Demokratiya, xalqın siyasi təcrübə tarixi, siyasi şüur və
mədəniyyəti və s. kimi amillərlə sıx çulğaşmış şəkildə inkişaf
edir. Demokratiya yalnız özündən müştəbeh olan “liderlərin”
rəqabəti, yalnız seçici uğrunda mübarizə olmayıb, həm do
siyasi intellekt və mədəniyyət yarışıdır. “Hakimiyyət xatirinə
hakimiyyət mübarizəsinə” qoşulmaq kimi prinsip müasir
cəmiyyətdə sabitliyin və dövlətçiliyin əsaslan üçün maneə
yaradır. Siyasi partiya, təşəbbüs, bacanq, intellektual potensial
hesabına deyil, başqa üsullarla status-kvonu on illərlə sax
lamağa can atırsa, bunun geci-tezi var.
Bu müddət ərzində müxalifət partiyalan “parçalanma
və kəmiyyət” prinsipindən başqa hansı obyektiv dinamikanı
nümayiş etdirə bilmişdir? Onun özünü yenilikçi adlandıran
qanadlarından hansı radikal stereotiplərdən azad ola, “nor-
mal”lığa doğru addım ata bilmişdir? Cəmiyyətin müxtəlif təbə
qələrinin enerjisini özündə cəmləyə bilmişdir? Sosial dayaqdan
məhrum olduqca təsadüfi insanların cəlb edilməsinə göstərilən
səylər isə son dövrdə olduğu kimi heç bir siyasi əxlaq və
mənəvi dəyər ölçülərinə sığmayan hadisələrlə sonuclanmışdır.
Azərbaycanda müxalifət destruktiv radikalçılığı seç
məklə quruculuğu deyil, qırıcılığı öz məqsədi elan etmiş və
dövlət əleyhinə mövqe tutan siyasi qüvvəyə çevrilmişdir. Onu
əsas səciyyələndirən xüsusiyyətlər isə sislemsizlik - demokra
tik cəmiyyət və hüquqi dövlət strukturuna sığmayan fəaliyyəti;
pərakəndəlik vahid siyasi müxalifət məkanında mövcud ola
bilməyərək dağınıq fəaliyyətə yönəlmək; dəyişiklik və yenilik
lərin dinamikasına uyğunlaşa bilməmək; ictimaiyyətin maraq
larının daşıyıcısı ola bilməmək və s-dir.
Azərbaycan dövləti siyasi partiyalar haqqında qanunu,
hələ parıiyalaşmamn ilk dövründə (1992) qəbul etmişdir. Azər
-
278
-
baycan xalqı da, çoxpartiyalılığı demokratik cəmiyyətin atri
butlarından biri kimi təbii qəbul etmişdir. Parakəndə çoxparti-
yalılığm legitim reqlamentləşdirilməsi üçün dövlət qanun
vericilik baxımından bütün şərtləri təmin edir və demokra
tiyanın prinsiplərinə uyğun olaraq başqa tədbirlər qeyri-məq
buldur. Lakin çoxpartiyalılığın permanent, səmərəsiz, dekora
tiv, qurum deyil, gerçək siyasi subyekt və fəaliyyət mexanizmi
kimi mövcud olduğu partiya sistemi-modelinin formalaşması,
dünya siyasi təcrübəsində mövcud olan, politoloji elmdə təsbit
edilmiş müddəalar əsasında təbii-obyektiv prosesin gedişinin
nəticəsi olmalıdır.
Burada ən çox maneə kimi çıxış edən müxalifət parti
yaları, sistemli dinamikanın prinsiplərinə əməl etmək üçün tə
şəbbüs göstərməlidirlər. Əks təqdirdə siyasi partiya olmaq id
diasında olan qurumlar, ən müxtəlif marağa malik qüvvələrin
hədəfinə çevrilə, ölkədə, regionda və bütövlükdə qlobal siyasi
məkanda sabitlik və əmin-amanlıq üçün təhlükəyə çevrilə bi
lərlər.
İnkişaf etmiş, demokratik partiya sisteminə malik döv
lətlərin təmsilçiləri, hər hansı bir fikir yürüdərkən, fikrimizcə,
məhz bu kontekstdə politoloji maarifləndirmə fəaliyyətini önə
çəkməlidirlər. Belə olarsa, müxalifət zamanında öz səhvlərini,
siyasi təcrübəsizlikdən irəli gələn qüsurları vaxtında təhlil edə,
həm də yerli-yersiz Qərb siyasətçilərinə "dayaqlanması” barədə
şayiələri yaymağın gərəksizliyini başa düşə bilər. Siyasi parti
yaların məqsədinin yalnız və yalnız, istənilən yolla hakimiy
yətə gəlmək deyil, ilk növbədə dövlətçiliyin əsaslarını möh
kəmləndirmək istiqamətində, siyasi idarəetmə strukturlarının
ağnsız əvəzlənməsi, demokratik üsullarla təmin edilməsi, is
lahat və təkamül yolunun, bəşəriyyətin siyasi təcrübəsinin
-
279
-
sınağından çıxmış yol olduğunu görə bilər.
