Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
Qeyd etmək lazımdır ki, BVF‐nin İnkişaf Etməkdə Olan Öl‐
kələrə tövsiyə etdiyi tədiyyə balansı 120‐dən artıq maddədən
ibarətdir. Lakin Azərbaycanda bu sənəd tərtib olunarkən gös‐
tərilən sxemdən kənara çıxmalara yol verilir.
Ümumiyyətlə, hər hansı bir ölkənin tədiyyə balansı nəzər‐
dən keçirilərkən ilk növbədə onun birinci bölməsi cari əməliy‐
yatlar balansının tərkib hissəsinə ‐ ticarət balansına baxılır. La‐
kin qeyd etmək lazımdır ki, tədiyyə balansına ticarət balansı‐
nın o hissəsi daxil edilir ki, faktiki olaraq ödənişlər ya edilib,
ya da tezliklə ediləcəkdir.
2003‐cü ilin yekunlarına əsasən xarici ticarət dövriyyəsi
5347.2 milyon ABŞ dolları təşkil etmiş və bu 2002‐ci ilin müva‐
fiq göstəricisindən 29.5 faiz çoxdur. İdxal edilmiş məhsulların
həcmi isə 2624.5 milyon dollar təşkil etmişdir.
İxracın strukturunda yenə də istehsal təyinatlı yanacaq‐
xammal ehtiyatları mühüm yer tutur və onların payına ümu‐
mi ixracın 85.7 faizi düşür. İdxal olunmuş malların strukturu
isə ixracın strukturundan köklü surətdə fərqlənir. Belə ki, neft
kontraktları ilə bağlı idxal malları istisna olmaqla, ümumi id‐
xal malları içərisində ərzaq mallarının payı 44.2 faiz təşkil
edir.
Fikrimizcə, ticarət balansındakı mənfi saldonun yaranması‐
nın əsas səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:
1. İstər xarici ticarət əməliyyatlarının strukturunda, istərsə
də artım tempi ilə bağlı disproporsiyaların ortaya çıxma sə‐
bəblərindən ən əsası kimi xarici ticarətlə bağlı vahid konsepsi‐
yanın işlənib hazırlanmamağıdır. Bu da öz əksini ticarət əlaqə‐
lərinin düzgün qurulmamağında, müqavilə şərtlərinə əməl
olunmamağında tapır. Son zamanlar avro‐dollar paritetində
baş verən hadisələrin ölkənin valyuta‐kredit siyasətindən sərf
nəzər edilməsini də ticarətin vəziyyətini pisləşdirən əsas amil‐
lərin sırasında göstərmək olar.
‐ 320 ‐
Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
2. İdxal‐ixrac əməliyyatlarında barter qaydasında aparılan
hesablaşmaların xüsusi çəkisinin hələ də yüksək olması. Barter
əməliyyatlarının xüsusi çəkisi hələ də nəzərəçarpacaq dərəcə‐
dədir və 20 faiz təşkil edir.
Cari əməliyyatlar balansının ikinci əsas ünsürü xidmətlər
balansıdır. Bu xidmətlərin ümumi məbləği 2003‐cü ildə 3025.8
milyon ABŞ dolları təşkil etmişdir. Hesablamalara görə qeyri‐
rezidentlər tərəfindən Azərbaycanın hüquqi və fiziki şəxsləri‐
nə 2541.2 milyon ABŞ dolları məbləğində xidmət göstərildiyi
halda, Azərbaycanın xarici ölkə rezidentlərinə göstərdiyi xid‐
mətlərin dəyəri cəmi 484.6 milyon dollar olmuşdur. Beləliklə,
xidmətlər balansının saldosu mənfi 2056.5 milyon ABŞ dolları
olmuşdur. Xidmətlər balansı kəsirinin də belə yüksək olması‐
nın əsas səbəbi beynəlxalq neft kontraktları çərçivəsində xarici
dövlətlərin rezidentləri ilə aparılan əməliyyatlarla bağlıdır.
İkinci səbəb kimi fikrimizcə, infrastruktur və idarəetmədə
struktur dəyişiklikləri ilə əlaqədar beynəlxalq maliyyə qurum‐
ları tərəfindən ayrılan kreditlərin istifadəsidir. Belə ki, bu qu‐
rumlarla bağlanan kredit sazişlərində beynəlxalq məsləhətçi
şirkətlərin kreditin istifadəsinə nəzarətçi kimi çıxış etməsi əsas
şərt kimi qoşulur. Nəzərə alsaq ki, bu xidmətlərin payı ayrılan
kreditlərin 15‐20 faizini təşkil edir, bu faktorun nə qədər
önəmli olduğunun şahidi oluruq.
Tədiyyə balansının əsas bölmələrindən biri də kapitalın və
investisiyaların hərəkəti balansıdır. 2003‐cü il üzrə rəqəmlər
göstərir ki, ölkəyə xarici kapital axını keçən illə müqayisədə
1.9 dəfə artaraq 4438.9 milyon ABŞ dolları məbləğində olmuş‐
dur.
İqtisadi artımın stimullaşdırılması baxımından bu investisi‐
yaların 89 faizinin birbaşa formada olması müsbət haldır. La‐
kin bu investisiyaların strukturunda neft‐qaz sektorunun xü‐
susi çəkisinin 98.8 faiz təşkil etməsi tədiyyə balansının digər
‐ 321 ‐
Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
bölmələrində olduğu kimi bu bölməsində də neft asılılığının
yüksək olduğunu göstərməkdədir.
Azərbaycan Respublikasının tədiyyə balansını optimal sə‐
viyyəyə gətirmək üçün aşağıdakıların həyata keçirilməsi məq‐
sədə müvafiq olardı:
1) İstehsal təyinatlı məhsulların idxalı artırılmalı, ixrac yö‐
nümlü sahələr üçün dövlət stimullaşdırma tədbirləri daha da
intensiv xarakter daşımalıdır.
2) İdxal‐ixrac əməliyyatlarında barter hesablaşmalarının
xüsusi çəkisi azaldılmalı, valyuta ilə aparılan əməliyyatlara
üstünlük verilməlidir.
3) Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsi
tərəfindən gömrük yük bəyannamələrinin doldurulması və iş‐
lənib hazırlanmasında tədiyyə balansının tərtibi baxımından
şəffaflığa və beynəlxalq standartlara əməl edilməsi məqsədə‐
uyğun olardı.
4) Ölkənin daxili iqtisadi siyasəti ilə xarici iqtisadi siyasəti
sistem şəklində ələ alınmalı, pərakəndəliyə yol verilməməli‐
dir.
Nəhayət, onu da qeyd etmək lazımdır ki, tədiyyə balansı‐
nın strukturunun optimallaşdırılması ilə yanaşı hesablaşmalar
balansının nəticələri də nəzərdən qaçırılmamalıdır. Yəni hər
iki sənəddə müsbət nəticələrin əldə edilməsi cəhdləri paralel
həyata keçirilməlidir.
‐ 322 ‐
Dostları ilə paylaş: |