Yalançı kaliforniya çanaqlı yastıcası - Diaspidiotus
ostreaformis Curt. və onun entomofaqları
Bu zərərvericinin dişiləri və surfələri əksər meyvə ağaçlarının və park -
dekorativ bitkilərin uzərində yaşayır, onların şirəsini sorur və onlara
böyük zərər vurur. Zərərverici alma, armud gavalı ağaclarına böyük zərər
vurur, gilas, gilənar ağaclarını da yoluxdurur. Güglü yoluxmada ağacların
yarpaqlarının qurumasına və tökülməsinə, ümumi inkişafın zəifləməsinə,
məhsuldarlığın kəskin aşağı düşməsinə, məhsulun keyfiyyətinin
azalmasına səbəb olur. Bəzi hallarda çanaqlı yastıca koloniyaları bitkinin
üzərini tamamilə örtür, hətta qabıq belə görünmür. Belə hallarda budaqlar,
zoğlar quruyur, hətta bitki tamamilə məhv olur. Dekorativ bitkilərdən
palıd, qaraqac, qovaq, söyüd ağaclarını yoluxdurur, bəzən çox güclü zərər
vurur.
Dünyada Amerikada (ABŞ və Kanadada), Cənubi Amerikada,
Avstraliyada, Avropa dövlətlərində, Asiya dövlətlərindən İran, Türkiyə,
İsraildə, Afrikada (Əlcəzair və Misirdə) yayılmışdır. Yalançı kaliforniya
çanaqlı yastıcası keçmiş SSRİ məkanında çox geniş yayılmışdır.
Leninqrad-Moskva
vilayətlərində,
Latviya,
Moldova,
Ukrayna,
Türkmənistan və Özbəkistan respublikalarında, Şimali Qafqazda,
Xabarovsk və Çita vilayətində, Saxalin və Kuril adalarında, Yakutiyada
yayılmışdır.
Bütün dünyada və keçmiş SSRİ məkanınıda çox geniş yayılmasına
baxmayaraq biologiyası az öyrənilmişdir. Primorye vilayətində Çumakova
(1953), Moldaviyada V.Taliski (1954) biologiyasını öyrənmişlər, Bazarov
B.B, Smelev Q.P. Orta Asiyada (Taçikistanda) bu növün bəzi biolkoloji
xüsusiyyətləri haqqında məlumat verir.
Azərbaycanda bu növün yayılması haqqında Borxsenius məlumat
vermişdir. Ədəbiyyatda bu zəzərvericinin yayılmasi, zərər vurduğu
bitkilər, bioekoloji xüsusiyyətləri və yerli faunadan olan entomofaqları
barəsində heç bir məlumat yoxdur. Azərbaycanda bu zərərverici Quba –
Xaçmaz zonasında ilk dəfə olaraq tədqiq olunmuşdur.
Quba – Xaçmaz zonasında bu zərərverici nəinki dağətəyində, hətta
dağlıq hissələrdə – meşələrdə də yayılmışdır. Bu zərərvericinin yetkin dişi
fərdlərinin çanağı dəyirmidir, kaliforniya çanaqlı yastıcasının çanağına
2
oxşayır, lakin sürfə çanaqcıqları mərkəzdə deyil, qıraqda olur. Erkəklərin
çanağı rənginə görə dişinin çanağına oxşardır, lakin çanaq uzunsov-oval
formadadır, sürfə çanaqjıqları da çanağın qurtaracağında yerləşir. Dişinin
çanağının rəngi orta hissədə bozumtul qəhvəyi rəngli olur, qırağa getdikcə
açıqlaşır, bəzən hətta ağımtıl olur. Mərkəzi hissəsi isə zeytuni – boz rəngli
olur. Dişinin bədəni yumurtavarıdir, bədən şəffafdır.
Apardığımız tədqiqatlarla (2001-2003-cü illər) müəyyənləşdirmişik
ki, yalançı kaliforniya çanaqlı yastıjası II yaşlı sürfə mərhələsində qışlayır.
