28
ortalaması olmaqla, səhm qiymətlərinin ehtimal olunan gələcək mənfəətliliyi əks
etdirdiyi üçün, səhm indeksləri gələcək iqtisadi şərtlərin göstəricisi kimi daim izlənilir.
Ə
n məşhur səhm indeksləri “Dow Jones Sənaye ndeksidir” (Dow Jones Industrial
Average), “Standard & Poor's” şirkətinin 500 indeksidir və başqalarıdır. Bu indeks
barəsində növbəti suallarda daha geniş məlumat veriləcəkdir.
1.3
Azərbaycanda qiymətli kağızlar bazarı, iqtisadiyyatın davamlı inkişafında
onun rolu.
Azərbaycan fond bazarı formalaşan, inkişaf edən bazardır və tarixi prizmadan
baxdıqda öz inkişafının müxtəlif mərhələlərində fərqli məqsədlərin realizasiyasına
hədəflənmişdir. Bütövlükdə, Azərbaycanda fond bazarının yaranması əksər post
sosialist ölkələrində olduğu kimi özəlləşdirmə proseslərinin başlanması ilə üst-üstə
düşür.
80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Şərqi Avropa və keçmiş Sovet
məkanında baş verən siyasi tranformasiyalar planlı iqtisadiyyatdan bazar
iqtisadiyyatına keçidi şərtləndirdi. Bu keçid özəl mülkiyyət və azad sahibkarlıq
prinsiplərinə əsaslanan yeni hüquqi münasibətlər sisteminin yaradılmasını da tələb
edirdi ki, bu hüquqların təminatı vasitələrindən biri də məhz qiymətli kağızlar idi.
Təsadüfi deyil ki, oxşar siyasi-iqtisadi tarixə malik digər ölkələrdə olduğu kimi
Azərbaycanda da yeni iqtisadi modelin hüquqi əsasını formalaşdıran ilk qanunvericilik
aktlarının sırasında hələ 1992-ci ildə qəbul edilmiş “Qiymətli kağızlar və fond birjaları
haqqında” Azərbaycan Respublikasının Qanunu da var idi.
Lakin 90-cı illərin əvvəllərində ölkədə mövcud olan hərbi, siyasi və sosial-
iqtisadi şərait fundamental iqtisadi islahatların həyata keçirilməsi, o cümlədən maliyyə
və fond bazarlarının fəaliyyəti üçün zəruri mühiti təmin etmirdi. Yalnız 1994-cü ildə
ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışından sonra qısa bir
müddətdə hərbi, siyasi sabitlik təmin edildi və bu əsasda da radikal iqtisadi islahatlara
başlanıldı. 1995-ci ildə özəlləşdirmənin birinci mərhələsinə start verilməsi ilə
səhmlərin buraxılışı və tədavülünə dair ilkin hüquqi münasibətlər, habelə Auksion
Mərkəzi, “Mülk” Milli Depozit Mərkəzi kimi özəlləşdirmə prosesləri üçün zəruri
infrastrukturu təmin edən və müəyyən mənada fond bazarı təsisatları funksiyalarını
29
daşıyan institutlar formalaşdı. Həmin dövrdə 1000-dən çox səhmdar cəmiyyəti,
təxminən 70 min səhmdardan ibarət investor təbəqəsi formalaşdı. Fundamental
iqtisadi islahatlar prosesində yaranmış bu təsisatlar, təbii ki, klassik fond bazarı
institutları funksiyasını daşımırdılar. Bununla belə, mülkiyyət münasibətlərinin
dinamikliyi bu sahədə dövlət tənzimlənməsinə tələbatı formalaşdırırdı.
Digər tərəfdən uğurlu iqtisadi islahatlar nəticəsində formalaşmaqda olan özəl
sektorun maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi və uzunmüddətli sərmayə
imkanlarının təmin edilməsi bu dövrdə həyata keçirilən iqtisadi siyasətin əsas
hədəflərindən birini təşkil edirdi. Məhz bununla əlaqədar olaraq, effektiv tənzimlənən
fond bazarlarının yaradılması və bütövlükdə qiymətli kağızlar bazarında vahid dövlət
siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədi ilə 1998-cu il 30 dekabr
tarixində ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalandı.
Həmin Fərmanın imzalanması ilə Azərbaycan qiymətli kağızlar bazarının inkişafının
növbəti mərhələsi başlandı.
lk növbədə, Fərmana müvafiq olaraq Azərbaycan Respublikası Prezidenti
yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin təsis edilməsi
ölkədə mütəşəkkil fond bazarlarının inkişafı və tənzimlənməsi sahəsində kompleks
ə
laqələndirilmiş vahid strategiyanın həyata keçirilməsini təmin etdi.
