1
Aqata Kristi
Baş nazirin
oğurlanması
«Йазычы» няшриййаты
Bakı - 2012
2
Az2
----------
2012
BBKC – 63
Aqata Kristi
C – 63. “Baş nazirin oğurlanması”
(Tərcümələr toplusu kitabı)
Ingiliscədən çevirəni: Camal Zeynaloğlu
Rəyçi:
Kamran Nəzirli
,
filologiya elmləri namizədi
Bakı, “Yazıçı” nəşriyyatı – 2012, - 144 səh.
5204000101 – (450)
C ----------------------------- 04 -11qrifli nəşr
M - 656 - 2012
©
C.Zeynaloğlu
3
Aqata Kristi
---------------------------------------
/İngiltərə/
Onu "cinayətlərin kraliçası" adlandırırdılar, amma özü-
nün başqa - "Ölüm hersoginyası" titulu xoşuna gəlirdi..
Ginnesin Rekordlar kitabında onun əsərləri 103 dildə 2
milyard nüsxədə çap olunub.O, dünyada ən çox oxunan
müəllifdir.
Aqata Meri Klarissa Miller - 1890-cı il sentyabrın 15-də
İngiltərənin Devonşir qraflığında anadan olan Aqata ailədə
üçüncü övlad idi. Bir çox məşhur yazıçıların həyatı ilə
maraqlananda bəlli olur ki, onların çoxunun uşaqlığı
acınacaqlı və keşməkeşli keçib. Aqatanın bu cəhətdən bəxti
gətirmişdi. Zəngin bir ailədə dünyaya göz açan qızcığazın
böyüdüyü mühit gələcəkdə yazacağı əsərlərində apaydın
təsvir olunacaqdı.
11 yaşının tamamında atasını itirən Aqata anasının
himayəsində böyüyür. O, 8 yaşına kimi heç bir məktəbdə
təhsil almır, çünki anası bunun əleyhinə idi. Amma Kristi
hələ 4 yaşında yazmağı bacarırdı.
Yaşıdlarından, bacı-qardaşından çox fərqlənən balaca
qızın sanki öz dünyası var idi. Aqata həmişə xəyalında
canlandırdığı obrazlarla söhbətləşir, fikirlərini onlarla
bölüşürdü. Elə həmin dövrlərdə Artur Konan Doylun “Mavi
karbunkul" adlı detektiv romanının səs-sorağı Kristiyə də
gəlib çıxır. Romanı oxuyar-oxumaz balaca qızcığaz özünə söz
verir: "Nə vaxtsa mən də detektiv roman yazacağam!".
4
Aqata "Staylsda sirli hadisə" ilk detektiv romanını böyük
bacısı ilə mərcə girərək yazıb. Bacısı iddia edirdi ki, yaxşı
detektiv yazmaq çətindir. Aqata kitab yazsa da, uzun müddət
nəşr elətdirə bilmir. Romanını çap etməyi altı nəşriyyat rədd
etsə də, yeddincisi risk elədi. Yalnız 2 min nüsxə satıldı, yazıçı
kiçicik qonorar - 25 funt-sterlinq aldı. "Detektiv
kraliçası"nın doğuluşunu geniş kütlə hiss etmədi. Aqatanın
"Sirli düşmən" adlı kitabı 1922-ci ildə çapdan çıxır. Aqata
düşünür ki, qadın detektiv yazarı oxucular tərəfindən yaxşı
qarşılanmayacağından özünə başqa təxəllüs götürsün. Amma
naşir onun öz adının saxlanmasına təkid etdi. Çünki Aqata
adı
nadir
və
yadda
qalan
idi.
1926-cı il Kristi üçün uğursuz oldu. Oxucular, tənqidçilər,
bəzi yazıçı kolleqaları onun «Rocer Ekroydun ölümü»
romanının novatorluğunu qəbul etmədilər. Kitabda hadisələr
cinayətkarın dilindən danışılırdı, bu da klassik detektiv
janrının qanunlarına zidd idi. Bundan başqa, Aqatanın anası
rəhmətə getdi, həyat yoldaşı Arçi isə başqa qadına aşiq
olduğunu bildirdi. Hətta qızları Rozalinda belə atasını ailədə
saxlaya bilmədi. Yoldaşı tərəfindən atıldığını öyrənən Aqata
bir ilə onun geri qayıdacağına ümid edirdi. Bu baş
verməyəndə o, intiqam almaq məqsədilə cəmiyyətə detektiv
yazarı kimi unikal qabiliyyətlərə sahib olduğunu nümayiş
etdirməyə qərar verdi.
Kristi güclü qadın idi və 1926-cı ildə baş verən hadisələr
onun iş qabiliyyətinə təsir eləmədi.. Həmin il o, "Vikarinin
evində ölüm hadisəsi" romanını yazdı. Bu əsərdə Aqata ilk
qadın həvəskar detektiv personajını - miss Marplı yaratdı.
40-cı illərdə Aqata bir sıra romanlar, radio və
teletamaşalar, film ssenariləri yazdı. İstedadlı yazıçının belə
intensiv yaradıcılığı ayrılıqla izah edilirdi. Çünki həyat
yoldaşı İkinci Dünya müharibəsi illərində Türkiyə, Suriya və
Misirdə qaldı. Aqata isə ölkəsinin çətin günlərində artıq yaşlı
olmasına baxmayaraq, yenidən hospitala işləməyə getdi. Bu
dövrdə o, iki əsərinin əlyazmasını bank seyfində saxladı:
"Pərdə" - Erkül Puaronun son işi və "Miss Marplın son
təhqiqatı". Onun hərəkətini izah edən bir neçə versiya var idi.
Bəziləri
düşünürdülər ki, Aqata onu bezdirən iki
qəhrəmanından yaxa qurtarmaq istəyir. Amma əsl izah onun
Dostları ilə paylaş: |