II yaşlı sürfələrin çanağı boz rəngdə olur. Aprel-may aylarında
(temperatur 14-16
0
C) olduqda bu çanaqlı yastıcada oyanma baş verir.
Xaçmaz rayonunda mayın əvvəllərində, Quba rayonunda isə mayın
ortalarında II yaşlı sürfələr javan dişi fərdlərə və erkəklərə çevrilir. Bu
dövrdə erkək fərdlərin uçuşu baş verir. Erkəklər dişiləri mayaladıqdan
sonra məhv olurlar. Mayın sonu, iyunun I ongünlüyündə ilk yumurta
qoyan dişilər yaranır. Yumurta qoyma 35-40 gün davam edir və iyulun
ortalarına qədər yumurta qoyulur. Yumurta qoyma qabiliyyəti 34-69-a
qədərdir (maksimum 80).(1) Qovaq üzərində 1 dişi fərd orta hesabla 82
ədəd (minimum 55, maksimum 94), alma üzərində isə 68 ədəd
(maksimum 74, minimum 48 ədəd) yumurta qoymuşdur (2002-ci ildə).
Yalançı kaliforniya çanaqlı yastıcasının yumurtaları sarımtıl rənglidir,
oval formadadır. Yumurtanın embrional inkişafı 10-12 gündür. Avara
sürfələr iyunda çıxırlar. İyunun II - III-cü ongünlüyündə bu sürfələrin
kütləvi çıxışı baş verir. Avara sürfələrin çıxışı bütün iyun ayında və
iyulun II-ci ongünlüyünə qədər davam edir.
Avara sürfələr 2-3 gün sərbəst gəzdikdən sonra oturaq həyata keçir,
ətraflar, bığçıqlar itir, mum saplar ifraz olunur və sonradan mum saplardan
çanaq yaranır. Beləliklə, yastıçanın bədəni ilkin sürfə çanağı ilə örtülür.
Yastıcanın çanağı əvvəlcə şəffaf, açıq rənğli olur, sonradan tündləşir.
Yastıcanın bədəni çanaqdan asanlıqla ayrılır. İyulun sonunda, avqustun I –
ci ongünlüyündə I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. II yaşlı sürfələr
aktiv qidalanır və yavaş – yavaş böyüyür. Artıq bu dövrdə erkək və dişi
fərdlər bir – birindən fərqlənməyə başlayırlar: erkəklərin çanaqı uzunsov
oval olur, dişilərin çanaqı isə dəyirmi formada olur. Bu dövrdə yastıcanın
erkək və dişi fərdlərinin çanaqdaxili bədəni də bir – birindən fərqlənməyə
3
başlayır. Dişilərin bədəni oval yumurta formasında olur, erkəklərinki isə
uzunsov olur və gözlər, ətraflar, qanaqlar formalaşır.
Quba – Xaçmaz zonasında bu çanaqlı yastıcanın say tənzimində
aşağıdakı növlərin rol oynadığı müəyyənləşdirilmişdir: Aphytis proclia,
Aphytis mytilaspidis , Archenamus longiclavae, Hispaniella lauri,
Coccophagoides similis və ikincili parazit Azotus atomon
Aphytis proclia xarici parazitdir, yastıcanın yetkin dişilərinin və II
yaşlı sürfələrinin üzərində parazitlik edir. Ədəbiyyat məlumatlarına görə,
keçmiş SSRİ – nin Avropa hissəsində, Krımda, Qafqazda, Zaqafqaziyada,
Orta Asiyada, Primorye vilayətində və Qərbi Avropada yayılmışdır. Bir
sıra çanaqlı yastıcaların parazitidir. Yumurta çanaqlı yastıcanın bədəninin
üzərində qoyulur. Yazda 8 – 10 günlük inkişafdan sonra yumurtadan
parazitin sürfəsi çıxır, sürfə yastıjanın bədəni ilə qidalanır və inkişaf edir.
