METODOLOJİ İZAHATLAR
Ümumi daxili məhsul (ÜDM) - ölkənin iqtisadi
fəaliyyətinin ümumiləşdirilmiş göstəricisi olaraq, son
istehlakı xarakterizə edən əlavə dəyərin həcmi ilə ölçülür.
ÜDM cari əsas və bazar qiymətləri ilə (nominal ÜMD) və
müqayisəli qiymətlərlə (real ÜMD) hesablanır.
tstehlak qiymətləri indeksi (İQt) - inflyasiyanın
səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biridir. Orta
alıcılıq qabiliyyətli alıcının aldığı malların və istifadə etdiyi
xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi
dəyişməsini səciyyələndirən nisbi göstəricidir. Bu göstərici
müəyyən dövr ərzində istehlak edilən malların və
xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak
xərclərinin ümumİ məbləğinin dəyişməsini əks etdirir.
İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərin
qiymət dinamikasmın müəy- yənləşdirilməsidir.
Tədiyə balansı - Azərbaycan Respublikasının tədiyə
balansı hesabat dövrü ərzində rezidentlər və qeyri-
rezidentlər arasında bütün iqtisadi fəaliyyətin nəticələrini
özündə əks etdirən statistik göstəricilər sistemidir. Tədiyə
balansının tərtib olunması respublikanın tədiyə qabiliyyəti
haqqında dolğun məlumatı əks etdirir və dövlətin
makroiqtisadi siyasətinin əsas alətlərindən olan xarici ticarət,
investisiya, valyuta tənzimləməsi və valyuta nəzarəti,
məzənnə siyasətinin müəyyən edilməsində böyük əhəmiyyət
kəsb edir.
Pul icmalı - maliyyə sektoru ilə dİgər sektorlar arasında
olan maliyyə münasibətlərini əks etdirir, pul icmalı Milli
Bankın aylıq mühasibat balansının
və kredit
185