AZƏRBAYCAN UNİVERSİTETİ
157
n
İPƏK YOLU
n
2/2014
oğlunun vaxtsız ölümü də səkkizin yarısına düşür, gəlininin ərə getmək istədiyini bildikdə
qarının evdən çıxıb getməsi də. Əslində, bu, həmin ev üçün Gülsabahın da yoxluğu,
ölümüdür. Müəllif, ananın göz yaşlarının şəklə çevrilmiş oğulun gözləri üstünə düşməsini
oğulun ananın dərdinə ağlaması kimi mənalandırır. Bu cür epizodlar kino üçün hazır fraq-
mentlərdir. Müəllif vərdiş etdiyi bütün bu vasitə və üsulları “Qətl günü” romanında yüksək
səviyyədə hərəkətə gətirdiyindən roman kino sənəti üçün zəngin material verir.
fikrin metaforik ifadəsi, mecaz növlərindən məharətlə istifadə, sadə, aydın təhkiyə və
dialoqlar Y. səmədoğlu üslubunun əsas keyfiyyətlərindəndir. Tünd təbiət boyaları, təbiətin
min bir rəngi onun təsvir dilində xüsusi emosionallıq yaradır. Həzin, lirik təkrirlər fikrin
ifadəsinə gözəllik verir, yazıçı ideyasının təsir gücünü artırır.
Y. səmədoğlunun nəsri nikbin ruhu, tragik momentləri komik situasiya ilə birləşdirmək
imkanları ilə yeni nəsrin ən yaxşı nümunələrindəndir. Müəllif bir çox hallarda, yumor və
satira vasitələrindən ustalıqla istifadə edərək, sosial-ictimai qüsurların komik yolla islahına
çalışır, hadisə və xarakterlərin təbiətindəki komizmi, gülünclüyü, gülüş doğuran cəhətləri
açıb göstərir.
Yusif səmədoğlunun yalnız bir hekayəsində – “220 №li otaq”da “yazıçı mövqeyi” deyilən
bir məqamla qarşılaşmaq olar. Qalan heç bir nəsr əsərində bu mövqe bilinmir və ümu-
miyyətlə, yazıçının işi “mövqe” nümayiş etdirmək deyil. Yazıçı mövqeyi onsuz da əsərin
ümumi ruhunda hiss olunmalıdır.
Yusif səmədoğlunun “Astana” hekayəsi belə bir proloqla başlayır: “Ölüm var ölümdü,
ölüm də var zülümdü”. Bu fikrin yazıçının əsərlərində tez-tez təsadüf olunan ölümlərə, qətl-
lərə bilavasitə dəxli var.
Ümumiyyətlə, Ölüm faktoru insan həyatının danılmaz və qaçılmaz məqamıdır. Bütün
yollar ölümə aparır, amma bu yollar da müxtəlifdir və sonu şərəfli ya şərəfsiz şəkildə başa
çatır. “Astana”dakı ölüm labüd və qaçılmazdır (intihar olsa da başqa çıxış yolu yox idi).
“Astana” hekayəsində görə-görə, bilə-bilə özünü o dünyanın astanasına gətirib çıxaran in-
sanın tragik anda daxili sarsıntıları, o dünya ilə bu dünyanın sərhəddində çəkdiyi əzablar
qələmə alınmışdır. Hekayə mahiyyət etibarilə bir roman səviyyəsindədir və təsvirin ağırlığı,
ciddiliyi, istehzanın qatılığı onu “Qətl günü” ilə daha möhkəm bağlayır.
Y. səmədoğlu az yazsa da, çox oxunur. Bunun bir sirri yazıçının seçdiyi mövzularla
bağlıdır. Əksər hekayələri göstərir ki, yazıçı daim hadisələrin ən çətin, ən qorxulu, gərgin
və böhranlı anını əsas götürür və təsvir obyektinin böhranlı vəziyyətində onun əhval-
ruhiyyəsini, psixoloji sarsıntılarını qələmə alır — zirvədən başlayır və tədricən qətə doğru
gedir. Bu cür təsvir yazıçı üçün nə qədər çətindirsə, oxucu üçün o qədər maraqlı və ibrə-
tamizdir.
Ədəbiyyat:
1. Muxtar İmanov- “Qətl günləri, ölülər və dirilər”, Azərbaycan jurnalı, 1987, N-9
2. Yusif səmədoğlu- seçilmiş əsərləri, Şərq-Qərb, Bakı, 2005
3. http://az.wikipedia.org/wiki/Yusif_s%C9%99m%C9%99do%C4%9flu
n
İPƏK YOLU
n
2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
158
4. http://kulis.az/news/3195
5. http://www.azadliq.org/content/article/24952211.html#page=1
Abstract
PROBLEMS OF HUMAN PSyCHOLOGy IN tHE StORIES
OF yUSIF SAMADOGLU
Fidan JUMAyEvA
Graduate student of Azerbaijan University
Reviewer: Doctor of Philology, prof. Kamran Aliyev
Key words: stories, threshold, Bird simurg.
The article provided an overview of the stories of Yusif samadoglu. The article put for-
ward the ideas and stories reflected the themes touched. A few details were given about the
story.
