Mir Cəld
^
dünyasından sətirlər
İllər keçdikcə və ötən çağlardan uzaqlaşdıqca, istər-istəməz artıq
əlçatmaz uzaqlıqda qalan və ilğımlar arxasından görünən o illərə qa
yıdır, şəffaf uşaq baxışlarından süzülüb qəlbinə, yaddaşına həkk
olunmuş mənən uca insanları xatırlayırsan, o saf və təmiz dünyanın,
o unudulmaz insanların həsrətini çəkirsən, həyatda o cür insanlarla
rastlaşanda (əlbəttə, rastlaşırsan) müdrik babaların hikməti yada dü
şür: dünya xali deyil. Bir də onu düşünürsən ki, belə mənəviyyat, əx
laq və ucalıq örnəkləri olmasaydı, dünya çox zalım, amansız, subyek
tiv və haqsız olardı.
• •
Ö
mrümə əbədi daxil
olmuş ideal insanla
rın bir qismini əvvəlcə
əsərləri, çıxışları ilə, haq
qında formalaşmış müsbət,
ictimai rəylə qiyabi olaraq,
uzaqdan tanımışam və sev
mişəm, sonra həyatda gö
rüşmüşük, ünsiyyətdə ol
muşuq. Mir Cəlal müəllimi
də hələ Zəngəzurun kiçik
bir dağ kəndində - Maralzə-
midə m əktəbə gedərkən
"Bir gəncin manifesti"ndən
tanıyır. Baharın acı taleyinə
yana-yana bu əsərin müəl
lifini dünyanın ən böyük
yazıçılarından biri sayır
dım. Sonralar anladım ki,
belə əsərləri Mirzə Cəlil
demişkən, zəmanə özü ya
radır və belə əsərlər yazı
landa Tanrının əli müəllifin
əlinin üstündə olur. Qonşu
Lök kəndində dördüncü
sinifdə oxuyanda ədəbiyyat
müəllimim Əli Əliyev də
öz müəllimi Mir Cəlal Pa
şayevdən öyünə-öyünə da
nışardı və açıqca fəxr edər
di - Mir Cəlal Paşayev onun
müəllimi olub! Əli müəllim
o vaxt Zəngəzurda sadə ca-
5
ı^ S IP -ln a a rif jurnalı 4 - 2008
maatm təsəvvüründə ikinci növ
ali məktəb hesab edilən (birinci
Azərbaycan Dövlət Universiteti
sayılırdı) APİ-nin (indiki Azər
baycan Dövlət Pedaqoji Univer
siteti) qiyabi şöbəsini bitirmişdi.
Mən sadəlövh uşaq marağıyla
ondan soruşanda ki, Mir Cəlal
müəllim nə üçün universitetdə
dərs demir, sualım şübhəsiz,
APİ-nin məzunu kimi onun xət
rinə dəydi. İncik və bir az da
hirslə: niyə, bəyəm APİ univer
sitetdən əskikdir? - dedi - Mir
Cəlal Paşayevdən başqa APİ-də
Mikayıl Rəfili, Əbdüləzəl Də-
mirçizadə, Əhməd Seyidov, İs
mayıl Şıxlı... (adını eşitmədiyim
başqa müəllimlərin də adını çək
di) işləyir, - əvvəlki cümləsini
bir də qəzəblə təkrarladı, - bə
yəm APİ universitetdən əskik
dir? Sualım Əli müəllimin əm əl
li-başlı xətrinə dəymişdi. Mən
onu sakitləşdirmək üçün "bili
rəm onlar görkəmli adamlardır,
ancaq APİ-də işlədiklərini bil
mirdim", - söylədim. Bu sözüm
sanki Əli müəllimin çöhrəsində
ki qəzəbi bir andaca silib apardı.
