409
qismi zorla Ġrana köçürülmüĢdü. Bu hadisədən sonra Naxçıvan əhalisinin
sayı daha da azalmıĢdı.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mühüm siyasi və iqtis adi
mərkəz kimi Ģöhrət tapan Ģəhərlərdən biri də Gəncə idi. Gəncə Təkcə
Azərbaycanda deyil, bürün Cənubi Qafqazda gözəl və böyük Ģəhərlərdən sayılırdı.
Bağlı-bağatlı və yaraĢıqlı küçələri olan Gəncə Ģəhəri yaĢıllıq lara bürün müĢdü.
Səyyah Avril Filip Gəncəyə gəliĢini belə təsvir edir: " Biz oraya (Gəncəyə. - məsul
red.) baharın ortalarında gəldik, saysız-hesabsız çiçə kli və yarpaqlı ağacla rla
örtülən evləri yaĢıllıq daha da gözəlləĢdirird i, mən belə bir valehedici mənzərə
görməmiĢəm".
Gəncə Ģəhərinin yerləĢdiyi bölgə dəmir, mis, qurğuĢun, duz və s. faydalı
qazıntılarla da zəngin idi. Bu təbii zənginlik öz növbəsində Gəncə Ģəhərində
sənətkarlığın in kiĢafı üçün əlveriĢli zəmin yaratmıĢdı. Gəncə Ģəhərində hazırlanan
sənətkarlıq əĢyaları Təkcə daxili bazarda satılmır, xaricə də ixrac ed ilird i. Gəncə
eyni adlı xan lığ ın paytaxtı olandan sonra dəfələrlə Kartli-Ka xeti çarlığı və Qarabağ
xanlığı tərəfindən hədələnmiĢ, hətta qısa müddətə həmin feodal dövlətləri
tərəfindən zəbt olun muĢdu.
1778-c i ildə saray çəkiĢmə lərin in qurbanı olan Gəncə xan lığ ının hakimi
Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaĢı Məhəmməd xan əvəz etdi. Onun
hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi. Vəziyyətin belə bir Ģəkil
almasından istifadə edən II Ġrakli Gəncəni zəbt etmək fıkrinə düĢdü. Lakin o,
tələsməyib bu iĢdə Azərbaycanda böyük nüfuza malik o lan və tez-tez ittifaqa
girdiy i qarabağlı Ġb rahimxəlil xandan istifadınə etməyi qərara aldı. Zəngin Gəncə
Ģəhərində çoxdan gözü olan Ġbrahimxəlil xan tərəddüd etmədən II Ġraklinin təklifıni
qəbul etdi.
Beləliklə, 1780-ci ildə Ġrakli və Ġbrahim xan ın qoĢunları Gəncə qalasını
mühasirəyə aldılar. Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim
oldu. Qaliblər Gəncə xanlığ ını birlikdə idarə etməyi qərarlaĢdırıb, öz
nümayəndələrin i Gəncə Ģəhərində yerləĢdirdilər.
Bu hadisədən sonra altı il müddətində Gəncə xanlığı Ġbrah im xan ın təyin
etdiyi Hə zrətqulu bəy və II Ġra klinin nü mayəndəsi Keyxosrov tərəfındən idarə
olundu. Lakin tezliklə Ġbrahimxə lil xan la II Ġrakli arasında Gəncə üstündə ziddiyyət
baĢ verdi.
Hər iki hakim feodal Gəncə xanlığına tam sahib olmaq üçün tədbirlər
görməyə baĢladı. Mübarizə yerli feodalların kö məyindən istifadə edən Ġbrahimxəlil
xanın qələbəsi ilə nəticələndi. II Ġraklinin nümayəndəsi və qoĢunları Gəncəni tərk
410
etməli oldular. Lakin bu hadisədən sonra Ġbrahimxəlil xan ın nümayəndəsi də
Gəncədə çox qala bilməd i. Gəncəlilər üsyan qaldırıb onu da qovdular. Beləliklə,
Gəncə xanlığı üsyan baĢçılarından biri olan Rəhim bəyin əlinə keçdi. Lakin bir
ildən sonra onu xan taxtında qardaĢı Cavadın xan əvəz etdi.
