doğru ola bilər; amma belə məzmun həqiqi məzmun deyil, çünki xəstə bədən həyat anlayıĢına uyğun deyil, eləcə də
oğurluq insan fəaliyyəti anlayıĢına uyğun hərəkət deyil. Bu misallardan görünür ki, hansısa bir bilavasitə təkcənin
abstrakt keyfiyyət kimi ifadə olunduğu bilavastə mühakimə nə qədər düz olur olsun, yenə də onda həqiqət ola bilməz,
çünki bu mühakimədə subyekt və predikat reallıqla və anlayıĢla iliĢikli deyil. Bilavasitə mühakimənin həqiqi olmaması
ondan ibarətdir ki, onun forması və məzmunu bir-birinə uyğun gəlmir. Əgər biz: "bu çiçək qırmızıdır" deyiriksə, onda
"dır" bağlayıcısı onu bildirir ki, subyekt və predikat bir-biri ilə uzlaĢır. Ancaq bir konkret kimi çiçək yalnız qırmızı
olmayıb həm də xoĢ ətirlidir və onun müəyyən bir forması və qırmızılıq predikatında olmayan cürbəcür tərifləri var.
Digər tərəfdən qırmızılıq predikatı bir abstrakt ümumi kimi təkcə bu subyektə – çiçəyə məxsus deyil. Qırmızı rəngli
digər çiçəklər və predmetlər də vardır. Subyekt və predikat bilavasitə mühakimədə bir-birilə bir nöqtədə kəsiĢirlər,
ancaq bir-birini ört-basdır etmirlər. AnlayıĢ mühakiməsi isə baĢqadır. Biz "bu hərəkət yaxĢıdır" desək, bu, anlayıĢ
mühakiməsi olacaq. Biz dərhal qeyd edirik ki, burada subyekt və predikat arasında bilavasitə mühakimədə olan səbatsız
və dıĢ bağlılıq yoxdur. Bununla belə, bilavasitə mühakimədə predikat subyektə məxsus olan və həm də məxsus olmaya
bilən abstrakt keyfiyyəti təĢkil edir, anlayıĢ mühakiməsində isə əksinə, predikat subyektin sanki canı, ruhudur, subyekt
isə predikatın, ruhun bədənidir və bütünlüklə predikatla müəyyən olunur.
§ 173
Birinci inkar kimi bu inkarda subyekt hələ predikata aiddir və onun sayəsində nisbi ümumi və ancaq inkar olunmuĢ
müəyyənlikdir ("çiçək qırmızı deyil" ifadəsi bildirir ki, hər halda çiçəyin rəngi var, ancaq baĢqa rəngdir, deməli, bu yenə
də müsbət mühakimə olacaq). Amma təkcə ümumi deyil. Beləliklə 3) mühakimə özlüyündə: aa) boĢ eyniyyət
bağlanttısına: təkcə təkcədir – eyniyyət mühakiməsidir və bb) subyekt və predikat arasında tam uyğunsuzluq deyilən
sonsuz mühakiməyə bölünür.
Qeyd. Sonsuz mühakiməyə, məsələn, "Ruh fil deyil", "Aslan masa deyil" və i. a. mühakimələri misal ola bilər – burada
cümlələr düzgündür, ancaq bunlar da "Aslan aslandır", "ruh ruhdur" və i. a. eyniyyət cümlələri kimi mənasızdır. Bu
cümlələr bilavasitə olanın həqiqəti, keyfiyyət mühakiməsi deyilən mühakimələr olsa da ümumiyyətlə mühakimə deyillər
və yalnız qeyri-həqiqi abstraksiyanı qeyd edən subyektiv təfəkkürdə qarĢıya çıxır. Obyektiv gözdən keçirilən bu
mühakimələr mövcud olanın və ya hissi Ģeylərin təbiətini ifadə edir, ifadə edir ki, hissi Ģeylər boĢ eyniyyətə və bir-biri
ilə bağlananların bir-birinə tam uyğunsuzluğuna bölünmədir.
