İnkişaf etmiş bazar ölkələrinin təcrübəsi
göstərir ki, dövlət tərəfindən
xüsusi mülkiyyət hüququnun müdafiəsi və bağlanmış sazişlərin icrasının təmin
edilməsi normal sahibkarlıq fəaliyyətinin ən zəruri ilkin şərtləridir və bu sahədə
dövlətin vacib funksiyalarından biridir. Xüsusi mülkiyyət hüquq ilə sıx əlaqəli
çıxış edən məsələlərdən biri də sahibkarlar arasında bağlanmış sazişlərin
icrasına dövlət tərəfindən zəmanət verilməsidir. Məlumdur ki, bazar
iqtisadiyyatının əsas fərqləndirici cəhətlərdən biri iqtisadi resursların, hazır
məhsulun və s. əmtəələrin könüllü mübadiləsidir. Əgər mübadilə prosesi bazar
subyektləri tərəfindən bir-birilə müvafiq iqtisadi əlaqələrə girmək haqqında
qərar qəbul etdikdən dərhal sonra baş verirsə, bu halda mübadilə prosesi
dövlətin heç bir hüquqi müdaxiləsi olmadan da etibarlı şəkildə həyata keçirilə
bilər. Lakin, bir çox hallarda bağlanmış sazişlərlə onların reallaşdırılması,
əmtəənin pulunun ödənməsi ilə onun real şəkildə əldə edilməsi arasında
müəyyən vaxt keçir. Buna misal olaraq kreditlər, sığorta və s. haqqında olan
sazişləri göstərmək olar. Bu halda dövlət tərəflər arasında bağlanmış sazişlərin
həqiqətən icrasının müdafiəsində dayanır, hər hansı bir tərəfin mənafeyinin
pozulmasına qanunvericilik qaydasında yol verilmir, sazişlərin icrasında hər cür
saxtakarlığa, zorakılığa və digər bu kimi hallara qarşı qanun bütün gücü ilə
mübarizə aparır. Əlbəttə belə düşünmək olmaz ki, bazar iqtisadiyyatı şəraitində
dövlət sahibkarlar arasında bağlanmış hər cür müqavilənin icrasına təminat
verir.
7
BAKI-2021
Bu halda hansı sazişlərin dövlət tərəfindən hüquqi cəhətdən dəstəkləndiyi,
hansılarınsa inkar edildiyi haqqında bazar subyektlərinin əvvəlcədən
məlumatlandırılması qanunvericilik sisteminin əsas vəzifələrindən birini təşkil
edir.
Dostları ilə paylaş: |