5 / GÜNDƏM
YENİ FİKİR
OKTYABR 2015
Ü
füq boyu göz işlədikcə gö zəl -
liyinə daldığın başın üzə rin -
dəki aydın səma, ciyərdolusu içinə
çəkdiyin, bir ovuc sarı sünbül, ya da
bir bənövşə, kəklikotu ətri ilə səni
bihuş edən hava, dirilik suyu buz bu-
laqlar, qışı da, yayı da zir və si ağaran,
yazda ətəyi al-əlvan dağlar, yaşıl ya-
maclar… Bir sözlə “Cənnət” dediyin
Və tən eləcə evinin kan darından
qədəm basdığın torpaqdan başlayır.
Yoğrulduğumuz torpaqdan, gömülə -
cəyimiz torpaq dan. Vətən bugünkü
vari da tımız, gələcəyə daşıdığımız
miras dır, əmanətdir. Bir də qan töküb,
can verib haqqa qovuşub, haqqına
qovuşdura bilmə diyimiz şəhidlərin
nigaran ruhlarıdır Vətən! Üzü
Füzulidən bu yana dil lərdə dastan
olan, qurbətdə çəkilən həsrətin adıdır
Vətən! Nə acı ki, taleyi mi zə, qis mə -
ti mizə qürbətdə Vətən həsrəti ilə ya -
na şı Vətəndə vətən sizlik əzabı da ya -
zı lıbmış. Vətə nin dən olmaq sən de -
mə hələ dərdin yarısı imiş. Vay odur
ki, Vətənin səndən ola. Gözun baxa-
baxa, ürəyin yana-yana əlindən gedə.
Bu təəssüratlar əlimə yenicə
aldığım, Naxçıvan Dövlət Univer -
sitetinin əməkdaşları – Azərbay can
tarixi kafedrasının müdiri, Azərbay -
can Respublikasının Əməkdar
müəllimi, tarix elmləri doktoru,
AMEA-nın müxbir üzvü Zəhmət
Şahverdiyev və Pedaqoji fakültənin
müəllimi Rövşən Asifoğlunun birgə
yazdığı “Mənalı ömrün səhifələri”
adlı kitabı və rəqləyərkən məndə
yarandı. Dərələyəzsiz dərələyəzlilərin
bu kitabı “Vətən” və “Vətən sevgi-
si”, “yurd həsrəti” məfhumlarının
doğru-dürüst yozumudur, zənnimcə.
İlk olaraq müəlliflər dünya gö zündə
ermənilərə olan lənət dam ğa sı ilə
“Siz busunuz, bunu özü nüz də etiraf
etmisiniz, Şərqin, Avropanın tarixi
şəxsiyyətləri, ən görkəmli simaları da
yazıb” deyə onları ifşa edir, bugünkü
gəncliyi “Bil ki, düşmənin kimdir!”
deyə ayıq salırlar. “Rövşən Asifoğ -
lu nun ürəyindən keçənlər”i, “Dərə -
lə yəz mahalı” adlı II fəsli oxuduqda
“Bayatı cəkib ağı demək nənə -
lərimizə, analarımıza gəlib. Kişi
ağısı, kişi ağrısı nə yaman olurmuş,
Allah! İllah da ki, yurd itki sindən
söhbət gedə!” harayı qopdu içimdən.
Kitab vaxtilə Atropatena nın ərazisi,
indi isə nə aci ki, ermə ni tapdağında
olan, Şərur-Dərələ yəz tarixi vila -
yətinin dağlıq hissəsi Dərələyəz ma -
ha lının əzəli Azər bay can torpağı ol -
du ğunu təsdiq ləyən qiymətli elmi
fakt larla zən gin dir. Vərəqlədikcə
Də rə ləyəzin tarixi, ərazisi, təbiət
abi dələri, in san ları ilə baş-başa, nə -
fəs-nəfəsə qalır, heç vaxt görmədiyin
bir torpağın havasını du yur san.
