6
3. Avropalılar müsəlmanlardan elmləri əxz edərkən səviyyələri bu elmləri qəbul etməyə hazır vəziyyətdə
deyildi, yəni avropalılar elmləri müsəlmanlardan yuxarıdan aşağıya almışlar. Müsəlmanlar yuxarıda, avropalılar
isə aşağıda idi. Nə baxımdan müsəlmanlar yuxarıda idi? Avropalılar bu elmləri alarkən əvvəla dilləri bu elmləri
almağa hazır deyildi. Müsəlman alimlərinin yazdıqları kitablardakı məfhumları başa düşə və yadda saxlaya
bilmirdilər. XIV əsrdə tərcümə etdikləri bu kitablardakı məfhumları ancaq XVIII əsrdə başa düşməyə
başlamışdılar, yəni dörd əsr sonra. Bəzi elmləri isə beş əsr sonra başa düşmüşlər.
Möhtərəm qardaşlarım, sözün qısası, müsəlmanlar başqalarından elmi əxz edərkən bunu kimdən aldıqlarını
bildirmişlər. Bu elmləri olduğu kimi almamışlar, yanlış cəhətləri düzəltmiş və təshih etmişlər. Bilgini əxz
etdikləri millətlərdən daha yuxarı səviyyədə idilər. Avropalılar isə kimdən nə əxz etdiklərini qeyd etməmişlər.
Bu aldıqları bilgini başa düşmək üçün də çox vaxt sərf etmək məcburiyyətində qalmışlar.
İndi biz bunları burada öz aramızda rahat şəkildə danışırıq, lakin mühüm məsələ budur ki, İslam düşməni
şərqşünasların qarşısında bunları danışmaq və onlara bu məsələni qəbul etdirmək lazımdır. Ona görə də bu
danışdığımız məsələlərin həqiqətə uyğun olduğunu isbat etməyə məcburuq. Baxın, bu xüsusiyyətlərə aid bəzi
misallar verməyə çalışaq. İndi ortaya daha böyük bir iddia irələ sürürəm. Deyirəm ki, bu gün qərblinin elmi
dediyimiz fizika, kimya, riyaziyyat, astronomiya, tibb, tarix və coğrafiyanı və hətta bugünkü elmlərin hamısını
müsəlmanlar yaratmışlar. Əlbəttə ki, bu çox böyük bir iddiadır… Lakin bu iddianı isbat etməyə hazırıq.
Baxın, məsələn, bu gün ən mühüm mövzulardan biri Aya və ulduzlara getmə məsələsidir, elə deyilmi? Bu
məsələ bizim astronomiya dediyimiz ulduz bilgisinə aid bir məsələdir. Deyirik ki, astronomiyanın yaradıcısı
müsəlmanlardır. Kimdir bu müsəlmanlar? Sizə bunlardan bir neçəsi haqqında danışacam. Məşhur İslam
alimlərindən əl-Bəttani adlı bir astronom, yəni fəza cisimlərini tədqiq edən alim haqqında danışmaq istəyirəm.
Əl-Bəttani
1
kimdir? İçərinizdə onun barəsində nə isə bilən vardırmı? Bəlkə, bəzilərimiz bunun adını eşitmişik.
Çox təəssüflər olsun ki, bizə öz alimlərimizi tanıtdırmamışlar. Çoxunuz Ptolemeyin adını eşitmisiniz. Nə üçün?
