19
olunan əsl fikri mahiyyət, fikri mühakimə, əsl düsturda
hesabın təməlini təşkil edən düşüncə əslində bu üç fikir-
dən ibarətdir. Bu gün heç bir fizika, kimya və mexanika
məsələsi yoxdur ki, bu üç prinsip vasitəsi ilə hesablan-
mamış olsun. Bunun xaricində başqa bir əqidə, başqa bir
baxış yoxdur. O halda bizim qarşılaşdığımız hər hansı
bir qərbli elm adamı bir hesablama aparıb bizə bir məri-
fət göstərdiyi zaman bilməliyik ki, bu mərifət və qabi-
liyyətin mahiyyətində və arxasında yatan əsl insan oğlu-
nun fikir dünyası və düşüncəsi dayanır. Onun hesabla-
malarının hamısını sıxsaq, yerə üç damcı düşər; biri
“təsir əks təsirə bərabərdir” – prinsipi, ikincisi “maddə
yoxdan var olmaz, var da yox olmaz” – prinsipi, üçün-
cüsü isə “enerji yoxdan var olmaz, var da yox olmaz” –
prinsipidir. Bütün bu hesablamalar bu üç prinsipə əsasən
aparılır.
İndi bu hesablamaları aparıb bəzi nəticələri ortaya
qoyan alimə “Əfəndim, sən bu hesablamaları apararkən,
bəzi ifadələrdən istifadə edirsən. Qüvvə, maddə, enerji –
deyirsən. Bu dediklərin nədir belə?” – desək, qərbli elm
adamı bütün bu hesablamaları apardığı halda, qüvvənin,
enerjinin və maddənin nə olduğunun tərifini bizə verə
bilmir. Bu məfhumlardan istifadə edir, lakin bunlar nə-
dir – deyə soruşduğumuz zaman başa sala bilmir, göstə-
rə bilmir. Nə üçün göstərə bilmir? Axı məsələn maddə
dediyimiz vaxt insan maddəni göstərməyə bilərmi?
Nədir maddə? Bax, buradakı masa, sütun və s. Görür ki,
maddə, bax, budur. Məsələ elmi baxımdan yanaşıldığı
zaman bu qədər də sadə deyil. Maddə nədir dedikdə,
məsələn, bu masadır – deyə bizə göstərildiyi təqdirdə,
20
görəsən, bu masa nədir? – deyə araşdırmağa başlasaq,
masanın üzərinə çox böyük bir mikroskopla yaxınlaş-
mağa başlayaq. Maddənin nə olduğunu başa düşmək
üçün öncə masanın üst səthində bəzi çıxıntılar görürük.
Sonra bu çıxıntıların içərisinə girdiyimiz zaman ayağı
bitkidən hazırlanmış taxta bir masadırsa, bu bitkinin
hüceyrələrini görürük. Bu hüceyrələrin tərkibini yavaş-
yavaş öyrəndiyimiz zaman hüceyrənin öz daxilində bəzi
üzvi maddələr olduğunu və bu üzvi maddələrin də bəzi
molekullardan ibarət olduğunu görürük. Bu molekulla-
rın daxilinə bir elektron mikroskopu ilə baxsaq, bir də
görürük ki, maddənin içindəki bu ən kiçik hissə dediyi-
miz molekul atomlardan meydana gəlmişdir. Atom nə-
dir – deyə atomun tərkibini araşdırdığımız zaman görü-
rük ki, atom bizim Günəş və ətrafında fırlanan planet-
lərə bənzəyən bir quruluşa sahibdir. Mərkəzində eyni ilə
Günəş kimi bir mərkəzi hissəsi vardır. Buna proton de-
yilir. Bunun ətrafında dünyanın və digər ulduzların fır-
lanması kimi bəzi elektronlar fırlanır. Eyni ilə dünya və
digər planetlər Günəş ətrafında necə fırlanırsa, bu masa-
nın içərisindəki hər bir atomda da bu fırlanmalar vardır.
Yaxşı, bu atom dediyimiz şey necə bir şeydir? Elek-
tron mikroskopu ilə bunun daxilinə nüfuz etdiyimiz za-
man Günəşi dünyadan çox uzaqlarda gördüyümüz kimi
atomun protonu ilə elektronu arasında da çox böyük bir
boşluğun olduğunu görürük. Belə ki biz dünya ilə Günə-
şin arasına on min dənə dünya qoysaq, Günəşə çata bilə-
rik. Halbuki atomun içərisindəki elektron ilə protonun
arasına, yəni oradakı dünya ilə Günəşin arasına yüz min
ədəd dünya qoyduğumuz zaman Günəşə çata bilərik.
21
Bunun mənası budur; Biz buradan maddə deyə hər tə-
rəfini dolu olaraq gördüyümüz cismin içərisinə daxil
olduğumuz zaman boşluqda qalırıq. Biz zənn edirik ki,
doludur, halbuki bunun əsli dolu deyil. Bəs nədir? Boş-
luqdur. Lakin nə boşluq? Əfəndim, maddə dediyimiz
şeyin içərisində bir elektron, bir də proton vardır. Və
bunların arasında da Yer ilə Günəşin arasındakı boşluq-
dan on dəfə böyük boşluq vardır. Biz bunu dolu zənn
edirik. Bəli, kənardan baxdıqda dolu zənn edirik, çünki
içərisini görə bilmirik. Görmə qabiliyyətimiz çatmır.
Bunun içərisində boşluq var.
İndi bu Amerikan laboratoriyasında o hesablamaları
ilə bizim qarşımızda lovğalanan insanı gətirib mikros-
kopla bu boşluğun içərisinə salanda və “Bəy əfəndi,
bayaq hesablamalarında maddə haqqında danışdın. O
halda haradadır bu maddə?” – deyə soruşanda həmin in-
san bu boşluğun içərisinə girib itir, çünki bunun içəri-
sindəki elektron və protonun özü də əslində bir ağırlıq
və hər hansı bir predmeti olan bir əşya deyildir. Dünya-
dakı bütün qızılların hamısını əgər atomların içindəki
boşluqları doldura biləcək qədər sıxa bilsək, yalnız bir
üsküyün içərisini doldurar. Dünyadakı bütün qızıllar bir
ucu Lissabonda olan, digər ucu Sibirə qədər uzanan bir
qatarı doldurar. Düşünün, bütün Avropanı başdan-başa
qət edəcək bir qatarı doldurar. Bax, bu qatarın içərisini
dolduran bütün dünyadakı qızıl maddənin molekulu ilə
atomu arasındakı məsafəni sıxdığımız zaman bütün bu
qədər qızılı bir üsküyün içinə sığışdırmaq mümkündür,
yəni bizim gördüyümüz qızıl kimi ən ağır bir maddə
belə böyük boşluqlardan meydana gəlir. İşin içərisinə
Dostları ilə paylaş: |