Fəsil 17
KƏND TƏSƏRRÜFATI İSTEHSALINDA VƏ
İNFRASTRUKTUR LAYİHƏLƏRİNDƏ TMK-lar:
İNKİŞAF ETMƏKDƏ OLAN VƏ KEÇİD
İQTİSADİYYATI ÖLKƏLƏRİ
17.1.
Dünyada ərzaqla təminatın ümumi vəziyyəti
Kənd təsərrüfatı ərzaqla təchizatda, yoxsul ölkələrdə səfalətin və aclığın
aradan qaldırılması üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu sahə kütləvi
məşğulluğu təmin etməklə bərabər (xüsusilə kənd yerlərində), milli iqtisadiyyatın
artımına mühüm təsir göstərir, inkişaf etməkdə olan ölkələrin bir çoxu üçün xarici
valyuta daxilolmalarının mənbəyidir. Kənd təsərrüfatının inkişaf etməkdə olan
ölkələrin əksəriyyəti üçün fundamental əhəmiyyətini nəzərə alaraq, bu sahədə
ənənə kimi, çoxsaylı problemlərin mövcudluğu və onlara elə ənənəvi surətdə
onilliklərlə lazımi diqqətin yetirilməməsi ilə bağlı narahatçılıq anlanılandır.
Bununla belə, son zaman bəzi amillərin təsiri altında bir çox inkişaf
etməkdə olan ölkələrin kənd təsərrüfatı sektorunda özəl, o cümlədən xarici
şirkətlərin iştirak miqyasının sürətlə genişlənməsi ilə nətieələnmişdir. Bu,
problemin müvəffəqiyyətlə həll ediləcəyinə əvvəlki dövrdə müəyyən inamın
olmasına baxmayaraq, onilliyin sonuna yaxın və gələcək perspektivdə böyük
ərzaq qıtlığı yaranacağının aşkar edilməsi ilə bağlıdır. Buna görə də inkişaf
etməkdə olan ölkələrin kənd təsərrüfatı istehsalında məhsuldarlığın
yüksəldilməsində və iqtisadi inkişafın dəstəklənməsində xarici şirkətlərin iştirakı,
habelə daxili investisiyaların rolu' UNCTAD-m Hesabatında xüsusi qeyd edilir.
Kənd təsərrüfatına investisiyaların stimullaşdırılmasmm əsas amilləri qismində
müəyyən bölgələrdə torpaqdan və sudan istifadə etmək imkanın mövcudluğu,
habelə müxtəlif, o cümlədən Braziliya, Hindistan, Çin, Cənubi Koreya kimi
əhalisi böyük, bazar iqtisadiyyatı fonnalaşmaqda olan ölkələrdə, torpaq və su
resursları çatışmayan (məsələn. Fars körfəzi ölkələrinin əməkdaş-
^ UNCTAD. World Investment Report, 2009: Transnational Corporations, Agricurtural
Production and Development. Table III. 7. P, 31.
460
lığı Şurasının üzvləri) dövlətlərdə ərzağa tələbatın artması və onun idxalının
sürətlə çoxalması çıxış edir.
Kənd təsənlifatı məhsullarına beynəlxalq tələbat başqa amillərin, məsələn,
bütün dünyada bioloji yanacağa keçid təşəbbüsü ilə bağlı olaraq, şəkər qamışmın,
dənli bitkilərin (məsələn, qarğıdalı), yağlı bitkilərin (soya paxlası)
yetişdirilməsinin inkişaf etməkdə olan ölkələrdə təşkili məqsədilə investisiya
yatırımları axınının güclənməsinin təsiri altında artır. Bu meyillər son bir neçə il
ərzində ərzağın qiymətinin sürətlə bahalaşması və inkişaf etməkdə olan ölkələrdə
düyü kimi vacib məhsulun qıtlığının yaranması ilə çarpazlaşır. Bütün bunlar
«yeni investorlar» sırasının meydana çıxmasına, kənd təsərrüfatına və torpaq
resurslarına möhtəkirlik məqsədilə birbaşa investisiya axınlarının genişlənməsinə
süni təkan verdi.
17.2.
