139
Pul siyasətinin aralıq məqsədlərindən biri də faiz dərəcələrinin iqtisadi
aktivliyi stimullaşdıracaq səviyyədə olmasını tənzim etməkdən ibarətdir. Pul
siyasəti vasitəsi ilə mərkəzi banklar faiz dərəcələrinə təsir edir və onların
müəyyən həddən artıq olmasının qarşısını alır. Mərkəzi Bank birbaşa faiz
dərəcəsinin səviyyəsini müəyyənləşdirmək imkanında deyildir. Dolayı metod-
lar vasitəsi ilə faiz dərəcəsini tənzim etmək üçün Mərkəzi Bank uçot
dərəcəsindən istifadə edir. Digər tərəfdən açıq bazarda əməliyyatların aparılma-
sı faiz dərəcəsinin səviyyəsinə təsir edə bilir. Faiz dərəcəsinin aşağı və ya
yüksək olması iqtisadi fəallığa, investisiya mühitinə çox güclü təsir edir.
Ümumiyyətlə, bütün ölkələrdə mərkəzi bankların əsas vəzifəsi çevik pul-
kredit siyasətinin aparılması və pul-kredit siyasətinin əsas metodları ilə iqti-
sadiyyatda tənzimləyici funksiyasını yerinə yetirməkdir. Pul siyasətinin başlıca
istiqamətlərində ölkənin makroiqtisadi və makromaliyyə vəziyyəti təhlil edilir,
pul-kredit siyasətinin və bank sisteminin inkişafının əsas istiqamətləri əks
etdirilir.
Pul siyasətini həyata keçirərkən mərkəzi banklar iki istiqamətdə hərəkət
edə bilər:
1. Birbaşa tənzimləyici gücündən istifadə edərək;
2. Mərkəzi bank dolayı olaraq pul bazarına müdaxilə etmək şərti ilə.
Birbaşa pul siyasətində Mərkəzi Bank məqsədlərini həyata keçirmək
üçün bazar qaydaları çərçivəsindən deyil, qanuni qaydalar yolundan istifadə
edir.
1.1.
Faiz də
rə
cə
lə
rinə
nə
zarə
t. MB-nin birbaşa alətləri içərisində ən çox
istifadə ediləni - faiz dərəcələri üzərində nəzarət sistemidir. Mərkəzi Bank
kredit qurumlarına əmanət və kredit əməliyyatlarına görə faiz dərəcələrinə
məhdudiyyət qoya bilər. Bu tətbiqat çərçivəsində müxtəlif sektorlara müxtəlif
faiz dərəcələri tətbiq edilə bilər və bu zaman stimullaşdırılacaq sektorlara
açılacaq kreditlərin faiz dərəcələri aşağı səviyyədə tutulur. Burada məqsəd
kredit mənbələrin dövlət proqramına uyğun olaraq prioritet sahələrə verməkdir.
1.2. Kredit limitləri. Mərkəzi banklar kommersiya banklarının iqtisadi
fəaliyyətlə əlaqədar olaraq sektorlara açacaqları kredit miqdarına məhdudiyyət
qoya bilər. Açılacaq kreditlərə görə məhdudiyyət limitləri fərqləndirilir. Stimul
edilmək istənilən sektorlara ayrılacaq kredit limitlərinin miqdarı yüksək tutulur
və burada məqsəd kreditlərin bu sektorlara yönəlməsini təmin etməkdir.
1.3. Fərqliləşdirilmiş reeskont kreditləri. Bank bazasında reeskont kvota-
ları, bankların məqsədlərinə, risk vəziyyətinə uyğun olaraq, likvid ehtiyacı ilə
ə
laqədar müəyyən edilir. Məqsəd bu kvotaların yardımı ilə yerli bankların rees-
kont pəncərəsindən daha çox yararlana bilməsini, bununla da bəzi sektorların
maliyyə baxımından dəstəklənməsini təmin etməkdir. Məsələn, kənd təsərrüfatı
sektoruna daha çox qaynaq transfer edən banklarda Mərkəzi Bank tərəfindən
reeskont kvotaları yüksək tutulur.
140
1.4.