"Sən çox şey bilirsən, ancaq hər
şeyi bilmirsən - deyərək barışıq
elan etdi". Aramız düzələndən
sonra Əli müəllimdən xahiş
edirdim ki, bir az Mir Cəlal
müəllimdən danışsın və Əli
müəllim həvəslə bildiklərini da
nışırdı. Ancaq Əli müəllim də o
vaxtlar mənim kimi bilmirdi ki,
Mir Cəlal müəllim Azərbaycan
Dövlət
Universitetinin
pro
fessorudur, sadəcə, vaxtilə tələ
bəsi olduğu APİ-dən ayrılmaq
istəmir, orfda da kurslar aparır,
təkcə Azərbaycandan deyil,
Zəngəzurdan, Göyçədən, Ağba-
badan, Loru-Pəmbəkdən, Dər
bənddən, Borçalıdan, Qaraçöp-
dən... ümumiyyətlə, Qafqazın
hər yerindən APİ-yə gəlib Əli
müəllim kimi təhsil alan soydaş
larımıza ədəbiyyat tariximizin
zənginliklərini çatdırmaq üçün
ADU-da işinin çox olmasına
baxmayaraq, imkan tapıb bir
vaxtlar təhsil aldığı doğma
institutda tələbələrə mühazirə
lər oxuyur. Bu tələbələr öz
kəndlərinə, öz evlərinə, öz mək
təblərinə ürəklərində Mir Cəlal
şəxsiyyətinin nurundan nə isə
aparır və bu gözəl insanın tələ
bəsi olduqları üçün Əli müəllim
kimi fəxrlə danışırdılar.
Uşaqlıq illərimdə bizim kən
dimizdə, bütün Zəngəzurda mə
nim yaşıdlarım və məndən bir az
böyüklər içində "Bir gəncin
manifesti"ni dönə-dönə oxuma
yan, yaxud heç olmasa bir -iki
fəsil oxumayan, Mir Cəlal adını
eşitməyən şagird tapmaq müm
kün deyildi. O vaxtlar heç Bakı
ya da televiziya gəlməmişdi. Ha
mı yazıçıları əsərlərindən və
mətbuatdan tanıyırdı. Biz yazıçı
larımızın şəklini yalnız kitablar
da və hərdən qəzetlərdə görə
bilərdik. Ancaq ədəbiyyat hə
vəskarları sevdikləri yazıçının
portretini xəyallarında canlandı
rırdılar. Bəlkə buna görəydi ki,
mən Mir Cəlal müəllimi 1963-
cii ilin avqustunda ADU-nun o
vaxtlar Nizami, 49-dakı korpu
sunda qəbul imtahanı vaxtı gö
rən kimi tanıdım. Məndən imta
hanı o vaxtlar tanımadığım baş
qa müəllim götürürdü, ancaq gö
züm Mir Cəlal müəllimdəydi,
onun reaksiyasını duymaq istə
yirdim və bu, həm imtahan gö
türən müəllimin, həm də komis
siyanın başqa üzvlərinin diqqə
tindən yayınmırdı. Mən suallara
cavab verdikcə Mir Cəlal müəl
limin üzündə ifadələrin dəyiş
mədiyini görür və narahat olur
dum, ancaq cavabımın sonuna
yaxın çöhrəsində məmnunluq
nişanələri sezdim və rahat ol
dum. Mir Cəlal müəllimi ilk
dəfə onda gördüm və imtahan
verdiyim 15-20 dəqiqədə səsini
eşitmədim və ilk təəssüratım bu
oldu ki, o, heyrətamiz dərəcədə
sakit və təmkinlidir. Universite
tin həyətinə düşən kimi biri so
ruşdu: Müəllimlər kimlərdir?
-Biri Mir Cəlal müəllimdir, -
dedim, - ikisini tanımadım.
Məndən imtahan götürən müəl
limi də tanımadım.
"Mir Cəlal müəllim ordadırsa
imtahan düzgün keçər"- imtaha
na gələn qardaşını müşayiət
edən universitetin üçüncü, ya
dördüncü kursunda oxuyan hə
min tələbənin sözləri yadımdan
çıxmayıb: "Mir Cəlal müəllimi
qəbula salıblar ki, imtahan düz
gün keçsin...!"
Mir Cəlal müəllimin kafedra
sı indiyəcən gözlərim önündən
getmir. Kafedra universitetin o
vaxtkı əsas binasında ikinci mər
təbədə pillələrin başında, böyük
Mir Cəlal müəllimi hələ Zəngəzurun kiçik bir dağ
kəndində - Maralzəmidə məktəbə gedərkən "Bir
gəncin manifesti"ndən tanıyır, Baharın acı taleyinə
yana-yana bu əsərin müəllifini dünyanın ən böyük
yazıçılarından biri sayırdım.
ı^4SeKWiıaarif jurnalı 4 - 2008
6
bir otaqda yerləşirdi. Bura bir
çox görkəmli alimlərin iş yeriy-
di, Mir Cəlal müəllimin hərdən
bu böyük otaqda ahəstə-ahəstə
var-gəl eləməyi vardı. Bütün
bunlarla bərabər burada qəribə
səssizlik, rahatlıq hökm sürürdü.
Müəyyən səbəblərdən mənim
də bu kafedraya yolum düşürdü
və mənə elə gəlirdi ki, sənət və
elm m əbədinə daxil oluram.
Kafedrada Əkbər Tağıyev, Əli
Fəhmi, Bəxtiyar Vahabzadə, İs
mayıl Əlizadə, Raifə Həsənova,
Əzizə Cəfərzadə, Fəridə Vəzi-
rova, Camal Əhmədov, sonralar
Abbas Zamanov kimi o vaxtlar
geniş tanınan alimlər - pedaqoq-
lar çalışırdı. Bir çox gənc, iste
dadlı tədqiqatçı müəllimlər vardı
ki, onların hamısı Mir Cəlal
müəllimin yetirmələriydi, elmin
və həyatın çətin yollarında Mir
Cəlal müəllim səxavətlə onlara
əl tutmuşdu. Həyatdan vaxtsız
getmiş Firidun Hüseynov da,
İnayət Bəktaşi də, Vaqif Vəli
yev də, Abuzər İsmayılov da,
Firuz Sadıqzadə də, Kamil Mir-
bağırov da, bu gün tədqiqatlarını
və pedaqoji fəaliyyətlərini da
vam etdirən Pənah Xəlilov, Cə
lal Abdullayev, Gülhüseyn Hü-
seynoğlu, Qara Namazov, Təh
sin Mütəllibov, Azad Nəbiyev,
Abdulla Abbasov, Xalid Əlimir-
zəyev və başqaları da Mir Cəlal
müəllimin kafedrasından çıxmış
dılar. Oxucu düşünəcək ki, bu
alimlər ədəbiyyatda başqa-başqa
sahələrin, dövrlərin tədqiqatçı
larıdır, məsələn, Əkbər Tağıyev,
İsmayıl Əlizadə xarici ədəbiy
yat, Abuzər İsmayılov, Gülhü
seyn Hüseynoğlu rus ədəbiyyatı
mütəxəssisiydi, Pənah Xəlilov
bugünkü anlamda MDB və Bal-
tikyanı ölkələr ədəbiyyatının,
yaxud, Firuz Sadıqzadə qədim
və orta əsrlər Azərbaycan ədə
biyyatının tədqiqatçılarıydı, Rai
fə Həsənova və Kamil Mirbağı-
rov XİX əsr ədəbiyyatımızdan
dərs verirdilər və s. və i. a. Oxu
cu haqlıdır. Məsələ bundadır ki,
təhsilimizin flaqmam Azərbay
can Dövlət Universitetində ədə
biyyatla bağlı bircə kafedra vardı
- Azərbaycan ədəbiyyatı kafed
rası! Milli ədəbiyyatımız da, xa
rici ədəbiyyat da, ədəbiyyatşü
naslıq da... bu kafedranın için-
dəydi, sonralar Universitetdə ya
ranan bütün ədəbiyyat kafedra
ları Mir Cəlal müəllimin məşhur
kafedrasından pərvəriş qazandı
lar.