Əlavə. Subyekt və predikat arasında heç bir bağlantının olmadığı inkarı – sonsuz mühakimə adətən formal məntiqdə
yalnız mənasız məzə, gülmək xatirinə gətirilir. Lakin əslində biz bu sonsuz mühakiməyə təkcə subyektiv təfəkkürün
təsadüfi forması kimi baxmamalıyıq; o əksinə, əvvəlki mühakimələrin (müsbət və sadə-inkari mühakimələrin) əsas
dialektik sonucudur və onların sonluluğunu və qeyri-həqiqiliyini açıqca gözə çarpdırır. Ġnkari-sonsuz mühakiməyə
obyektiv misal kimi cinayəti göstərmək olar. Cinayət (məsələn, oğurluq) edən Ģəxs nəinki oğurlanan Ģeyə baĢqa Ģəxsin
xüsusi hüququnu, həm də ümumiyyətlə hüququ inkar edir və ona görə də oğru oğurladığı Ģeyləri qaytarmağa məcbur
edilməklə bərabər, həm də cəzalandırılır, çünki onun hərəkəti ümumiyyətlə hüquqa qarĢı yönəlmiĢdir. Mülki iddia isə
əksinə, sadə-inkari mühakiməyə misal ola bilər, çünki bu iddiada yalnız bu xüsusi hüquq inkar edilir, deməli,
ümumiyyətlə hüquq etiraf edilir. Burada iĢ "Bu çiçək qırmızı deyil" inkar mühakiməsində olduğu kimidir. Bu
mühakimədə ümumiyyətlə çiçəyin rəngi yox, xüsusi rəng (qırmızı) inkar edilir, çünki çiçəyin rəngi qırmızıdan baĢqa
mavi, sarı və i. a. da ola bilər. Eləcə də ölüm sadə-inkari mühakimə olan xəstəlikdən fərqli olaraq sonsuz-inkari
mühakimədir. Xəstəlik bu və ya digər xüsusi həyati funksiyanın ləngiməsi və ya inkarıdır; ölüm isə əksinə, adətən
deyildiyi kimi, ruh və bədənin, yəni subyekt və predikatın bir-birindən tam ayrılmasıdır.
beta) Refleksiya mühakiməsi
§ 174
Mühakimədə təkcə kimi müəyyənləĢmiĢ (özü özünə refleksiya etmiĢ) təkcə elə bir predikta malik olur ki, onunla
müqayisədə subyekt həm özü olur, həm də baĢqası. Mövcudluqda subyekt artıq bilavasitə keyfiyyətli olmayıb nə isə
baĢqası, xarici aləmlə bağlantı və münasibətdə olur. Deməli, ümumilik nisbi məna alır (məsələn: faydalılıq, təhlükəlilik,
ağırlıq, turĢluq, istək və i. a. mənaları).
Əlavə. Refleksiya mühakiməsi ümumiyyətlə keyfiyyət mühakiməsindən onunla fərqlənir ki, refleksiya mühakiməsinin
predikatı daha bilavasitə abstrakt keyfiyyət olmayıb elə mühakimədir ki, onun sayəsində subyektin nə isə baĢqası ilə
münasibətdə olduğu aĢkar olunur. Məsələn, əgər biz "Bu çiçək qırmızıdır" deyiriksə, onda subyekti özünün təkcəliyində
gözdən keçirmiĢ oluruq. Əgər "Bu bitki müalicə bitkisidir" mühakiməsini irəli sürürüksə, onda subyekti onun müalicəvi
olması predikatı vasitəsilə baĢqa nə iləsə (bu bitki ilə müalicə oluna bilən xəstəliklə) münasibətində araĢdırmıĢ oluruq.
Eləcə də "bu bədən çevikdir", "bu alət faydalıdır", "bu cəza dəhĢətlidir" və i. a. mühakimələri ilə də məsələ o cürdür.
Belə mühakimələrin predikatları ümumiyyətlə reflektiv təriflərdir və bunların vasitəsilə subyektin bilavasitə təkcəliyi
hüdudundan kənara çıxılır, amma bu mühakimələrdə subyektin anlayıĢı hələ göstərilmir. Adi mühakiməlilik əsasən bu
cür mühakimələrdə özünü göstərir. Sözü gedən predmet nə qədər konkret olarsa, refleksiyaya bir o qədər bilik verə
bilər; amma bu refleksiya predmetin özünəməxsus təbiətini, yəni onun anlayıĢını tam əhatə etmir.
