Kapitalizm Kapitalizmə Bənzəməz
tərəfindən müəyyənləşdirilir. Belə olan təqdirdə bizim qiymət‐
ləri tənzimləmək imkanlarımız məhduddur. Bundan əlavə, ya‐
nacaqdoldurma məntəqələrinin (YDM) sayına gəldikdə isə
“Azpetrol” rəsmi statistikaya görə, ölkəmizdə fəaliyyət göstə‐
rən YDM‐lərin cəmi 9 faizini təşkil edir. Amma paradoks on‐
dan ibarətdir ki, bazarın cəmi 9 faizini əhatə edən şirkət ümu‐
mi yanacaq satışının 50 faizdən çoxunu həyata keçirir. Bu da
öz növbəsində “Azpetrol”un şəffaflığı və müştərilərin bizə
olan etibarının əlamətidir. Odur ki, hər hansı inhisarla əlaqə‐
dar iddiaları mən ciddi qəbul etmirəm.”
İnhisarçılıqda ittiham edilən şirkətlərdən biri də “Azercell”‐
dir. Bir şirkət rəsmisi onların təbii inhisar olduğunu bəyan et‐
mişdi. Daha sonra isə, rabitə və informasiya texnologiyaları
naziri keçirdiyi bir mətbuat konfransında ““Azercell” inhisar‐
çıdır, amma heç bir günahı yoxdur. “Telekommunikasiya haq‐
qında” qanun qüvvəyə mindikdən sonra mobil danışıq sahə‐
sində ədalətli rəqabət mühiti yaranacaqdır.”
240
şəklindəki
açıqlamaları mətbuatda yer aldı. Qeyd edək ki, iyun ayında
həmin qanun da qəbul edildi. Lakin problemimiz qanundan
çox, hadisəyə yanaşma tərzimizdədir.
“Azpetrol” nümunəsində qiymətlər dövlət tərəfindən mü‐
əyyənləşdirildiyi üçün şirkətin inhisar olub‐olmadığına qərar
vermək məqsədilə qiymət təhlillərinin aparılmasının (Lerner
indeksinin tapılması, marjinal maliyyət və marjinal hasilat
analizləri kimi) heç bir anlamı qalmır. “Azercell” isə təbii inhi‐
sar olduğundan bu təhlillər böyük ehtimalla “Microsoft” hadi‐
səsində olduğu kimi nəticəsiz qalacaq.
Azərbaycanda inhisarla bağlı yanaşmalardakı ən böyük qü‐
sur bu problemin əsasən bazar payı prizmasından ələ alınma‐
sında axtarılmalıdır. Sadəcə bazar payı ilə bağlı təhlillərin apa‐
240
“Əli Abbasov: Azercell inhisarçıdır, amma heç bir günahı yoxdur”,
XeberNet, 9 iyul 2005, http://xeber.net/view.php?d=48671, (01.03.2006).
‐ 211 ‐
İlkin Sabiroğlu
rılması (N firma təmərküzləşmə indeksinin və ya Herfindahl‐
Hirschman indeksinin hesablanması kimi) artıq kifayət eləmir.
Əgər doğrudan da bir şirkət biznes fəaliyyətini daha mükəm‐
məl quraraq bazarda üstünlüyü ələ keçirirsə, onu nədəsə gü‐
nahlandırmaq iqtisadi məntiqə sığmaz. “Microsoft”un məhkə‐
məsi bizə bir şeyi aydınlaşdırdı ki, bir şirkət bazar payının
yüksək olmasına görə deyil, bu üstünlüyünü bazardakı sağlam
rəqabəti əngəlləyib əngəlləmədiyinə görə inhisarçılıqda itti‐
ham edilə bilər. Məsələn, xatırlayırsınızsa bir vaxtlar “Bakcell”
danışıq qiymətlərini “Azercell”ə müqayisədə çox aşağı salmış‐
dı. “Azercell” qiymət rəqabətinə girməmək üçün (qeyd edək
ki, şirkətlər üçün ən ağır rəqabət şəkli qiymət rəqabəti sayılır)
“Bakcell”ə təzyiqləri artırdı, həmin şəbəkədən öz şəbəkəsinə
daxil olan zəngləri əngəllədi. Bu təzyiqlər “Azercell” üçün
müsbət nəticə verdi və rəqabəti qiymət müstəvisindən xidmət
müstəvisinə keçirməyi bacardı. Yeni antiinhisar anlayışı da
məhz bu cür davranışlara qarşıdır.