Disponibilitə
tə
tbiqi. Mərkəzi Bank, kommersiya bankların aktivlə-
rindəki mənbələrin müəyyən bir nisbətini dövlət istiqraz kağızlarını satın
almağa və ya bankların aktivlərinin müəyyən faizini kassalarında nağd olaraq
tutmağa məcbur edə bilər.
1.5. Portfeldə finans aktivlərinin yenidən nizamlanması. Mərkəzi Bank,
kommersiya banklarının portfellərində tutacaqları maliyyə aktivlərinin nisbətini
təsbit edə bilər. Məsələn, satın alınan səhm və istiqrazların hansı fəaliyyət sa-
həsinə aid olmasını, bunların nisbətinin və ya miqdarının nə qədər olacağını
müəyyənləşdirə bilir. Beləliklə, maliyyə qurumlarının əllərində olan fondların
iqtisadi sektorlara transfer edilməsini təmin etmək mümkündür.
1.6. Reklam və ya rəsmi olmayan göstərişlər. Mərkəzi Bankın ölkədə hə-
yata keçiriləcək pul siyasətinin məqsədləri haqqında media qurumları vasitəsilə
ictimaiyyətə açıqlamaları və ya iqtisadi islahatlar haqqında tövsiyə və təklifləri,
ş
irkət və şəxslərin gələcək investisiya qərarlarında dəyişikliyə təsir edə bilər.
Dolayı pul siyasətinin həyata keçirilməsi istiqamətində Mərkəzi Bank pul
bazarında bütün iştirakçılar kimi eyni statusda iştirak edir və bazarda gedən də-
yişikliklərin təşəbbüskarı birbaşa Mərkəzi Bank deyil, bazardır.
Pul siyasətinin dolayı alətlərinin üç əsas növü mövcuddur: Reeskont
siyasəti; məcburi ehtiyat normaları; açıq bazar əməliyyatı.
Reeskont siyasəti.
Mərkəzi Bank reeskont əməliyyatlarını aparmaqla, lik-
vid keyfiyyəti yüksək olan maliyyə varlıqlarının diskont edilməsi formasında
həyata keçirir. Bu yolla Mərkəzi Bank bankların kredit həcmlərinə təsir edə bi-
lər. Reeskont krediti likvidə ehtiyacı olan bankların ən son likvid mənbəyi olan
MB bu açığın bağlana bilməsi məqsədi ilə kredit təmin edilməsini qoruyan bir
pul-kredit siyasəti alətidir.
Mə
cburi ehtiyat normaları.
Mərkəzi Bank bu siyasəti həyata keçirməklə,
kommersiya banklarına portfellərinin müəyyən bir hissəsini rezerv pul olaraq
saxlamaqla (nağd və ya MB-də əmanət formasında) qarşılarına öhdəçilik qoy-
maqdadır. Başqa sözlə, məcburi ehtiyat normaları bankların passivlərində yer
alan bəzi öhdəliklərinin müəyyən bir hissəsinin nağd və faizsiz olaraq MB tərə-
findən bron edilməsidir. MEN tətbiqi, bankların əmanətlərinə ani və vaxtaşırı
çəkilişlərə qarşı bir yandan əmanət sahiblərinin sistemə olan inamını artırmaqla
bərabər, digər tərəfdən pul miqdarına nəzarətdə önəmli bir alət olmuşdur. (Gizli
vergi təsiri uyğulamaya görə faiz ödəmələrindən topladıqları əmanətin bir his-
səsini faizsiz olaraq MB depo etdiyindən, banklar bu hissədən əldə edəcəyi gə-
lirdən məhrum olur).
Açıq bazar əməliyyatı (ABƏ).
Açıq bazar əməliyyatı, maliyyə aktivlərinin
MB tərəfindən birinci və ikinci bazarda birbaşa və ya tərs depo əməliyyatların-
da istifadə edilən maliyyə aktivləri içərisində başlıca yeri cari xəzinə borcları və
dövlət istiqraz sənədləri tutur. Açıq bazar əməliyyatı MB-nin tədavüldəki pul
kütləsini azaltmaq və ya çoxaltmaq üçün xəzinə bono və истигразлар, özəl