______________Milli Kitabxana_______________
eşitdi ki, hətta tüstülü kupenin birdən-birə peyda olub cığırın üzərində havadan
asılı qaldığına və Çax-çuxun indi daha ciddi xəbərdarlıqla "Getmə... Əvvəl
Gülbəniznən görüşməlisən hökmən" dediyinə də əhəmiyyət vermədi.
Sıxlıqdan ağaclarının budaqları bir-birinə pərçimlənmiş bağdakı toranlığın
arxasında, evin üst mərtəbəsində altı pəncərənin altısı da tay-batay açıqdı.
Soldakı tək pəncərənin dalında yataq otağının tünd qəhvəyi divarlarından
başlamış, bina boyunca uzanan yetmiş kvadratmetrlik zalın - yemək otağının
açıq qəhvəyi divarlarının künclərinə qədər, hər yer üfuqün parıltısına
bürünmüşdü. O parıltının içində, raykomun qonaq evinin qarovulçusu və
bufetçisi Seyid kişinin sarı samovarı buğ püskürürdü. Əmma Seyid kişinin arvadı
Xeyrə arvadın əvəzinə indi orda -samovarın yanında qırmızı xalatlı, qırmızı
qıymaçalı, zərif bir qadın dayanıb, bir ucunu çiyninə atdığı dəsmalla stəkan-
nəlbəki silirdi.
Qıymat?! Yox, Qıymat deyildi.
"Saçının birini ağ, birini qara hörüb gözləyən" o uca qadın indi xeyli yaşlı
olmalı idi, hörükləri də ağ olmalı idi. Bunun boyu alçaraqdı, hörükləri isə qara
idi. Əmma bu da tanışdı, Qonaqlıların "durnaboğaz" dedikləri uzun boynu,
aşağıya doğru meylli çiyinlərinin yatımı, ümumiyyətlə, duruşu-tərpənişi kimi isə,
lap yaxın, hətta doğma adamı xatırladırdı. O qədər yaxın, o qədər doğma ki, elə
bil Ayna bacı idi, "Lüt ərimi yemlədim, sizi də yemləyim", - deyə-deyə gəlib,
kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan mülkdə
"rəhmətlik
Suranın
samovarını"
qaynatmışdı,
işləməkdən
codlaşmış
barmaqlarından təkcə çeçələ barmağına düşən üzüyü ilə stəkan-nəlbəkini
çıqqıldada-çıqqıldada silib qurtarıb indicə sədr Mədədlə ərköyününü səsləyəcək,
"Gəlin, a yetimlər, çay hazırdı" - deyəcəydi. Ya da elə bil Gülbənizdi, Gülgəzi
qabaqlayıb özünü içəri salmışdı, "Ayna bacının başı qarışıqdı bu gün,
gələmmiyəcək". Bir də ki, bilirsən özüm gedəcəm nər Səmədimizə, a bacı,
incimə! - deyib qımışıb, eşikdən boylanan bacılığına yanıq verə-verə, sədr
Mədədlə dəliqanlısına qulluq eləyirdi.
Səmədin gördüyü adam bu idi - öz ata yurdundan, doğma kəndindən,
məhrəm bir elqızı.
Eşitdiyi isə çox qəribə, qəfil, bəlkə də heç bir əsası olmayan gur sevinc və
xoşbəxtlik səsi idi, öz içərisində birdəncə qaynamağa başlamışdı: Çax-çux da
rədd olsun, KeQeBe Xudiyev-filan da, dəstəsi də, o dəstənin səsinə səs verən
agent "fəallar" da! Sultan Əmirli evlənib,
______________Milli Kitabxana_______________
lap yaxşı eləyib! Əlinin içindən gəlib! Sultan Əmirli deyəndə, məgər daşdır,
dəmirdir-nədir, Sultan Əmirli? İnsan deyilmi?! Sevə bilməzmi?! Təkliyin əzab-
əziyyətlərini azmı çəkib, subaylığın məhrumiyyətlərini azmı görüb ki, bundan
sonra da görsün?! Könlü azmı qubarlı olub ki, bundan sonra da olsun?! Yaşasın
Sultan Əmirli ki, o tay-bu taylı vətən müsibətlərinin içində, bu qədər düşmən
arasında özündə qüdrət tapıb, belə bir elqızı gətirib evinə! Bu elqızı Sultan
əminin həyatını, şübhəsiz, tamam dəyişdirib, bundan sonra da dəyişdirəcək,
ömrünü uzadacaq, düşməni xar edəcək!
Bəs "özündən otuzca yaş kiçik?!"
1
yəni lap cavanca qızcığaz?! Üstəlik,
"başqasının istəklisi?!", "əcaib məsələ?!". Bu sözlərdə elə bir şey yoxdursa,
tüstülü kupe yolu niyə kəsib? Qara həyula niyə belə təkidlə təkrar edir ki, "Əvvəl
Gülbəniznən görüşməlisən hökmən?!"
Səməd bu barədə düşünmədi. Daha doğrusu, düşünmək istəmədi. Üfuqün
parıltısından səhnə kimi işıqlanmış otaqda, buğ püskürən samovar yanında
doğma, məhrəm elqızına bircə baxışdan kükrəmiş sevinci, xoşbəxtliyi ilə vurub
kupeni dağıtdı, həyulanı "sirlə dolu sinəsi", qətran iyi, xofu-filanı ilə birgə
qovub, illərin uzaqlığında qalmış "Dəli Səməd"in yerişini xatırladan zərbli
addımlarla, dabanlarını cığırın çaylaq daşlarına döyəcləyə-döyəcləyə evə
yönəldi.