Bəzi ölkələrin aqrar sektorunda
birbaşa xarici investisiyaların artması
1980-1990-cı illərlə müqayisə olunduqda, cari onillik ərzində kənd
təsərrüfatına XBİ qoyuluşları daha intensiv artmışdır. Amma onların ümumi
həcmi qlobal pozitiv effekt alınması üçün hələ kifayət qədər deyil. Belə ki,
2007-ci ildə ölkələrə daxil olan XBİ-nin ümumi məbləği 32 milyard dollar olub,
2008-2009-cu illərdə azalaraq 22 milyard dollara düşsə də, 2010-cu ildən yeni
artım nümayiş etdirir. Ümumilikdə götürüldükdə, qeyd etdiyimiz kimi, yüksək
artım meyillərinin davam edəcəyi görünməkdə olsa da, onların məbləği başqa
sahələrlə müqayisədə xeyli azdır. Buna baxmayaraq, 1990-cı illərin sonunda
dünya üzrə kənd təsərrüfatına XBİ axını ildə 1 milyard dollardan aşağı idisə,
2005-2007-ci illərdə bu məbləğ artaraq, ildə 3 milyard dollara çatmışdı. Digər
tərəfdən, qəbul edən ölkənin istehsal-satış zəncirinin növbəti həlqələrində
(məsələn, yeyinti sənayesində və supennarketlər şəbəkəsində) yer tapan TMK-lar
kənd təsərrüfatı istehsalına və podrat işlərinə investisiya qoymaqla, özlərinin bu
sahədə iştirak miqyasını xeyli genişləndirir. 2000-ci illərin əvvəlindəki sürətli
artımdan sonra, təkcə qida məhsulları və içkilər istehsal edən sahələrə (yəni
istehsal-satış zəncirinin sonrakı həlqələri nəzərə alınmadan) XBİ axını
2005-2007-ci illərdə 40 milyard dollardan çox olmuşdur (cədvəl 17.1).
Cədvəlin məlumatları müxtəlif ölkələrin investorları tərəfindən kənd
təsərrüfatına yatırılan XBİ-nin xüsusi çəkisinin az olduğunu göstərir. Lakin son
461
100 ildə inkişaf etmiş ölkələrdə kənd təsəiTüfatı texniki, texnoloji və enerji ilə
silahlanma baxımından intensiv tərəqqinin obyektinə çevrilmiş və indi sənayedən
geridə qalmırsa, inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə vəziyyət
tamamilə başqadır: buranın son dərəcə geridə qalmış aqrar strukturlarında
sənayeləşmə yenicə başlayır. Həmin ölkələrə XBİ-nin böyük axınlarının
yönəldilməsi gərəkdir.
Ümumilikdə isə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, keçid
iqtisadiyyatlı ölkələrin məcmu XBİ-nin həcmində kənd təsərrüfatına yönəldilən
hissənin payı aşağıdır; zəif inkişaf etmiş ölkələrin bəzisində isə, məsələn
Kamboca, Laos, Malavi, Mozambik və Tanzaniyada XBİ-nin ümumi axınlarında
yaxud həcmində kənd təsərrüfatına yönəldilən hissənin xüsusi çəkisi bir qədər
çoxdur. Bu, zəif inkişaf etmiş ölkələr kateqoriyasına aid olunmayan Vyetnam,
Honduras, İndoneziya, Malayziya, Papua-Yeni Qvineya və Ekvador kimi
ölkələrə da aiddir. Həmin ölkələrdə aqrar sektorun payının çoxluğu milli
iqtisadiyyatın strukturu, kənd təsərrüfatı üçün yararlı torpaqların olması (əsasən
uzunmüddətli icarə üçün) və hökumətin dəstəkləmə siyasəti kimi amillərdən irəli
gəlir (şəkil 17.1).
17.1-ci şəkil inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin böyük
qrupunun kənd təsərrüfatına XBİ axınları barədə müəyyən məlumat verir. İnamla
demək olar ki, kənd təsərrüfatı XBİ üçün ən az maraq doğuran sahələrdəndir.
İnkişaf etməkdə olan ölkələrə yönəldilən XBİ-nin əsas hissəsi ərzaq və ixrac üçün
yetişdirilən bitkilərin istehsalına sərf olunur.
Təəssüf ki, bioloji yanacaq üçün xammal istehsalına maraq da getdikcə
güclənir və XXI əsrin birinci onilliyinin ortalarından başlayaraq, şumluq
torpaqların sahəsinin azaldılması hesabına Afrikada yağlı bitkilərin. Latın
Amerikası, Kanada və Qərbi Avropada şəkər qamışmm yetişdirilməsinin
genişlənməsi buna nümunədir. Dərhal bundan sonra dünyada ərzaq qıtlığının
əlamətləri görünməyə başladı.
462
Dostları ilə paylaş: |