Kimya məktəbdə
65
keçirdikləri mühüm tədqiqatlara görə 1946- cı ildə alimə U.Stenli ilə birlikdə
Nobel mükafatı verilmişdir.
Riçvildə (İndiana ştatı) 1904- 1971) doğulmuş, amerika biokimyaçısı və
virusoloqu, Stenli Uendel Meridit 1929- cu ildə Urbandakı İllinoys Universitetini
bitirmişdir. 1948- ci ildən Berlindəki Koliforniya Universitetinin professoru
olmuşdur. Enzimlər və zülal viruslarını təmiz halda aldıqlarına görə 1946- cı ildə
alim C. Nortrop və U.Stenli ilə birlikdə Nobel mükafatına layiq görülmüşdür.
İngilis üzvi kimyaçısı, Baffordda (Derbşir) (1866- 1975) anadan olmuş,
Robinson Robert 1906- cı ildə Mançester Universitetini bitirmişdir. 1930- 1955-
ci illərdə Oksford Universitetinin professoru kimi elmi- pedaqoji fəaliyyət
göstərmişdir. Məlum bitki məhsullarının, xüsusən alkaloidlərin tədqiqi ilə
əlaqədar həyata keçirdiyi mühüm işlərinə görə 1947- ci ildə alim Nobel
mükafatına layiq görülmüşdür.
Stokholmda (1902- 1971) doğulmuş, İsveç kimyaçısı Tizelius Arne Vilhelm
1925- ci ildə Ujal Universitetini bitirmişdir. 1928- ci ildə həmin Universitetdə
işləmiş, 1938- ci ildən isə professor vəzifəsində çalışmışdır. Elektroforez və
adsorbsiya analizi metodlarını yaratdığına, xüsusən, qan zərdabının zülal təbiəti
ilə əlaqədar mühüm kəşflərinə görə 1948- ci ildə alim Nobel mükafatı almışdır.
Amerika fiziki- kimyaçısı, Niaqara- Foqsda (Kanada) (1895- 1982) anadan
olmuş, Ciok Uilyam Frensis Berlindəki Kaliforniya Universitetini bitirmişdir.
1920- 1977- ci illərdə həmin Universitetdə (1934- cü ildən professor) fəaliyyət
göstərmişdir. Kimyəvi termodinamika, maddələrin çox aşağı temperaturda halının
öyrənilməsi sahəsində həyata keçirdiyi mühüm tədqiqatlara görə alim 1949- cu
ildə Nobel mükafatına layiq görülmüşdür.
Londonda (1910) doğulmuş, İngilis kimyaçısı və fiziki- kimyaçısı Martin
Arçer Con 1932- ci ildə Kembric Universitetini bitirmişdir. Ayırıcı
xromotoqrafiya metodlarını kəşf etdiklərinə görə alim 1952- ci ildə R.Sinqlə
birlikdə Nobel mükafatı almışdır.
Liverpulda (1914) doğulmuş, İngilis biokimyaçısı, Sinq Riçard Lourens
1936- cı ildə Kembric Universitetini biirmişdir. Ayırıcı xromotoqrafiya
metodlarını kəşf etdiklərinə görə alimə 1952- ci ildə A. Martinlə birlikdə Nobel
mükafatına layiq görülmüşdür.
Alman kimyaçısı, Vermsdə (1881- 1965) anadan olmuş, Ştaudinger German
1898- ci ildə Hall Universitetində, 1899- cu ildə Darmştadt Ali Texniki
Məktəbində, 1900- cü ildə isə Münhen Universitetində oxumuşdur. 1903- cü ildə
Halda fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1940- 1951- ci illərdə Yüksək
malekullu birləşmələr sahəsində mühüm tədqiqatlarına görə 1953- cü ildə Nobel
mükafatı almışdır.
