______________Milli Kitabxana_______________
"Religiya opium dlya narodov". "Din tiryəkdir xalqlar üçün". Yəni beyinləri
dumanlandırır din, real dünyadan ayırır. Əmilərin Ağ Əmirnən Boz Əmir
razıydılar bu fikirnən, tez-tez bizim Doktornan, yəni Nəriman Nərimanovnan
görüşürdülər. Dini məhz "tiryək" adlandırırdılar. "Mollaların nazıynan oynama,
Doktor, - deyirdilər. - Çox hiyləgər məxluqatdı mollalar, bir də ayılıb görərsən
elə özün də tiryək çəkirsən", -gülüşürdülər. "Şeyx" rütbəsinin, din libasının
altında gizlənib "Kainat elmi" - "SafAğ Elmi" adlanan böyük elm yayırdılar
əmilərin.
Təbrizdə mədrəsəmiz vardı. "Quran"ın tədrisində surələrin oxunuşu, yəni
kəlmələrin, ayələrin-cümlələrin ərəbcə tələffüz tərzi, qiraət üsulu qurtarandan
sonra mədrəsənin qapılarını bağlayıb "batin", yəni gizlin "təfsir"o, yəni şərhə -
izaha başlayırdılar.
"Həqiqət Quran"ın kəlmələrində, ayələrində, surələrində deyil, hürufatda, hər
bir hərfin əslindədi. Hərfin əsli isə ərəbcə deyil (yazıram bura, oxu): OdƏr dili
adlanan dildədi. Məsələn, "Quran"ın ilk surəsinin əvvəlindəki iki hərfə diqqət
yetirək:
"ƏlifLam".
"Əlif- "A" hərfinin əsli - OdƏrcəsi "ƏlEv"di. Mənası: "Evin Əli".
Bunları da yazıram kağızda, gözünnən görəsən ki, OdƏr kəlmələri, söz
daxilindəki söz birləşmələrinin hamısı böyük hərfnən yazılır.
1
Məna isə izahat
tələb eləyir. Necə yəni "ƏlEv" - "Evin Əli"? Kimin evinin əli? Evin də əli
olarmı?.. Uzun təfsirdən - şərhdən sonra məlum olurdu ki, "Ev" (hələlik belə bil)
Allahın Evidi. Bu Evin Əli, yəni işləyəni, yaradanı isə Allahın Oğludu.
Nə başa düşdün?
Əgər Əli-Oğlu varsa, demək Allah tək deyil və demək, "Quran"dakı "Allah
təkdir", "Allah doğub törəmir" sözləri yalanmış?!
Bax belə təfsir-şərh!
"Lam" hərfinin əslinə - OdƏrcəsinə diqqət yetir:
"Əlim!"
Birinci surənin əvvəlindəki "Əlif Lam" hərflərinin birlikdə mənası nə olur?
"ƏlEv Əlim!" Yəni "Evin Əli mənim əlimdir". Hər bir Aləmdə, yəni
"Qalaktikada" əhaliyə söz, məna çatdıran, kitab, həqiqət verən Əl-Oğul var.
Yabançı tədqiqatçılar deyirlər: "Qədim Türk dilində hər bir söz hecalardan ibarətdir". Yəni dilimizin
zənginliyini anlamayıblar.
______________Milli Kitabxana_______________
İndi görək bu "Allah" və ya Ərəbin dilindəki kimi "Əllah" deyilən bu
kəlmənin özünün əsli - OdƏrcəsi nədi?
ƏlAğdı!
Yazıram, əyani gör: "ƏlAğ".
Yəni "Ağ"ın "Əli?" Bəli.
Bəs "Ağ" nədi?
SafAğ İnsandı "Ağ". Yəni, ən saf İnsan, rusca desək, "Preçistıy".
ƏlAğın mənaşı oldu "SafAğ İnsanın əli.
Demək, "Oğul" - ƏlAğ - "Allah" özü kiminsə Əli-Oğludusa, o Oğulun
özünün də oğlu ola bilərmi? Əlbəttə! Demək, bir daha aydın olur ki, "Allah"
doğub törəmir" demək olmaz. Yəni, "Quran"ın
əsas müddəasına
-
"Lailahəilləllah" - "Allahdan başqa Allah yoxdur" müddəasına inanmaq mümkün
deyil. Elə isə, "İslam milləti" deyilən bu qədər əhalini necə inandırıblar? "İslam"
dinini necə yaradıblar? Sadəcə olaraq, "Quran"ın əslini yazan kişiynən bütün
qohum-əqrabasını qırıblar, qılıncı dirəyiblər boğazımıza: "Kəlmeyi şəhadətini
de!" Elə ki, "Laila-həilləllah" demədin, başın getdi bədəndən!.. Nəyə lazım olub
bu? Kimlərə lazım olub? Bax, bu sualların cavablarını öyrənəndə, dünyamızın
tarixini biləndə hər şey aydın olur və insan, həqiqəti bərpa eləməkdən ötrü
mübarizəyə başlayır.
Baban Məhəmməd Əmir, əmilərin Ağ Əmirlə Boz Əmir bax belə işlər
görürdülər. Belə adamlara SafAğ Elmi Alimləri deyirlər.
