәn digәr yarımqrupda yer alan mәqalәlәr, kollektiv yaradıcı müәllif heyyәtlәri
vә ayrı-ayrı görkәmli türkoloqlar tәrәfindәn türk dillәrinin morfologiyasına dair yazılan
müqayisәli-türkoloji işlәrin hazırlanmasında isә metodoloji baxımdan da öünәmәxsusluq yox
deyildir. Sözügedәn araşdırmalar birbirinә yaxın olan iki linqvistik yöntәmdәn istifadә olunaraq
yazımışdır. Hәmin araşdırmaların bir qismi müqayisәli vә müqayisәli-tarixi, digәr qismi isә
tarixi-tipoloji yöntәmlә qәlәmә alınmışdır. Aşağıda göstәrilәn dilçilik әsәrlәri әsas etibarilә
müqayisәli, qismәn dә müqayisәli-tarixi yöntәmlә yazılmışdır. Burada ilk irihәcmli müqayisәli
fundamental әsәrlәr olaraq müxtәlif türk dillәrinә vә ya qruplarına dair oçerk şәklindә görkәmli
türkoloqlar tәrәfindәn yazılan “Türk dillәrinin müqayisәli qrammatikasına dair araşdırmalar. II
hissә, Morfologiya” (1956) vә M. Rәsәnenin “Türk dillәrinin morfologiyasına dair materiallar”
(1957) adlı kitablarının adı çәkilә bilәr.
A. N. Kononovun “-(°) P, -(°) b, -(y)° b, -(°) pan, -(°) ban, -(°) banı, -(°) banıñ (n) türk
feli sifәtinin rekonstruksiyası tәcrübәsi: türk dillәrinin müqayisәli-tarixi qrammatikasına aid
mәlumatlar” (1965) adlı mәqalәsi dә, adından göründüyü kimi, sözügedәn dilçilik yöntәmi ilә
yazılmışdır
14
.
Azәrbaycanda milli müqayisәli türkoloji dilçiliyimizin, әgәr belә demәk mümkündürsә,
qurucusu Fәrhad Zeynalovdur. Fәrhad Zeynalov (1929-1984) respublikamızda “Türkologiyanın
әsasları” adlı fәnnin dә yaradıcılarından vә onu ilk tәdris edәn alimlәrdәn vә müәllimlәrdәn biri
olmuşdur. Onun hәmin fәnnin Ali mәktәblәrdә tәlimi vә tәdris olunması üçün yazdığı
14
Sözügedәn mәqalә rus dilindәn Türkiyә türkcәsinә tәrәfimizdәn tәrcümә olunmuş vә “Türkolojinin Çeşitli
Sorunları Üzerine Makaleler-İncelemeler (2002:261-275) adlı kitabımızda yayımlanmışdır.
79
“Türkologiyanın әsasları” (1981) adlı dәrslik indi sadәcә Azәrbaycanda deyil, qardaş ölkә
Türkiyәdә vә digәr Türk Cümhuriyyәtlәrindә dә türkoloqların stolüstü kitabına çevrilmişdir. F.
Zeynalovun “Türk dillәrinin müqayisәli qrammatikası” (1974; 1974) adlı kitabları da bütövlükdә
müqayisli vә qismәn dә müqayisәli-tarixi dilçilik yöntәmi ilә yazılmış monoqrafik sәciyyәli ilk
dәrslik araşdırmalardan sayıla bilәr.
Mәşhur dilçi-türkoloq vә F. Zeynalovun müәllimi N. A. Baskakovun “Türk dillәrinin
tarixi-tipoloji morfologiyası: aqqlütinasiyanın mexanizmi vә sözün quruluşu” (1979) adlı
kitabında isә türk dillәrinin morfoloji quruluşu digәr Ural-Altay dillәri ilә müqayisәdә vә çox
geniş bir ümumi dilçilik kontekstindә işıqlandırılmışdır. Hәmin әsәr müәyyәn bir ölçüdә
müqayisәli-tarixi vә tarixi-müqayisәli dilçiliyin dә elmi-praktik nәticәlәri ehtiva olunmaqla,
ancaq kitabın adından da göründüyü kimi, tarixi-tipoloji yöntәmdәn istifadә edilәrәk yazılmışdır.
Belәliklә, XX yüzilin 50-ci illәrindәn başlayaraq, müqayisәli türkoloji dilçilikdә tarixi-
müqayisәli, müqayisәli-tarixi, linqvistik-coğrafi vә tarixi-tipoloji dilçilik yöntәmlәri türk dillәrinә
çox vaxt sinkretik olaraq tәtbiq olunmuşdur. Hәmin klassik dilçilik metodları ilә vә özәlliklә dә
müqayisәli-tarixi yöntәmlә, hәr şeydәn öncә, türk dillәri morfoloji quruluşunu tәşkil edәn әsas vә
asılı morfemlәrin ilkin şәkillәri әcdad dil pratürkdә vә prototürkdә müәyyәnlәşdirilmişdir.
Sözügedәn dilçilik metolarının, ağırlıqlı olaraq da tarixi-müqayisәli vә ya müqayisәlili-tarixi
yöntәmin müәyyәn ölçülәrdә zәngin dil materiallarına tәtbiq olunması ilә ümumtürk dili
morfologiyasının tәşәkkülünә dair bir çox önәmli problemә açıqlıq gәtirilmişdir. Hәmin
morfoloji-arxetipik sәciyyәli problemlәrә bütövlükdә aşağıda göstәrilәnlәr aid edilә bilәr:
– Ümumtürk dili morfologiyasının tarixi inkişaf vә tәmayül mәrhәlәlәrinin konkret türk
dillәri vә dialektlәrinin materiallarına әsasәn müqayisәli olaraq müәyyәnlәşdirilmәsi;
–Ümumtürk dilinin әsas vә asılı nitq hissәlәrinin klassik Hind-Avropa dilçiliyi әnәnәsinә
görә konkret türk dillәri vә dialektlәri örnәklәri ilә müqayisәli olaraq tәsniflәndirilmәsi;
–Ümumtürk dilindә ismin cәm, hal vә mәnsubiyyәt, felin şәxs, zaman, şәkil, növ vә
digәr nitq hissәlәrinә dair leksik-qrammatik kateqoriyaların türk dillәri vә dialektlәri
materiallarına әsasәn müqayisәli olaraq müәyyәnlәşdirilmәsi;
–Ümumtürk dilindә işlәnilәn müxtәlif qrammatik kateqoriyaların morfoloji
әlamәtlәrinin vә ya başqa bir ifadә ilә söz şәkillәrinin, yәni әsas vә asılı morfemlәrin әcdad
dilimizi tәşkil edәn pratürkdә vә prototürkdә ilkin rekonstruksiyasının ayrı-ayrı olaraq
canlandırılması.