Universitetdə
Mir
Cəlal
müəllimə böyük hörmət və mə
həbbətlə yanaşırdılar, ən başlı
cası, bütün gənclər - tələbələr,
aspirantlar, laborantlar onu həd
siz sevirdilər - alim kimi, müəl
lim kimi, ziyalı kimi, ağsaqqal
kimi! Belə hörmət və ehtiramın
nəticəsiydi ki, qismətinə onun
tələbəsi olmaq düşməyənlər ge
dib başqa kurslarda onun müha
zirəsini dinləyirdilər. Mən də
belələrindən idim. Bu günün
özündə də birinci-ikinci kurslar
da oxuyanda gedib Mir Cəlal
müəllimin ədəbiyyatşünaslıq
dan, Ağamusa Axundovun ümu
mi dilçilikdən mühazirələrini
dinləməyimi xoş təəssüratla xa
tırlayıram. Bu fənləri bizə də sa
vadlı müəllimlər tədris edirdilər,
ancaq Mir Cəlal müəllimin bö
yük yazıçı, alim və ziyalı şəxsiy
yəti, Ağamusa Axundovun iste
dadlı alim təfəkkürü və natiqliyi
məni özünə çəkirdi. Mir Cəlal
müəllimin mühazirələrini dinlə
mək üçün bizdən bir kurs yuxa
rının əlaçı tələbəsi Şaməddinə
(aramızdan vaxtsız getmiş iste
dadlı dilçi-türkoloq alim) müra
ciətdən sonra o mənim xahişimi
Mir Cəlal müəllimə çatdırıb,
icazə almışdı. İkinci mühazirə
dən sonra Mir Cəlal müəllim
mənə yaxınlaşdı:
- Sizin kursa ədəbiyyatşünas
lığı kim deyir? - soruşdu.
- Biz hələ ədəbiyyatşünaslıq
keçmirik,- dedim.
- Birinci kursdasan ? - Bir da
ha dəqiqləşdirmək istədi.
- Bəli,- dedim. - Sizin müha
zirələrinizi dinləmək istəyirəm.
Əgər başqa predmetdən, məsə
lən, ədəbiyyat tarixindən müha
zirə oxusaydınız da gələcəkdim,
sadəcə, sizi dinləmək istəyirəm.
- Yaxşı.
Başqa söz demədi.
İkinci kursda ədəbiyyatşü
naslığı bizə o vaxtlar cavan olan
Təhsin Mütəllibov deyirdi. İlk
dərsdə ilk sözü bu oldu ki, ədə
biyyatşünaslığa aid indiyədək fi
lan dərsliklər, kitablar nəşr olu
nub. Həmin kitabların dəyərini
azaltmaq fikrim yoxdur, müəllif
lərinə də hörmətim var, ancaq
mən sizdən öz dediklərimi soru
şacağam. Təhsin müəllimin də
mühazirələri özünəməxsus və
Mir Cəlal müəllimə hörmət və ehtiramın nəticə
siydi ki, qismətinə bu böyük pedaqoqun tələbəsi
olmaq düşməyənlər gedib başqa kurslarda onun
mühazirəsini dinləyirdilər.
7
rjÖ fe lılm a a rif jurnalı 4 - 2008
maraqlı idi. Onda hələ Mir Cəlal
müəllimin Pənah Xəlilovla bir
gə yazdıqları "Ədəbiyyatşünaslı
ğın əsasları" kitabı nəşr olunma
mışdı. Bu kitab nəşr olunandan
sonra vərəqlədim, gördüm ki,
Təhsin müəllim hələ 1964-cü
ilin payızında bizə Mir Cəlal
müəllimin dərsliyindən danışır
mış.