1786-cı ildə Gəncəni yenidən Qarabağ xan lığ ı və Ka rtli-Ka xet i Çarlığının
qoĢunları mühasirəyə ald ılar. Nəticədə Ģəhərə ciddi ziyan dəydi.
XVIII əsrin ikinci yarısında Azərbaycanın ən böyük Ģəhərlərindən biri də
Təbriz idi. Bu Ģəhər Azərbaycanın tarixən əmələ gəlmiĢ ticarət mərkəzlərindən
olmaqla bərabər, ö lkən in siyasi tarixində də böyük rol oynamıĢdır. Təbriz tutduğu
coğrafi və strateji mövqeyinə görə ġərqlə Qərb arasındakı əlveriĢli ticarət yolunun
düyün nöqtəsi idi. Bu Ģəhər hələ ço x qədimdən yalnız A zərbaycanda deyil bütün
Yaxın ġərq Ģəhərləri arasında zəngin liy inə və ticarət əlaqələrinə görə müstəsna yer
tuturdu. Təbrizdən keçən və böyük iqt isadi əhəmiyyətə malik olan karvan yolları bu
dövrdə Ģəhərin inkiĢafında mühüm ro l oynamıĢdır. Mənbələrdə Təbrizin iqtis adi
əhəmiyyətindən bəhs edilərək, Ģəhərin ölkənin Avropa və Asiya ilə ticarətdə önəmli
yer tutduğu göstərilir. Bu, Təbrizin əlveriĢli coğrafi mövqeyi və tranzit yolunda
yerləĢməsi ilə izah edilir.
Azərbaycan müvəqqəti olaraq Ġran dövlətinin əsarəti altında düĢdüyü zaman
Təbriz Ģəhəri nəinki ö z ticarət əhəmiyyətini itirməmiĢ, hətta Ġranın paytaxtı Ġsfahanı
belə bu sahədə geridə qoymuĢdu. XVIII əsrin ikinci yarısında yaĢamıĢ rus tarixçisi
M.Çulkov Təbriz Ģəhərin in üstünlüyündən bəhs edərək yazır ki, bu Ģəhər Ġsfahan
kimi qəĢəng və zəngin bazara malikdir. Təbriz baza rı "Qeysəriyyə" - yəni "Ģah
bazarı" adlanırd ı.
XVIII əsrin ikinci yarısında müstəqil xanlığ ın mərkəzinə çevrildikdən
sonra Təbriz Ģəhəri bir növ öz zənginliyin in qurbanı olmuĢdur. ġəhər bir neçə dəfə
qonĢu xanlıqlar, xüsusilə Urmiya və Xoy hakimləri tərəfindən basqın və qarətə
məruz qalmıĢdır. Bu isə təsərrüfata və əhalin in sayına mənfi təsir göstərmiĢdir.
Yu xarıda haqqında bəhs edilən Ģəhərlərlə yanaĢı, Azərbaycanın bir ço x
Ģəhərləri, o cümlədən Ərdəbil, Xoy, Urmiya, Lənkəran, Dərbənd və s. XVIII əsrin
ikinci yarısında ayrı-ayrı bölgələrin həm ticarət, həm də siyasi mərkəzləri id i. Qeyd
etmək lazımd ır ki, adı çəkilən Ģəhərlərin demək olar, hamısı ya feodal ara
müharibələrin in, yaxud da Xaricdən basqınların qurbanı olmuĢdur. Bu isə, ilk
növbədə, vaxtilə çiçəklənən Ģəhərləri tənəzzülə gətirib çıxarmıĢdır. Qədim
Ģəhərlərin tənəzzüllü ilə yanaĢı, XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində
bir sıra yeni Ģəhərlər də meydana gəlmiĢdir. Yen i Ģəhərlərin təĢəkkülü qədim
Ģəhərlərin meydana gəlməsindən tamamilə fərq lənir. Yen i Ģəhərlər, ilk növbədə,
xanlıqların istinadgahı kimi yaran mıĢ, sonralar isə təcridən ö lkən in həm siyası, həm