Portlenddə(1901) anadan olmuş, amerika fiziki və kimyaçısı, Polinq Laynus
1(49)2015
66
Karl 1922- ci ilə qədər Oreqon Dövlət Kənd Təsərrüfatı kollecində və
Pasadendəki Kaliforniya Texnologiya İnstitutunda oxumuşdur. 1925- ci ildə
fəlsəfə doktoru alimlik dərəcəsi almış, həmin İnstitutda işləmişdir. 1931- ci ildən
professor vəzifəsində çalışmışdır. Kimyəvi rabitənin təbiəti və onun mürəkkəb
birləşmələrin quruluşunun təyini üçün tətbiq edilməsi ilə əlaqədar həyata keçirdiyi
geniş miqyaslı tədqiqatlara görə 1954- cü ildə kimya sahəsində Nobel mükafatına,
1962- ci ildə isə Nobel Sülh mükafatına layiq görülmüşdür.
Amerika biokimyaçısı, Çikaqoda (1901- 1978) doğulmuş, Vinyo Vinset
1923- cü ildə İllinoys Universitetini, 1927- ci ildə isə Roçister Universitetinin
Tibb məktəbini bitirmişdir. Kükürdün mühüm bioloji birləşmələrinin, xüsusən
polipeptid hormonununilk sintezini həyata keçirdiyinə görə alim 1955- ci ildə
Nobel mükafatına layiq görülmüşdür.
Rus fiziki və fiziki- kimyaçısı, Saratovda (1896- 1986) anadan olmuş,
Semyonov Nikolay Nikolayeviç 1917- ci ildə Petroqrad Universitetini
bitirmişdir.1928- ci ildən Leninqrad (indiki Sankt Peterburq) Politexnik
İnstitutunda professor vəzifəsində çalışmışdır. Kimyəvi reaksiyaların
mexanizminin öyrənilməsi sahəsində həyata keçirdikləri kompleks tədqiqatlara
görə 1956- cı ildə alim S.Xinşelvudla birlikdə Nobel mükafatına layiq
görülmüşdür.
Londonda (1897- 1967) anadan olmuş, ingilis fiziki- kimyaçısı, Xinşelvud
Siril Norman 1920- ci ildə Oksford Universitetini bitirmişdir. 1921- 1964- cü
illərdə həmin Universitetdə fəaliyyət göstərmiş, 1937- ci ildə professor elmi adı
almışdır. Kimyəvi reaksiyaların mexanizminin öyrənilməsi sahəsində həyata
keçirdikləri tədqiqatlara görə 1956- cı ildə alim N.Semyonovla birlikdə Nobel
mükafatına layiq görülmüşdür.
Qlazqo, Frankfurt- Mayn və Oksford Universitetlərində təhsil almış, ingilis
qzvi kimyaçısı, Qlazqoda (1907) anadan olmuş, Todd Aleksander 1931- 1933-cü
illərdə Oksford, 1944- 1977- ci illərdə Kembric Universitetinin professoru
vəzifəsində fəaliyyət göstərmişdir. Nukleotidlər və nukleotid koenzimlərin sintezi
və xassələrinin öyrənilməsi sahəsindəki çoxillik tədqiqatlarına görə alim 1957- ci
ildə Nobel mükafatına layiq görülmüşdür.
Ingilis biokimyaçısı, Rendkombda (1918) anadan olmuş, Senqer Frederik
1939- cu ildə Kembric Universitetini bitirmişdir.1941- ci ildən həmin
Universitetdə fəaliyyət göstərir. Zülalların, xüsusən insulinin quruluşunun
öyrənilməsinə həsr olunan tədqiqatlarına görə alim 1958- ci ildə Nobel mükafatı
almışdır. DNT- nin ilkin quruluşunun müəyyən edilməsi sahəsində mühüm
xidmətlərinə, nuklein turşularının, rekombinant DNT- nin biokimyəvi xassələrinin
öyrənilməsi sahəsində fundamental tədqiqatlarına görə 1980- cı ildə alim ikinci
dəfə U.Gilbertlə birlikdə Nobel mükafatına layiq görülmüşdür.
1909- cu ildə Praqa Universitetində təhsil almış, Çex kimyaçısı, Praqada