Vətəni Vətən edən bir də onun
qeyrətli övladları, dəyərli, yanarlı zi-
yalılarıdır. Kitabın əsas qəhrəmanı –
Vətən adını ucaldan, əsl vətəndaş, adı
yurd yeri ilə qoşa çəkilən tanınmış
alim, təcrübəli pedaqoq, nəcib insan
Nazir Əsə dovdur. Qarşımızda mənalı
bir ömür səhifələnir… Onun dogma
yurdda keçirdiyi xoşbəxt uşaqlıq,
Dərələyəz mahalında o zaman ye -
ganə məktəb olan, müəlliflərin də
yazdığı kimi, ətraf bölgələr üçün də
universitet rolunu oynayan Qo vuşaq
kənd orta internat məktəbi nin
kollektivi və yetirmələri bir vətən -
daşın, alimin, ziyalının çıx dığı mü -
hitdən soraq verir. Azər baycan
Dövlət Pedaqoji Universi te tində
Tarix fakültəsinin dekan müavini
və digər vəzifələrdə çalış maqla
məhsuldar elmi-pedaqoji fəaliyyət
göstərən bir alimin yüksək əxlaqi
keyfiyyətləri, mənə viyyatı ilə tanış
oluruq. Alim dost ları, həmkarları,
doğmaları – ADPU-nun Tarix fakül -
təsinin dekan müavini Habil Həsə -
nov, universitetin dosentlərindən
Səmayə Mustafayeva, Vurğun Məm -
mədov, filologiya üzrə fəlsəfə dok-
toru, şair-publisist, Azərbaycan Jur -
na list lər Birliyinin üzvü Alı Səfolu
və digərlərinin xatirələri vasitəsilə
Nazir müəllimin acılı-şrinli həyat
yolu canlanır qarşımızda. Kitab
Nazir Əsədovu ilk növbədə vətən -
pərvər, ürəyi Vətən sevgisi ilə alışıb
yanan bir ziyalı kimi oxcuya tanıdır.
Onun təsəvvüründəki “Və tən sev-
gisi” anlayışı gənc nəsil üçün
örnəkdir: “Vətən sevgisi insanın qa-
nına, canına, mənəviy ya tı na hopan,
ürəkləri titrədən, özün dən asılı ol-
mayaraq ondan danı şan da səni
yerindən oynadan, sənə həmişə hər
yerdə həyəcan gətirən bir duyum və
hissdir. Bu hiss mə nim dünyamda o
qədər yüksək bir bir yerdədir ki, onu
duymaq hər insana nəsib olmaz və
hər bir insan da o hissi anlamaz…
Vətəni sevmək böyük bir əxlaqi
dəyər dir”. Nazir müəllimin Vətən
sevgisi doğma təbiətin ecazkar,
füsunkar gözəlliklərinə bağ lılığından
irəli gəlirdi. Həm də bu bir “yurd ax-
tarışı” idi. İtiyi itmiş adamlar kmi hər
təbiət gözəl liyin də bir yurdabənzərlik
tapmaqla ovunmaq idi.
Təzada bax ki, bir zamanlar –
1983-cü ildə “Azərbaycan, Gür cüs -
tan və Ermənistan respublikaları
arasında əməkdaşlıq” mövzusunda
dissertasiya müdafiə edən tarixçi
alim qalan sonrakı ömrünü yurd
həsrəti, mənfur düşmən ləri mi zin ağ
yalan və böhtanlarına tutarlı cavab
verməklə keçirir. Kitabı səhifələdikcə
aydın görünür ki, dost, qonşu deyib
bağrımıza basdığımız azğın, mənfur
ermənilərin xəyanəti, qondarma
“xalqlar dostluğu” ideologiyasının
çürüklüyü, astar üzünün ortaya çıx-
ması Nazir müəllimi elə yurd itkisi
qədər nə qədər dərindən sarsıdıb.
Yeni nəşr mərhum ziyalımızın
65 illiyinə qədirbilən dost payı ol-
maqla yanaşı Nazir Əsədovun
Dərələyəz haqqında kitab yazmaq,
onun tarixini, təbiətini, özünə məx -
susluğunu sevdirmək istəyi ilə bağ lı
yarımçıq arzularını gerçək ləş dirmək
baxımından da qiymət li dir. Yeri gəl -
mişkən, Azərbaycan elmi ictimaiy -
yətinə yaxşı tanış olan, dəyərli elmi
tədqiqatların müəllifi, hörmətli pro-
fessorumuz Zəhmət Şahverdiyevlə
yanaşı di gər müəllif, ixtisasca hu -
manitar sahənin adamı olmayan, 11
kitabın və metodik vəsa itin müəllifi
Röv şən Asifoğlunun da kitabın
araya-ərsəyə gəlməsindəki zəhmətini,
pa yını xüsusi qeyd etmək istəyər dim.
