17
indi öldürməklə ağır bir cinayət etmək ətrafında fikirləşirdi, vaxt itirmədən bunlardan
birinin üstündə dayanmalıydı, seçimini etməliydi. Artıq Gigin saraydan çıxması mümkün
deyildi, bütün yollar kəsilmişdi.
Əlbəttə, yaşama instinkti həmişə üstün mövqe tutur. İnsan öz həyatını qorumaq
üçün başqa birisini məhv etməyə hazır olur. Gig şah arvadının haqlı olduğunu təsdiqləyir,
onun ürəyinin yumşalmadığını görüb şahın öldürülməsini özü üçün nisbətən daha kiçik
yamanlıq hesab edir. Çünki cangüdən özünün ölməsini istəmir, onu bu çirkin addımı
atmağa vadar edən hökmdarı aradan götürməyə qərar verir. Canına qıymaq istəməyən Gig
belə bir sualla çar arvadına müraciət edir: «İradəmin əleyhinə olaraq öz ağamı öldürməyə
məni vadar edirsiniz, özünüz də deyirsiniz ki, bu müdhiş hadisəni törədəndən sonra mənə
ərə gələcəksiniz, deməli, şahı aradan götürmək üçün biz artıq bir yerdə oluruq, onda deyə
bilərsinizmi ki, onun həyatına son qoymağı necə təşkil edəcəyik?»
Çar arvada suala dərhal cavab verir: «Məni çılpaq halda sənə göstərdiyi otaqda
biz ona hücum edəcəyik. Kandavl yuxuya gedəndən bir qədər sonra onu öldürəcəksən».
Beləcə lidiyalılarda abırlılığın hər şeydən üstün tutulması, həyalılığın həddən ziyadə
yüksək qiymətləndirilməsi səbəbindən çarın arvadı yatan Kandavlı ucu şiş silahla
öldürməyə və sonra onunla nikahda birləşməyə Gigi inandıra bilir, bir yerdə qəddar plan
cızılır. Gig ətraflı düşündükdən, xeyli götür-qoy etdikdən sonra planı həyata keçirməyə
qərar verir. Çar arvadı ona bir xəncər verir, sonra onu elə həmin otağın qapısının arxasında
gizlədir. Gecə düşən kimi Gig qadının arxasınca yataq otağına keçir. Kandavl yuxuya
gedən kimi Gig yavaş-yavaş, gizlənə-gizlənə, səssiz-səmirsiz çara yaxınlaşır, xəncərlə onu
öldürür. Bundan sonra Gig çarın dul qalan arvadı ilə evlənərək hakimiyyətə yiyələnir,
çarlığa sahib çıxır.
İkinci versiya qədim yunan idealist filosofu Platon (Piaton) tərəfindən irəli
sürülmüş versiyadır. Platon özünün məşhur «Dövlət» əsərində rəvayət edir ki, çoban olan
Gig günlərin birində sürünü dağın ətəyinə qovarkən təsadüfən qayaların arasında bir dar
dərə aşkara çıxarır. Zəlzələdən sonra əmələ gəlmiş həmin dərədəki mağaraya düşən Gig
orada tunc rəngli atın üstündə uzanıqlı vəziyyətdə qalan inanılmaz dərəcədə nəhəng bir
adamın meyitini görür. Meyitin əl barmaqlarından birində üzük bərq vururdu. Üzüyü
çıxarıb özünə götürən Gig geri qayıdıb dəriyə düşdüyü səthə çıxır. Öz dostları arasında
oturarkən Gig daşlı üzüyü ovucu içərisində fırladanda (çevirib-döndərəndə) özünün
görünməz olduğunu qəflətən, gözlənilmədən aşkara çıxarır. İnsana görünməzlik bəxş edən
həmin üzüyün köməyilə taxt-taca sahib ola biləcəyini fikirləşir və hərəkətə keçir. Gig şahın
sarayına yollanır, sehrli üzüyün köməyilə çarın arvadını yoldan çıxarır, onun həyat
yoldaşını (çarı) öldürür, Lidiya taxt-tacına yiyələnir.
Əlbəttə, Platonun söhbət açdığı versiya elə çox inandırıcı deyildir. Onun
danışdığı hekayə daha əfsanəvi xarakterə malik olması ilə fərqlənir. Ancaq burada belə bir
fikir izlənilir ki, əgər pis niyyətli, bədxah bir adamın yaramaz hərəkəti açıq-açığına
olmazsa, heç kimdə şübhə oyatmazsa, onun yoldan çıxarması qarşısında dayana biləcək
covmərd və səxavətli kimsə tapılmır. Əxlaqi cəhətdən əhəmiyyət kəsb edən bu ibrətli
hekayəni bir neçə məşhur sənətkarın əsərində izləmək və ətraflı öyrənmək olar.
Herodotun «Tarix» əsərinin birinci kitabında Lidiya şahı Kandavl haqqında
hekayə fransız müəllifləri tərəfindən artıq bir neçə dəfə istifadə edilmişdir.
18
Orta əsr kurtuaz romanının ustası, fransız yazıçısı və şairi Kretyen de Trua
(Chretien de Troyes)
21
xalq arasında tez-tez müraciət edilən Breton hekayələrindən
yararlanmaqla 1176–1181-ci illərdə «İveyn, yaxud şirli rıtsar» («Yvain, le chevalier au
lion») romanını yazmışdır ki, burada İveyn
22
hiss olunacaq, gözə çarpacaq dərəcədə
məhəbbət hissinin kurtuaz konsepsiyasına qarşı çıxır.
Fransız ruhanisi və ilahiyyatçısı, yazıçı və pedaqoqu Fransua de Salinyak,
markiz de La Mot-Fenelon (François de Salignac de La Mothe-Fenelon dit Fenelon)
23
1690-cı ildə «Gig üzüyü» (fransızca «Anneau de Gyges») təmsilini yazmışdır.
İngilis yazıçısı və publisisti, tənqidi realizmin nümayəndəsi, məşhur «Fabian
sosializmi hərəkatının» («Fabian society») tərəfdarı Herbert Corc Uells (Herbert George
Wells)
24
1897-ci ildə «Görünməz insan» («The invisible man»)
25
adlı elmi-fantastik
romanını yazmışdır.
İngilis yazıçısı Con Ronald Ruel Tolkin (John Ronald Reuel Tolkien)
26
«yüksək
fentezi» klassik əsərlərinin müəllifi kimi məşhurluq qazanmışdır ki, onlardan biri
«Üzüklərin hökmdarı» («The lord of the rings»)
27
adı altında 1954-cü və 1955-ci illərdə
dərc edilmişdir.
Üçüncü versiya qədim yunan tarixçisi, Lidiyalı Ksanfa (Xanth)
28
məxsusdur.
Ksanfın təsvir etdiyi versiya reallığa daha çox yaxın olan, lakin azca romanlaşdırılan
29
bir
baxışdır. Qədim yunan tarixçisi, şair və filosofu, bizim eradan əvvəl birinci əsrin Yunan–
Şərq mədəniyyətinin görkəmli nümayəndəsi Damasklı Nikolayın (Nicolaus Damascenus)
qısa şərhində versiya belə səslənir: Gig yüksək mövqe tutan hərbçidir, Lidiya çarı Adiatt
ondan xəyanətdə şübhələnmişdir. Çarın arvadı Tudo adamların önündəcə Gigi
günahlandırıb təngə gətirmişdir. Bu zaman Gig dözə bilməyərək Adiattı öldürmüş və onun
dul qalan arvadı ilə evlənmişdir.
Heraklidlər sülaləsindən olan hökmdarlar haqqında bir sıra məlumatlar
Damasklı Nikolayın «Tarix» kitabının fraqmentlərində çatdırılır. Lakin həmin
məlumatların mötəbərliliyi çox şübhəlidir, çünki onlar Lidiyalı Ksanfın əsərlərinə gedib
çıxır. Lidiyalı Ksanfın əsərləri çox böyük ehtimalla Dionisi Skitobraxionun
30
əsərlərinin
saxta variantlarıdır.
Nəhayət, şah öldürüldükdən sonra arvadının və ona sahib çıxmış dostunun taleyi
haqqında danışmaq lazım gəlir.
Kandavl öldürüləndə lidiyalılar arasında böyük narazılıq yaranır. Çarın qətlə
yetirilməsi
onların hiddətlənməsinə, qəzəblənməsinə səbəb olur. Kandavlın
öldürülməsindən sonra lidiyalılar qeyzli, acıqlı halda silaha sarılırlar. Lakin çarlığa
yiyələnən Gigin tərəfdarları qalan lidiyalılarla danışıqlar aparıb belə razılığa gəlirlər ki,
yalnız orakul hakimiyyəti tanıyacağı təqdirdə onun öz vəzifəsində qalması mümkün
olacaq, əgər orakul tərəfindən təsdiqlənməzsə, onda taxtdan salınacaqdır.
Beləliklə, Mermnadlar sülaləsindən olan Gig Kandavlı devirərək çar olur. Gig
tərəfindən Kandavlın öldürülməsi tarixi ayrı-ayrı mənbələrdə bir-birindən fərqlənir.
Mənbələrin bir qismində qeyd edilir ki, bizim eradan əvvəl 685-ci ildə çar Kandavlı
öldürərək onun dul qalan arvadını götürmüş və hakimiyyətə gəlmişdir. Başqa mənbələrdə
Gigin bizim eradan əvvəl 680-ci ildə şahı öldürdüyü göstərilmişdir. Lakin digər
Dostları ilə paylaş: |