41
Fridoviç bu barədə belə deyir:
“Tənəffüs edən bütün orqanizmlər qəribə tələyə
düşmüş vəziyyətdədirlər. Həyatlarını dəstəkləyən
oksigen, eyni zamanda, onlar üçün zəhərləyici
(toksik) xüsusiyyətdədir və bu təhlükədən çox
həssas xüsusi müdafiə mexanizmləri sayəsində
qorunurlar”. (Irwin Fridovich, «Oxygen Radicals,
Hydrogen Peroxide, and Oxygen Toxicity», Free
Radicals in Biology, (ed. W. A. Pryor), New York:
Academic Press, 1976, s. 239-240)
Oksigenin həll olma dərəcəsinin və
orqanizmdəki kompleks ferment sistemlərinin
məhz lazımi ölçüdə yaradılması bizi bu tələdən,
yəni oksigenlə zəhərlənmədən və ya oksigensiz
qalaraq boğulmaqdan qoruyur. Allah nəfəs
aldığımız havanı da, kompleks sistemlərimizi də
qüsursuz uyğunluqla yaratmışdır.
Düşünən İnsan, Oktyabr 2014
Düşünən İnsan, Oktyabr 2014
41
42
Kainatdakı ulduzların və digər işıq mənbələrinin
hamısı eyni cür işıq yaymır. Şüalar dalğa uzunluqlarına
görə fərqlənirlər. Müxtəlif dalğa uzunluqlarının əmələ
gətirdiyi şkala çox genişdir. Ən kiçik dalğa uzunluğuna
malik qamma şüaları ilə ən böyük dalğa uzunluğu
olan radiodalğalar arasında 10
25
-də 1 (milyard dəfə,
milyard dəfə, milyardlıq) fərq var. Burada möcüzəvi
cəhət Günəşin yaydığı şüaların hamısının 10
25
-lik
şkalanın bir intervalına yerləşməsidir. Çünki bu dar
sahədə həyat üçün lazım olan şüalar yerləşir.
Burada diqqətçəkən cəhət dalğa uzunluqlarının
həddindən artıq geniş şkalada yayılmalarıdır. Ən qısa
dalğa uzunluğu ən uzun dalğa uzunluğundan 10
25
dəfə
kiçikdir. 10
25
1 rəqəminin yanına 25 sıfır əlavə etməklə
əmələ gələn saydır. “10.000.000.000.000.000.000.000.
000” şəklində yazılan bu sayın böyüklüyünü daha yaxşı
qavramaq üçün bəzi müqayisələr aparaq. Məsələn,
Yerin 4 milyard illik ömrü boyu keçən saniyələrin cəmi
10
17
-dir. Əgər 10
25
sayını saymaq istəsək, gecə-gündüz
fasiləsiz saymalıyıq və bunun üçün Yerin yaşından
100 milyon dəfə artıq vaxt lazımdır! Əgər 10
25
ədəd
kartı üst-üstə düzsək, Südyolu qalaktikasından kənara
çıxarıq və müşahidə olunan kainatın təqribən yarısı
qədər məsafə gedərik. (Michael Denton, Nature’s
Destiny, s. 51)
Günəşin yaydığı görünən işıq kainatdakı 10
25
müxtəlif dalğa uzunluğu arasında bir intervalı əhatə
edir. Maraqlıdır ki, Yer kürəsində həyata imkan verən
şüalar da 10
25
-də 1 intervalında yerləşən şüalardır.
Günəşdən yayılan işığın Yerdəki həyata tam uyğun
şəkildə 10
25
-də 1 intervala yerləşdirilməsi təsadüflə
açıqlanmayan üstün nizamı göstərir. Günəşin yaydığı
şüanın növü belə trilyon dəfə trilyonlarla ehtimal
arasından ən ideal şəkildə seçilmişdir.
Kainatdakı müxtəlif dalğa uzunluqları bu qədər
geniş şkalada yayılmışdır. Ancaq maraqlıdır ki,
bizim Günəşimiz bu geniş şkalanın çox dar
intervalında yerləşir. Günəşdən yayılan müxtəlif
dalğa uzunluqlarının 70%-i 0.3 mikronla 1.50 mikron
arasındakı dar intervaldadır. Bu intervalda 3 növ işıq
var: görünən işıq, infraqırmızı şüalar və ultrabənövşəyi
şüalar.
www.elmxeberleri.com
Düşünən İnsan, Oktyabr 2014
42
43
Bu üç işıq növü birlikdə elektromaqnit dalğaları
şkalasının içində bir intervalı tutur! Başqa sözlə, Günəş
işığı üst-üstə düzdüyümüz 10
25
ədəd kartdan biridir.
