Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə114/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   110   111   112   113   114   115   116   117   ...   306

nəticəsində  bazar  parçalanır,  xidmətlər,  habelə  müxtəlif  turist  marşrutlarının 

qiymətlərinin geniş diapazonu əmələ gəlir. 



11.11.

 

Müasir dünyada beynəlxalq 

miqrasiya sahəsində yeni təzahürlər 

1951-ei ildə yaradılmış, mənzil-qərargahı Cenevrədə yerləşən Beynəlxalq 

Miqrasiya  Təşkilatı  (BMqT,  IMO  -  International  Migration  Organization) 

2010-cu ilin sonunda  «Dünya Miqrasiya Hesabatı 2010» nəşr etmişdir. BMqT- 

nin qiymətləndinnəsinə görə, 2010-cu ildə dünyada miqrantlarm sayı 214 milyon 

nəfər olmuşdur. Dünya əhalisində miqrantlarm xüsusi çəkisi 3,1% (2005-ci ildə - 

3%)  təşkil  etmişdir.  Əvvəlki  illərdə  olduğu  kimi,  ölkədəki  miqrantlarm  sayma 

görə dünyada birinei yeri ABŞ tutur (42,8 milyon nəfər) və bu göstəriciyə görə 

özündən sonra gələn Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, Kanada, Fransa və 

Böyük Britaniya, İspaniya, Hindistan və Ukraynam bir neçə dəfə ötür. Dünyadakı 

miqrantlarm 9/10 hissəsi (90%-i) bu 10 ölkənin, 0 cümlədən 1/5 hissəsi ABŞ-m 

və 6%-dən azı Rusiyanın payına düşür. 

Hesabatın  müəllifləri  xüsusi  qeyd  edirlər  ki,  yuxarıda  göstərilən 

ölkələrdən beşi: Almaniya, Hindistan, Rusiya, Ukrayna və Böyük Britaniya təkeə 

ərazisində olan xarici vətəndaşların (immiqrantlarm) sayma görə deyil, həmçinin, 

xaricə  yollanmış  vətəndaşlarının  (mühacirlərin)  sayma  görə  də  birinci  onluğa 

daxildir.  Bu  fakt  miqrantlarm  qarşılıqlı  axınlarının,  yəni  artıq  uzun  illərdir  ki, 

beynəlxalq  ticarət  və  kapitalların  hərəkəti  üçün  səciyyəvi  olan  meylin  rolunun 

getdikcə güclənməsinə dəlalət edir. 

Hesabatda böhranın miqrasiya proseslərinə təsirinin nəticələri təhlil edilir. 

Belə ki, böhran miqrantlarm öz vətənlərinə göndərdikləri pul köçürmələrinə daha 

çox təsir göstənuiş, onun məbləği 1985-ci ildən sonra ilk dəfə olaraq 2009-cu ildə 

414 milyard dollara düşmüşdür. Pul köçürmələrinin % hissəsinə  yaxmı inkişaf 

etməkdə  olan  ölkələrin  payına  düşür  və  onların  tədiyyə  balansında  və 

ümumiyyətlə, iqtisadiyyatında mühüm rol oynayır. 2009-cu ilin  məlumatlarına 

əsasən, miqrantlardan alman pul köçürmələrinin ilk onluğuna (milyard dollarla) 

Hindistan  (49,3),  Çin  (47,6),  Meksika  (22,2),  Filippin  (19,7),  Fransa  (15,3), 

Banqladeş  (10,7),  İspaniya  (10,0),  Almaniya  (9,9),  Nigeriya  (9,6)  və  Belçika 

(9,5)  daxildir.  Böhran  miqrantlar  arasında  işsizliyə  də  nəzərəçarpan  təsir 

göstərmiş, bu göstərici yerli əhali ilə müqayisədə dəfələrlə 



282 


çox artmışdır. Nəticədə miqrantlarla yerli əhalinin işsizlik səviyyələri arasındakı 

ənənəvi  fərq  2010-cu  ildə  misli  görünməmiş  həddə  çatmışdır.  Məsələn, 

İspaniyada miqrantlar arasında işsizlik səviyyəsi 28%, yerli əhalininki isə 15,8% 

olmuşdur. 

Hesabatda BMqT-nin sərhədi müvafiq icazə olmadan keçən şəxslər kimi 

yanaşdığı  qeyri-leqal  miqrantların  və  viza  yaxud  iş  üçün  icazə  müddəti  bitmiş 

adamların problemlərinə də böyük diqqət yetirilir. Müxtəlif qiymətləndinnələrə 

görə,  dünyadakı  miqrantların  ümumi  sayının  10-15%-i,  o  cümlədən  ABŞ-da 

təqribən  22%-i  qeyri-leqaldır.  Belə  hesab  olunur  ki,  inkişaf  etməkdə  olan 

ölkələrdən  gəlmiş  qeyri-leqalların  payı  onların  ümumi  sayının  'A-i  qədərdir. 

Miqrasiyanın  qeyri-qanuni  təzahürlərinin:  insan  hüquqlarının  pozulması, 

cinayətlərin  bəzi  növləri,  insanın  alveri,  millətlərarası  münaqişələr  və  s.  məhz 

bununla əlaqədardır. 

Maraqlıdır  ki,  böhrana  baxmayaraq,  qeyri-leqal  miqrantların  çoxunun 

vətənə qayıtmaq üçün vəsaiti olmadığından onların ümumi sayı 2010-cu ildə də 

əvvəlki  ilin  səviyyəsində  qalmışdır.  Bundan  başqa,  dünyanın  əksər  ölkələrində 

işgüzar  fəallığın  zəiflədiyi  şəraitdə  miqrant  axınlarının  istiqamətləndiyi  əsas 

ölkələrdə iş  üçün rəsmi  icazələrin  verilməsinin məhdudlaşdırılması səbəbindən 

onların sayı hətta çoxala bilərdi. 

2009-2010-cu  illərdə  bir  sıra  ölkələrdə  miqrasiya  siyasətinin  sərtləş- 

dirilməsi və sərhəd nəzarətinin gücləndirilməsi nəticəsində qeyri-leqal miqrant- 

larm yeni axınının qarşısı alınırdı. Məsələn, görülən tədbirlər nəticəsində ABŞ- 

Meksika  sərhədində  qeyri-leqal  miqrasiya  2006-cı  ildəki  1  milyon  nəfərdən 

2009-cu ildə 600 min nəfərə və 2010-cu ildə 550 min nəfərədək azalmışdır. 

İtaliyanın  Lampeduza  adasında sahilə düşüb  Avropaya  gələn  qeyri-leqal 

miqrantların sayının çoxalması ilə əlaqədar olaraq, qitənin ölkələri Aİ daxilində 

sərhəd nəzarətinin gücləndirilməsi barədə düşünür. 

Hesabatın  BMqT  tərəfindən  MDB  ölkələrinin,  Albaniyanın  və  keçmiş 

Yuqoslaviyanın  bəzi  dövlətlərinin  daxil  edildiyi  «Şərqi  Avropa  və  Mərkəzi 

Asiya» bölməsi xüsusi maraq doğurur. BMqT-nin qiymətləndirməsinə görə, bu 

regionda  2010-cu  ildə  cəmi  25,6  milyon  miqrant,  o  cümlədən  (min  nəfərlə): 

Rusiyada - 12270, Ukraynada - 5258, Qazaxıstanda - 3079, Özbəkistanda - 1176, 

Belarusda  -  1090,  Serbiyada  -  525,  Moldovada  -  408,  Ermənistanda  -  324, 

Tacikistanda  -  284  və  Azərbaycanda  -  264  olmuşdur.  2000-2005-ci  illərlə 

müqayisədə  miqrantların  sayının  artımı  yalnız  Rusiyada  və  Qazaxıstanda 

müşahidə edilmiş, adı çəkilən qalan 8 ölkədə isə onların sayı azalmağa doğru 

283 



meyil etmişdir. 

Regionun əsas ölkələrinin əhalisinin ümumi sayında miqrantlarm xüsusi 

çəkisi Qazaxıstanda - 19,5%, Ukraynada - 11,6%, Moldova və Belarusda - 11,4% 

və Rusiyada - 8,7% olmuşdur. 2009-cu ilin məlumatlarına görə. Şərqi Avropa və 

Mərkəzi Asiya dövlətlərinə miqrantlardan daxil olan pul köçünnələrinin ümumi 

məbləği 27,1 milyard dollar, o cümlədən Rusiyaya - 5,5 milyard dollar, Serbiyaya 

- 5,4 milyard dollar, Ukraynaya - 4,5 milyard dollar, Bosniya və Herseqovinaya - 

2,6  milyard  dollar,  Tacikistana  -  1,8  milyard  dollar  idi.  Baş  vermiş  böhran 

nəticəsində göstərilən ölkələrin hamısında bu göstərici əvvəlki illə müqayisədə 

aşağı olmuşdur. 

Hesabatda  qeyd  olunduğu  kimi,  iqtisadİ3^atı  miqrantlarm  pul 

köçürmələrindən daha güclü asılı olan ölkələr məhz Şərqi Avropada və Mərkəzi 

Asiyadadır.  Bu  baxımdan  Tacikistan  dünya  rekordçusudur:  2008-ci  ildə  onun 

ÜDM-nin 49,6%-i həmin köçürmələrdən ibarət olmuşdur; onun ardınca Moldova 

(31,4%),  Qırğızıstan  (27,9%),  Bosniya  və  Herseqovina  (14,8%),  Albaniya 

(12,2%) gəlir. 

Ərazisində  olan  miqrantlarm  öz  vətənlərinə  pul  köçürmələri  nəticəsində 

regionun ölkələrindən vəsait axını isə bura miqrasiya kanalları yolu ilə daxil olan 

pulların  məbləğindən  çox  olmuşdur.  Məsələn,  2008-ci  ildə  regiondan  pul 

vəsaitlərinin  axınının  məbləği  31,7  milyard  dollar  idi.  Bu  məbləğin  80%-dən 

çoxu Rusiyanın payına düşür: buradan miqrantlarm pul köçürmələri yolu ilə 26,1 

milyard dollar çıxmışdır (2007-ci ildə 17,8 və 2006-cı ildə 11,5 milyard dollar). 

Başqa  sözlə,  Rusiyada  miqrantlarm  pul  köçünnələri  yolu  ilə  çıxartdığı  vəsait, 

daxil olan məbləği 4 dəfədən artıq üstələmişdir. 

Bununla bərabər. Hesabatda keçmiş SSRİ vətəndaşları üçün prosedurların 

sadələşdirilməsi  üzrə  2006-cı  ildə  qanunvericiliyində  aparılan  dəyişikliklər 

nəticəsində Rusiyanın nail olduğu müəyyən tərəqqi də qeyd edilir. Bu vaxtadək 

qeydiyyatdan  keçməmiş  immiqrantlarm  payı  46%-dən  növbəti  ildə  15%-dək 

aşağı düşmüşdü. 

Hesabatın  böyük  bir  hissəsi  miqrasiya  axınlarının  artması  ilə  əlaqədar 

meydana  çıxan  problemlərin  həllinə  yönəlmiş  təcili  tədbirlərin  həyata 

keçirilməsinin  əsaslandırılması  zəruriliyinə  həsr  olunmuşdur.  Müəlliflərin 

fikrincə,  dünya  üzrə  2000-ci  ildə  150  milyon  nəfər  olan  miqrantlarm  sayının 

2010-cu ildə 214 milyon nəfərə çatması durmadan davam edəcək və 2050-ci ildə 

405 milyon nəfər ola bilər. Bu artımın əsas hərəkətverici qüvvələri əvvəlki kimi, 

inkişaf etməkdə olan yoxsul ölkələrdə işçi qüvvəsinin izafıliyi ilə inkişaf 

284 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə