93
akkumulyatorları dolduran və ya batareyaların dəyişdirilməsinə imkan verən xüsusi stansiyaların
olması lazım gəlir. Bütün bunlar texniki və iqtisadi cəhətdən sərfəli deyil. Buna baxmayaraq 5
minə qədər kiçik tonnajlı avtomobillərin elektromobillərlə əvəz edilməsi ətraf mühitin təmiz
saxlanılması ilə bərabər ildə 3 min ton benzinə qənaət etməyə imkan verir.
5.
Avtomobil nəqliyyatında dizel mühərriklərinin tətbiq sahəsinin genişləndirilməsi.
Bu
mühərriklərin əsas üstün cəhətləri odur ki, yüksək yanacaq qənaətliliyinə malikdirlər və işlənmiş
qazların içərisində zəhərli tullantıların miqdarı azdır. Dizel mühərriklərində vahid nəqliyyat işinə
düşən neft məhsullarının miqdarı benzinlə işləyən mühərriklərə nisbətən aşağıdır, dizel
mühərrikindən atmosferə atılan zəhərli maddələrin miqdarı 2...7 dəfə azdır. Onlardan başqa dizel
mühərriklərinin digər üstünlüklərinə baxmayaraq (istehsalının maya dəyəri, istismar dövründə
etibarlı işi və s.) nədənsə, onların bütün avtomobillərdə tətbiq edilməsi məsələsi ləngiyir.
6.
Yanacaq kimi benzin - su qarışığının (emulsiya), metanolun, hidrogenin (ammonyakın
və qaz kondensatının istifadə edilməsi.
Benzin - su qarışığı ilk dəfə avtobuslarda işlədilmişdir. Burada su benzinə əlavə aşqar kimi
daxil edilmişdir. Bunun üçün su və benzin həddindən çox kiçik zərrəciklərə parçalanır ki, qarışıq
son anda eyni cinsli alınsın. Emulsiyanın tərkibində suyun həcmi 10...30% arasında dəyişir. Belə
qarışıq nəinki yanacaq sərfinə qənaət edir, həm də oktan ədədini yüksəldir, yanmanı
yaxşılaşdırır, tullantı kimi atılan dəm qazının və azot oksidlərinin miqdarını xeyli azaldır. Bu
xüsusiyyətləri nəzərə alaraq benzin-su qarışığı istehsal edən sənaye qurğusu layihə edilib
hazırlanmışdır. Bu qurğu saatda 3 tona qədər emulsiya istehsal edir. Bu isə tərkibində 500...600
avtobusu olan avtonəqliyyat müəssisəsinin yanacaqla təmin edilməsi üçün kifayətdir. Benzin-su
qarışığının geniş istifadə edilməsinin qarşısını alan əsas səbəb onda aşağı temperaturlarda buz
kristallarının əmələ gəlməsidir. Buna görə emulsiyanın qış aylarında (0°C-dən aşağı) işlədilməsi
qeyri - mümkündür.
Benzin və dizel yanacaqlarının əvəzinə sintetik spirtlərin işlədilməsi mütəxəssisləri çoxdan
düşündürürdü. Neft məhsullarına olan tələbatın yüksəlməsi bu yanacaqların (əsasən metanol və
etanolun) istifadə edilməsini sürətləndirdi. Yanacaq kimi metanolun (metil spirti) tətbiq edilməsi
daha münasib hesab olunur. Çünki, onun detonasiyaya davamlılığı və işçi prosesinin f.i.ə.
yüksəkdir, işlənmiş qazların içərisində zərərli birləşmələrin miqdarı azdır. Benzin əvəzinə təmiz
metanolun işlədilməsi azot oksidlərini 1,5...2,0 dəfə, karbohidrogenləri 1,3..-1,7 dəfə aşağı salır
(dəm qazının miqdarı demək olar ki, dəyişmir). Bu göstərilən müsbət xüsusiyyətlərinə
baxmayaraq metanolun tətbiqi avtomobilin konstruksiyasında dəyişikliklərin edilməsini tələb
edir. Belə ki, yanacaq bakının həcmi artmalı, jiklyorların en kəsik sahələri böyüməli, ətraf
mühitin istənilən temperaturunda mühərriki sərbəst (asanlıqla) işə salmaq üçün əlavə qurğunun
qoyulması lazım gəlir. Buna görə, hazırda neft yanacaqlarının ehtiyatı tükəndiyi bir dövrdə
metanoldan benzinə əlavə qarışıq kimi istifadə etmək daha məqsədəuyğundur. Aparılan elmi-
tədqiqat işləri göstərir ki, yanacaq kimi benzometanol qarışığı istifadə edildikdə (15% metanol
və 7% stabilizator - izobutil spirti) avtomobilin dinamiki keyfiyyətləri 6%, mühərrikin gücü
3...5% yüksəlir, hava hövzəsinə atılan azot oksidlərinin və karbohidrogenlərin miqdarı uyğun
olaraq 30...35% və 20% azalır, benzinə 14%-ə qədər qənaət edilir. Bununla belə benzometanol
qarışığının da istifadə edilmə sərhəddi məhduddur. Birinci ona görə ki, soyuq mühərriki havanın
temperaturu 26°C-yə qədər olduqda işə salmaq olur, ikinci isə odur ki, metanol zəhərlidir, onu
birləşmələri yüksək dərəcədə kipləşdirilmiş qida sistemində saxlamaq mümkündür.
