108
İqtisadi sistemin ümumi elementlərinə hansılar aiddir?
a) məhsuldar qüvvələr və istehsal münasibətləri
b) iqtisadi qanunlar və kateqoriyalar
c) tələb və təklif
d) istehsalçılar və istehlakçılar
e) rəqabət və qiymət
109
Bazar iqtisadiyyatı şəraitində yalnız alıcı tələblərinin ilkin tədqiqi
əsasında deyil, daha vacib olan, həmin tələbin bazarda öz-özünə
formalaşması əsasında qurulmuş müəssisələrin (firmaların) fəaliyyətinin
tam təşkili sistemi necə adlanır?
a) Sahibkarlıq
b) Kommersiya
c) Biznes
d) Menecment
e) Marketing
110
İqtisadi nəzəriyyənin metodlarına hansılar aiddir?
I. Təhlil və sintez;
II. Subyektivçi;
III. İnduksiya, deduksiya;
IV. Rasionalist;
V. Tarixi və məntiqilik;
VI Neopozitiv-emprik;
a) I, III, IV
b) V, VI, VI,
c) VI, VII
d) I, III, V,
e) II, IV, VI
111
Kütləvi standart əmtəələrin topdansatış ticarətinin təşkilati
forması və ya valyuta, iş qüvvəsi və qiymətli kağızların alqı-
satqısı üzrə sistematik əməliyyatlar növü necə adlanır?
a) Bazar
b) Bazarın quruluşu
c) Bazar infrastrukturu
d) Birja
e) Sövdələşmə
112
“Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat”
hansı alimin əsəridir?
a) Adam Smit
b) David Rikardo
c) Jan Şarl Leonar Simond de Sismondi
d) U. Petti
e) V F. Kene
113
Leqal bazar, qeyri-leqal («qara» və «boz») bazarlar hansı meyarlara
görə bazarların təsnifatıdır?
a) Subyektlərinə görə
b) İctimai əmək bölgüsünə görə
c) Mükəmməllik səviyyəsinə görə
d) Yetkinlik səviyyəsinə görə
e) Qüvvədə olan qanunvericiliyə uyğunluğuna görə
114
Sərbəst bazar, inhisarçı bazar, oliqopolik bazar, qarışıq bazar hansı
meyarlara görə bazarların təsnifatıdır?
a) Yetkinlik səviyyəsinə görə
b) Rəqabətin məhdudlaşdırılması dərəcəsinə görə
c) İctimai əmək bölgüsünə görə
d) Mükəmməllik səviyyəsinə görə
e) Qüvvədə olan qanunvericiliyə uyğunluğuna görə
115
İlk dəfə olaraq sərvətin mənbəyinin əmək və torpaq olduğunu bəyan
etmişdi. Onun belə bir deyimi məlumdur: «Əmək sərvətin atası və ən
fəal prinsipidir, torpaq isə onun anasıdır». Bu göstərilən fikirlər hansı
alimə məxsusdur.
a) U.Petti
b) Pyer Buagilber
c) Adam Smit
d) David Rikardo
e) R.Torrens
116
İqtisadi kateqoriyalar nədir?
a) İqtisadi həyatın əsas qanunlarıdır.
b) İqtisadi proseslərin dərkidir
c) Ayrı-ayrı iqtisadi məsələləri fərqləndirmək üçün istifadə olunan
məntiqi elmi anlayışlardır
d) Cəmiyyətin iqtisadi həyatının bu və ya digər tərəflərini əks etdirən
məntiqi elmi anlayışlardır
e) İqtisadi sistemlərin mahiyyətini əks etdirən məntiqi elmi anlayışlardır
117
Aşağıdakı müddəa hansı iqtisadi məktəbə aiddir?
Sərvətin mənbəyi tədavüldür; Dövlətin iqtisadiyyatda rolu olduqca
mühümdür. Onun iqtisadi siyasətə təsiri zəruridir.
a) Merkantalist
b) Fiziokrat
c) Klassik burjua siyasi iqtisadı
d) Marksist məktəb
e) Tarixi məktəb
118
Bu sahibkarın və ya digər şəxsin mülkiyyət obyektinin fəaliyyət
göstərməsi barədə qərar qəbul etməsidir ki, bu da sahibin əmlakı
mülkiyyətçinin icazə verdiyi hüdudlar daxilində istifadəyəverməsi
hüququna əsaslanır. Bu aşağıdakılardan hansına aiddir?
a) Sahiblik
b) İstifadəetmə
c) Özəlləşdirmə
d) Sərəncamvermə
e) Mənimsəmə
119
Son hədd gəliri - son hədd xərcləri=?
a) Normal mənfəət
b) Ümumi mənfəət
c) İqtisadi mənfəət
d) Təsərrüfat mənfəəti
e) Son hədd mənfəəti
120
Bazarın ayrı-ayrı elementlərinin daxili quruluşu, yerləşməsi,
düzülüşü, onların bazarın ümumi həcmində xüsusi çəkisi necə
adlanır?
a) Bazar
b) Bazarın quruluşu
c) Bazar infrastrukturu
d) Birja
e) Sövdələşmə
121
Aşağıdakı görüşlər hansı iqtisadi məktəbə aiddir?
Ölkələrin iqtisadi inkişafında onların institusional quruluşlarının
xüsusiyyətinin nəzərə alınmasının zəruriliyi. İnsanın əsas yer
tutduğu qeyri-informasiya cəmiyyətinə təkamül yolu ilə keçid.
Yeni tarix elminin — kleometriyanın yaradılması.
a) Monetarist məktəb
b) Neoliberalizm
c) Neokeynsçilər
d) İnstitusional-sosioloji
e) Neokonstitusionalizm
122
Aşağıdıkalardan hansı iqtisadi nəzəriyyənin tədqiqat dairəsinə aiddir?
a) təsərrüfat fəaliyyətinin həyata keçirildiyi iqtisadi həyat və ya mühit
b) istehsal münasibətləri
c) iqtisadi hadisələr
d) istehlakçıların davranışları
e) dövlət və iqtisadi subyektlər
123
İnkişaf etmiş ölkələrdə istehsalın səmərəliliyinin və gəlirin
artırılması məqsədi ilə təsərrüfat fəaliyyətinin idarə olunmasının bir qrup
peşəkar tərəfindən işlənilib hazırlanan və istifadə olunan prinsiplərin,
üsulların, vasitələrin və formaların vəhdəti necə adlanır?
a) Sahibkarlıq
b) Kommersiya
c) Biznes
d) Menecment
e) Marketing
124
Yunan sözləri politeyya - dövlət quruluşu, oykos və nomosdan ibarət
olub dövlət miqyaslında təsərrüfatın aparılması bacarığını bildirir. Bu
elm necə adlanır?
a) Ekonomiya
b) Ekonomika
c) Siyasi iqtisad
d) Ekonomiks
e) İqtisadi nəzəriyyə
125
Aşağıdakılardan hansı bazarın funksiyalarına aiddir?
a) Tamamlama, bölüşdürmə, mənimsəmə
b) Azad, tənzimlənən
c) Tənzimləmə,birləşdirmə, informasiya
d) Fond birjası, əmtəə birjası
e) Resursların sərbəst manevr etməsi
126
Aşağıdakı müddəa hansı iqtisadi məktəbə aiddir?
Sərvətin mənbəyi izafi dəyərdir.Bazar iqtisadiyyatının (kapitalizmin)
tarixi xarakteri keçicidir. Proletar inqilabı labüddür.
a) Merkantalist
b) Fiziokrat
c) Klassik burjua siyasi iqtisadı
d) Marksist məktəb
e) Tarixi məktəb
127
Əmtəə və xidmətlərin hərəkətlərini, alqı-satqı aktlarını və ya bazara
xidmət edən və onun normal rejimdə fəaliyyətini təmin etmək üzrə
müəyyən funksiyaları yerinə yetirən institutlar, sistemlər, xidmətlər,
müəssisələrin cəmini əhatə edən təşkilati-hüquqi formaların məcmusu
necə adlanır?
a) Bazar
b) Bazarın quruluşu
c) Bazar infrastrukturu
d) Birja
e) Sövdələşmə
128
İqtisadi sistemin növlərinə hansılar aiddir?
a) Qapalı ev təsərrüfatı, şəhər təsərrüfatı, xalq təsərrüfatı
b) İnzibati amirlik iqtisadiyyatı, bazar iqtisadiyyatı, qarışıq iqtisadiyyat
c) Sosial yönümlü bazar iqtisadiyyatı, sosial demokratik bazar modeli,
liberal bazar iqtisadiyyatı
d) İbtidai icma quruluşu, quldarlıq quruluşu, feodalazm, kapitalizm,
kommunizm
e) Neolit, şərq quldarlıq, antik, erkən feodal, post sənaye
129
Yerli (lokal) bazar, region bazarı, milli bazar, dünya bazarı hansı
meyarlara görə bazarların təsnifatıdır?
a) Rəqabətin məhdudlaşdırılması dərəcəsinə görə
b) Subyektlərinə görə
c) Mükəmməllik səviyyəsinə görə
d) İctimai əmək bölgüsünə görə
e) Qüvvədə olan qanunvericiliyə uyğunluğuna gör