20
zəmanəti hesab edilir. Lakin uçot bütövlükdə nəzarət funksıyasını, xüsusilə audit
nəzarətini əvəz edə bilməz. Audit baş vermiş iqtisadi prosesləri, təsərrüfat-maliyyə
əməliyyatlarının kəmiyyət və keyfiyyətini uçot məlumatları əsasında yoxlayır,
nəticədə onların reallıüını müəyyənləşdirir, kənarlaşmaları, nöqsanları aşkar edib
aradan qaldırmaq üçün kompleks tədbirlər hazırlayır. Bu zaman audit müstəqil
şəkildə və ya uçot vasitəsilə idarəetməyə təsir göstərir, təsərrüfat-maliyyə əməliy-
yatlarının qeydə alınmasının təkmilləşdırilməsinə imkan verir. Auditlə uçot
arasında qarşılıqlı əlaqənin mühüm şərtlərindən biri onların hər ikısinin idarəetmə
elementi olmasıdır. Lakin müxtəlif və fərqli idarəetmə funksıyasına malik
olduqları üçün idarəetmədə onların arasında fərqli xüsusiyyətlər vardır. Uçot iq-
tisadi prosesləri təsərrüfat əməliyyatlarını qeydə alır və onları ümumiləşdirir. Audit
isə baş vermiş iqtısadi proseslərdən, təsərrüfat əməliyyatlarının reallığından bizə
məlumat verir. Ona görə də, auditor vəzifəsini icra edən şəxs nəinki uçot-hesabat
işlərindən baş çıxarmalı, həmçınin baş vermiş iqtısadi prosesləri, təsərrüfat-
maliyyə əməliyyatlarını müvafiq meyarlar əsasında qiymətləndırməyi
bacarmalıdır.
Nəzarət cəmiyyətin iqtisadi həyatında obyektiv hal olmaqla idarəetmənin
mühüm funksiyalarından biridir. Maliyyə vəsaitlərinin idarə edilməsi sferasında
nəzarət tənzimlənmənin ümumi sisteminin tərkib hissəsidir. Maliyyə nəzarəti audit
və təftiş nəzarəti olmaqla iki növə bölünür. Aşağıda audit və təftiş arasında
prinsipial fərqlər verilmişdir:
a) məqsədinə görə:
auditin məqsədi – mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında
fikir söyləmək, xidmət, kömək göstərmək, müştəri ilə əməkdaşlıq;
təftişin məqsədi – çatışmazlıqların müəyyən edilməsi, onların aradan qaldı-
rılması və təqsirkarların cəzalandırılması.
b) xarakterinə görə:
audit – sahibkarlıq fəaliyyətidir;
təftiş – icra
fəaliyyətidir, göstərişlərin yerinə yetirilməsidir.
c) qarşılıqlı əlaqələrin əsasına görə:
21
audit – könüllü (müqavilə əsаsındа həyаtа keçirilir), məcburi (öz mаliyyə he-
sаbаtlаrını dərc etdirməli оlаn təsərrüfat subyektləri üçün);
təftiş – məcburilik, yuxarı orqanların və ya dövlət orqanlarının sərəncamı ilə
həyata keçirilir.
d) idarəetmə əlaqəsinə görə:
audit – üfüqi əlaqə, müştəri ilə qarşılıqlı əlaqədə eyni hüquqluluq, onlar qarşı-
sında
hesabat veririlməsi;
təftiş – şaquli əlaqə, yuxarı bölmə tərəfindən təyin olunur, icrası haqqında
onlar qarşısında hesabat verir.
e) xidmətin ödənilməsi prinsipinə görə:
audit – ödəməni müştəri həyata keçirir;
təftiş – ödəməni yuxarı və ya dövlət orqanı həyata keçirir.
f) praktiki vəzifələrinə görə:
audit – müştərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, passivlərin
(investorların, kreditorların) cəlb edilməsi, müştəriyə köməkliyin edilməsi, məslə-
hət verilməsi;
təftiş – aktivlərin qorunması, mənimsəmələrin аşkаr оlunmаsı və qarşısının
aınması.
g) nəticələrə görə:
audit – auditor rəyinin (bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və
idarəetmə orqanları, yerli idarəetmə orqanları və məhkəmə orqanları üçün hüquqi
mahiyyət kəsb edən rəsmi sənəd) tərtibi ilə tаmаmlаnır;
təftiş – təftiş aktının (bütün aşkar edilən çatışmazlıqların əks etdirildiyi
idarədaxili sənəd) tərtib edilməsi ilə bаşа çаtır. Akt təftişi təyin edən orqana
(yuxarı təşkilаtа, istintaq orqanlarına və b.) təqdim edilməlidir.
Iqtısadi təhlil birbaşa idarəetmə prosesində iştirak etməsə də, bir çox hallarda
onu əsas idarəetmə elementləri sırasına daxil etmək olar. Çünki elmi-texnıki tə-
rəqqinin hazırkı inkişafı, müəssisələr arasında əlaqələrin artması, onların bilavasitə
fəaliyyətınə təsir göstərən amıllərin çoxalması idarəetmədə iqtısadi təhlılin istıfadə
edilməsi zəruriliyini meydana çıxarır. Iqtısadi təhlil qəbul edılən qərarların əsasını