Azərbaycanda müxalifət hərəkatı, sovet imperiyasının
çökməsi gedişində geniş ictimai hərəkatın etiraz dalğasında
yaranmışdır. “Dövlət müstəqilliyi və ərazi bütövlüyü” çağırış
ları bu hərəkata milyonlarla insanları cəlb edə bilmişdi. Lakin
məhz bu amallar - tarixi keçmiş və taleyimizin, Azərbaycana
özəl bir missiya ünvanladığı, bu səbəbdən onun bizi istəyən və
istəməyən bütün qüvvələrin diqqət mərkəzində olması, sabitlik
və vəhdətin təmin edilməsi məqsədi tezliklə unuduldu. Mü
xalifət ictimai hərəkatdan, müxtəlif liderlərin ambisiyalarına
xidmət edən cılız partiyalar qismində mövcudluğa yön aldı.
Dövlət müstəqilliyi və ərazi bütövlüyü kimi ideallardan uzaq
laşdıqca, parçalanma və qarşıdurma yolunu seçən müxalifət
xalqın dəstəyini hər gün itirməyə başladı.
Çünki ən böyük tarixi nailiyyətimiz olan dövlət müs
təqilliyimizə təhlükə olan parçalanma qorxusu, xalqımızın, bu
məsələyə çox həssaslıq və təəssübkeşliklə, narahatlıqla müşa
yiət olunan münasibətini formalaşdırmışdır və xalq, birləşə bil
məyən, parçalanan, sistemli təşkilatlana bilməyən belə partiya
ların cəhdlərinə də vaxtında cavab verir, ona dəstək olmur,
onların çoxunun adını belə eşitmək istəmir. Elektoratı səfərbər
etmək imkanından məhrum olan çoxlu partiyalar, iflasın ən
kəskin mərhələsi ilə üz-üzə durmaq istəmirsə, dünyada mövcud
olan partiyalaşmanın sistemli dinamikası xüsusiyyətlərinə bə
ləd olmalı və əməl etməlidir. Ya dəyişməli, yeniləşməli, xalqın
dəstəyini qazanmalı, ya da siyasi məğlubiyyəti etiraf edərək
siyasi arenadan getməlidirlər.
Ümummilli liderimiz, Heydər Əliyev Yeni Azərbaycan
Partiyasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində de
mişdir: “Mən düşünürəm ki, on il bundan qabaq Yeni Azər
-
2 8 0
-
baycan Partiyasını yaradanlar Azərbaycanın aqibəti haqqında
düşünüblər, millət, Vətən, xalq haqqında düşünüblər. Partiyanı
siyasi uzunömürlülüyünü təmin edən əsas amil - xalqın dəstə
yidir. Əgər xalqın dəstəyi olmasaydı, mən silahsız, heç nəsiz,
Azərbaycanı parçalamaq istəyən qüvvələrin öhdəsindən gələ
bilməzdim”.
Demokratikləşmə prosesləri, cəmiyyətin bütün sahələ
rində, bütün səviyyələrdə ahəngdar inkişaf olmadan mümkün
deyildir. Azərbaycanda çoxpartiyalı sistemin formalaşması da,
bu qurumların, dövlətin və xalqın mənafeyinin gerçək daşıyı
cısına çevrilməsi kimi pozitiv tendensiyaya yön almalıdır.
Azərbaycanın yaşadığı demokratik konsolidasiya mər
hələsinin başlıca əlaməti, ilkin şərti - həm də milli konsolida
siya prosesidir. Azərbaycan xalqı hərc-mərcliyə və sabitsizliyə
“yox” deyərək, bütün potensialını və diqqətini ən böyük prob
lemimiz - Dağlıq Qarabağ probleminin həllinə cəmləmək əz
mini ortaya qoymuşdur. Bu proseslər gedişində, şüarçılıq və
populizmdən başqa heç bir konstuktiv fəaliyyət və nəticəyə nail
ola bilməyən partiyalara inam və etibarın itməsi təbii, qanu
nauyğun haldır.
Bu yalnız Azərbaycan üçün səciyyəvi olmayıb poliıo-
loqlann qənaətinə görə, dünya siyasi tarixinə xas olan bir me-
yildir. Səbəb də seçkidən-seçkiyə elektoratın marağının ardıcıl
olaraq itirilməsidir. Siyasi partiyaların proqram kimi bəyan
etdikləri müddəaların cəmiyyətlə daimi ünsiyyətə deyil, yalnız
seçkiqabağı dövrə hesablanması, onların bir-birini təkrarlama
sı, cəmiyyətin marağını cəlb edə biləcək heç bir sosial-siyasi
təşəbbüsün olmaması məğlubiyyətin başlanğıcıdır. Parlament
seçkiləri ərəfəsində müxalifət partiyalarının “irəli sürdüyü"
proqram, məsələlərin artıq Prezident İlham Əliyevin qəbul
-281
-
Dostları ilə paylaş: |