§ 175
1) Subyekt (sinqulyar mühakimədəki) təkcə kimi, həm də bir ümumidir. 2) Bu nisbətdə subyekt özünün təkcəliyindən
(Sinqularitat) yüksəyə qalxır. Bu geniĢlənmə dıĢ geniĢlənmə, subyektiv refleksiya, öncə müəyyənləĢməmiĢ xüsusidir
(bilavasitə inkarı olduğu qədər də müsbət olan partikulyar mühakimədə təkcə özlüyündə ikiləĢir: qismən özü ilə, qismən
də baĢqası ilə qarĢılıqlı münasibətdə olur). 3) Subyekt bir ümumidir; Beləliklə, xüsusi ümumiyə qədər geniĢlənir, yaxud
baĢqa sözlə, subyektin təkcəliyi ilə müəyyənləĢən ümumilik onların hamısının məcmusudur (die Allneit).
Əlavə. Sinqulyar mühakimədə ümumi kimi müəyyənləĢərək, subyekt quru, xalis təkcəlik kimi öz hüdudundan kənara
çıxır. Biz "bu bitki müalicəvi bitkidir" deyiriksə, onda belə mühakimə bildirir ki, ancaq bu təkcə bitki müalicəvi olmayıb
bir çox baĢqa bitkilər də müalicə əhəmiyyətli bitkilərdir və bu, partikulyar mühakimə verir ("bəzi bitkilər müalicəvidir",
"bəzi insanlar ixtiraçıdır" və i. a.). Partikulyarlıq vasitəsilə bilavasitə təkcə öz müstəqilliyini itirir və baĢqa təkcələrlə
əlaqəyə girir. Bu insan kimi insan artıq ayrıca insan deyildir, baĢqaları ilə bir sırada durur və beləliklə, çoxlu insanlardan
biridir. Amma elə buna görə də o həm də öz ümumisinə məxsusdur və ümumi səviyyəsinə qaldırılmıĢdır. Partikulyar
mühakimə müsbət olduğu qədər də mənfi, inkar mühakiməsidir. Əgər yalnız bəzi cisimlər elastikdirsə, onda baĢqaları
elastik deyil. Bu öz sırasında sonrakı hərəkət, reflektiv mühakimənin üçüncü formasına, yəni verilmiĢ bütün
predmetlərin toplamına aid oan mühakiməyə ("bütün insanlar öləndir", "bütün metallar elektriki keçirəndir") keçilməsi
üçün Ģərt olur. Hamısının məcmusu (di Allheit) refleksiyanın adətən hər Ģeydən öncə tapdığı ümumilik formasıdır.
Burada ümumi özlüyündə mövcud olan və birliyə biganə qalan təkcələri əhatə edən yalnız dıĢ bağlılıqdır. Lakin əslində
ümumi təkcənin əsası və zəmini, kökü və substansiyasıdır. Biz, məsələn, Kayı, Titi, Semproniyanı və Ģəhərin yaxud
ölkənin baĢqa sakinlərini gözdən keçiririksə, onların hamısının insan olması nəinki onların hamısı üçün ümumidir, həm
də bütün bu təkcələrin varlığının asılı olduğu ən ümumidir, onların cinsi varlığıdır. Səthi, yalnız ən ümumi adlandırılan,
əslində isə bütün təkcələrə məxsus olan və onların hamısı üçün ümumi olan ümumilik isə baĢqadır. Qeyd edildi ki,
heyvanlardan fərqli olaraq insanlar üçün qulaq sırğalığı ümumidir. Lakin aydındır ki, əgər bu və ya digər insanda qulaq
sırğalığı olmasa belə, bundan onların varlığının digər cəhətləri – xarakteri, qabiliyyəti və i. a. heç nə itirməz. Kayın
insan olmadan cəsarətli, alim v i. a. olmasını təsəvvür etmək isə mənasız olardı. Ayrıca insan xüsusi kimi ondan
ibarətdir ki, hər Ģeydən öncə insan olduğu üçün ümumidə yeri vardır. Bu ümumi isə ancaq baĢqa abstrakt
keyfiyyətlərdən və ya reflektiv təriflərdən kənarda və onlarla birlikdə olmayıb bütün xüsusilərə dərindən nüfuz edən və
onları özündə birləĢdirən ümumidir.
Dostları ilə paylaş: |