Elmi məqsədlər üçün bir sıra elmi-tədqiqat institutlarında və ali məktəblərdə benzin-etanol
qarışığından da istifadə edilmişdir. Qeyd edək ki, avtomobil yanacağı kimi etanol bir sıra
istismar xüsusiyyətlərinə görə (istilik törətmə qabiliyyəti, oktan ədədi və s.) metanoldan
üstündür.
Son illər avtomobil yanacağı kimi hidrogenin işlədilməsi sahəsində geniş elmi və təcrübəvi
araşdırmalar yerinə yetirilir. Digər yanacaq növlərinə görə hidrogen bir çox fiziki-kimyəvi
üstünlüklərə malikdir: yüksək yanma sürəti, həmçinin temperaturu var, alovlanma sərhədləri
genişdir, yanma məhsullarının tərkibində CO, NOx və CH kimi zəhərli maddələr yoxdur və s.
94
Hidrogen - hava qarışığının istilik törətmə qabiliyyəti aşağı olduğu üçün (benzinə nəzərən)
mühərrikin gücü 15...20% azalır. Bu halda (xüsusən mühərrikin kiçik və orta boş işləmə
rejimlərində) tullantıların içərisində dəm qazının və azot oksidlərinin miqdarı uyğun olaraq 13 və
5 dəfə, karbohidrogenlərin miqdarı isə 30% azalır.
Hidrogenin istifadə edilməsinin əsas çətinliyi odur ki, maye halında saxlanılması üçün ona
enerji cəhətdən ekvivalent olan benzinin saxlanılması üçün lazım olan tutumdan 3,5 dəfə böyük
həcm lazımdır. Elə bu xüsusiyyətinə görə avtomobil nəqliyyatında hidrogenin geniş istifadə
edilməsi mümkün deyil (partlayış yaratma qabiliyyəti var). Buna görə avtomobillərdə
hidrogendən yüksək qaynama xassəsinə malik kimyəvi yanacaqların tərkibində istifadə olunur.
Belə yanacaq növlərindən biri ammonyakdır. O, sadə istehsal texnologiyasına, təmin edici
termodinamiki göstəricilərə malikdir, nisbətən ucuz başa gəlir. Normal şəraitdə ammonyak
xarakter iyi olan rəngsiz qazdır, normal temperaturda və 0,6...0,7 MPa təzyiqdə ammonyak
mayeləşir. Enerji tutumu baxımından o, benzin, metanol və hidrogendən uyğun olaraq 2,4; 1,1 və
6,4 dəfə geri qalır. Bununla belə ammonyak yüksək detonasiyaya davamlılığı ilə fərqlənir (oktan
ədədi 100-dən çoxdur). Ammonyakın əsas mənfi xüsusiyyətləri korroziya aqressivliyinə malik
olması və tullantıların içində azot monooksidinin (zəhərli element) olmasıdır. Vahid nəqliyyat
işinə düşən və atmosferə buraxılan zəhərli birləşmələrin xüsusi çəkisi ammonyak üçün
hidrogendən 1,6 dəfə, benzindən isə 2,8 dəfə azdır.
Son zamanlar avtomobil yanacağı almaq üçün qaz kondensatlarından əlavə xammal
mənbəyi kimi istifadə edilir. Qaz kondensatları normal şəraitdə təbii qazlardan alınan maye
şəklində karbohidrogenlərdən ibarətdir. Qaz kondensatlarının fiziki - kimyəvi göstəriciləri dizel
yanacaqlarının istismar xüsusiyyətlərinə yaxın olduğundan onlar dizel mühərriklərində tətbiq
edilir. Qaz kondensatı istifadə edildikdə işlənmiş qazların tüstülənmə dərəcəsi təxminən 10%
aşağı düşür.
7.
Avtomobillərdə havaya atılan işlənmiş qazların tərkibini neytrallaşdıran qurğuların
(sistemlərin) istifadə edilməsi.
Bu qurğular avtomobilin konstruksiyasına əlavə olunur və xaricə
buraxılan tullantıların tərkibini zəhərli birləşımələrdən təmizləyir. Belə sistemlərin iş prinsipi
zəhərli maddəbrin fiziki-kimyəvi işlənilməsinə əsaslanır. Bunun üçün istifadə edilən
katalizatorlar baha başa gələn palladium və platindən hazırlanır. Bu kimyəvi elementlər yüksək
selektiv xüsusiyyətə və ömür uzunluğuna malikdirlər. Neytrallaşdırıcı qurğularda adları çəkilən
az tapılan metallardan istifadə edildiyi üçün onların istehsal dəyəri yüksəkdir.
8.
Yük və sərnişin daşımalarında qaz balonlu avtomobillərin istifadə edilməsi.
Bu
avtomobillərin konstruktiv xüsusiyyətləri imkan verir ki, ANM-nin müvafiq bölmələrində heç
bir texniki dəyişiklik aparmadan onların istismarı, saxlanılması, texniki qulluğu və təmiri yerinə
yetirilsin.