Gözü yuxarıda - otaqda idi. Vaxtilə, təlimatçılıq illərində bu evdə gördüyü
həyatı, məişəti indi daha aydın görürdü. O nə həyatdı, nə məişətdi ki, ad-sanı
bütün ölkəyə yayılmış Sosialist Əməyi Qəhrəmanı Əmirli yoldaş gecə saat birdə,
ikidə, bəzən hətta üçdə, dörddə evə qayıdanda öz əli ilə kirəqaz yandırardı,
üstəlik, "Bircə bala"dan dönə-dönə üzr istəyib, "Bağışla, səni yuxudan elədim,
bir bax gör o səbətdə yumurta qalıbmı", - deyərdi! Yorğunluqdan, üzgünlükdən,
qayğanağı nimçəyə boşaltmağa belə ərinib, birbaşa tavadan yeyib ayaqlarını
sürüyə-sürüyə, zalın o başından dala acılan qapıdan öz köhnə, revkomun
vaxtından qalma "revkom kabineti"nə keçən kimi divana döşənərdi və çox vaxt
səhərə qədər elə orada döşəli qalardı. Səhər isə, əgər bazar açılana qədər qaçıb
getməsəydi, Seyid kişinin bazardan gətirdiyi bir nəlbəki qaymaqdan üç-dörd
qaşıq alıb, bir stəkan şirin çay içib, "Mən qaçdım, bala, sən otur arxayın ye", -
deyərdi. Hətta nisbətən asudə günlərdə, nahara çıxmağa imkan tapanda da
"qaçmağa" tələsdiyinə görə yenə kirəqaz yan-
Bu cür evlənmək əxlaq qaydalarını tapdalamaq, "nümunəvi sovet adamı", raykom katibi üçün isə
böyük əxlaqsızlıq sayılırdı.
______________Milli Kitabxana_______________
dırıb, yenə də "Bax gör o səbətdə yumurta qalıbmı?", - deyərdi. Əmi, qardaşoğlu
gündə bəzən iki dəfə qayğanaq yeyərdilər. İş o yerə çatmışdı ki, Səməd
yumurtadan diksinmişdi və yəqin ki, elə diksindiyinə görə, elini səbətə atanda və
ya qayğanaq ortalığa gələndə drəhal "yaiçnıy paraşok" alverçisini qarşısında
görüb, "cəhənnəm kürəsinə" düşərdi. Əmma neyləmək olardı? Fədai əmi öz fədai
odunda yana-yana Qıymatdan uzaqlaşdığı kimi, o da öz "kürəsində" yana-yana
cığalı Gülgəzindən aralı düşməmişdimi? Hər dəfə Qonaqlıya gedəndə "Səbr elə,
qaraçı gözəli, səbr elə", - deyib ürək sakitliyi, könül xoşluğu olmayınca hər cür
məhrumiyyətə dözməyi vacib bilmirdimi? "Qaraçı gozəli"nin qaş-qabaq
salladığını görəndə isə, zarafata başlardı: "Birdən elə ola bilməzmi ki,
Demokratlarımıznan, əmimnən mən də o tayı azad eləməyə gedəndə səndən
göyçəyinə rast gəldim, vuruldum, qaldım orda! Belə axmaqdan ötrü niyə
çürüdürsən özünü? Çıx get ərə!" - deyib, Gülgəzi ağladıb, özü şaqqanaq çəkərdi.
Bu birinci dəfə idi ki, Səməd o yazıq zənənlərə və əmi ilə qardaşoğlunun
həyatına, məişətinə ayrı cür baxırdı və hətta bir növ təəccüblənirdi ki, iyirminci
ilin may ayından bu ilin mayına qədər, düz otuz dörd il ərzində o cür yaşayışa
Sultan əmi necə dözmüşdü?! Axı məsələ heç də yalnız kirəqazda, qayğanaqda-
fılanda deyildi. Məsələ onda idi ki, Sultan əmi, ümumiyyətlə, çox gərgin
yaşayırdı. Hətta yataq otağında "adam kimi" yatdığı gecələrdə də rahatlamnayıb,
yuxunun içində elə ah-nalə çəkər, elə inildəyər, zarıyardı, deyərdin ətindən ət
kəsirlər. Ayıq olduğu vaxtlar kimi, aydın tələffüzlə "Qırıb qurtaracaqlar
milləti!..", "Sürəcəklər, ay oğul, büsbütün sürəcəklər, bircə bala!..", "Yurdumuza
murdar millət dolduracaqlar, bircə bala!..", "O tay əldən getdi, bu tay da
getmirmi?!" - və sair qorxunc, vahiməli sözlər deyirdi. Tərslikdən, məhz orda -
çarpayıda yanmoyaq yatdığı gecələr Bakıdan o Mirqəzəb zəng vurardı. Sultan
əmi sərsəm atılıb telefona qaçanda hökmən ayağı yorğan üzünün cırığına
keçərdi. Seyid kişinin arvadı Xeyrə arvadın həftədə cəmi bir dəfə sildiyi tozlu
döşəmədə yorğanı dalınca sürüyüb aparıb, Mirqəzəblə danışandan sonra, o tozlu
yorğanı çiyninə salıb, telefonun yanında oturardı, "Sən yat, yat. Yuxumu haram
elədi yenə mənə Mirqəzəbli" - deyib bəzən səhərə qədər elə orda hərəkətsiz
qalardı. Səməd cınqırını da çıxarmayıb, əmisinin qara qalın qaşlarının o
gecələrdə tədriclə çallaşıb pırpızlaşdığına, boz-ala gözlərinin necə heybətli qan
çanağına döndüyünə tamaşa edərdi və təkcə
Dostları ilə paylaş: |