112
ləri eyni zamanda klassik filologiyanın tədqiqat obyekti-
nə daxildir” fikrini bir daha sübut edir.
Ə. Sultanlının “Dədə Qorqud və yunan dastanları”
əsəri ilə birlikdə A. Aslanovun bu məqaləsi Azərbaycan
klassik filologiyası tarixində tədqiqatın dərinliyi baxı-
mından ən yüksək pillədə durur. Burada biz həqiqi filolo-
ji araşdırma, elmi hipotezlər, güclü arqumentlər, müstə-
qil və orijinal fikirlər görürük. Məqalənin belə yüksək sə-
viyyəsinin iki əsas səbəbini göstərmək mümkündür: 1)
Yazının mövzusu, tədqiqat obyekti özü-özlüyündə müəl-
lifi belə müstəqil araşdırmaya təhrik edirdi. Ədalət nami-
nə qeyd etmək lazımdır ki, burada qaldırılan problemləri
hərtərəfli araşdırmaq üçün bəlkə də bir insan ömrü yet-
məz. Müəllifin özü də bunu başa düşür və bu sahədə öy-
rənilməli məsələlərin çox olduğunu bildirir; 2) Məqalə
mətninin beynəlxalq konqresdə oxunması üçün yazılma-
sı da müəllifi dərin araşdırmaya sövq
edən amillərdən bi-
ri sayılmalıdır. Belə ki, A. Aslanov konqresdə SSRİ kimi
böyük dövlətin filoloji elmini təmsil edirdi. SSRİ isə o
dövrdə bir çox elm sahələrində olduğu kimi, klassik filo-
logiyada da kifayət qədər yüksək səviyyəyə malik idi. Bu
dövlətin təmsilçisindən də bu səviyyəyə uyğun çıxış et-
mək tələb olunurdu.
Məqalənin təsvirçilikdən uzaq olması elə ilk cümlə-
lərdən üzə çüxır. Müəllif Şərq və Qərb estetikalarının əla-
qələri məsələsinə bu vaxta qədər birtərəfli münasibətin
olduğunu qeyd edir: “Şərq və Qərb estetikasının əlaqəsi
məsələlərinin öyrənilməsində bizi maraqlandıran mü-