Kitab müəlliflərin Dərə ləyəz lə bağ-
lı ilk deyil, növbəti müştə rək yara-
dıcılıqlarının bəhrəsidir.
Etiraf edim ki, “Mənalı öm rün
sə hifələri” istər əzəli Azərbay can
torpağı Dərələyəzi, istərsə də Nazir
Əsə dov şəxsiyyətini, onun elmi-pe -
da qoji fəaliy yətini qismən işıqlandı -
rıb. Aydınlıq gətirməli çox məqamlar,
müəyyən natamamlıqlar var. An-
caq kitabı sevdirəcək ən önəmli cə -
hət sə mimiyyətlə, yanar lılıqla, Və tə -
nə məhəb bətlə yazılmasıdır. Əsərin
qəh rəmanı, tarixçi alim, də yərli zi-
yalı Nazır Əsədovun həyat qa yəsi, ki-
tabın ana məramı budur: “Vətənə
sevgi Allaha imandan yaranıb”! Bu
imanın işı ğın da yetişən nəsil nə
vaxtsa ulu babalarının halal
torpaqlarına yiyə çıxmağı baca ra caq,
“Vətənə gəldim, imana gəldim!”
deyəcək.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri
Vətəndə Vətən həsrəti
A
MEA-nın vitse-prezidenti, aka-
demik İsa Həbibbəylinin “Nuh-
çıxandan –Naxçıvana” kitabı “Elm
və təhsil” nəşriyyatında çapdan çıxıb.
Kitabda Azərbaycanın ən qədim
elm, təhsil və mədəniyyət mərkəz -
lərindən biri olan Naxçıvanın qədim
tarixi inkişaf yoluna, müasir dövrdəki
yüksəlişinə, ədəbi-elmi və mədəni
mühitinə, görkəmli şəxsiyyətlərinin
həyat və yaradıcılığına həsr edilmiş
tədqiqatlar oxuculara təqdim olunur.
Kitabın “Dövlətçilik işığında”
bölməsində akademik İsa Həbibbəyli
görkəmli dövlət xadimi, ümummil-
li lider Heydər Əliyevin Naxçıvan-
dan başlayan Azərbaycanın xilas
yoluna işıq salınır. “Azərbaycanın
qurtuluş zərurəti və Heydər Əliyevin
böyük xilaskarlıq missiyası”
məqaləsində görkəmli dövlət xadi-
minin xilaskar kimi Azərbaycan
miqyasında, o cümlədən Naxçıvan
Muxtar Respublikasında həyata ke-
çirdiyi tarixi xidmət nümunəsi olan
böyük hərəkatın geniş elmi təqdimatı
verilib. Eyni zamanda, kitabda ölkə
Prezidenti İlham Əliyevin respubli-
kamızda regionların inkişaf
etdirilməsi proqramı əsasında Nax-
çıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbovun
böyük səyləri ilə Naxçıvanda apa-
rılmış geniş quruculuq işlərindən
və yeniləşmə proseslərindən də
ətraflı bəhs olunur.
“Nuhçıxan-Nuhdaban” və
“Azərbaycan tarixində Naxçıvan”
bölmələrindəki məqalələrdə 5
minillik tarixə malik olan Naxçıvan
diyarında ilkin şəhərsalma mədəniy -
yəti, arxeoloji tədqiqatların nəticə -
sində ortaya çıxan zəngin tarixi-
mədəni irs, Naxçıvan sözünün eti-
mologiyası və s. kimi məsələlərdən
geniş bəhs edilir. “Gəmiqaya dün-
yası: Sivilizasiya prosesləri və Nax-
çıvan”, “Naxçıvan Duzdağı: tarix və
müsirlik” adlı məqalələrdə ilk dəfə
olaraq Dünya tufanı və Nuh
peyğəmbərlə əlaqədar ciddi elmi
məsələlərə işıq salınır, aydınlıq
gətirilir.
“Cəhalət dərdinin dərmanı:
maarifçilik” bölməsində XIX əsrin
sonu və XX əsrin əvvəllərində
Azərbaycanda realist-demokratik və
ədəbi-maarifçi hərəkatın görkəmli
rəhbərlərindən biri olan Cəlil Məm -
mədquluzadə və onun Məhəmməd
Tağı Sidqi, Eynəli bəy Sultanov,
Mirzə Cəlil Şürbi, Mirzə Əbülqasım
Sultanov, Məmmədqulubəy Kən -
gərli, Paşa ağa Sultanov, Xəlil
Sadıqov, Ələkbər Məmmədxanov,
Tağı bəy Səfiyev, Əliməmməd
Xəlilov, Məmməd bəy Qazıyev və
başqaları kimi maarifçi müasirlərinin
çoxcəhətli fəaliyyəti zəngin arxiv ma-
terialları və nadir sənədlər əsasında
oxuculara təqdim olunur.
Akademik İsa Həbibbəyli
“Naxçıvan ədəbi mühiti” bölməsində
Azərbaycan ədəbiyyatının çoxəsrlik
inkişafında Naxçıvandan çıxmış ta-
nınmış yazıçıların xidmətlərindən,
muxtar respublikadakı müasir ədəbi
proseslərdən bəhs edir. “Azərbaycan
elmində Naxçıvan” bölməsi isə
qədim dövrlərdən bu günə qədərki
Naxçıvanın elmə bəxş etdiyi töhfələri
və İsa Həbibbəylinin müasirləri olan
elm adamları haqqındakı tədqiqatları
əhatə edir, Azərbaycan elminin
Naxçıvan məktəbi haqqında aydın və
geniş təsəvvür yaradır.
“Ulu qüvvət: mədəniyyət” –
Azərbaycan teatrının Naxçıvan
məktəbinin və təsviri sənətdə Nax-
çıvan torpağının yetirmələrinin in-
kişaf yoluna, özünəməxsusluqlarına
işıq salır. “Koroğlu” operası Nax çı -
van səhnəsində” məqaləsi Naxçıvan
Muxtar Respublikasında mədəniy -
yətin yüksək inkişafını göz önünə
gətirir.
“Əfsanələr diyarı” bölməsində
İsa Həbibbəylinin şifahi xalq
ədəbiyyatı haqqında tədqiqatları,
Naxçıvanda yaranan folklor
örnəklərinə dair araşdırmaları ilə
tanış olmaq olar. “Basatın Təpəgözü
öldürdüyü boy”da Naxçıvan”
məqaləsində Naxçıvandakı Dədə
Qorqud toponimləri barədə geniş
məlumat verilir.
“Poeziya və mahnı” bölmə -
sində Naxçıvana həsr edilmiş şeirlər
və mahnılar yer alır.
“Nuhçıxandan – Naxçıvana”
kitabı Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Naxçıvanın elmi-ədəbi
salnaməsidir. Kitabda tarixilik və
müasirlik işığında Naxçıvanda
çoxəsrlik inkişaf və yeni ədəbi-
mədəni proseslər elmi baxımdan
geniş şəkildə təhlil edilib
ümumiləşdirilir.
Filologiya üzrə fəlsəfə dokto-
ru Ağahüseyn Şükürovun “Akade -
mik İsa Həbibbəyli haqqında bir
neçə söz, yaxud böyük ömrün
tezisləri” məqaləsi tanınmış alim və
elm təşkilatçısının çoxcəhətli elmi
fəaliyyətinə bir “Baxış”dır.
Yeni nəşrin elmi redaktoru
Humanitar Elmlər Bölməsinin aka-
demik-katibi, akademik Teymur
Kərimlidir.
www.science.gov.az
“Nuhçıxandan –Naxçıvana” kitabı çapdan çıxıb
N
axçıvan Dövlət Universitetində
“Məmməd Araz: Bu da belə bir
ömürdü” mövzusunda elmi kon-
frans keçirilib.
