Ağır metalların konsentrasiya əmsalı həmin elementin tədqiq olunan
obyektdəki miqdarının litosferdəki fon miqdarına olan nisbətinə görə müəyyən edilir.
Tədqiq etdiyimiz ərazidəağır metalların konsentrasiya əmsalı həmin ərazidə və
litosferdə olan elementlərin miqdarının nisbətindən asılıdır.
Çöküntülərdə konsentrasiya əmsalı aşağıdakı kimidir:Civə 400-5000, gümüş
50-300, kadmium 100-2000, mis15-300, molibden, vanadium, sürmə, sink, nikel və
xrom 10-80-dir. [8]
Metallurgiya istehsalı zamanı yaranan tozlarda elementlərin konsentrasiyası
torpaqlara nisbətən civədə 5
x
10³, kadmium və sürmədə (2-5)
x
10³ qurğuşun, sink,
bismut və arsendə n
x
10¹² dəfə çox ola bilər. Urbanizasiya müşahidə olunan ərazilərdə
ikinci böyük çirklənmə mənbəyi kommunal məişət tullantıları sayılır. Böyük
şə
hərlərdə il ərzində adambaşına 0.3 ton məişət tullantıları və 0.3 ton kanalizasiya
çöküntüsü düşür. Kommunal-məişət tullantılarına şəhərtəmizləmə qurğularının
çöküntüləri də aiddir.Tullantılar çox vaxt yerində, yaxud şəhər ətrafına daşınaraq
yandırılır.Həmin tullantıların tərkibində (yanandan sonra) ağır metalların
konsentrasiyası sənaye tullantılarından geri qalmır. Yanmış tullantılarda qurğuşunun,
sürmənin, kadmiumun, bismutun, gümüşün konsentrasiyası litosferdə olandan 100
dəfələrlə, toz isə 1000 dəfələrlə çoxdur
Ağır metalların konsentrasiya əmsalları
Cədvəl 6
Elementlər
Məişət tullantılarının
yandırılması
Enerji ultrafiltrlərində yığılan
toz
Zn
68
350
Sn
720
1200
Pb
100
600
Sb
180
192
Ag
300
1500
Cd
172
1843
Ə
traf mühitin ağır metallarla çirklənməsində energetikanın payı olduqca
çoxdur, çünki enerjinin istehsalı üçün kömür və mazutdan istifadə olunur.
Nəqliyyat - ətraf mühiti qurğuşun, sink, kobalt və benzopirenlə çirkləndirmə
mənbəyidir.Nəqliyyatdan çıxan işlənmiş qazlar il ərzində 260 min ton qurğuşun ixrac
edir.Qurğuşun torpaq mühitində ən güclü çirkləndirici maddələrdən biri hesab
olunur.Bu onunla əlaqədardır ki, canlı orqanizmlər, xüsusilə insan orqanizmi
qurğuşunun kiçik dozasına belə güclü reaksiya verir.
Kömür külünün tərkibində litosferlə müqayisədə bor 16dəfə, molibden,
arsen 6dəfə, qurğuşun, volfram, barium, sink,mis 1.5-2 dəfə çoxdur. Təcrübələrlə
müəyyən olunmuşdur ki, mazutu istilik enerji stansiyalarında istifadə etdikdə
vanadium və nikellə çirklənmə ehtimalı çoxalır. [6]
Alınan məlumatların analizi göstərir ki, ağır metalların konsentrasiyası enerji
tullantılarından azdır, ancaq ətraf mühitə vurduğu ziyana görə birinci yerdədir.
Kömür külündə
ağ
ır metalların konsentrasiya ə
msalı
Cədvəl 7
Elementlər
Əmsal
Mn
0,9
Ni
0,7
Zn
1,7
As
5,5
Mo
6
Sn
1,6
Sb
10
W
1,5
Pb
2,2
Torpağı çirkləndirən mənbələrdən biri də kənd təsərrüfatında istifadə olunan
aqrokimyəvi maddələrdir. Mineral gübrələr, zəhərli maddələr, boy stimulyatorlarıhər
il planlı və məqsədyönlü şəkildə tətbiq edilir. Bu preparatların istifadəsi ildən-ilə
çoxalır.Normadan artıq tətbiq edildikdə bitkilərə, heyvanlara, ətraf mühitə toksiki
təsir edir. Məhsulda külli miqdarda toksiki qalıq toplanır ki, bu da insansağlamlığına
mənfi təsir göstərir. Bundan başqa yağış suyula yuyularaq sərbəst hala keçir və yeraltı
sularla birlikdə ciddi ekoloji problemlərin yaranmasına gətirib çıxarır. [12]
Fosfor gübrəsinin istehsalı zamanı onun tullantıları istehsal olunan gübrədən 3
dəfə çoxdur. Fosfat xammalı-apatit və fosforitlər qarışıq elementlərlə zəngindir.
Fosforitlərə nisbətən apatitlərdə nadir elementlər mövcudluğu 3-8 dəfə litosferdə
olduğundan çoxdur. Apatitlərdə stronsiumun, ftorun miqdarı 50 dəfə, fosforitlərdə isə
florun, qurğuşunun, misin, uranın, stronsiumun miqdarı 30 dəfə litosferdə
olduğundan çoxdur.
Bitki mühafizəsində istifadə olunan kimyəvi preparatların tərkibi civə, arsen,
qurğuşun, ftor, bor, mis, bismut birləşmələrindən ibarətdir. Bu elementlərin torpağı
çirkləndirməsini sadə misalla göstərmək olar. Üzüm bağlarında mis tərkibli
preparatlardan istifadə etdikdə mövsüm ərzində torpağa 6-8 min ton mis çökür.
Toksiki tullantıları xarakterinə görə kütləvi və qeyri-kütləvi olmaqla 2 yerə
bölürlər. Kütləvi tullantılar ətraf mühitin sanitar-gigiyenik göstəricilərini kəskin
dəyişdiyinə görə onları xüsusi nəzarətdə saxlamaq lazımdır. Qəza zamanı qeyri-
kütləvi tullantılar kütləviyə çevrilə bilər.
Tullantıları onlara nəzarət imkanı baxımından iki qrupa bölünür:
1. Təşkil olunmuş yaxud razılaşdırılmış toksiki tullantılar - atmosferə, su
hövzələrinə və torpağa xüsusi qurğuların (borular, kompressorlar, təmizləyici
vasitələr, yanma peçləri və s) köməkliyi ilə daxil olur. Bu tullantılar müxtəlif
dərəcədə zəhərli olduğu üçün adətən ərazi üzrə yol verilən həddi (YVH) müəyyən
olunur.
2. Təşkil olunmamış toksiki tullantılar - elə tullantılardır ki, onları
zərərsizləşdirmək və yaxud neytrallaşdırmaq qeyri-mümkün olur. Məsələn, aparat və
qurğularda nasazlıq ucbatından meydana gələn və yaxud kanalizasiya sistemlərində
axan məhlulların səthindən və xüsusi tullantılardan buxarlanan maddə miqdarı bu
tullantılara aiddir. Bu tullantıların törənməsi istehsalat səbəbləri ilə əlaqədardır.