İctimai elmlər
2009
Gir. İ.E. - 4
Orta pillə
Tarix, coğrafiya və mülki təhsilin üçüncü pillədə tədrisi məcburi məktəbdə şagird tərəfindən əldə
edilən biliyə əsaslanır və imkan verir ki, şagird seçdiyi fənləri daha dərindən öyrənsin.
Qeyd olunan kursun məqsədi şagirdlə ictimai elmlərin əsaslarını və araşdırma metodlarını tanış
etməkdir. Kurs elə qurulub ki, şagird öz maraqları və yaş imkanlarına uyğun olaraq məsələləri
müstəqil şəkildə araşdırmağı və öz işlərini təqdim etməyi (auditoriya qarşısında sadə anladılan
forma ilə təqdim etməyi)bacarsın. Gələcəkdə ictimai elmlərin ayrı-ayrı fənlərində bilik və vərdiş-
bacarıqlarından istifadə edə bilsin.
Bu pillənin hər üç sinfində tarix icbari fənn olaraq qalır. X sinifdə bütün il ərzində tarixin başlanğıc
kursu tədris olunur, XI sinifdə - qədim zamanlardan XIX əsr daxil olmaqla Gürcüstan və dünya tarixi
tədris olunur, XII sinifdə isə - bütövlükdə XX əsrin tarixi öyrənilir. Belə bir qərarın qəbul edilməsinin
məqsədi odur ki, Gürcüstan və dünya tarixinin biliyi şagirdin vətənpərvər və siyasi təhsili olan bir
vətəndaş kimi formalaşması üçün ön şərtlərdən biridir. Tarixin tədris edilməsi şagirdə göstərməlidir
ki, tarix davam edən bir prosesdir, müasir cəmiyyət üçün ən mühüm siyasi, sosial və mənəvi
problemlərə müəyyən hissədə əsrlər və minilliklər ərzində baş verən dəyişikliklər səbəb olmuşdur.
Müxtəlif tarixi dövrlərdə müxtəlif şəxsiyyətlər və cəmiyyət önündə duran problemlərin alternativ
yollarının, onlar tərəfindən seçilən konkret qərarların və bu qərarların nəticələrinin göstəriciləri
əsasında tarixin öyrədilməsi şagirdin eləcə də problemin həlli bacarığını inkişaf etdirməlidir.
Bu məsələnin yerinə yetirilməsi tələb edir ki, şagirdin yüksək səviyyədə inkişaf edilmiş tarixi
düşüncəsi olsun: o, tarixi dövrü anlamalıdır (tarixi dövrü təsvir edərkən həmin dövrün sakinlərinin
gözü ilə hadisələri görmək; keçmişdə baş verən hadisələri hazırkı nöqtədən deyil, həmin dövrün
dəyərləri və nəzərlərini nəzərə almaqla qiymətləndirmək); vacibdir ki, tarixi dövrü anlamaq vərdişi
ibtidai və baza pilləsində formalaşdırılsın; tarixi hadisələr arasında mürəkkəb səbəb-nəticə əlaqələrini
təyin və təhlil etmək; tarixi hadisələrin məqsəd və nəticələrinin fərqli qiymətləndirilməsinin
(şərhlərinin) müqayisəsi və təhlili (bu məqsədə nail olmaq üçün dərslikdən əlavə şagirdin müxtəlif
tarixi sənədlərə, keçmiş və müasir tarixçilərin hekayətlərinə əli çata bilsin); tarixin zəruriliyi və
təsadüfiliyi konsepsiyası üzərində müzakirə aparmaq (şagird anlamalıdır ki, şəxsin azad iradəsi və
seçim etmək qabiliyyəti var. O anlamalıdır ki, tarix müxtəlif yollarla inkişaf edə bilər. Bu halda
onda təsəvvür yaranmayacaq ki, gələcək əvvəlcədən müəyyən edilib və şəxsin əməllərinin və onun
etdiyi seçimin mənası yoxdur); tarixi araşdırma (tarixi araşdırma-axtarışın məqsədini müəyyən
etmək və planlaşdırmaq; yazılı, vizual, ədəbi və musiqi mənbələrini axtarmaq; tarixi sənədin
tənqidi təhlili; tarixçilərin fərqli nəzərlərini müqayisə etmək; aparılan araşdırma nəticəsində tarixi
mövzunu yazmaq).
X sinifdə bütün il ərzində coğrafiyada başlanğıc, coğrafi araşdırma öyrənilir. X – XI siniflərdə
coğrafiya icbaridir, XII sinifdə - seçim fənni qlobal problemlər coğrafiyası tədris olunur. Onuncu
sinifdə şagirdlərə imkan verilir ki, coğrafi tədqiqatların xüsusiyyətllərini öyrənsinlər, onlara imkan
verilir ki, ibtidai və baza pillələrdə əldə edilən biliyi cəmləşdirsinlər və maraq yaranan halda,
gələcəkdə coğrafiyanın xeyrinə seçim etsinlər. Bu kursun hüdudlarında tədris coğrafi problemlərə
və şagirdlər üçün aktual və maraqlı mövzuya əsaslanır.
Orta pillədə şagird dünya ölkələrinin əsas xüsusiyyətlərini, onlarda baş verən müxtəlif proses
və hadisələri öyrənir; təbiətin mühafizəsi və ümumi sabit problemlərini, bu məsələlərə alternativ
yanaşmaları, onların mümkün olan həlli yollarını, qlobal problemlərin coğrafi xüsusiyyətlərini
müzakirə və təhlil edir; bilik və təcrübə ilə silahlanmış şəxs və cəmiyyət ətraf mühitin sağlamlığında,
onun sabitliyinin qorunub saxlanılmasında hansı böyük işlər görə biləcəyini dərk edir. Orta pilləni
İctimai elmlər
2009
Gir. İ.E. - 5
bitirdikdən sonra şagird ətrafda baş verən hadisələri müşahidə etmək əsasında əhalinin əsas tələb
və problemlərini müəyyən etməli, onların həlli yollarını araşdırıb planlaşdırmağı bacarmalıdır.
Coğrafi araşdırmanı planlaşdırmağı, keçirməyi və araşdırma nəticəsini həm yazılı, eləcə də şifahi
şəkildə təqdim etməyi; araşdırma prosesində vizual materialı (xəritə və digər coğrafi vəsaitlər)
yaratmağı bacarmalıdır.
Bu pillədə ictimai elmlər fənn qrupu X sinifdə şagirdə vətəndaşlıq üzrə icbari trimestr kursunu,
XI – XII siniflərdə isə - dörd seçim fənnini təklif edir: dövlət, qlobal problemlər coğrafiyası,
vətəndaşlıq və iqtisadiyyat. Həmin fənlərin tədrisi şagirdə imkan verir ki, siyasi, hüquqi və iqtisadi
elmlərin əsaslarını öyrənsin; ona sosial və ya mənəvi məsuliyyətin anlanılması və ictimai həyatda
iştirak arzusunun təsdiqlənməsində yardım etsin.
İstiqamətlər
Milli tədris planında hər sinfin və ya pillənin sonunda tədirs prosesinin nəticələri və şagird
tərəfindən göstərilən həmin nəticələrin indikatorları müəyyən edilmişdir.Nəticələr istiqamətlərə
əsasən qruplaşdırılıb. Hər bir istiqamət fənnin əsas məzmununu göstərir və bir və ya bir neçə
dərs intizamına əsaslanır. Tarix və coğrafiyanın X sinif standartının istiqamətləri tədqiqat və
kommunikasiya vərdiş-bacarıqlarına uyğun olaraq müəyyənləşdirilib.
Fənn və siniflərə əsasən tədris istiqamətləri
İstiqamətlər
Gürcüstan və dünya
tarixi və coğrafiya
Tarix
Coğrafiya Mülki təhsil
Zaman və məkan
5-8
9, 11, 12
Mühit və iqtisadiyyat
5-8
9, 11, 12
Dövlət, idarəçilik və siyasət
5-8
9, 11, 12
9, 11, 12
Din və mədəniyyət
5-8
9, 11, 12
İnsan və cəmiyyət
5-8
9, 11, 12
10
Şəxsi inkişaf
10
Vətəndaş və dövlət
10
Vətəndaşlıq
9, 11-12
İdarəçilik
9, 11-12
İqtisadiyyat
9, 11-12
Tarixi şərh və araşdırma
10
Kommunikasiya
10
10
Coğrafi tədqiqat
10
Mühit və sosial sistemlər
9, 11, 12