241
Bir müddət əvvəl isə, mətbuat vasitəsilə “Azərcell”in təsis
etdiyi “Azeronline” provayderi ilə başqa internet provayder‐
ləri arasındakı mübahisələrə şahidlik etdik. 14 provayder
“Azeronline”a qarşı texniki blokada tətbiq etmə qərarı almışdı.
Blokadaya səbəb kimi isə, “Azeronline” provayderinin “Azer‐
cell”in imkanlarından istifadə etməsi göstərilirdi.
242
Əslində “Azeronline” provayderinin “Azercell”in imkanla‐
rından istifadə etməklə haqsız rəqabət üstünlüyü əldə etməsi
istər antiinhisar qanunvericiliyinə, istərsə də inhisar anlayışı
ilə bağlı dünyadakı yeni yanaşmalara zidd idi. Bununla bağlı
kifayət qədər nümunə saymaq mümkündür. Məsələn, elə bu
yaxınlarda Cənubi Koreyanın rəqabət qurumu, “Microsoft”u
rəqabət şərtlərini pozduğuna görə 32 milyon dollar cərimə elə‐
241
İlkin Sabiroğlu, “İnhisar anlayışına yeni yanaşma zərurəti”, op. cit.
242
“Ölkənin İnternet məkanı absurda səhnə olub”, “Ekspress” qəzeti, 9 dekabr
2005, http://www.express.com.az/second.asp?id=58724, (01.03.2006).
‐ 212 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
di. Səbəb olaraq da, bazardakı hakim mövqeyindən haqsız rə‐
qabət üstünlüyü əldə etmək üçün yaralanması göstərildi. Rə‐
qabət qurumunun tələbinə görə, “Microsoft” bundan belə
“Windows XP” əməliyyat sistemindən “MSN Messenger” söh‐
bət proqramını çıxarmalıdır. Bunun üçün “Microsoft”a 180
gün vaxt verilib. Şirkət, 6 aydan sonra “Messenger” və “Media
Player” proqramlarını ehtiva edən və etməyən iki ayrı
“Windows” əməliyyat sistemlərini müştərilərinə ayrı‐ayrılıqda
təqdim etməlidir.
243
“Azeronline” kartı alanlara “Sim‐Sim” kartının verilməsi
düzgün yanaşma deyildi. “Azeronline” internet xidmətlərini
istədiyi qədər ucuzlaşdıra bilər, müstəqil qiymət siyasəti yü‐
rütmə haqqına sahibdir. Lakin bu provayder “Azercell”in mo‐
bil rabitə bazarındakı imkanlarından istifadə edərək internet
xidmətləri bazarında haqsız rəqabətə rəvac verməməlidir. Di‐
gər 14 provayderin səhvi isə, bir yanlışlığa başqa bir yanlışlıqla
cavab vermələridir. Onlar çözümü blokadada deyil, hüquq
müstəvisində axtarmalı idilər.
Qısası, Antiinhisar Siyasəti Departamentinə çox iş düşür.
İki gündən bir şirkətlərin bazardakı paylarını göstərən siyahı‐
lar hazırlayıb cəmiyyətə təqdim etməklə məsələ yekunlaşmır.
Departament inhisar kimi təqdim olunan şirkətlərin bazardakı
üstün mövqelərini sağlam rəqabət şərtlərində qazanıb‐qazan‐
madıqlarını, bu üstün mövqelərindən istifadə edərək sağlam
rəqabəti əngəlləyib‐əngəlləmədiklərini araşdırıb ortaya qoy‐
malı və əgər belə hallar varsa zəruri tədbirləri görmək üçün
fəaliyyətə keçməlidir.
243
“G.Kore’den Microsoft’a rekabet cezası”, NTVMSNBC, 20 dekabr 2005,
http://www.ntvmsnbc.com/news/352867.asp, (01.03.2006).
‐ 213 ‐
Dostları ilə paylaş: |