K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə4/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   2   3   4   5   6   7   8   9   ...   91

 12 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Göründüyü  kimi,  Qərb  və  ġərq  problemi  və  irrasional  idrak 
ayrılıqda alimləri maraqlandırıb tədqiq olunsalar da, irrasional idrakın 
Qərb-ġərq  kontekstində,  yəni  hər  ikisinin  kompleks  Ģəkildə 
öyrənilməsi müəyyən dərəcədə kölgədə qalmıĢdır.  
Deyilənlərlə yanaĢı, onu da bildirək ki, dünya fəlsəfə tarixində 
bizim  tanıĢ ola bildiyimiz  əsərlər  sırasından  yalnız Məhəmməd  Ġqba-
lın və Səlahəddin Xəlilovun görüĢlərində bizim araĢdırmamızın ideya 
istiqaməti və qarĢısına qoyduğu məqsəd qismən öz əksini tapmıĢdır.  
Pakistan  filosofu  Məhəmməd  Ġqbal  özünün  «Ġslamda  dini 
düĢüncənin  yenidən  doğuĢu»  adlı  əsərində  bəĢəriyyətə  daha  ali 
məqsədlər  aĢılayan  yeni  düĢüncənin  formalaĢması  yollarını  Ģərh 
edərkən  məhz  irrasional  idrak  formasına  müraciət  edir  və  onu  Ġslam 
kontekstində təqdim edir.    
M.Ġqbaldan  sonra  eyni  məqsəd  və  istək  azərbaycanlı  filosof 
Səlahəddin  Xəlilovun  da  bir  sıra  kitab  və  məqalələrində  nəzərə 
çarpmaqdadır.  O,  «ġərq  və  Qərb.  ÜmumbəĢəri  ideala  doğru» 
kitabının  «ġərq  və  Qərb:  vəhdətə  doğru»  (s.  289-383)  və  «ġərq  və 
Qərb:  fəlsəfi  və  ədəbi-bədii  inteqrasiya»  (s.  383-479)  bölmələrində 
Qərb  və  ġərq  hikmətlərinin  müqayisəli  təhlili  vasitəsilə  yeni  bir 
düĢüncə istiqamətinin formalaĢması yollarını təqdim edir.  
Bununla  belə,  nəzərə  alsaq  ki,  M.Ġqbal  məsələyə  yalnız  Ġslam 
kontekstində  yanaĢmıĢ,  S.Xəlilov  isə  yeni  düĢüncənin  rasional 
istiqamətdə  inkiĢaf  etdirilməsinin  tərəfdarıdır,  onda  bizim 
araĢdırmamızı  hər  iki  filosof  arasında  orta  bir  mövqe  kimi  də 
xarakterizə etmək olar.  
Tədqiqatda baĢlıca iki məqsədimiz vardır ki, bunlardan birincisi 
Qərb  və  ġərq  fəlsəfə  tarixində  irrasional  idrakın  inkiĢaf 
qanunauyğunluqlarını  izləmək  və  onun  hər  iki  regiona  xas  spesifik 
cəhətlərini  araĢdırmaqla  Qərb  və  ġərq  mənəvi  mədəniyyətində 
nisbətən az araĢdırılan bir mövzunu iĢıqlandırıb təhlil etməkdir. Ġkinci 
məqsədimiz  isə  irrasional  idrakı  idrak  nəzəriyyəsinin  vacib  və 
ayrılmaz  bir  mərhələsi,  rasional  təfəkkürü  tamamlayan  və 
kamilləĢdirən  bir  təfəkkür  forması  kimi  təqdim  etməklə  yaĢadığı 
bölgədən asılı olmayaraq onun hər bir yüksək Ģüurlu və əxlaqlı insana 
xas  olmasını  göstərməkdir.  Məqsədimizin  tam  açıqlanması  üçün 
qarĢıya aĢağıdakı vəzifələr qoyulmuĢdur: 

 
Ġrrasional  biliyin  mahiyyətini  təhlil  etmək  və  əsas 
mənbələrini göstərmək. 


 
Giriş
 

 13   

 
Ġdrak  nəzəriyyəsinin  əhəmiyyətli  tərəfi  kimi  irrasional 
idrakın daha sistemli təhlili üçün Qərb və ġərq filosoflarının görüĢləri 
əsasında onun kateqorial aparatını təyinləĢdirmək. 

 
Rasional  və  irrasional  təfəkkürlərin  qarĢılıqlı  təsirini 
araĢdırmaq  və  irrasional  idrakın  ümumiyyətlə  idrak  prosesinin 
əhəmiyyətli bir hissəsi olmasını əsaslandırmaq.  

 
Ġrrasional  idrakın  struktur  və  metodlarını  müəyyənləĢdirib 
Qərb  və  ġərq  düĢüncəsinə  müvafiq  olaraq  fərqlərin  və  onların 
yaranma səbəblərinin Ģərhini vermək. 

 
Orta 
əsrlərdə 
irrasional 
idrakın 
inkiĢaf 
qanunauyğunluqlarını göstərmək.  

 
Qərb  və  ġərq  fəlsəfə  tarixində  irrasional  idrakın  daha  çox 
aktuallıq kəsb edən prinsiplərin tədqiqi vasitəsilə onların hər bölgəyə 
xas  spesifik  xüsusiyyətlərini  araĢdırmaq,  oxĢarlıq  və  müxtəlifliklərin 
səbəblərini aydınlaĢdırmaq.  

 
Ġrrasional  idrakı  qərbli  və  ya  Ģərqli  təfəkkürünün  məhsulu 
olmayıb, Mütləq Həqiqəti axtaran və Ġnsan adının ucalığını dərk edən 
Ġnsana xas olduğunu, yəni onu özünüdərk üsulu kimi göstərmək. 
Tədqiqat  mövzusu  bilavasitə  Orta  əsrləri  əhatə  etsə  də, 
problemin  təĢəkkül  və  inkiĢaf  tarixini  məntiqi  ardıcıllıqla  izləmək 
məqsədi ilə bir sıra qədim dövr mütəfəkkirlərə də müraciət edilmiĢdir. 
Bunlardan  Hermes  Trismeqistin,  ZərdüĢtün,  Platonun,  Plotinin 
əsərlərini göstərmək olar.  
Qeyd  etdiyimiz  kimi,  Orta  əsrlərdə  müqəddəs  kitabların  nazil 
olması  və  dinlərin  təĢəkkül  tapması  fəlsəfi  dünyagörüĢün 
formalaĢmasında  əhəmiyyətli  rol  oynamıĢdır.  Bunu  nəzərə  alaraq 
Bibliya  və  Qurani-Kərim  də  tədqiqatın  ilk  mənbələri  sırasına  daxil 
edilmiĢdir.  
Danılmaz  faktdır  ki,  həm  Qərb,  həm  də  ġərq  fəlsəfə  tarixində 
öz  dünyagörüĢündə  irrasional  düĢüncəyə  kifayət  qədər  yer  ayıran 
mütəfəkkirlər  və  tədqiqatçılar  vardır.  Təbii  ki,  onların  hamısını  bir 
monoqrafiya  çərçivəsində  əhatə  etmək  mümkün  deyil.  Bu  səbəbdən 
biz,  müəlliflik  hüququmuzdan  istifadə  edərək,  yalnız  irrasional 
idrakın  inkiĢaf  tarixində  əhəmiyyətli  rol  oynadığını  hesab  etdiyimiz 
bəzi  mütəfəkkirlərin  yaradıcılığına  ilk  mənbə  kimi  müraciət  etmək 
qərarına gəldik.  
Tədqiqatın  əsas  ideya  xətlərindən  biri  irrasional  idrakın 
mahiyyətinin  açıqlanması  və  inkiĢaf  tarixinin  izlənməsi  olduğundan 
araĢdırmamız  zamanı  baĢlıca  olaraq  irrasional  dünyagörüĢlü  və  ya 


 14 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
fəlsəfi  görüĢlərində  irrasional  təfəkkürün  üstünlük  təĢkil  etdiyi 
mütəfəkkirlərə  müraciət  etmiĢik.  Qərb  filosoflarından  Müqəddəs 
Avqustinin, 
Dionisiy 
Areopaqitin, 
Bonaventuranın,  Nikolay 
Kuzanlının,  Nikol  MalbranĢın,  M.Ekxartın  və  digərlərinin,  ġərq 
mütəfəkkirlərindən  isə  Mənsur  Həllacın,  Cüneyd  Bağdadinin, 
ġihabəddin  Sührəvərdinin,  Əbu  Hamid  Qəzalinin,  Eyn  əl-Qüzat 
Miyanəcinin,  Mühyiddin  Ġbn  Ərəbinin  və  baĢqalarının  əsərlərini 
tədqiqatımızın əsas mənbələri sırasındadır.  
Bununla yanaĢı monoqrafiyada problemlə bağlı müasir çoxsaylı 
araĢdırma və tədqiqatlardan da istifadə edilmiĢdir. 
Ġrrasional  idrakın  orta  əsr  Qərb  və  ġərq  mütəfəkkirlərinin 
görüĢləri əsasında araĢdırılması və əsərin baĢlıca ideya xəttinin təhlil 
olunması bir sıra yeniliklərin əldə edilməsinə səbəb olmuĢdur:  

 
Postsovet  məkanında  nisbətən  az  müraciət  edilən  və  idrak 
nəzəriyyəsinin əhəmiyyətli tərəfi olan irrasional idrak ilk dəfə orta əsr 
Qərb və ġərq mütəfəkkürlərinin görüĢləri əsasında araĢdırılmıĢdır.  

 
Ġrrasional  biliyin  mahiyyəti  xarakterizə  edilmiĢ  və 
mənbələri Ģərh edilmiĢdir. 

 
Ġlk  dəfə  irrasional  və  mistik  biliklər  arasında  müqayisəli 
təhlil  aparılaraq oxĢar və fərqli cəhətləri göstərilmiĢdir.  

 
Ġlk  dəfə  irrasional  idrakın  kateqorial  aparatı,  prosesin 
struktur və metodları təhlil və təqdim edilmiĢdir. 

 
Ġrrasional  idrakı  ümumiyyətlə  idrak  prosesinin  əhəmiyyətli 
və  ayrılmaz  hissəsi  kimi  təqdim  etməklə  idrak  nəzəriyyəsinin  fəlsəfi 
təhlilinə yeni istiqamət verilmiĢdir. 

 
Ġrrasional  idrakın  Qərb  və  ġərq  regionları  üçün  səciyyəvi 
xüsusiyyətləri təhlil edilərək mövcud fərqlərin səbəbləri göstərilir. 

 
Ġrrasional  idrakın  Qərb  və  ġərq  fəlsəfi  təfəkküründəki 
ümumi cəhətlər araĢdırılmıĢ və bununla da onun vahid inkiĢaf xətti və 
bütöv strukturu təqdim edilmiĢdir.    

 
Tədqiqatın  gediĢindən  yaranan  zərurətdən  və  Ģərhin  daha 
anlaĢıqlı  və  dolğun  olması  məqsədilə  elmi  ədəbiyyata  antrpoloji 
panteizm, vəhdət əl-nur kimi yeni terminlər gətirilmiĢdir.  

 
Problemin  daha  aydın  təsviri  və  təqdimi  məqsədilə 
irrasional  idrak  prosesinin,  panteizmin  və  vəhdət  əl-vücudun  qrafik 
sxemləri çəkilmiĢdir.  
Tədqiqat  mövzusunun  aktuallığı,  onun  elmi  ədəbiyyata 
gətirdiyi  yeniliklər  və  qarĢısına  qoyduğu  məqsədlər  onun  nəzəri  və 
praktiki əhəmiyyətini artırmıĢ olur: 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə