İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə71/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   67   68   69   70   71   72   73   74   ...   87

udiaqda,  yem  borusunda  bəzən  vəzili  mədədə  və  bağırsaqların 
selikli  qişasında  nekrotiki  iltihab  nəzərə  çarpır.
Ağız  boşluğunda,  dilin əsasında və  udiaqda çox  vaxt şorvari 
kütləli  nekrotiki  çöküntü  qeyd  olunur  Ağciyərin  həcmən  böyü­
məsi,  üzərində  irinli  nekrotiki  iltihab sahələri,  qaraciyər üzərin­
də  qan  sızmaları  və  nekrotiki  ocaqlar,  parenximasının  kövrək- 
ləşməsi və rənginin dəyişməsi müşahidəedilir.  Xəstəliyin xroni­
ki  forması  zamanı  skelet  əzələlərində  degenerativ  dəiyşiliklər 
qeyd  olunur.
D iaqnoz. 
Xəstəliyə  diaqnoz  qoymaq  üçün  onun  epizootolo- 
ji  xüsusiyyətləri,  kliniki  əlamətləri,  patoloji-anatomik dəyişdik­
ləri  nəzərə alınır və diaqnozun dəqiqləşdirilməsi  üçün bakterio- 
loji  müayinədən  istifadə edilir.  Bakterioloji  müayinə  m əqsədilə 
sağlam  toxuma  ilə  nekrozlu  toxuma  sərhəddindən  nümunə 
götürüb  mikroskopiya  üçün  yaxma  hazırlanır,  müxtəlif  qida 
mühitlərinə  əkilərək  anaerob  şəraitində  yetişdirib  amilin  təmiz 
kulturası  alınır  və  bioloji  sınaqdan  istifadə  edilir.  Bioloji  sınaq 
ağ siçan  və  ada  dovşanları  üzərində  qoyulur.  Ada  dovşanlarının 
qulağının dərisi altına 0,5-1  ml patoloji  materialın suspenziya və 
ya  bulyon  kulturasından  vurulur.  İnyeksiyadan  2-4  gün  keçmiş 
yoluxdurma yerində nekrotiki  iltihabı baş verməsi patoloji  mate­
rialda  Bact.necrophorumun  olmasını  göstərir.  Ada  dovşanları 
adətən  yoluxdurmadan  6-10  gün  keçmiş  ölür və onları  yran  za­
man  daxili  orqanlarda nekrotiki  iltihab  müşahidə  edilir.
Ağ siçanları 0,3-0,5  ml dozada bulyon kulturası  ilə quyruğun 
əsasından dərialtına inyeksiya etməklə yoluxdurma aparılır.  Yo­
luxdurmanın  8-ci  günündə  inyeksiya sahəsində  nekrotiki  iltihab 
baş  verir,  hətta quyruq  qopub  düşür,  10-14  gündən  sonra  isə  si­
çanlar tə lə f olur.  Yarma zamanı  daxili  orqanlarda  irinli-nekroti- 
ki ocaqlar aşkar edilir. Xəstəliyin diaqnostikasında seroloji reak­
siyalardan  KBR  təklif  edilmiş  və  onun  spesifikliyi  təcrübələr 
yolu  ilə  təsdiq  edilmişdir.
2 8 0
T əfriq i  diaqnoz. 
Quşlarda nekrobakteriozu çiçəkdən və avi- 
taminozlardan  təfriq  etmək  lazımdır.
Quşlarda çiçək dəri, difteritiki, qarışıq və kataral  formada ge­
dir.  İlin  soyuq  fəsillərində  yüksək  letallıqla  özünü  göstərir.  Çi­
çəkdə  daxili  orqanlarda  nekrotiki  iltihab  qeyd  edilmir.  Bakterio­
loji müayinənin nəticəsi mənfidir, çünki  xəstəliyin törədicisi  avio- 
poksviruslar cinsinə mənsub olan viruslar tərəifndən törədilir.
A vitam inozda  xəstəlikdə  infeksion  xüsusiyyət  olmur, 
yüngül  gedişlidir və simptomatik müalicə  səmərəlilidir.
M ü a lic ə . 