Parazit sonra puplaşır, yastıcanın bədəni üzərində qarın hissəsi çanaqa
tərəf olmaqla yerləşir. Parazit tam inkişaf etdikdən sonra çanağın bir
tərəfini gəmirir və bu uçuş
dəliyindən xarijə çıxır. Həm erkək, həm də dişi
fərdlərin uçuşu eyni vaxtda baş verir.
Aphytis mytilaspidis xarici parazitdir, II yaşlı sürfələrin və dişi
fərdlərin üzərində parazitlik edir. Polifaq parazitdir, əksər çanaqlı
yastıcaların entomofaqıdır. Bu parazit keçmiş SSRİ – nin Avropa
hissəsində, Krım, Qafqaz, Zaqafqaziya, Orta Asiyada yayılmışdır.
Amerikada, Yaponiyada, Hindistan, İraq, Şimali Afrika və Qərbi
Avropada yayılmışdır. Quba – Xaçmaz zonasında bu parazit azsaylıdır.
Mayın sonunda, iyunun I – ci ongünlüyündə uçurlar. Erkək və dişi
fərdlərin say nisbəti təxminən 1:1 – dir.
Archenomus longiclavae – yalançı kaliforniya çanaqlı yastıcasının say
tənzimində mühüm rol oynayır. 2001 – 2002 – ci illərdə bu çanaqlı
yastıcalardan uçmuş parazitlərin təxminən 54% - ni təşkil edir. Bu
parazitlərin I - ci nəsli iyun ayında uçurlar. II – ci nəslin uçuşu iyulun III –
cü dekadası və avqustda baş verir. Endoparazitdir, parazit uçduqdan sonra
çanaqlı yastıcanın kapsulası qalır. Parazit əvvəlcə yastıcanın qabığını,
sonra isə çanaqı gəmirir və uçuş dəliyindən xaricə çıxır.
Hispaniella lauri – çoxsaylıdır, endoparazitdir. Bu parazit keçmiş
SSRİ - nin Avropa hissəsində, Qafqaz və Zaqafqaziyada Primorye
4
vilayətində yayılmışdır. Qərbi Avropa dövlətlərində də geniş yayılmışdır.
2001 – 2002–ci illərdə bu zərərvericinin say tənzimləyiciləri içərisində II
yeri tutmuşdur, bu zərərverijidən çıxan parazitlərin ümumi sayının 28 –
30% - nı təşkil edir. I nəslin fərdləri iyunun II– III ongünlüyündə, II nəslin
fərdləri isə avqustun I - II ongünlüyündə uçurlar. Həm erkək, həm də dişi
fərdlər eyni vaxtda uçurlar.
Coccophagoides similis – azsaylıdır. Həm erkək, həm də dişi fərdlərə
təsadüf olunur, zərərverijinin say tənzimində az rol oynayır.
Azotus atomon ikincili parazitdir. Keçmiş SSRi –nin Avropa
hissəsində, Zaqafqaziya və Qafqazda, Orta Asiyada yayılmışdır. Şimali
Amerika və Qərbi Avropada da qeydə alınmışdır. Archenomus
longiclavae, Hispaniella lauri üzərində parazitlik edir. Azsaylıdır. İki
cinslidir, erkək və dişi fərdlərin uçuşu eyni vaxtda baş verir.
Beləliklə, Quba – Xaçmaz zonasında zərərvericinin II yaşlı sürfələri
qışlayır, ildə bir nəsil verir. Yerli entomofaqlardan altı növ entomofaq
onun say tənzimində rol oynayır. Yalnız 2 növ: Archenomus longiclavae
və Hispaniella lauri çoxsaylıdır. Bu iki növ parazit zərərvericinin ümumi
sayının 30 - 40% -a qədər azalda bilirlər. Hər iki parazit zərərvericinin bir
nəsli üzərində iki nəsil verir.
Dostları ilə paylaş: |