Ancaq mənim ədəbiyyatşü
naslıq fənni ilə bağlı xatirələrim
bununla bitmir. Həmin 1964-cü
ilin oktyabr ayında əsgəri xid
mətə çağırıldım, filologiya fa
kültəsinin dekanı Əlövsət Ab
dullayev, müəllimlər bu xəbər
dən çox narahat oldular, dekanın
təşəbbüsü və təklifi ilə qiyabiyə,
özü də üçüncü kursa keçməli ol
dum. Əlövsət müəllim dedi ki,
keç qiyabiyə, ildə bir dəfə dəvət
edərik, gəlib imtahanlarını ve
rərsən, həm təhsilini davam et
dirərsən, həm də xidmət edər
sən. Əmrini də üçüncü kursa ve
rərik ki, bir il itirməyəsən (filo
logiya fakültəsinin əyani şöbə
sində təhsil 5 il, qiyabi şöbəsin
də isə 6 il idi). Vaxt azlığından
ikinci kursun bütün imtahanları
nı, yoxlamalarını, kurs işlərini 5-
10 gündə verməli idim. Verdim
də. Bircə ədəbiyyatşünaslıqdan
imtahan verəndə
müəllim lə
aramda indiyəcən unutmadığım
"maraqlı dialoq" oldu.
Hələ birinci kursda oxuyanda
gedib başqa kursda Cəlal müəl
limdən dərs alsam da, ikinci kur
sun əvvəllərində Təhsin Mütəl
libovun mühazirəsini dinləsəm
də imtahanı başqa müəllim götü
rəsi oldu, çünki qiyabi şöbədə
bu fəndən başqa müəllim dərs
deyirdi. İkinci, ya üçüncü sualda
sözümüz düz gəlmədi. Mən
sualdan - süjetdən danışırdım:
"süjet bədii əsərdə hadisələrin
inkişaf xəttidir..." komponentləri
sayırdım, izah edirdim. "Başqa"
müəllim tez-tez deyirdi: "Mənə
loru dillə izah et görüm süjet nə
dir? " Mən loru dili pis bilmir
dim, kitab dilində bildiklərimi
"loruya" çevirirdim. "Komso
mol"
poemasının,
"Yevgeni
Onegin"in süjet xətlərini açaraq
fikirlərimi əsaslandırmağa çalı
şırdım. O, yenə təkid edirdi:
"Loru dillə mənə izah et..."
Axırda təngə gəlib mən sual ver
dim:
- Bəlkə siz mənə loru dillə
izah edəsiniz görək süjet nədir?
"Başqa müəllim" bunu gözlə-
mirdi, ətrafa baxıb çaşdı, sonra
özünü ələ almağa çalışaraq so
ruşdu:
- Bura haradır?
- Bakı. -Səsimdəki istehzanı
yəqin ki, gizlətmək mümkün ol
madı.
- Yox, buranı deyirəm, - qol
larını geniş açdı, işarə etdi ki,
nəhəng binanı nəzərdə tutur.
- Universitet.
- Hə, sağ ol, - elə bil süjetin
əsas mahiyyəti bu idi, - mən bur
dan vağzala getməliyəm. Həyə
tə düşürəm, hansı avtobusa min
məliyəm? -soruşdu, mən sus
dum, 39 nömrəli avtobusa mini
rəm (o vaxtlar 39 nömrəli avto
bus Nərimanov prospektinin so
nundan gəlir, Baksoveti keçir, -
dayanacağı düz universitetin qa-
bağındaydı, - dəmiryolu vağzalı-
nacan gedirdi), Akademiyanı...
Sabir bağını keçirəm, sonra də
niz sahilinə düşürəm... Lenin
muzeyinin yanından keçib...
sonra sola dönürəm... Gedib
vağzala çatıram. Bax, bədii əsə
rin süjeti budur.
Mən sakitcə ayağa qalxdım.
Zaçot kitabçamı götürüb pencə
yimin qoltuq cibinə qoydum.
- Otur, hara gedirsən? - təəc
cüblə soruşdu.
- Əsgərliyə.
- Bu nə deyir? - Ətrafa baxdı,
sanki cavabı məndən yox, baş
qalarından gözləyirdi.
Yalnız ayağa qalxıb qapıya
tərəf dönəndə kafedrada çoxlu
adamın olduğunu gördüm. De
mə, "başqa müəllim" "loru dil
də" məni sorğu-suala tutanda
tənəffüs başlayıb, müəllimlər
kafedraya qayıdıb. Mir Cəlal
müəllim də gəlib və hamı sakit
cə "başqa müəllimin" mülahizə
lərini dinləyib. Mənim arxam
qapıya olduğundan kafedraya bu
qədər müəllim toplaşdığını gör
məmişəm.
- Qayıt, mən səni yoxlayır
dım, - "başqa müəllim " əməlli-
başlı əl-ayağa düşmüşdü.
Yuxarı başdakı mizinin ya
nında ayaqüstə dayanan, yəqin
ki, bayaqdan "loru dilə" qulaq
asan Mir Cəlal müəllim tərəfə
baş əydim, ehtiramla "bağışla
yın, Mir Cəlal müəllim," deyib
otaqdan çıxdım. Bir az sonra o
illərdə cavan olan Cəlal Abdul
layevi foyedə gördüm, gülə-gü
lə:
- Sənə "beş" yazdı, "zaçotka-
Bir-iki gün sonra Mir Cəlal müəllimi dəhlizdə
gördüm. Mənalı-mənalı gülümsəyirdi, şübhəsiz, o
komik səhnəni xatırlayırdı.
-maarif jurnalı 4 - 2008
8
nı" apar imzalasın.
- Mən istəmirəm mənim "za-
çotkamda" onun imzası olsun.
- Unut getsin, yaşlı adamdır. -
Cəlal müəllim şirin-şirin güldü.
- Artıq unutdum.
Mir Cəlal müəllim uğunub
getdi:
- Elə bu ona dərs olacaq.
Bir-iki gün sonra Mir Cəlal
müəllimi dəhlizdə gördüm. M ə
nalı-mənalı gülümsəyirdi, şüb
həsiz, o komik səhnəni xatırla
yırdı. Sonra şirin təbəssümlə so
ruşdu:
- Sənin fərq imtahanlarından
çətinliyin yoxmu?
- Xeyr, Mir Cəlal müəllim, -
qətiyyətlə bildirdim.
- Sessiyalara gələndə mənlə
görüş.
- Baş üstə, Mir Cəlal müəl
lim.
Bu sözləri mənə verilən çox
dəyərli mükafat kimi qəbul et
dim və həmişə də xoş duyğular
la xatırlayıram.
Bu epizodu niyə xatırladım: o
illərdə filfakda belə "başqaları"
da vardı, ancaq Mir Cəlal müəl
limin nüfuzu, səviyyəsi, intel
lekti hər şeyi yoluna qoyurdu,
haqsızlığa, ədalətsizliyə şərait
yaratmırdı.
