20
bənzəməsi baxımından hələ təzəliyini mühafizə etməkdədir
(139, s. 39). Z.Göyal
pı özündən öncəki elm adamlarından
ayıran önəmli bir tərəfi də, onun məhz sosioloji anlayışların
sistemli bir şərhini verməsidir. Kültür (hars) və uyğarlıq
(mədəniyyət) anlayışları Z.Göyalpın kulturoloji konsepsiya-
sının əsas terminləridir. Bu konsepsiyanın demək olar ki, hər
məqamında (təhsil, tarix, sənət, siyasət,
iqtisadiyyat, kütür və
ədəbiyyat) bu anlayış cütlüyünə rast gəlmək mümkündür ki,
bu da daha çox onun ictimai təkamül nəzəriyyəsilə yaxından
bağlıdır (141, s. 11). Z.Göyalp “Türkçülüyün əsasları”,
“
Türk uygarlığı tarihi” və s. əsərlərində (26; 100; 101; 102;
103
) bu problemin ətraflı təhlilini vermişdir.
Tədqiqatçılar Ziya Göyalpın Birinci Dünya Savaşından
öncəki illərdə nə kültür sözünü, nə də buna qarşılıq irfan
kəlməsini işlətməməsinin səbəblərini doğru-dürüst ortaya
qoya bilməmişlər. O, kültürlə eyni anlama gələn ərəbcə hars
kəliməsinə üstünlük vermişdir. Lakin 1915-1930-cu illərdə
hars şəklində işlədilən qavramın yerini sonralar kültür tut-
muşdur (99, s. 572). Etmoloji baxımdan latınca bir kəlmə
olan kültür isə, toprağı əkinə hazır hala gətirmək anlamına
gəlir. Lakin “kültür” sözü leksik anlamda “şumlanmış tor-
paq” anlamında olsa da, onun daha geniş mənası ram edil-
miş, əhliləşdirilmiş torpaqdır. Çünki hər əkilən torpaq
məhsuldar olmaz. “Kültür verimliləşdirilmiş torpaqdır. İnsan
iradəsinin torpağa enişidir” (25).
Ziya Göyalp “mədəniyyət” terminini “sivilizasiya”nın
qarşılığı kimi işlətmişdir. Fransızcadakı “kültüğ” sözünə
qarşılıq olaraq isə “hars” terminini işlədir ki, ərəbcə mənası
“şum, şumlama, yer sürmə” anlamını verir. Buna görə də
təmiz türkcədə “hars” yerinə bəzən “əkin” də işlədilir. Yada
salmaq lazımdır ki, “kültür” sözü əslində latıncadakı “kultu-
ra”dan törəyib. Bu “kultura”nın bir anlamı isə “becərmə,
becərilmə, torpağın emalı”dır. Ziya Göyalp 1918-ci ildə