Pезюме
ПРОБЛЕмы ЧЕЛОВЕЧЕСКОЙ ПСИхОЛОГИИ В РАССКАЗАх
ЮСИФА САмЕДОГЛы
Фидан ДЖУмАЕВА
магистрант Университета «Азербайджан»
Отзыв: доктор филологических наук, профессор Камран Алиев
Ключевые слова: Истории, Порог, Птица Симург
В статье глубоко исследовано человеческая психология в рассказе Юсифа Саме-
доглы. Здесь нашли свое отражение темы рассмотренные в рассказах автора и выдви-
нутые им идеи. Также, дана обширная информация о других произведениях автора.
AZƏRBAYCAN UNİVERSİTETİ
159
n
İPƏK YOLU
n
2/2014
CON APDAyK ÜSLUBUNUN BƏZİ XÜSUSİyyƏtLƏRİ
Günel HÜSEyNOvA
Azərbaycan Universitetinin magistrantı
Rəyçi: f.e.d., prof. Qorxmaz Quliyev
Açar sözlər: Con Apdayk yaradıcılığı, ifadə vasitələri, epitetlər, Con Apdayk
yaradıcılığında metafora
XX əsr Amerika ədəbiyyatının ən görkəmli yazıçılarından biri də Con Apdaykdır. o,
Amerika həyatının gerçəkliyini olduğu kimi təcəssüm etməyə cəsarət edən yazıçılardan biri
idi. onun əsərlərində hadisə və insan xarakterlərin təsviri tükənməzdi. Bununla da o, oxucuya
çox zaman görmədiyi və yaxud mahiyyətinə vara bilmədiyi həyat həqiqətlərini açıqlayırdı.
Apdaykın bədii əsərləri XX əsr Amerika ədəbiyyatı tarixində özünəməxsus yer tutur.
sənətkarın yaradıcılıq ustalığının ən vacib göstəricilərindən biri də onun bədii dilinin
ifadəli tərəfinin olmasıdır: burada, mərkəzi yeri məcazlar və müxtəlif stilistik üsullar tutmaq-
dadır. Müəyyən leksik vahidlərdən məcazi, onlar üçün qeyri-adi mənada istifadə edə bilmə,
ifadələrin bir-birilə uyğunlaşdırma qabiliyyətilə müəllif öz ədəbi-bədii ustalığını nümayiş et-
dirir və oxuyucuya xüsusi təsir bağışlayır. sənətkar tərəfindən öz yaradıcılığında istifadə olu -
nan bir çox dil vasitələri və üsullarının açıqlanması və analizi zamanı onun dünya görüşünün
identikliyi, aşkarlanır: məhz sənətkarın dünyagörüş mövqeyində onun mədəni reallıqların
müxtəlif elementləri öz təcəssümünü və təfsirini tapırlar.
C.Apdayk öz müasirlərindən əsərlərinin dilində müxtəlif leksiki vasitələrdən, üsullardan,
məcazlardan özünəməxsus və qeyri-adi şəkildə istifadəsiylə fərqlənir: bu cəhətlər stilistik
nəzər nöqtəsindən araşdırma, tədqiqat və analiz baxımından böyük maraq doğururlar. sözləri
yetəri qədər orijinal və qeyri-standart qaydada bir-birilə uyğunlaşdırmaq onun üçün tipikdir.
onun məcazlarındakı əsrlər öncədən mövcud olan əbədi anlamlar kimi, hal-hazırda
yaşadığımız epoxalar və həyatın müxtəlif sahələrinin cürbəcür nöqteyi-nəzərləri bir-birinə
bağlanır, eyni zamanda müxtəlif səviyyələrdə istifadə etdiyi müşahidələr stilistik yükə ma-
likdir və müəllifin lirik qəhrəmanının əhval-ruhiyyəsinin, duyğularının bütün rəngarəngliyini
oxucuya çatdırmağa xidmət edir. Titanların, romalıların, tarixi yerlərin (Bizans: the Byzan-
tineTrinity - "Bizans üçlüyü"), mifoloji varlıqların (Meduza Qorqona: eacha Gorgon'shead -
"hər [sütun] - Meduza Qorqonanın başı), siyasi füqurlar və şəxsiyyətlərin (Ptolomey: thoseold
Ptolemaic heavens - "bu qədim ptolomey səmaları"; Platon: Plato's ideals - "Platonun ideal-
ları"; sezar: when caesar fell - "sezar həlak olanda"; stalin: stalin, who indulged his native
land with privilege...-"stalin, hansı ki öz doğma torpağını imtiyazla zay etdi...") obrazları,
təbiətin elementləri gündəlik həyat reallıqları ilə uyğunlaşır (avtomobillər, idman növləri,
qəzet və jurnal adları: property laws-"əmlak hüququ"; my well-insured '55 fordor ford -
"mənim düzgün sığortalanmış 55-ci buraxılışı "fordor" fordum"; the flutter of a Guardian -
" "Guardian" qəzetinin xışıltısı", copies of Punch - "Punch" satirik jurnalının buraxılışları";
vacant lots - "park etmək üçün vakant yerlər") və elmi terminlər və ifadələr (polycentric orbits
Dostları ilə paylaş: |