Spesifik  müalicə  vasitələri  yoxdur.  Zədə  sahələri 
nekroza uğramış toxumalardan təmizlədikdən sonra kalium-per- 
manqanat,  furasilin  məhlulları  ilə  işlənir.  Xəstəliyə qarşı  antibio­
tiklər  və  sulfanilamid  preparatları  tətbiq  olunur.  Xüsusilə  tetra- 
siklin və penisilin sırası antibiotikləri  yaxşı nəticə verir.  Bundan 
əlavə  pipik  və  saqqalda  zədə  sahələri  naftalan  nefti,  yod  qlise- 
rin  qarışığı  və  sink  mazı  ilə  işlənməlidir.
İm m u n itet. 
Xəstəliyi  keçirmiş quşlarda  immunitet yaranmır.
P ro filak tik a   v ə  m übarizə  təd b irləri. 
Quşların  yemləmə  və 
bəsləmə  şəraiti  yaxşılaşdırılmalıdır.  Travına törədə biləcək  fak­
torlar aradan  götürülməlidir.
Təsərrüfatda  xəstəlik  baş  verdikdə  ora  qeyri-sağlam  hesab 
edilir.  X əstələr ayrılır,  quş  binaları  və  onun  ətraf sahələri  2%-li 
formaldehid məhlulu  ilə dezinfeksiya edilir. Ölmüş quş cəsədlə­
ri yandırılmaqla zərərsizləşdirilir.  Məcburi kəsilmiş quşların da­
xili  orqanlarında  nekrotiki  iltihab  nəzərə  çarpırsa o  avtoklavdan 
keçirilməklə  və  ya  yandırılmaqla zərərsizləşdirilir.
Xəstəliyin  profilaktikasında  quşların  kənd  təsərrüfatı  hey­
vanlarından  ayrı  saxlanması  mühüm  əhəmiyyətə  malikdir.  Quş­
lar  binada  sıx  yerləşdirilməməli,  baytarlıq-sanitariya  tədbirləri 
sistem  şəklində  aparılmalıdır.
Axırıncı  xəstə  quşun  sağalması  və  ölümündən  1  ay  keçmiş 
və son dezinfeksiya aparıldıqdan sonra təsərrüfat nekrobakterio- 
za görə  sağlam  hesab  edilir.
2 8 1


K olibakterioz
Kolibakterioz  (Colibakteriosos,  koliseptisemiya,  eşerixioz) 
infeksion  xəstəlik  olub,  ürəyin,  hava  kisələrinin  və  bağırsaqla­
rın zədələnmələri  ilə  səciyyələnir.
Tarixi  m əlum at. 
Quşların  kolibakteriozu  ilk  dəfə  1889-cu 
ildə  Kleyn  tərəfindən  qeyd  edilmiş  və  1894-cü  ildə  Liner  bunu 
toyuqlarda  və  göyərçinlərdə,  1897-ci  ildə  Martel  toyuqlarda  və 
hind  quşlarında müşahidə  etmiş və  bəzi  xüsusiyyətlərini  ö y rən ­
mişlər.
Kolibakteriozun  törədicisi  ilk  dəfə  1885-ci  ildə  Eşerix  tə rə ­
findən  aşkar edilmiş və onun  şərəfmə bu mikrob  Esherichia coli 
adlandırılmışdır.
X əstəliyin   törəd icisi. 
E.coli  kifayət  dərəcədə  yoğun,  qısa 
(0,2-0,7x2-4  mkm)  çöp  şəklində  mikrob  olub  anilin  boyaları  ilə 
boyanır,  Qram  müsbətdir.  Yaşayış  tərzindən  asılı  olaraq  bunun 
hərəkətli  və  hərəkətsiz  variantları  mövcuddur Amili  bəzi  alim ­
lər  uzun  müddət  bağırsaq  çöpləri  kimi  qeyd  etmişlər.  M üasir 
təsnifata  görə  bağırsaq  çöpü  qrupu  bakteriyalar  3  cinsdən: 
Esherishia,  Citrobakter  və  Enterobakter  cinsindən  ibarətdir. 
Axırıncı  2  cins  kolibakteriozun  törədicisi  deyil.
