1
Dizaynın Əsasları Fənni Üzrə mtahan Suallarının Cavabları
1.
Rusiyada dizaynın yaranması
Oktyabr inqilabi ilə Rusiyada baş verən dəyişikliklər incəsənətdəndə yan keçmədi.
Keçmiş kanonların inkar edilməsi, inqilab ideallarına cavab verən adekvat əvəzetmələrin
sürətli axtarışını tələb edirdi. ncəsənətdə aparılan axtarışlar və təcrübələr avanqard
cərəyanların poeziyada və ədəbiyyatda futurizm, kubizm, təsviri sənətdə-sprimatizm,
memarlıqda konstruktizmin inkişafına gətirib çıxardılar.
Ə
gər Qərbi Avropada XX əsrin əvvəlində dizaynın formalaşması öncə sənaye
firmalarının mallarının bazardakı rəqabət artırma qabiliyyətini yüksəltmək idi isə, nə
inqilabdan öncəki Rusiyada, nədə ki, gənc Sovet Respublikasında sənaye tərəfindən belə
sifarişlər yaradılmamışdı. Sovet dizaynı öz başlanğıcını rəssamların və nəzəriyyəçilərin
(sosioloqların və sənətşünasların) sol cərəyanlarından götürür.
Müxtəlif təsviri avanqard cərəyanları ilə yanaşı, inqilabdan sonrakı Rusiyada,
kökləri XX əsrin əvvəllərinin futurizminə uzanan “Sənaye incəsənəti” hərəkatı yaranmağa
başlayır. Onun tərəfdarları yeni incəsənəti “praktiki fəaliyyətin yeni forması” kimi elan
edərək, köhnə dəzgah sənətini inkar edirdilər. Bu hərəkat sənaye sferasından kənarda
yaranmışdı, bir tərəfdən o, sol cərəyanların rəssamlarına, digər tərəfdən isə nəzəriyyəçilərə
(sosioloqlar və sənətşünaslara) əsaslanırdı. Buna görə də istehsal incəsənəti parlaq ifadə
edilmiş sosial-təsviri xarakter daşıyırdı. Istehsalçılar (rəssamlar və nəzəriyyəçilər) sanki
yeni cəmiyyətin tapşırığına əsasən sənayenin sosial sifarişini ifadə edirdilər.
2.
stehsal ncə
sə
nə
ti
Müxtəlif təsviri avanqard cərəyanları ilə yanaşı, inqilabdan sonrakı Rusiyada, kökləri
XX əsrin əvvəllərinin futurizminə uzanan “Sənaye incəsənəti” hərəkatı yaranmağa
başlayır. Onun tərəfdarları yeni incəsənəti “praktiki fəaliyyətin yeni forması” kimi elan
edərək, köhnə dəzgah sənətini inkar edirdilər. Bu hərəkat sənaye sferasından kənarda
yaranmışdı, bir tərəfdən o, sol cərəyanların rəssamlarına, digər tərəfdən isə nəzəriyyəçilərə
(sosioloqlar və sənətşünaslara) əsaslanırdı. Buna görə də istehsal incəsənəti parlaq ifadə
edilmiş sosial-təsviri xarakter daşıyırdı. Istehsalçılar (rəssamlar və nəzəriyyəçilər) sanki
yeni cəmiyyətin tapşırığına əsasən sənayenin sosial sifarişini ifadə edirdilər. stehsal
2
incəsənətinin nəzəriyyəçilərindən biri B.Arnatov, incəsənəti: “sənətkarlığın ali
ixtisaslaşdırılması” adlandırırdı. Sosial-texniki (universal) məqsədəuyğunluq-bədii
fəaliyyətin yeganə qanunu və yeganə meyarıdır. Adətən o, sonuncunu formayaradıcı
fəaliyyətlə eyniləşdirirdi. Buradan formayaratmaya əsasən, əşya ixtisaslaşdırıldıqca,
bədiiləşir. Sənaye incəsənətinin digər nəzəriyyəçisi B.Kuşner mühəndis fəaliyyətini təhlil
etdikcə bu nəticəyə gəlib çıxır ki, rəssam: “rəssam-mühəndisə” çevrilərək, mühəndisi əvəz
edib istehsalata daxil olmalıdır. Əslində bu, tamamilə yeni layihə mədəniyyətinin ilk
nəzəri əsaslarıdır. Buna əsasən incəsənətlə mühəndislik sənəti nəhəng təsviri, sosial
tərbiyəvi potensiala malik olan ən yeni elm və texnika nailiyyətləri üzərində qurulmuş
müəmmalı sintezdə qovuşurlar. Bütün bu xüsusiyyətlər, daha sonralar “dizayn”
adlandırılan, yeni hadisənin daha yüksək inteqral mədəniyyətin qurulması üçün güclü
vasitələrdir. A.Rodçenko, El-Lisitski, V.Tatlin kimi avanqardçı-rəssamların adı istehsal
incəsənəti ilə bağlıdır.
3.
nqilabı bayramların tərtibatı
Sovet hakimiyyətinin ilk illərində yaradılan dizaynın kütləvi tətbiqinin əsas sferaları:
bayram tərtibatları, şüar, reklam, kitab hasilatı, sərgilərin tərtibatı, etatr və s. idi. Real
sosial sifarişin aydın ifadə olunan ideoloji təşviqat xarakterli olduğuna baxmayaraq,
rəssamlar, artıq bu mərhələdə də yeni təsviri tərtibat üsullarından istifadə edərək təsviri-
konstruktiv problemlərə diqqət yetirirdilər. bunun üçün (tribuna, təşviqat qurğuları,
köşklər, teatr qurğuları və s.) onlar bütün imkanlardan istifadə edirdilər.
Eskizlərin və həyata keçmiş işlərin təhlili göstərir ki, şəhər mühitinin təsviri
tərtibatının artıq ilk təcrübələrində, sperqrafikanın üsullarına yaxın olan xüsusiyyətlər üzə
çıxırdılar. Rəssamlar mövcud olan memarlıq siması ilə şəhər mühitinin müqayisə edilə
biləcək yeni simasını yaratmağa çalışırdılar. Bu yeni inqilabi tərtibatı, şəhərin köhnə
“burjuaziya” tikililərindən ayırmaq üçün, şüurlu yaradıcılıq yolu idi. Memarlığa olan
münasibətlər sanki tərsinə çevrilmişdilər: rəssamdan memarlıq kompozisiyasına üzvi
sürətdə daxil olmaq əvəzinə, onun maksimal dərəcədə qeyd edərək memarlıq quruluşunun
üzərinə yeni təsviri tərtibat quruluşunu qoymaq tələb olunurdu.
Ölçülərinə görə şəhərin böyük ərazilərini əhatə edən iştirakçı kütlələri, tərtibat
vasitələri və mütəxəssislər (memarlardan başlayaraq, rəssamlar, musiqiçilər, şairlər,