Çünki bizim kitablarımızda bu ad yazılmışdır. Əl-Bəttaniyə gəlincə isə adı belə qeyd olunmur. Nə üçün? Çünki
bizim kitablarımız bəzi tərəfkeş qərblilərin kitablarından tərcümə edilmişdir. Halbuki Ptolemey hara, əl-Bəttani
hara? Baxın, bunların arasındakı fərqi sizə açıqlamağa çalışım. Əl-Bəttani özündən əvvəlki misirli alim
Ptolemeyin Günəşin fəzada olduğu yerdən həmin yerə təkrarən gəlməsi üçün, yəni bir illik bir zamanın keçməsi
üçün bizim bugünkü təbirimizlə Yerin öz ətrafında 260 dəfə fırlanması lazımdır – dediyini, yəni bir ili 260 gün
zənn etdiyini görür. Əl-Bəttani Ptolemeyin yanıldığını, bir ilin 365 gün, 5 saat, 46 dəqiqə və 22 saniyə
olduğunu söyləyir. İndi şərqşünas bizə əl-Bəttani ilə Ptolemeyin arasındakı fərqin bəsit bir fərq olduğunu iddia
edə bilərmi? Bu gördüyümüz rəqəm bugünkü ən həssas ölçü alətləri ilə ortaya çaxarılan ölçüyə nisbətən bir ilin
həqiqi müddəti baxımından sadəcə 2 dəq və 24 san qədər fərqli bir miqdardır. Əl-Bəttani ilin uzunluğunu bu
qədər həssas bir şəkildə ölçə bilmişdir. Yaxşı, bir ilin 260 gün olduğunu zənn etməyin səbəbi nədir? Bir ili
saniyəsinə qədər bildirmənin vəziyyəti nədir? Bəli, bu fərqlər başqa sahələrdə indi görəcəyimiz kimi davam
edəcək. Nə üçün? Çünki müsəlmanlar elmi əllərinə almış, bu tarixdən sonra Ptolemey qədim dövrlərdə qalmış
olan bir insandır.
Qədim misirlilər Aralıq dənizinin genişliyini, yəni məsələn, Mersindən İskəndəriyyəyə qədər olan məsafəni
bugünkü həqiqi məsafənin iyirmidə biri qədər olduğunu zənn edirdilər, yəni Ankara ilə Konyanın arası 260 km-
dir. Onlar Ankara ilə Konyanın arasındakı məsafənin 10 km olduğunu zənn edirdilər. İş İslam alimlərinə
gəlincə Aralıq dənizinin həqiqi genişliyini ilk dəfə İslam alimləri ölçmüşlər. Necə ölçdülər? Abbasilər dövründə
xəlifə Məmun, “Mən Aralıq dənizi bölgəsindəki müsəlman torpaqların kodastrını çıxarmaq, hər bir kəsin
haqqını sübuta yetirmək istəyirəm. Mənə bütün Aralıq dənizi boyundakı İslam diyarlarının ölçülərini dəqiq
olaraq çıxarıb gətirin”, – dedi və bu işi alimlərinə vəzifə olaraq tapşırdı. İslam alimləri o zamankı imkanlara
görə Aralıq dənizinin genişliyini ölçmək üçün belə bir metod tətbiq etdilər; Aralıq dənizinin kənarında sahildə
qurulan bir şəhərdən ölçməyə başladılar. Yüksək bir təpənin üstünə çıxıb o təpədən etibarən görünə biləcək
qədər irəlidəki məsafəyə baxırlar. Çıxmış olduğu təpənin dənizdən yüksəkliyini ölçürlər. Günəş batarkən
təpədən o zamankı alətlərlə aradakı bucağı ölçürlər. Daha açıq bir misal üzərində danışsaq, məsələn, Konyada
bir təpənin üzərinə çıxırıq. Baxırıq ki, Kuluda Günəş batır. Günəşin orada neçə dərəcəlik bir bucaq altında
batdığını ölçürük. Üstündə durduğumuz təpənin hündürlüyünü ölçürük. Bu hündürlüyü və bu bucağı ölçdükdən
sonra aradakı məsafəni hesablayıb tapırıq, yəni Kuludan Konyaya qədər olan məsafəni hesablayırıq. Necə
hesablayırıq? Sırf bunu hesablamaq üçün bizim bu gün triqonometriyada istifadə etdiyimiz sinus, kosinus,
tangens, kotangens məfhumlarını yaradaraq hesablayırıq. Bu məfhum və anlayışları kəşf edən xəlifə Məmun
zamanındakı müsəlman alimlərdir. Bunlar bu məsafəni hesablayarkən qarşısındakı bucağın sinus və kosinusunu
hesablayır və bu hesablar vasitəsi ilə məsafələri ölçürlər. İndi bu sinus məsələsinə təkrarən qayıdacağıq.
1
Bəttani haqqında ətraflı məlumat almaq üçün “Qeydlər və izahlar” bölməsinə baxın.