E.  coli  aerob  və  ya  fakültativ anaerobdur.  Maye  qida  m ühit­
lərində  intensiv  bulanma,  bərk  qida  mühitlərində  isə  yuvarlaq, 
şirəli,  parlaq  koloniyalar  yaradır.  Endo  qida  mühitində  xəstəli­
yin  törədicisi  tünd  qırmızı  rəngdə  metal  parıltılı  koloniyalar ya­
radır və  mühitin  rəngini  qırmızı  rəngə çevirir.  Levin  qida mühi­
tində  yaratdığı  koloniyalar bənövşəyi  və  ya qara rəngdə olur.
E.  coli  mürəkkəb  antigen  quruluşuna  malikdir,  bunda  soma- 
tik -  o,  səthi -  К  və  qamçılı  H -  anticenləri  mövcuddur.
Kaufman, Knipşild və Velne eşerixiyaların antigen quruluşu­
nu  ərəb  rəqəmləri  ilə  göstərməyi  təklif  etmişdir.  Hal-hazırda 
eşerixiyalarda  150  tip  O  antigenləri,  88  K-antigeni  və  49  H-an- 
tigeni  müəyyən edilmişdir.  Bundan əlavə bunlarda adgeziv anti-
282
genlərdə (K-88, K-99 və s.) aşkar edilmişdir ki, məhz bunlar va­
sitəsilə  amil  bağırsaq epitelisinə yapışmaq və patogen təsir gös­
tərmək  qabiliyyətinə malik  olur.
E.  coli qida mühitlərində boy verən zaman zülal təbiətli anti­
biotik  xassəli  xüsusi  maddə  olan  kol isin,  həmçinin  ekzotoksin, 
endotoksin,  hemolizin,  neyrotoksin,  fıbrinolizin  və  s.  yaradılır 
ki,  bunlarda  əsas  patogenlik  faktorları  hesab  edilir.
Eşerixiyaların  antibibiotiklərə  həssaslığı  kəskin  şəkildə  də­
yişkəndir.  Amilin  əksər  ştamları  penisillinə,  levomisetinə,  mo- 
nomisinə,  tetrasiklinə  və  digər  antibiotiklərə  davamlılığı  ilə 
özünü  göstərir.  Antibiotiklərə  rezistentlik  konyuqasiya  zamanı 
plazmidlər vasitəsilə bir bakteriyadan  digərinə  verilir.
D a vam lılığı. 
E.  coli yüksək temperatura təsirindən tez məhv 
olur.  Beləki, bunlar 60°S Temeraturda  15  dəqiqəyə,  100°S-yə isə 
ani  olaraq  inaktivləşir.  Amil  peyində  1  ay,  su və torpaqda  isə  2- 
3  ay  sağ  qalır.  Kimyəvi  dezinfeksiya  vasitələrindən  karbol  tur­
şusu,  formaldehid,  xlorlu  əhəng,  natrium  qələvisinin  2-3%-li 
məhlulları  amili  qısa  müddətdə  məhv  edir.
Müəyyən  edilmişdir ki,  xəstəliyin  törədicisi  bir çox  antibio­
tiklərin  təsirinə  həssasdır.  Ancaq antibiotiklərin  müalicə vasitə­
si  kimi  uzun  müddət  istifadə  edilməsi  antibiotiklərə  davamlı  ir­
qlərin  yaranmasına  səbəb  olur.
E p izootoloji  m əlum atlar. 
Xəstəliyə  1-90  günlük  quşlar  və 
yumurtlama  dövürün  başlancığında  toyuqlar  həssaslıq  göstərir. 
Toyuqlardan  əlavə  xəstəliyə  hind  quşlarının,  qazların,  ördəklə­
rin  cücələri,  göyərçinlər də  həsassdır.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar  hesab  edilir.  Amil  orqanizmdən  kal  və  tənəffüs  orqanla­
rından  ayrılan  seliklə  ixrac olur.  Yoluxma alimentar,  aerogen  və 
transmissiv  yolla  baş  verir.  Transovarial  yoluxma  epizootoloji 
cəhətdən  mühüm  əhəmiyyətə  malik  deyil.
Kolibakterioz  sərbəst  xəstəlik  kimi  A-hipovitaminoz  və  bir 
çox  stress-amillərin  təsiri  fonunda  sporadiya  halında  müşahidə
283


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə