9
Yaxud başqa bir misal:
Kəklik qarışqanı dimdikləyərək,
Onu dimdiyinə sıxırdı bərk-bərk.
Qarışqa kəkliyə gülərək bu an,
Dedi ki, “sən gülmək bacarmayırsan”.
Yazıq qarışqaya baxaraq dik-dik,
“Bu mənim peşəmdi” söylədi kəklik.
Sonra qəhqəhəylə o güldü birdən,
Saldı qarışqanı öz dimdiyindən.
H
ər kim bu dünyada gülərsə artıq,
Ondan uzaqlaşar məncə xoşbəxtlik.
Bu
parçalarda şifahi xalq yaradıcılığından baca-
rıqla istifadə edilmişdir.
“Bülbül ilə qızılquş” dastanı da təmsildir. Həm
də ictimai məzmunu daha güclüdür. Bu təmsilin
əsas məzmununu istehza təşkil edir. Nizami daxilən
acıyır, kədərlənir, zahirən istehza edir. Adama elə
gəlir ki, Nizami də susmağı üstün tutur. Lakin əsərin
ictimai məzmunu hər şeyi açır, əsl həqiqəti üzə
çıxarır. Bizcə buradakı bülbül şairin özüdür və ya
zəmanəsinin daha başqa gözü açıq, düşünən bir
şəxsiyyətidir.
O, gecə-gündüz xalqının eşqilə bülbül kimi
ötür, nəsibi isə arpa çörəyindən başqa bir şey
deyildir. Qızılquş isə saraylarda yaşayıb-yaradan,
naz-
nemət içində xumarlanan məddah şairləri təmsil
10
edir. Onlar ağızlarına su alıb otursalar da, günləri
eyş-işrətlə keçir. Nizami bu təzadlı vəziyyəti təhlil
və müqayisə edərək, Bülbül və Qızılquşun rəmzi su-
rətlərini yaradır. Bülbülün dilindən deyilən aşağı-
dakı etiraz dolu misralar həmin fikri təsdiq etmək-
dədir:
“...Nə müddətdir, dünyaya gəlib alırsan nəfəs,
S
əndən eşitməyibdir, bir şirin nəğmə heç kəs.
S
əncər dəstigahıdır, sənin mənzilin hər an,
Da
ğ kəkliyi döşüdür xörəyin, bilir cahan.
Bir göz açıb yumunca çıxarıram sinədən,
Yüzlərcə mirvarilər, yüzlərlə şux gövhər mən.
Bəs, nədən qurd quşlardır, mənim yediyim xörək,
Nədən tikanlıqlardır, mənim evim, de görək”.
Qızılquş “yüz iş görüb birin açmadığı” halda,
“xörəyi kəklik döşü, mənzili şahın əlinin üstü”
olmuşdur.
Nizaminin dövrü elədir ki, çoxları qızılquş
kimi susmağı üstün tuturlar. Bülbül kimi ötməyin,
nəğmə deməyin xeyri yoxdur. Şair öz ürək ağrısını
bir beytlə tamamlayır:
Gəl nəzmin şöhrətini qaldırıb etmə bayraq,
Ta sən də Nizamitək olmayasan bir dustaq.
11
Məlumdur ki, Nizami hər oxuyub öyrəndiyini,
hər eşidib bildiyini olduğu kimi öz poeziyasına
gətirməmiş, əksinə bunları saf-çürük etmiş, ağıl
süzgəcindən keçirmiş, “ağlabatan” şəklə salmış,
xalq ədəbiyyatının öz üslubuna uyğun tərzdə istifadə
etmişdir.
Folklor
şünas-alim Sədnik Paşa Pirsultanlının
uzun illərdən bəri xalqdan topladığı təmsillər “Azər-
nəşr” tərəfindən 1992-ci ildə nəşr edilmiş, “Azər-
baycan xalq söyləmələri” kitabına daxil edilmişdir.
Kitaba daxil edilmiş təmsillərin üzərində
zamanın möhürü vardır. Burada ayrı-ayrı heyvanlar,
bitkilər və digər canlılar insan kimi şəxsiyyətlən-
dirilib danışdırılır və onların timsalında cəmiyyətdə
yaramaz insanların eyibləri müxtəlif hərəkət və
danışıqlar vasitəsilə özünü göstərir. Burada tülkü
hiyləgər, ayı axmaq, canavar sadəlövh, çaqqal arada
vurnuxan, dəvə, at müdrik və s. şəkildə şəxsiy-
yətləndirilir.
“Ay
ı və tülkü” təmsilində deyilir:
İki dağın arasında olan uçurumun kənarı ilə Ayı
və Tülkü üzüyuxarı çıxırlar. Hər ikisi acdır. Tülkü
hiss edir ki, Ayı aclığa tab gətirməyib onu parçala-
yacaqdır. Odur ki hiyləyə əl atır, yalandan hönkürə-
hönkürə ağlamağa başlayır. Ayı soruşur:
-
Tülkü, niyə ağlayırsan?
Tülkü deyir:
12
-
Mənim Tülkü atam, sənin atan Ayı əmim və
mən bu yerlə üzüyuxarı gedirdik. Acdığımızı görüb,
Ayı əmim bu dağdan o dağa hoppanıb elə ov ovladı
ki, hər üçümüz doyunca yedik.
Ayı dedi:
-
Bundan ötrü ağlamağa dəyməz, mən də
hoppanaram.
Bunu deyib uzaq məsafəyə doğru hoppandı,
lakin yerə düşüb xırdu-xəşil oldu. Hiyləsi baş tutan
Tülkü ayıya dedi:
-
Mən sevinirəm ki, əmim oğlu gözüm baxa-
baxa mənim yolumda canını fəda etdi. Deyirəm,
əmioğlu, sən ölürsən, daha mən niyə ölüm?
Tülkü Ayının ayaq tərəfindən cəmdəyini söküb
yeməyə başladı. Ayı onun hiyləsini gec də olsa başa
düşüb dedi:
-
Döşüm daha yağlıdır.
Ayı istəyirdi ki, döşünə yaxın gələndə Tülkü-
nün başını ağzına alıb qoparsın və ondan intiqam
alsın. Tülkü dilləndi:
-
Əmi oğlu, sən narahat olma, cəmdəyini
aşağıdan sökə-sökə döşünə də gəlib çatacam.
Tülkünün hiylələri heç də həmişə qələbə ilə
nəticələnmir. Bəzən, özü-öz hiyləsinin toruna düşür.
“Şir, tülkü və çaqqal” təmsilində olduğu kimi:
Şirlə tülkü böyük bir ormanlıqda gəzirdilər.
Tülkü dərindən ah çəkdi, bunu eşidən şir soruşdu:
-
Sən niyə ah çəkdin, ay tülkü lələ?
Dostları ilə paylaş: |