İxtisarların siyahısı:
AÇFI
– angiotenzin çevirici ferment inhibitorları
AH
– arterial hipertenziya
AKC
– Avropa Kardioloji Cəmiyyəti
AKŞ
– aorta-koronar şuntlama
ASLP
– aşağı sıxlıqlı lipoproteidlər
AT
– arterial təzyiq
DQR
– döş qəfəsi rentgenoqrafiyası
DTS
– Duke Treadmil Score
EKQ
– elektrokardioqrafiya
ExoKQ – exokardioqrafiya
FYS
– fiziki yük sınağı
KKS
– kəskin koronar sindrom
KT
– kompüter tomoqrafiya
KÜDC
– Kanada Ürək-damar Cəmiyyəti
Lpa
– lipoprotein (a)
MET
– metabolik ekvivalent
Mİ
– miokard infarktı
MRT
– maqnit-rezonans tomoqrafiya
NT-BNP – N-terminal beyin natriuretik peptid
PKM
– perkutan koronar müdaxilə
PDYT
– polidoymamış yağ turşuları
RA
– risk amilləri
ŞD
– şəkərli diabet
SM
– sol mədəcik
SS
– sabit stenokardiya
TFEKT – təkfotonlu emission kompüter tomoqrafiya
ÜİX
– ürəyin işemik xəstəliyi
ÜX
– ümumi xolesterin
ÜD
– ürək-damar
yh CRZ – yüksək həssaslıqlı C
reaktiv zülal
YSLP
– yüksək sıxlıqlı lipoproteidlər
SÖEA
– sol ön enən arteriya
TQ
– triqliseridlər
WPW
– Wolff-Parkinson-White
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan
kardioloqlar, təcili yardım həkimləri, terapevtlər, ailə həkimləri üçün
nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: sabit stenokardiyası olan xəstələr.
Protokolun məqsədləri:
►
Klinik protokolun məqsədi, fərdi xəstələrdə ən yaxşı müalicə
strategiyasını seçmək və təxirəsalınmaz vəziyyətlərdə sübuta
yetirilmiş bütün uyğun müalicə tədbirlərini həkimlərə təqdim
etməkdir.
►
Bütün prosedurlar və müalicələr üçün tövsiyələrin gücü və
sübutların səviyyəsi müəyyənləşdirilmiş
şkalaya
əsasən
ölçülmüşdür. Bununla yanaşı, hər bir fərdi xəstəyə yardım barədə
son mühakimə məsuliyyət daşıyan həkim tərəfindən verilməlidir.
ÜMUMİ MÜDDƏALAR
Sabit stenokardiya – fiziki gərginlik (hərəkət, yüksəkliyə qalxma,
ağırlıq qaldırma), AT yüksəlməsi, soyuq, çoxlu miqdarda qida qəbulu,
emosional stresslə əlaqədar meydana gələn, döş sümüyünün arxasında
lokalizasiya olunan, tutmaşəkilli, sıxıcı, təzyiqedici ağrı və ya narahatlıq
hissi ilə xarakterizə edilən, sol qola, boyuna, çənəyə irradiasiya edən,
adətən 3-5 dəqiqə davam edən, sakitlik halında, sublinqval nitroqliserin
qəbulundan sonra bir neçə dəqiqə ərzində keçib gedən klinik
sindromdur.
Stenokardiya miokardın keçici işemiyası, yəni miokardın oksigenə
olan tələbatı və onun koronar qan dövranı ilə çatdırılması arasında
uyğunsuzluq nəticəsində meydana gəlir.
Stenokardiyanın patomorfoloji substratı praktiki olaraq həmişə
koronar arteriyaların aterosklerotik zədələnməsidir.
Epidemiologiya
ÜİX uzun illərdir ki, əksər iqtisadi cəhətdən inkişaf etmiş
ölkələrdə əhalinin əsas ölüm səbəbini təşkil edir. Şərqi Avropa, ABŞ,
Kanada, Avstraliyada son onilliklər ərzində ölüm göstəricisi faizinin
azalmasına meyllilik aşkar olunmuşdur. SS-nin rastgəlmə tezliyi
yaşla əlaqədar olaraq kəskin artır: qadınlar arasında 45-54 yaşda 0,1-
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
1% təşkil etdiyi halda, 65-74 yaşda 10-15%; kişilərdə uyğun olaraq
2-5% və 10-20% təşkil edir. Əksər Avropa ölkələrində SS-nin
yayılması 1 mln əhaliyə 20 000-40 000 təşkil edir.
Risk amilləri
SS koronar arteriyaların aterosklerozunun klinik təzahürüdür.
Aterosklerozun inkişaf etmə ehtimalı aşağıdakı risk amillərinin (RA)
mövcudluğu fonunda əhəmiyyətli dərəcədə yüksəlir.
1.
İdarəolunmayan (modifikasiya olunmayan) risk amilləri
►
50-60-dan yuxarı yaş
►
Kişi cinsi
►
İrsi meyllilik
2.
İdarəolunan (modifikasiya olunan) risk amilləri həddindən
artıq çoxdur. Real sübuta yetirilmiş RA aşağıdakılardır:
►
Dislipidemiyalar
►
Arterial hipertenziya
►
Tütünçəkmə
►
Piylənmə
►
Karbohidrat mübadiləsinin pozulması (hiperqlikemiya, şəkərli
diabet)
►
Hipodinamiya
►
Qeyri-rasional qidalanma
►
Hormonal disbalans
►
Podaqra
►
Psixoemosional gərginlik
Son illər aterosklerozun öyrənilməsi istiqamətində aparılmış
tədqiqatların nəticəsində isbat olunmuşdur ki, sadalanan RA-dan
daha əhəmiyyətli olanları – dislipidemiya, AH, tütünçəkmə,
piylənmə və ŞD-dir.
ÜİX aşkar olunmuş xəstələrdə RA öz mənfi təsirini göstərməkdə
davam edərək, xəstəliyin proqressivləşməsinə və proqnozun
pisləşməsinə səbəb olur. Məhz bu səbəbdən də RA-nın korreksiyası
müalicə taktikası və ikincili profilaktikanın tərkib hissəsi olmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.