Tədbirdə müstəqil Azərbaycan
dövlətçiliyi tarixində ilk dəfə “İstiqlal
şairi” adını almış qələm sahiblərindən
Xalq şairi Məmməd Arazın həyat yo-
lundan, yaradıcılığından ətraflı
söhbət açılıb.
Konfransı giriş sözü ilə ali
təhsil ocağının rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov
açaraq, milli poeziyamızın görkəmli
nümayəndəsi Məmməd Arazın həyat
və yaradıcılığından danışıb. Alim
qeyd edib ki, Məmməd Arazın
şəxsiyyətini, yaradıcılığını xalqımız
həmişə yüksək qiymətləndirib.
Məmməd Araz xalqın, vətənin hər
daşını, qayasını necə ürəklə sevirdisə,
xalq da onun poeziyasını, şeirlərini
həmin böyük məhəbbətlə sevir.
“XX əsr Azərbaycan ədəbiy -
yatı nümayəndələrindən bəlkə də,
tək-tək şairlərdən biridir ki, Məmməd
Arazın yaradıcılığında Vətən sevgi-
si bütövdür və onun yaradıcılığında
digər bütün şeirlər o sevginin tərkib
hissəsidir” bu fikirləri tarix-filolo-
giya fakültəsinin dekanı, filologiya
üzrə fəlsəfə doktoru, dosent İman
Cəfərov “Məm məd Araz poeziya -
sında Vətən” mövzusundakı məruzə -
sində səsləndirib.
Azərbaycan dilçiliyi kafedra-
sının baş müəllimi Mədət Səfərov
“Məmməd Araz lirikası” adlı
məruzəsində bildirib ki, 50 ildən artıq
bədii yaradıcılıqla məşğul olan şairin
əsərləri ona geniş oxucu rəğbəti qa-
zandırıb. Müxtəlif janrlı əsərlərin,
şeirlərin müəllifi olan Məmməd
Arazın zəngin lirikası mövzu rənga -
rəngliyi ilə də seçilir.
“Məmməd Araz Azərbaycan
poeziyasına yeni üslub və düşüncə,
monumental bir tarix gətirib. ”- bu
fikirləri elmi konfransda tarix üzrə
fəlsəfə doktoru, dosent Sevinc
Abbasova “Məmməd Araz yaradı-
cılığında “Tarix” mövzusundakı
məruzəsində səsləndirib.
Sonra Tarix-filologiya fakültə -
si nin tələbələri, şairin şeirlərindən
nümunələr səsləndiriblər.
Mina Qasımova
Məmməd Araz: Bu da belə bir
ömürdü
N
axçıvan Dövlət Universite -
tinin “Təsviri incəsənət” ka -
fed rasının baş müəllimi Məm -
mədova Ləman Aslan qızının
Amerika Birləşmiş Ştatlarının
Kaliforniya ştatında fəaliyyət
göstərən “Intellectual and moral
values of the modern society”
jur nalında “XVII əsrin görkəmli
ustadı Nikola Pussenin yaradıcı-
lıq inkişafının prinsiplərinin ümu -
mi nəticələri haqqında” adlı məqa -
ləsi dərc olunmuşdur. Bu Ləman
Məmmədovanın jurnalda dərc
olunan sayca 3-cü mə qaləsidir.
L.Məmmədova xaricdə keçirilən
müxtəlif beynəlxalq konfranslar-
da, Naxçıvan Muxtar Respublika -
sında təşkil olunmuş sərgilərdə də
fəal iştirak etmişdir.
Ləman Məmmədovanın
mü əl lifi olduğu 25 elmi məqalənin
10-u xaricdə dərc olunmuş -
dur.Qeyd edək ki, 2012-ci ilin yan-
var ayında Krasnoyarsk şəhərində
keçirilən “XXI əsrin elm yaradı-
cılığı” adlı V Bey nəlxalq elmi-
prak tik kon fransda “İncəsənətdə
üslub və bədii cərəyanlar” möv zu -
sun da təqdim etdiyi məruzəyə
görə müəllif Diplomla təltif olun-
muşdur.
Əməkdaşımızın
uğurları