Fərq imtahanlarını, yoxlama
larını, kurs işlərini bir həftədə
qurtarıb oldum üçüncü kursun
tələbəsi, getdim kəndimizə ki,
ailəmizlə
halallaşım,
demə,
məndən böyük qardaşımı da əs
gər aparırlar, buna görə də mənə
möhlət verdilər və onun yerinə
məktəb müdiri təyin etdilər. Be
ləliklə, 1966-cı ilin martmacan
Maralzəmidə müəllim oldum,
sonra İrəvana "Sovet Ermənista
nı" qəzetinə dəvət edilərək ora
da işlədim. Və qışda da, yayda
da sessiyaya gələndə mütləq Mir
Cəlal müəllimin qəbuluna ge
dərdim. Xülasə İrəvanda işlə
yəndə böyük ədiblə söhbətimiz
çox çəkərdi. İrəvanda, bütün
Qərbi Azərbaycanda soydaşları-
mızla, ədəbi mühitlə, xüsusilə
erməni millətçiliyi ilə çox ma
raqlanırdı, Bakıdan, Moskvadakı
görüşlərdən şəxsən tanıdığı er
məni yazıçılarının özlərini necə
apardıqlarını soruşurdu. Mən ge
niş məlumat verirdim, onu İrə
vana dəvət edirdim. Deyirdi İrə
vanda son dəfə 1953-cü ildə
olub, sonralar yolu düşməyib.
Əsli Azərbaycandan olan erməni
yazıçılarını soruşardı. Onların da
çoxunun m illətçilik vəbasına
mübtəla olduqlarını deyirdim.
Heyrətdən doğan ifadəsi indi də
yadımdadır: "Öz çörəyimizi ye
yib özümüzə daş atanlar... "
Deyirdi ki, gəlmək istəyir,
xüsusilə oradakı soydaşlarımızla
görüşmək üçün. Təəssüf ki,
onun sağlığında İrəvanda yaşadı
ğım on iki ildə bircə dəfə də ol
sun gələ bilmədi.
Sonralar da Mir Cəlal müəlli
min kafedrasının çox professor
ları ilə, ümumiyyətlə, bu maraq
lı ədəbi mərkəzlə əlaqələrim da
vam etdi. Uzun illər bu kafedra
da ədəbiyyat nəzəriyyəsinin,
ədəbiyyat tarixinin, tərcümə sə
nətinin başlıca prinsipləri, tədqi
qat istiqamətləri hazırlanmışdı.
Bu prinsiplər əvvəlcə Universi
tet çərçivəsində tətbiq edilir,
sonra örnək olaraq Akademiya
ya, başqa ali məktəblərə, ümu
miyyətlə, ədəbi aləmə yayılırdı.
Mir Cəlal müəllim belə bö
yük elmi-filoloji mərkəz yarat
mışdı.
Bir maraqlı məqamı da açıq
lamaq istəyirəm. Bizim kursa
dərs deyən ədəbiyyat müəllim
ləri yeri gəldikcə, Mir Cəlal
müəllimdən sitatlar gətirərdilər.
Bu sitatların - dəyərli fikirlərin
çap olunmuşu da vardı, çap olun
mayam da, elmi müzakirələrdən
götürüləni də vardı, adi söhbət
lərdən alınanı da. Hamısı ibrəta
miz fikirlər idi. Ancaq mənə ən
maraqlısı o idi ki, həm tələbəlik
illərində, həm də sonralar müəl
limlərin öz kafedra müdirlərin
dən sitat gətirməsini, onun fikir
lərinə istinad etməsini nə eşitmi
şəm, nə də şahidi olmuşam.
Mir Cəlal müəllimin böyük
lüyünün göstəricilərindən və
onu rəhbərlik etdiyi kafedranın
həm yaşıdlarının, həm də gənc
lərinin birmənalı sevdiklərini
təsdiqləyən faktorlardan biri də
bu idi!
Uzun illər Mir Cəlal müəllimin kafedrasında
ədəbiyyat nəzəriyyəsinin, ədəbiyyat tarixinin,
tərcümə sənətinin başlıca prinsipləri, tədqiqat
istiqamətləri hazırlanmışdı. Bu prinsiplər əvvəlcə
Universitet çərçivəsində tətbiq edilir, sonra örnək
olaraq Akademiyaya,
başqa ali məktəblərə,
ümumiyyətlə, ədəbi aləmə yayılırdı.
cfəhi%ıaarif jurnalı 4 - 2008
Dostları ilə paylaş: |