Qiymətli kağızlar bazarının fəaliyyəti və tənzimlənməsinə dair hüquqi normativ
baza təkmilləşdirildi. Mülki Məcəlləyə müvafiq əlavə və dəyişiklər edilməklə yeni
nəsil baza qanunvericiliyi qəbul edildi. Mülki Məcəllə ilə müəyyən edilmiş hüquqi
çərçivənin tətbiqi məqsədilə bir sıra qanunaltı normativ sənədlər qəbul edildi.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Qabaqcıl
maliyyə institutlarının təsisçiliyi və 100% özəl sərmayə əsasında ölkə ərazisində
mütəşəkkil fond bazarının formalaşdırılmasını təmin etmək məqsədi ilə 2000-ci ilin
fevral ayının 15-də Bakı Fond Birjası (BFB) yaradılmışdır. Birjanın təsisçiləri bir neçə
iri bank və maliyyə strukturlarıdır. Bunların sırasında stanbul Fond Birjası da var.
BFB-nin əsas funksiyaları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş bütün növ qiymətli kağızlar üzrə alqı-satqının təşkil olunmasından ibarətdir.
Bundan əlavə, BFB öz üzvlərinə depozitar xidmətləri, həmçinin dövlət qiymətli
30
kağızları daxil olmaqla qiymətli kağızların bütün saxlayıcıları üçün reyestrin
aparılması xidmətlərini göstərmək imkanındadır. Alqı-satqı iştirakçılarının qiymətli
kağızlarının və pul vəsaitlərinin hərəkəti “ödənişə qarşı təchizat” (ÖQT) prinsipi üzrə
həyata keçirilir.
“Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin
özəlləşdirilməsinin Dövlət Proqramı”na əsasən depozit sisteminin əsas məqsədi
qiymətli kağızların müəyyən olunmuş qaydada saxlanılmasını, nağd və nağdsız
dövriyyəsinin təmin edilməsini, səhmdarların reyestrinin aparılmasını, qiymətli kağız
mülkiyyətçilərinin və alqı-satqı müqavilələrinin qeydiyyatını, eləcə də digər depozitar
xidmətlərini həyata keçirilməsi məqsədi ilə Milli Depozit Mərkəzi yenidən təşkil
edildi, müasir fond bazarı vasitəçiləri - broker və diler institutları formalaşmağa
başladı.
Bazara bir sıra müxtəlif maliyyə alətləri çıxarıldı və həm özəl, həm də dövlət
sektorunun kapital bazarlarından maliyyələşməsi üçün müvafiq şərait yaradıldı.
Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi, regional inkişaf, özəl sektorun
dəstəklənməsi və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi sahəsində cənab
Prezident lham Əliyevin bilavasitə rəhbərliyi altında həyata keçirilən həyata keçirilən
uğurlu iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı 2005-ci ildən yeni inkişaf
mərhələsinə qədəm qoydu. 2005-2011-ci illər ərzində ÜDM 4 dəfə, o cümlədən qeyri-
neft ÜDM 3.9 dəfə, əsas kapitala investisiyalar 2.2 dəfə, əhalinin nominal pul gəlirləri
4.6 dəfə artmış, strateji valyuta ehtiyatları 41 milyardı keçmişdir. Bütün bunlar ölkənin
rəqabət qabiliyyətliyinin və investisiya cəlbediciliyinin yüksəlməsinə zəmin yaratdı.
Bu dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi qiymətli kağızlar
bazarında da dinamik artım müşahidə edildi. Bazara gəlirlilik və müddətinə görə
müxtəlif alətlər çıxarıldı, mövcud alətlərin ticarətinin həcmi əhəmiyyətli dərəcədə
artdı. nvestorların bazardakı aktivliyi yüksəldi və xarici investorlar Azərbaycan
maliyyə alətlərinə sərmayə qoymağa başladılar. Maliyyə sektoru ilə yanaşı, ilk dəfə
olaraq qeyri maliyyə sektorunu təmsil edən müəssisələr yerli fond bazarı vasitəsilə
maliyyələşməyə başladılar. 2005-2011-ci illər ərzində bütövlükdə Bakı Fond
Birjasının ticarət dövriyyəsi 6.4 dəfə, o cümlədən dövlət istiqrazları ilə ticarətin həcmi
Dostları ilə paylaş: |