34
barədə müstəqil baxışa sahib olması, onu ovlayıb əldə
saxlamaq üçün ən zəif nöqtələr idi. Bu məğrur gənc
hara, İstambuldakı Əhməd əfəndi hara? O, əzəmətli bir
dağa bənzəyirdi ki, heç bir güc onu yerindən tərpədə
bilməzdi. O, hər dəfə Əbu Hənifənin adını zikr edəndə
dəstəmaz alardı. Buxarinin hədis kitabını əlinə
dəstəmazsız götürməzdi. (Sünnilər bu kitaba həddən
artıq ehtiram bəsləyirlər). Məhəmməd Nəcdi Əbu
hənifəyə çox yüngül bir şəxsiyyət kimi baxır və “mən
ondan daha çox bilirəm” deyirdi.
Mən onunla çox yaxın və səmimi bir əlaqə qurdum.
Daim onu tə`rifləyirdim; bir dəfə dedim: “Sən Ömər və
Əlidən daha böyüksən. Peyğəmbər həyatda olsaydı,
səni öz canişini tə`yin edərdi. Mən İslamın sənin əlinlə
yeniləşib yüksələcəyini görürəm. İslam dinini dünyaya
məhz sən yaya biləcəksən!”
Mən onunla birgə başqa təfsirlərə müxalif bir Qur`an
təfsiri yazmaq qərarına gəldim. Qur`anı oxuyaraq, bə`zi
ayələr üzərində bəhs edirdik. Bu işdən məqsədim onu
tam azdırmaq idi. O da mənim e`timadımı qazanmaq,
özünü inqilabçı kimi göstərmək üçün fikirlərimi
mə`muniyyətlə qə`bul edirdi.
Bir dəfə ona dedim:
Cihad hökmü vacib deyildir.
-Allah, ”kafirlərlə vuruşun” dediyi halda, necə vacib
deyildir?
-Elədirsə, bəs nəyə görə Allah “kafirlərlə və
münafiqlərlə cihad et” dediyi halda, Peyğəmbər
münafiqlərlə cihad etmədi? Ancaq kafirlərə qarşı iyirmi
yeddi dəfə cihad etdi. Bu bütün kitablarda yazılmışdır.
35
Münafiqlər
isə
müsəlman
kimi
görünürdülər.
Gündüzləri Peyğəmbər məscidində Rəsuləllahla bir
yerdə namaz qılardılar. O həzrət onları tanıyırdı, lakin
heç vaxt onlara deməmişdi ki, siz münafiqsiniz. Onları
öldürsəydi, özünə iman gətirmiş şəxsləri öldürmüş
olardı. Buna görə də münafiqlərlə söz ilə cihad edirdi.
Qu`randa “Kafirlərlə və münafiqlərlə cihad edin!”
deyildikdə, onun mə`nası açıqlanmır. Vacib olan cihad
mal və sözlə də həyata keçirilə bilər. Peyğəmbər
kafirlərlə döyüşdüyü halda, münafiqlərə nəsihət edirdi.
-Peyğəmbərin dil və ya qılıncla cihad etməsinin heç
bir fərqi yoxdur.
-Bəs onda, vacib olan cihad dil ilə olur, yoxsa qılıncla?
-Nəzərə al ki, Peyğəmbər kafirlərlə müharibə
etmişdir.
-Peyğəmbər cihad yox, özünü müdafiə etmişdir.
Kafirlər Peyğəmbəri öldürmək istəyirdilər.
Bir dəfə də İslamda mübahisəli mövzulardan biri olan
siğə (müvəqqəti nigah) barədə onun nəzərini öyrənmək
məqsədi ilə belə dedim:
Mənim nəzərimə görə, siğə İslamda qanuni bir
hökmdür.
Caiz deyildir.
Nisa surəsinin 24-cü ayəsində Allah-Taala belə
buyurmuşdur: “Onlardan faydalanacağınız halda,
razılaşıb mehriyyələrini verin”.
Ömər Peyğəmbər zamanında mövcud olan iki
məsələni
qadağan
etdi
və
”Bu
işi
edəni
cəzalandıracağam!” -dedi.