Sözüm çoxdu, oğul. Əmma qısa deyəcəm.
Lenin kimdi? Stalin kimdi? Mir Cəfər Bağırov kimdi? Biz - Sultan, Mədəd
adlananlar kimik? İnqilab nədi, kommunizm nədi? Sən hələ heç nə bilmirsən,
oğul.
Mir Cəfər Bağırova hamı Mirqəzəb - cəllad deyir xəlvətdə. Niyə?
Öyrənməlisən, bilməlisən!
Vəzifəlilər "Kişi" deyirlər ona, "Azərbaycan bolşeviklərinin atası", "xazeyin"
deyirlər.
"Kişi" sayılanın "Pers" çağırdığı istəkli bir generalı var. O "Pers", KQB
1
"
Xudiyevi, NKVD
2
Gülənovu, prokuror Sayılovu, RİK
3
Ağamalını çəkib
dövrəsinə, rayonun bütün aktivi əmilərini nöqsan tutur bizə.
"KQB" - Komitet Qosudarstvennoy Bezopasnosti (Dövlət Təhlükəsizlik Komitəsi).
"
NKVD" - Narodnıy Komissariat Vnutrennıx del (Xalq Daxili İşlər Komissarlığı).
"RİK" - Rayon İcraiyyə Komitəsi.
______________Milli Kitabxana_______________
"Tərcümeyi-halınızı
düz
yazmayıbsınız".
"Sinfi
mənsubiyyətinizi
gizlədibsiniz!", "Partiyanı aldadıbsınız!.." "Təhlükəli adamlarsınız!.." Siz də
"batin", yəni gizlin işləyənlərdənsiniz, "Pünhan", "AdıPünhan" deyirlər sizə..."
və sairə. Xəlvəti qırğın, sürgün planları düzəldirdilər ki, ümumiyyətnən
xalqımızı məhv eləsinlər. Niyə? Lap sadəsini deyirəm sənə: vətənimizə,
torpağımıza, varidatımıza sahib olmaqdan ötrü.
Müharibədən qabaq başlanmışdı bu söhbət... Danışıram ki, başımıza bir iş
gəlsə, fikirləşmiyəsən ki, görəsən niyə gizlədiblər məndən bu işləri. Körpəydin
onda sən, cəmi on yaşın vardı. Xüsusi izahat yazdıq onda ki, dünyanın
həqiqətlərini açan "Pünhan" alimlər, el arasında gəzərgi şeyxlər, müridlər,
dastanların rəmzlərində Kainatın sirrlərini açan ustad aşıqlar, Ah, Ələsgər
kimiləri azalıb, kommunizm üçün təhlükəsiz olublar, yəni siz çox nahaq belə əl-
ayağa düşübsünüz. İzah elədik ki, şeyx qardaşlarımızın bir çox fikirləri Leninin
fikirlərilə oxşardır. Biz özümüz də sinfi düşmən-filan deyilik, Vətənimizin o
tayında olanda bu tayı "xaric" saymırıq, bizə inansanız, çox xeyrimiz dəyər sizə.
Lap cavanlıqdan bir ayağımız Bakıda, o biri ayağımız o tayda, fədailərin
arasında olub, oğul. İki qardaş bir qarına ac, bir qarına tox, Doktorumuzun
başçılığıynan "Hümmət" Partiyasının pudnan qızılını daşımışıq o taya ki, Səttar
xan fədailəri silahsız qalmasınlar çöllərdə. Qohum-əqrəbalarımızı qan içində
qoyub qayıtmışıq bu taya ki, lazımıq burda.
Başa düşürsənmi nə deməkdi bu, oğul?
Fədakarlıqdı bunun adı, qəhrəmanlıqdı! Demək olar ki, hər gün "dopros" -
istintaq eləyirdilər, çalışırdılar bizim vasitəmiznən təbliğatçı kommunistlər
göndərsinlər o taya, SafAğ alimlərimizi axtarsınlar, tapıb qırsınlar - məhv
eləsinlər.
Sonra biləcəksən, tariximizdə çox olub belə qırğınlar.
Bil! Başa düş! Yadında saxla. Əmma lal-kar ol, danışma heç kəsə ha! Heç
kəsə!
İyirminci ildə Doktorun mandatıynan gəlmişik biz bu rayona, yerli
cəmaatnan, Qılınc Qurbannan çiyin-çiyinə, hökumət qurmuşuq. Əsas şeyləri
deyirəm sənə. Yazdıq bunun hamısını o vaxt, müharibədən əvvəl, verdik,
göndərdilər yuxarıya - Bakıda o "Kişi" deyilən Mirqəzəbin özünə, çünki elə o
vaxtdan onun özünün göstərişiynən incidirdilər bizi. Xəlvətdə özümüz də başa
düşürdük ki, Marksın, Engelsin, Leninin "bütün dünya füqərayi-kasıbları,
birləşin" şüarıynan heç cür razılaşammırıq. Çünki lap aydın məsələdi ki,
dünyamızın xarablığı adamların
Dostları ilə paylaş: |