Bəs nə üçün Günəş şüaları bu dar intervala
yerləşdirilib?
Cavab çox əhəmiyyətlidir: Günəş işığı bu dar
intervala yerləşdirilib, çünki Yer kürəsindəki həyata
imkan verən şüalar yalnız bu şüalardır.
İngilis fizik Yan Kempbel “Enerji və atmosfer”
(Energy and the Atmosphere) adlı kitabında bu
mövzuya toxunaraq: “Günəşdən yayılan şüaların
Yer kürəsindəki həyatı dəstəkləmək üçün çox dar
intervalda yerləşdirilməsi, həqiqətən, qeyri-adi
vəziyyətdir”, -deyir. Kempbel bunu ağlasığmaz
dərəcədə təəccüblü adlandırır. (Ian M. Campbell,
Energy and the Atmosphere, London: Wiley, 1977,
s. 1-2)
Günəş işığı ilə fotosintez arasındakı
qeyri-adi uyğunluq
Yüksək texnologiya ilə təchiz olunmuş
laboratoriyada fəaliyyət göstərən mütəxəssislərin
heç birinin bacarmadığı bir prosesi bitkilər yüz milyon
illərdir həyata keçirirlər. Günəş şüasından istifadə
edərək fotosintez edir və qida hasil edirlər. Ancaq bu
prosesin mühüm şərti bitkilərə gələn işığın fotosintez
üçün uyğun işıq olmasıdır.
Bitkilərin fotosintez etməsini təmin edən
hüceyrələrindəki xlorofil molekullarının işıq enerjisinə
həssas olmalarıdır. Ancaq xlorofil sadəcə müəyyən
dalğa uzunluğundakı şüalardan istifadə edir. Günəş
isə məhz bu şüaları yayır. Fotosintez üçün lazım olan
dalğa uzunluğu 10
25
müxtəlif dalğa uzunluğundan
yalnız birinə uyğun gəlir.
Fotosintez nəticəsində günəş enerjisi bitki
yarpaqlarının hüceyrələrində qida şəklində toplanır.
Yer üzündəki bütün canlılar birbaşa və ya dolayı
şəkildə enerjini bu yolla əldə edir. Hər hansı bitkinin
fotosintez etməsi isə sadəcə müəyyən işıq intervalında
mümkündür. Bu interval isə Günəşin yaydığı işığa
uyğun gəlir.
Görünən işıqla əlaqədar diqqətçəkən digər cəhət isə
bu işığın müxtəlif rənglərinin suyun içində müxtəlif
məsafələr qət etməsidir. Məsələn, qırmızı işıq 18 metr
dərinliyə qədər gedir. Sarı işıq 100 metr dərinliyə qədər
irəliləyir. Yaşıl və mavi işıq isə 240 metrə qədər gedir.
Bu, çox mühüm nizamdır. Çünki fotosintez üçün lazım
olan işıq, əsasən, mavi və yaşıl işıqdır. Suyun bu işıq
rəngini digərlərindən daha çox keçirməsi sayəsində
fotosintez edən bitkilər dənizin 240 metr dərinliyində
də yaşaya bilirlər.
Günəşin yaydığı işıqla fotosintez üçün lazım
olan işığın eyni olması işığın mükəmməl quruluşunu
göstərir. Amerikalı astronom Corc Qrinşteyn “Simbioz
kainat” (The Symbiotic Universe) adlı kitabında bu
mövzu ilə bağlı belə yazır:
“Fotosintezi xlorofil molekulu həyata keçirir...
Fotosintez mexanizmi bir xlorofil molekulunun günəş
işığını udması ilə başlayır. Ancaq bunun baş verməsi
üçün işıq doğru rəngdə olmalıdır. Yanlış rəngdəki
Düşünən İnsan, Oktyabr 2014
Düşünən İnsan, Oktyabr 2014
43