36
Sən həm özünü Ömərdən elimli sanırsan, həm də
onun əmrlərinə tabe olursan. Ömər demişdi ki,
Peyğəmbər bu işləri halal buyurmuşdur, mən onları
qadağan edirəm. Peyğəmbərin əmrini buraxıb Ömərin
sözünü tutursanmı? O, cavab vermədi. Anladım ki,
məğlub oldu. Həmin ərəfədə Məhəmməd Nəcdinin
qadın istədiyini və onda cinsi məsələlərə qarşı kəskin
hisslərin baş qaldırdığını bilirdim. Özü də subay idi.
Ona dedim ki, gəl hər ikimiz müvəqqəti nigahla
evlənib özümüzə bir qadın tapaq; bu yolla bir qədər
dincəlib rahatlanarıq. O, başını aşağı salmaqla razılığını
bildirdi. Lakin bu işin aramızda sirr olaraq qalmasını və
həmin qadına adının bildirilməməsini xahiş etdi.
Bəsrədə müsəlman gəncləri əyləndirib, azğınlığa sövq
etdirmək üçün nazirlik tərəfindən göndərilən xristian
qadınlar var idi. Mən onların yanına getdim. Məsələni
birinə danışdım, o da qəbul etdi. Adını Səfiyyə
qoydum. Nəcdini onun evinə gətirdim. Bir həftəlik
müvəqqəti nigahla razılaşdılar; o, Səfiyyəyə mehriyyə
olaraq, bir az qızıl verdi. Səfiyyə onu çox ustalıqla ələ
aldı. Həqiqətən, Məhəmməd Nəcdli ictihad və fikir
azadlığı bəhanəsi ilə şəriət hökmlərinə qarşı çıxmağın
nəfsani istək olduğunu duymuşdu.
Müvəqqəti nigahın üçüncü günü şərabın haram
olmadığına dair uzun-uzadı mübahisə etdik. O, nə
qədər şərabın haram olduğuna dair Qur`an ayəsi və
hədis gətirdisə də, hamısını qüvvədən salaraq dedim:
Yezidin, ümumiyyətlə əməvi və abbasi xəlifələrinin
hamısının şərab içmələri hamıya mə`lumdur. İndi
özünü onlarla müqayisə et, gör onlar düz yoldadırlar,
37
yoxsa sən? Şübhəsiz ki, onlar Qur`anı və sünnəni
səndən daha yaxşı bilirdilər. Qur`an və sünnədən
şərabın haram olduğunu yox, məkruh olduğunu
anlamışlar. Yəhudi və xristianların kitablarında da
şərabın halal olduğu yazılmışdır. Bütün dinlər Allahın
əmridir; hətta rəvayətə görə, Ömər şərab haqqında ayə
nazil olana qədər içmişdir. Əgər şərab haram olsaydı,
Peyğəmbər
onu
cəzalandırardı.
Şərab
haram
olmadığına görə də, Peyğəmbər onu cəzalandırmadı
(Ömər şərab haram edilməmişdən əvvəl şərab içərdi.
Ayə nazil olandan sonra isə əsla şərab içmədi).
Bə`zi rəvayətlərə görə, Ömər şərabı su ilə qarışdıraraq
içər və deyərmiş ki, əgər sərxoş etmirsə, haram
deyildir.
Ömərin bu mövzuda fikirləri doğrudur. Çünki
Qur`anda belə buyurulmuşdur: “Şeytan şərab və
qumar ilə aranıza ədavət toxumu səpər; sizi Allahın
zikrindən və namazdan uzaqlaşdırmaq istəyər. Artıq
bunlardan uzaqlaşmaq vaxtı deyilmi?”
Düzdür, şərab sərxoş etmədiyi halda, halaldır.
Məhəmməd Nəcdi ilə olan bu mübahisəmizi
Səfiyyəyə danışdım və ona bərk-bərk tapşırdım ki,
Məhəmmədə doyunca şərab içirtsin. Səhərisi gün
Səfiyyə dedi ki, o, şərabı içdi, hələ üstəlik mənimlə
oynadı da.
Beləliklə, Səfiyyə ilə birlikdə Məhəmməd Nəcdini
yaxşıca ələ aldıq. Yaxşı yadımdadır ki, MNN-nin naziri
ilə vidalaşdığım zaman mənə belə demişdi: “Biz
İspaniyanı kafirlərdən (müsəlmanlardan) içki və zina
ilə aldıq. Bu vasitələrlə başqa torpaqlarımızı da azad
Dostları ilə paylaş: |