16
qanunudur. Beləliklə, vergi ödəmək xümsü əvəz edə
bilməz.
1
MÜSALİHƏ
Sual 8: “Müsalihə” sözünü izah edin.
Əgər bir şəxs xümsün vacib olub-olmaması və ya
onun miqdarı ilə bağlı şəkkə düşsə və ya xümsü ödəməklə
bağlı öhdəçilik götürsə, həmin maldan istifadə üçün şər`i
hakim və ya onun nümayəndəsinə müraciət edə bilər.
Beləcə, şər`i hakim bu şəxsə münasib miqdarla keçinər və
ya onun borclu qalmasını qəbul edər. Bu əməl “müsalihə”
adlanır.
2
XÜMS İLİ
Sual 9: Xüms ili nədir?
İnsanın əkinçilik, sənət, ticarət və ya müxtəlif
müəssisələrdə işləməklə əldə etdiyi qazancın xümsü imam
(ə) və seyidlərə məxsusdur. Bu xüms qeyb dövründə
camiuş-şərait fəqihə verilməlidir. Əlbəttə ona 1 il
gözləmək fürsəti verilib. Bu müddətdə özü və ya ailəsinin
ehtiyacından artıq qalmış miqdarın xümsünü ilin axrınadək
ödəməlidir. Bu göstəriş əslində insan yaşayışında bir növ
asanlıq sayılır. Bu bir illik fürsətə “xüms ili” və ya “vergi”
ili deyilir.
3
1
İmam (r), “İstiftaat”, 1-ci cild, səh.199; Məkarim, “İstifataat”, 1-ci
cild, səh.333; Təbrizi, “İstiftaat”, səh.853; Safi, “Camiul-əhkam”, 2-ci
cild, səh.732; Sistani, Vəhid, Xamənei, Fazil, Nuri və Behcətin
katibliyi.
2
“Tovzihul-məsaili mərace”, 1791 və 1792-ci məsələ; “İstiftaat”i–
Təbrizi, səh.970.
3
“Ürvətül-vüsqa”, 2-ci cild, 72-ci məsələ.
17
ÖDƏYİB BORC GÖTÜRMƏK
Sual 10: Ödəyib borc götürmək nədir?
Şəxs əmlakına vacib olmuş xümsü bir dəfəyə ödəyə
bimədikdə və ya bu işdə çətinlik çəkdikdə onu cameuş-
şərait müctəhid və yaxud onun nümayəndəsinə verir; sonra
həmin məbləği ondan borc alır və tədricən ödəyir. Bu iş
“ödəyib borc götürmək” adlanır.
1
1
Təbrizi, “İstiftaat”, səh.882; Fazil, “Camiul-məsail”, 1-ci cild,
səh.902; Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.773, 774; Xamenei,
“Əcvibə”, səh.924.
18
ÜÇÜNCÜ FƏSİL
MAAŞ VƏ GƏLİR XÜMSÜ
MAAŞ ALANLARIN XÜMSÜ
Sual 11: Dövlət işçilərinin maaşına xüms
düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, xüms ilindən
artıq qaldıqda xüms düşür.
1
Sual 12: Xüms ili çatdıqda dövlətdən aldıqları
maaşı bir başa hesablarına köçürən şəxslərin puluna xüms
düşürmü? Yoxsa bankdakı pulu olmayanadək xüms
düşmür?
Bütün müctəhidlərin rə`yi: Bir başa bankdakı
hesaba köçürülən maaşa xüms düşür. Baxmayaraq ki,
hesabındakı pulu bankdan almayıb.
2
Sual 13: Mən dövlət işçisiyəm və hər ay maaşımı
bankdakı hesabıma köçürürlər. Xüms ilindən iki gün əvvəl
xəbərim olmadan maaşımı banka köçürüblər. Xüms
ilindən on gün sonra bu işdən xəbər tutmuşam. Əgər
vaxtında bilsəydim maaşı ehtiyaclarıma sərf edəcəkdim.
Mənim maaşıma xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Xəbəriniz olmasa da,
birbaşa bankdakı hesaba köçürülən maaşa xüms düşür.
3
İzah: Əmlaka xümsün düşməsində elm və
cahilliyin tə`siri yoxdur.
1
“Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, “Tovzihul-
məsail”, 1748-ci məsələ; Xamenei, Əcvibə, səh.995; Vəhid,
“Tovzihul-məsail”, 1760-cı məsələ.
2
Nuri, “İstiftaat”, 1-ci cild, səh.273; Sistani, Behcət, Məkarim,
Xamenei, İmam (r), Təbrizi, Safi, Vəhid və Fazilin katibliyi.
3
Xamenei, “Əcvibə”, səh.990; bütün müctəhidlərin katibliyi.
19
İBTİDAİ SİNİF MÜƏLLİMİNİN XÜMSÜ
Sual 14: İbtidai sinif müəllimiyəm. Bir il ötdükdən
sonra aldığım maaşın artıq qalan hissəsinin xümsünü
ödəməliyəm, yoxsa yox?
Bütün müctəhidlərin rə`yi: Bəli, bu pula xüms
düşür.
1
TƏLƏBƏNİN QAZANCININ XÜMSÜ
Sual 15: Ailəsinin himayəsində olan tələbənin
gəlirinə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: İş qazancından
toplanmış məbləğə bir il keçdikdən sonra xüms düşür.
2
Qeyd: Hədiyyə kimi gəlirlərin hökmü hədiyyənin
xümsü hissəsində aydınlaşdırılacaq.
TƏLƏBƏ TƏQAÜDÜNÜN XÜMSÜ
Sual 16: Universitetin verdiyi təqaüdə xüms
düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, xüms ilindən
artıq qaldıqda xüms düşür.
3
Qeyd: Haqqında danışılan tələbələr nəzərdə tutulan
müddətdə universitet və ya müvafiq nazirlik tərəfindən
maaş alıb öhdəçilik götürürlər ki, təhsillərini başa
vurduqdan sonra həmin maaş müqabilində xidmət
1
“Tovzihul-məsahili mərace”, 1752-ci məsələ; Nuri, “İstiftaat”, 2-ci
cild, səh.369; Xamenei “Əcvibə”, səh.995; Vəhid, “Tovzihul-məsail”,
1760-cı məsələ.
2
“Tovzihul-məsail mərace”, 1757-ci məsələ; Nuri, “Tövzihul-məsail”,
1753-cü məsələ; Xamenei, “Əcvibə”, səh.996; Vəhid, “Tovzihul-
məsail”, 1765-ci məsələ.
3
“Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, “Tovzihul-
məsail”, 1748-ci məsələ; Xamenei, “Əcvibə”, səh.995; Vəhid,
“Tovzihul-məsail”, 1760-cı məsələ.
Dostları ilə paylaş: |